Məhkəmə qərarları › İş №e-16(3-6)-735/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-735/2026

14.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-735/2026 14.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Babayev Fuad Fikrət oğlu və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh Şamilov İlqar Şahvələd oğlu tərəfindən verilmiş şikayətin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Koroğlu Rəhimov küçəsi 27, M8, m* saylı mənzili, həmçinin birgə nikah müddətində “BMW XM plug-in Hibrid” minik markalı **-MY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini özgəninkiləşdirilməsi cavabdeh Şamilov İlqar Şahvələd oğluna və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, Şamilov İlqar Şahvələd oğlunun mülkiyyətində olan Bakı şəhəri, Koroğlu Rəhimov küçəsi 27, M8, m* saylı mənzilin və “BMW XM plug-in Hibrid” minik markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi cavabdeh Şamilov İlqar Şahvələd oğluna və digər şəxslərə qadağan edilməsi, qərardad dərhal icra edilməsi, qərardad icra olunması üçün Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinə göndərilməsi, qərardadın ##.##.2026-cı il tarixdə qüvvədən düşməsi müəyyən edilmişdir. Həmin qərardaddan cavabdeh Şamilov İlqar Şahvələd oğlunun nümayəndəsi-vəkili Vəkil/Nümayəndə şikayət verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-**(*-**)-***/****-*** saylı müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İş materiallarından cavabdeh tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmiş şikayətdən görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət kağız daşıyıcıda, PDF formatında tərtib edilmiş və təsdiq edilmişdir. Həmçinin, cavabdeh tərəfindən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-**(*-**)- ***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından verilmiş şikayətə şikayətin verilməsi üçün əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilməmişdir. Halbuki, “Dövlət rüsumu haqqında” Qanunun 8.5-ci maddəsinə görə isə iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması və məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardaddan şikayət verilməsinə görə 50 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.17-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması və müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlar istisna olmaqla, digər məhkəmə qərardadlarından verilən şikayətlər üzrə - işdə iştirak edən şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci və 366.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən şikayət qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 366 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALDI: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh Şamilov İlqar Şahvələd oğlu tərəfindən verilmiş şikayət qeyrimümkün hesab edilsin və mülki iş şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. İş № **(3-6)-735/2026 MƏHKƏMƏ İCLASININ PROTOKOLU Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Babayev Fuad Fikrət oğlu və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh Şamilov İlqar Şahvələd oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında, ## ######## 2026-cı il tarixdə, yazılı icraat qaydasında baxılır. Sədrlik edən Azərbaycan Respublikası MPM-nin 373-cü maddəsinə əsasən məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Məhkəmə Kollegiyası iş materiallarını nəzərdən keçirir. Məhkəmə Kollegiyası yerində müşavirə edib apellyasiya şikayətinin qeyri-mümkünlüyü barədə qərardadı elan edir. Protokol ## ######## 2026-cı il tarixdə tərtib olunub. Sədrlik edən:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar