Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-729/2026 09.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-****/**** nömrəli qərardadından Maraqlı şəxs MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi iddia ərizəsi ilə məhkməyə müraciət edərək, Maraqlı şəxs MMC ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi arasında bağlanmış DEİ/*** qeydiyyat nömrəli, ##.##.2008-ci il tarixli, Maraqlı şəxs MMC ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi arasında bağlanmış 15/*** qeydiyyat nömrəli, ##.##.2014-cü il tarixli müqavilələrin ləğv edilməsi, 1 507 749 m³ həcmində yer təki tullantılarının daşınmasına görə mədən vergisinin 50 faizi məbləğində yəni, 837.633,33 manat məbləğində pul vəsaitinin Maraqlı şəxs MMC-dən tutularaq X2 üzrə Dövlət Fonduna ödənilməsi barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. Həmin kommersiya mübahisəsi hal hazırda məhkəmənin icraatındadır (hakim Pərviz Zamanlı). Ərizəçi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilənin ləğvi və dağ-mədən işləri ilə əlaqədar istehsal tullantılarından istifadə haqqının ödənilməsi tələbinə dair Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-*-*(*-**)-****/**** saylı kommersiya işinə baxılaraq, yekun məhkəmə aktı qəbul edilənədək (qanuni qüvvəsini alanadək), “xxxx” MMC-yə Bakı şəhəri, Qaradağ rayonunda yerləşən 2-ci Geoloji sahədə dağmədən işləri ilə əlaqədar olaraq istehsal tullantılarından istifadə (tullantıların daşınması, satılması və s. hərəkətlər) qadağan edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-16(4-11)-1025/2026-cı il tarixli qərardadına əsasən ərizə təmin edilmiş, Cavabdeh “xxxx” MMC-yə Bakı şəhəri, Qaradağ rayonunda yerləşən 2-ci Geoloji sahədə dağ-mədən işləri ilə əlaqədar olaraq istehsal tullantılarından istifadə (tullantıların daşınması, satılması və s. hərəkətlər) qadağan edilməsi qərara alınmışdır. ##.##.2026-cı il tarixində cavabdeh Maraqlı şəxs MMC şikayət verərək, Şikayətin təmin edilməsi; 2. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-16(4-11)- ****/**** nömrəli qərardadı ləğv edilsini; 3. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-****/**** saylı qərardadı ilə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək «xxxx» MMC-yə II geoloji sahədə istehsal tullantılarından istifadəni, daşınmanı, satışı və «s. hərəkətləri» qadağan edilmişdir. Mübahisələndirilən nəticələr bunlardır: · tədbir görülmədən gələcək məhkəmə müdafiəsinin mümkünsüz və ya əhəmiyyətli dərəcədə çətin olacağı; · iddianın ilkin əsaslılığının yetərli sübutlarla təsdiqləndiyi; · bütün fəaliyyətə qoyulan qadağanın iddia ilə əlaqəli, müəyyən və mütənasib olduğu barədə nəticələr. Müqavilə və icazələr. ##.##.2008-ci il tarixli müqavilə və ##.##.2008-ci il tarixli DEİ/*** nömrəli icazə II geoloji sahədə 253 ha əraziyə aiddir. ##.##.2014-cü il tarixli **/*** nömrəli müqavilə/icazə sənədi isə 86 ha ərazini əhatə edir. Sənədlərdə istifadə müddəti ehtiyat tükənənədək müəyyən edilib. Nazirliyin hazırkı iddiası və mübahisələndirilən qərardad 2008-ci il müqaviləsini ##.##.2008-ci il tarixlə eyniləşdirsə də, qanuni qüvvəli inzibati məhkəmə aktları ##.##.2008-ci il müqaviləsini və ##.##.2008-ci il icazəsini ayrı sənədlər kimi müəyyən edib. 2021-2022-ci illərin yekun inzibati məhkəmə aktları. Bakı İnzibati Məhkəməsinin ##.##.2021ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə 2008-ci il müqaviləsi və icazəsinə xitam verən ##.##.2019-cu il tarixli **/ü nömrəli inzibati akt ləğv edilib. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli 2-1(103)- ***/**** nömrəli qərarı, daha sonra Ali Məhkəmənin ##.##.2022-ci il tarixli 2-1(102)- ***/**** nömrəli qərarı həmin nəticəni dəyişdirmədən saxlayıb. Bakı İnzibati Məhkəməsinin 2021-ci il qərarında, o cümlədən Nazirliyin ##.##.2015ci il tarixli məktubuna əsasən, müqavilə/icazənin qüvvədə olduğu, «xxxx» MMC-nin 253 ha sahədə əvvəldən yığılıb qalmış tullantılardan istifadə və onları satmaq hüququna malik olduğu müəyyən edilib. 2025- ci il müvəqqəti təminat rejimi. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli e**(***)-***/**** nömrəli qərardadı ilə ##.##.2025-ci il tarixli barışıq razılaşmasının 2.2-ci bəndinə əsasən II geoloji sahədə, o cümlədən «xxxx» ASC-nin dağ-mədən ayırmasında «xxxx» MMC-dən kənar şəxslər və «xxxx» ASC-nin özü üçün tullantıların toplanması, istifadəsi və daşınması qadağan edilib. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli **(***)-***/**** nömrəli qərardadı həmin tədbiri dəyişdirmədən saxlayıb. Əlaqəli iş kassasiya icraatında olduğundan və tədbirin ləğvi barədə akt təqdim edilmədiyindən, həmin qoruyucu rejim qüvvədə qalır. ##.##.2026-cı il tarixli apellyasiya qətnaməsi. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(*- *)-***/**** nömrəli qətnaməsində ##.##.2025-ci il barışıq razılaşmasının mövcud və gələcək tullantıların «xxxx» MMC tərəfindən toplanması, istifadəsi və satışı ilə bağlı şərtləri, habelə Mülki Məcəllənin 424.3-cü maddəsinin müqaviləyə məhkəmə qaydasında xitamın yalnız qətnamə qanuni qüvvəyə mindikdən sonra nəticə doğurması barədə qaydası tətbiq edilib. Qətnamədən kassasiya şikayəti verildiyinə görə bu şikayətdə yekun preyudisial akt kimi deyil, işdəki hüquqi münasibətin və təqdim edilmiş barışıq razılaşmasının məzmununu göstərən sübut kimi istifadə olunur. Hazırkı iddia və MTT. Nazirlik iki müqavilə/icazə münasibətinə xitam verilməsini və keçmiş dövr üzrə 837 633,33 manatın tutulmasını tələb edir. MTT isə əsas iş həll edilməmiş «xxxx» MMC-nin müqavilələrdən və əvvəlki aktlardan irəli gələn əsas fəaliyyətini tam dayandırır. Qərardadın özündə əsas işin hakim Pərviz Zamanlının icraatında olduğu yazıldığı halda, MTT ərizəsini hakim Günay Namazova həll edib. Qərardadda işin yenidən bölüşdürülməsi və ya hakimin qanuni əvəz edilməsi barədə hər hansı prosessual akt göstərilməyib. Şikayətin müddəti. Qərardad «xxxx» MMC-nin elektron kabinetinə ##.##.2026-cı ildə rəsmi yerləşdirilib. MPM-in 163.2-ci maddəsinə görə şikayət müddəti qərardadın şirkətə məlum olduğu həmin gündən hesablanır. Şikayət MPMin 268.1-ci maddəsində nəzərdə tutulan 10 günlük müddətdə və MPM-in 267.3-cü maddəsinə uyğun olaraq qərardadı qəbul etmiş Bakı Kommersiya Məhkəməsinə verilir. Qüvvədə olan müqavilə tərəflər üçün məcburidir. Məhkəmə qaydasında xitam verilərsə, öhdəlik yalnız xitam barədə qətnamə qanuni qüvvəyə mindikdə sona çatır. Buna qədər istifadə müqaviləyə gələcək xitamı mümkünsüz etmir; istifadə dövrü üzrə həcm uçota alına və sübut olunduqda ödəniş tələb edilə bilər. Müqavilədən doğan istifadə, daşıma və satışı indi tam dayandırmaq MM 424.3-də gələcək ana bağlanan nəticəni MTT ilə qabaqcadan yaradır. “xxxx” ASC ilə «xxxx» MMC arasında bağlanmış və qüvvədə olan barışıq razılaşmasına görə «xxxx» MMC yalnız özünün çıxaracağı tullantılardan deyil, artıq çıxarılmış və gələcəkdə “xxxx” ASC-nin fəaliyyəti nəticəsində yaranacaq tullantılardan da istifadə hüququna malikdir; iki hüquqi şəxs arasındakı həmin razılaşmadan doğan bu hüququn hazırkı iddiaçı ETSN ilə müqavilə münasibətinə aidiyyəti yoxdur, üstəlik ETSN ilə bağlanmış müqavilənin 3-cü bəndində “istifadə” tullantıların çıxarılması kimi müəyyən edildiyindən artıq çıxarılmış tullantıların daşınması və satışı həmin müqavilənin predmetinə daxil deyil və buna görə mübahisələndirilən qərardad iddia tələbi ilə səbəbli əlaqəsi olmayan hüquqları qanunsuz məhdudlaşdırır. Müqavilə şərtləri onların hərfi mənası, digər şərtlər və tərəflərin sonrakı davranışı ilə birlikdə təfsir edilməlidir. Cavabdehin mövqeyinə görə müqavilənin 3-cü bəndində istifadə tullantının çıxarılması ilə əlaqələndirilir; ərazidə isə müqavilə əsasında çıxarılmamış, əvvəlki dövrdən yığılıb qalmış tullantılar da var. 2021-ci il yekun məhkəmə qərarı və ##.##.2025-ci il barışıq razılaşması bu mövcud tullantılar üzrə hüququ ayrıca göstərir. Qərardad tullantı kateqoriyalarını ayırmadan müqavilənin əhatə dairəsindən kənardakı hüquqları da məhdudlaşdırıb. Qaydaların 13-cü bəndi tullantıdan istifadə haqqını müvafiq faydalı qazıntının mədən vergisinin 50 faizi ilə bağlayır. Vergi Məcəlləsi mişar daşı ilə sement xammalına fərqli dərəcə tətbiq edir. Nazirliyin sənədlərində material həm «sement xammalı», həm də «mişar daşı tullantısı» adlandırılıb. Faktiki materialın təsnifatı sübut edilmədən tətbiq edilən dərəcə və 837 633,33 manatın ilkin əsaslılığı müəyyən oluna bilməz. MPM 159.1 MTT ərizəsinə mübahisəni həll edən hakim tərəfindən baxılmasını tələb edir. Qərardadın özündə əsas işin hakim Pərviz Zamanlının icraatında olduğu göstərildiyi halda ərizəni hakim Günay Namazova həll edib. Qərardad işin yenidən bölüşdürülməsinə, əvəzetməyə və ya başqa qanuni əsasa istinad etmir. Təqdim edilmiş materialların mövcud vəziyyətinə görə ərizəyə mübahisəni həll edən hakim tərəfindən baxılması tələbi yerinə yetirilməyib. Müqavilələrə xitam barədə gələcək qətnamənin qəbulu cari istifadədən asılı deyil. Keçmiş dövr üzrə pul tələbinin icrası da tullantının daşınması ilə deyil, borclunun əmlakı və icra qabiliyyəti ilə bağlıdır. Qərardad «xxxx» MMC-nin hansı konkret hərəkətinin gələcək məhkəmə müdafiəsini mümkünsüz və ya əhəmiyyətli dərəcədə çətin edəcəyini müəyyən etməyib. İddia ilə seçilənqadağa arasında MPM 157.2-nin tələb etdiyi səbəbli əlaqə yoxdur. İddiada 1 507 749 m³, pretenziyada isə 1 507 749 ton göstərilib. 1,80 ton/m³ sıxlıq əmsalının ekspert, ölçmə və ya metodik mənbəyi qərardadda göstərilmir. Riyazi olaraq 1 507 749 / 1,80 = 837 638,33 olduğu halda 837 633,33 nəticəsi yazılıb. Materialın növü də zidd təqdim edilir. ##.##.2008 müqaviləsi ilə ##.##.2008 icazəsi qarışdırılıb. Qərardad bu ziddiyyətləri aradan qaldırmadan və konkret sübutu adlandırmadan «ilkin sübut» nəticəsinə gəlib. MTT iddia ilə əlaqəli və mütənasib olmalı, tərəflərin maraqları tarazlaşdırılmalı, eyni məqsədə çatan daha az məhdud vasitə qiymətləndirilməlidir. Qadağa sərhədi və koordinatı göstərilməyən bütün II geoloji sahəyə, mənşə və hüquqi rejim fərqi qoyulmadan bütün tullantılara, daşınma və satışdan əlavə qeyrimüəyyən «və s. hərəkətlərə» şamil edilib. Həcmin uçotu, hesabat, mübahisəli məbləğ həddində maliyyə/əmlak təminatı kimi daha dar vasitələrin niyə kifayət etmədiyi izah olunmayıb. Tədbir əsas mübahisəni qabaqcadan həll etməməlidir. Müqavilələr qüvvədə olduğu halda onlardan doğan əsas praktiki hüququ - istifadə, daşıma və satışı - tam dayandırmaq iddiaçının xitam tələbinin iqtisadi nəticəsini dərhal yaradır. İddia rədd edilərsə, fəaliyyətin dayandırıldığı dövr üzrə zərərin həcmi və bərpası ayrıca mürəkkəb mübahisə doğuracaq. MPM 164.1-də sonrakı zərər tələbi imkanı indiki mərhələdə maraqlar balansını əvəz etmir Dərhal icra ediləcək qadağanın predmeti dəqiq olmalıdır. Nəticə hissəsində 86 ha və 253 ha sahələr, sahələrin sərhədləri, tullantının kateqoriyası, yaranma dövrü və mülkiyyət rejimi ayrılmır. «və s. hərəkətlər» ifadəsi qadağan edilən davranışı müəyyən etmir və icra zamanı tədbirin iddia predmetindən kənara genişləndirilməsinə şərait yaradır. 2021- 2022-ci illərin yekun inzibati məhkəmə aktları müqavilə/icazənin qüvvəsini və əvvəldən yığılıb qalmış tullantılardan istifadə/satış hüququnu müəyyən edib. ##.##.2025-ci il MTT-si ##.##.2025-ci ildə qüvvədə saxlanılıb və «xxxx» MMC-nin fəaliyyəti üçün qoruyucu rejim yaradıb. Yeni MTT həmin hüquqi vəziyyəti ləğv etmədən əks istiqamətdə dəyişir və əvvəlki tədbirin qoruduğu fəaliyyət imkanını faktiki neytrallaşdırır. Qərardad bu kolliziyanı və hüquqi müəyyənliyi qiymətləndirməyib. Əsas işin Pərviz Zamanlının icraatında olduğu halda Günay Namazovanın MTT ərizəsinə hansı bölgü və ya əvəzetmə aktı əsasında baxdığı müəyyən edilməyib. Bu, MPM159.1-in birbaşa şərtidir. Gələcək məhkəmə müdafiəsinə konkret təhlükə «xxxx» MMC-nin hansı hərəkətinin müqaviləyə xitamı və ya pul tələbinin icrasını mümkünsüz/əhəmiyyətli dərəcədə çətin edəcəyi müəyyən edilməyib. Cari daşınmanın həcmi və sübutu ##.##.2026-cı il tarixdə davam etdiyi deyilən daşınmanın konkret sahəsi, tarixi, nəqliyyat vasitəsi, qaiməsi, ölçmə və ya baxış aktı qərardadda göstərilməyib. Tullantı kateqoriyaları və hüquqi rejim Müqavilə üzrə çıxarılan tullantı, əvvəldən yığılıb qalmış tullantı, mövcud və gələcək tullantı, habelə ##.##.2000-dən əvvəl/sonra yaranmış tullantılar ayrılmayıb. Bu fərq qadağanın iddia predmetindən kənara çıxıb-çıxmadığını müəyyən edir. Sahənin dəqiq əhatəsi 2008-ci il üzrə 253 ha, 2014-cü il üzrə 86 ha, «xxxx»ın 134 ha ayırması və yalnız «II geoloji sahə» ifadəsi arasındakı sərhədlər/koordinatlar aydınlaşdırılmayıb. Əvvəlki məhkəmə aktlarının yaratdığı rejim 2021- 2022-ci illərin yekun aktları və 2025-ci il qüvvədə olan MTT-sinin yeni qadağa ilə münasibəti araşdırılmayıb. Daha az məhdud vasitələr Həcmin uçotu, hesabatlandırma, mübahisəli məbləğ həddində əmlak/maliyyə təminatı kimi vasitələrin niyə kifayət etmədiyi müəyyən edilməyib. Mübahisənin publik-hüquqi xarakteri İcazə, nəzarət, hesabat, rekultivasiya, normativ ödəniş və birtərəfli dayandırma/xitam səlahiyyətlərinin inzibati aidiyyətə təsiri MTTnin ilkin əsaslılığı kontekstində araşdırılmayıb. Tullantıların daşınmasının davam etməsi Qərardad cari daşınmanı qəbul edir, lakin bunu təsdiqləyən konkret akt, qaimə, foto-video, nəqliyyat vasitəsi, ölçmə və ya baxış sənədini adlandırmır. 1 507 749 göstəricisi və 837 633,33 manat Göstəricinin ton və ya m³ olması, dövrü, sahəsi, tullantı kateqoriyası, 1,80 sıxlıq əmsalının mənbəyi və hesablamanın riyazi düzgünlüyü mötəbər sübutla müəyyən edilməyib. Faydalı qazıntının təsnifatı Materialın mişar daşı tullantısı, yoxsa sement xammalı olduğu və buna uyğun Vergi Məcəlləsi dərəcəsi sübut edilməyib. Gələcək icradan yayınma riski Şirkətin əmlakı gizlətməsi, özgəninkiləşdirməsi, ödəmə qabiliyyətini qəsdən azaltması və ya gələcək aktın icrasından yayınması barədə sübut göstərilməyib. Bütün tullantıların iddia predmetinə daxil olması Qadağa tətbiq edilən bütün tullantıların məhz Nazirliyin ləğvini istədiyi iki sənədin əhatəsinə düşməsi və üçüncü şəxslərin/başqa hüquqi rejimlərin predmetinə daxil olmaması sübut edilməyib. Əvvəlki hüquqi vəziyyətin dəyişməsi 2021- 2022-ci il yekun aktlarının və 2025-ci il MTT-sinin ləğv edildiyi və ya qüvvədən düşdüyü sübut edilməyib. MTT ərizəsinə «xxxx» MMC-yə əvvəlcədən məlumat verilmədən və onun iştirakı olmadan baxılıb. Buna görə şirkət 2021-2022-ci illərin yekun inzibati məhkəmə aktlarını, 2025-ci il MTT aktlarını, ##.##.2026-cı il qətnaməsini MTT meyarları baxımından təqdim edib izah etmək imkanına malik olmayıb. Bu aktlar yeni hüquq yaratmaq üçün deyil, ##.##.2026-cı il qərardadı qəbul edilən vaxt mövcud olan hüquqi vəziyyəti və ərizənin ilkin əsaslılığındakı şübhələri göstərmək üçün əlavə edilir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-16(4-11)-1025/2026-nömrəli qərardadı ləğv edilməli və ərizə rədd edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.5, 157.5.1 və 157.5.2-ci maddələrinə görə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Həmin Məcəllənin 158.1-ci maddəsinə görə aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq (158.1.1); müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək (158.1.2); mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək (158.1.3). Göstərilmiş maddələrin tələblərinə əsaslanaraq məhkəmə qeyd etmişdir ki, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. O cümlədən müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. “xxxx" MMC ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi arasında ##.##.2008-ci il tarixli Yer təkinin (istehsal tullantılarının) istifadəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Müqavilənin 2-ci bəndinə əsasən Faydalı qazıntının çıxarılacağı və yaxud işin görüləcəyi yatağın (sahənin): adı: «Qaradağ» əhəngdaşı yatağı (II geoloji sahə) ,yerləşdiyi yer və inzibati-ərazi vahidi: Bakı şəhəri, Qaradağ rayonu, sahəsi: 253 (iki yüz əlli üç) hektar müəyyən edilmişdir. Müqavilənin 6.1-ci bəndinə əsasən Yer təkinin (istehsal tullantılarının) istifadəçisi bu müqavilənin şərtlərini və ya yerin təkindən istifadə qaydasını pozarsa, «Yerin təki haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən yerin təkindən (istehsal tullantılarından) istifadə hüququ məhdudlaşdırıla və ona vaxtından əvvəl xitam verilə bilər. xxxx" MMC ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi arasında ##.##.2014-cü il tarixli Yer təkinin (istehsal tullantılarının) istifadəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə 2 hal əsaslandırılmalıdır: 1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ## #### 2018-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Həmçinin iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ## #### 2018-ci il tarixli Qərarında da təsbit olunmuşdur ki, Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş hansı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olması göstərilmir. Lakin həmin maddənin mənasından aydın olur ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin müqavilənin şərtlərinə və iddia tələbinə dair tərəflərin mövqelərinə istinad etməklə müvəqqəti təminat tədbirinin tətbiqini əsaslandırmışdır. Lakin məhkəmə tərəfindən hazırkı mərhələdə müqavilə münasibətlərinin mahiyyətinin, tərəflərin müqavilədən irəli gələn hüquq və öhdəliklərinin və müqavilə şərtlərinin pozulub-pozulmadığının qiymətləndirilməsi işin mahiyyəti üzrə həlli ilə bağlı məsələlərdir. Xüsusilə qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış müqavilə hazırda qüvvədədir və həmin müqavilə üzrə tərəflərin qarşılıqlı hüquq və öhdəlikləri davam edir. Müqavilənin qüvvədə olub-olmaması, onun şərtlərinin tərəflər tərəfindən necə icra edilməsi, tərəflərdən hər hansı birinin müqavilə öhdəliklərini pozub-pozmaması və nəticə etibarilə iddiaçının tələb etdiyi hüquqi müdafiənin əsaslı olub-olmaması hazırda iddia icraatı çərçivəsində məhkəmənin araşdırma predmetidir. Kollegiya hesab edir ki, hazırki mərhələdə istehsal tullantılarından istifadənin, onların daşınmasının, satılmasının və digər hərəkətlərin qadağan edilməsi növündə müvəqqəti təminat tədbirinin tətbiqi iddianın predmetini təşkil edən mübahisəli münasibətlərə birbaşa təsir göstərməklə, iş üzrə yekun məhkəmə aktı qəbul edilməmişdən əvvəl tərəflərdən birinin hüquqi vəziyyətini müəyyənləşdirir. Belə vəziyyət isə müvəqqəti təminat tədbirinin məqsədindən kənara çıxaraq işin mahiyyəti üzrə həllinə yaxın nəticə yarada bilər. Lakin müvəqqəti təminat tədbiri iş üzrə yekun qərarı əvəz etməməli, iddia tələbinin mahiyyəti üzrə qabaqcadan hüquqi nəticə yaratmamalı və tərəflər arasında mübahisəli müqavilə münasibətlərini faktiki olaraq dəyişdirməməlidir. Odur ki, birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirinin tətbiqi üçün əsasların mövcudluğu barədə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin istehsal tullantılarından istifadənin, o cümlədən onların daşınmasının, satılmasının və digər hərəkətlərin qadağan edilməsinə dair müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı ləğv edilməli və müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə rədd edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və yuxarıda qeyd olunanlara əsasən ərizə təmin edilməməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh Maraqlı şəxs MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-****/**** nömrəli qərardadı ləğv edilsin. Ərizəçi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi müvəqqəti təminat tədbiri barədə ərizəsi təmin edilməsin. Cavabdeh “xxxx” MMC-yə Bakı şəhəri, Qaradağ rayonunda yerləşən 2-ci Geoloji sahədə dağ-mədən işləri ilə əlaqədar olaraq istehsal tullantılarından istifadənin (tullantıların daşınması, satılması və s. hərəkətlər) qadağan edilməsinə dair müvəqqəti təminat tədbiri ləğv edilsin. Qərardad dərhal icra edilsin. Qərardadın icrası Qaradağ rayonu İcra şöbəsinə həvalə edilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-16(3-6)-729/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-729/2026
09.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver