Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-736/2026 21.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Işin halları və iş üzrə məhkəmə icraat(lar)ı Ərizəçi Ərizəçi vəkil və nümayəndəsi Vəkil müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh MMC-nin ünvan 1 ünvanında yerləşən, reyestr nömrəsi 007011000599-05101-083001 olan 15,50 kv.m qeyri-yaşayış sahəsinin yerləşdiyi hissədə, bütün tikinti-quraşdırma işlərinin davam etdirilməsinin qadağan edilməsi və iddiaçının mülkiyyət hüququna müdaxiləyə son qoyulması; iş iddia verilənədək müvəqqəti təminat tədbiri qismində Cavabdeh MMC-yə, onun podratçılarına, subpodratçılarına və tapşırığı ilə hərəkət edən digər şəxslərə mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi və ona bilavasitə təsir edən hissədə tikintiquraşdırma, qazıntı, söküntü, armaturlaşdırma, qəlibləmə, betonlama və digər inşaat işlərini aparmağın müvəqqəti olaraq qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-16(5-97)- ***/**** nömrəli qərardadı ilə ərizənin qismən təmin edilməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan e-*(***)-****/**** saylı mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək, ünvan 1 ünvanında yerləşən, 15,50 kv.m qeyri-yaşayış sahəsinə münasibətdə maraqlı şəxs Cavabdeh MMC-yə və digər şəxslərə tikintiquraşdırma işlərinin davam etdirilməsi, o cümlədən həmin qeyri-yaşayış sahəsinə təsir edən tikintiquraşdırma, qazıntı, söküntü və digər inşaat işləri qadağan edilməsi qərara alınmışdır. Cavabdehin nümayəndəsi X1 ##.##.2026-cı il tarixdə məhkəməyə şikayət təqdim edərək, Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, № e-**(*-**)-***/**** saylı qərardadının ləğv edilməsi və ərizənin rədd edilməsinə dair qərardadın qəbul edilməsi xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, hazırki maddi hüquq normasının tələbindən göründüyü kimi, daşınmaz əmlak məhv olduqda daşınmaz əmlaka olan mülkiyyət hüququ itirilir və ərizəçinin əlində olan və əmlakın harada yerləşdiyi belə sonuncuya məlum olmayan çıxarış əsasında maraqlı şəxs Cavabdeh MMC-yə və digər şəxslərə tikintiquraşdırma, qazıntı, söküntü və qazıntı və digər inşaat işlərini qadağan etmək istəsə də, əsas iddia üzrə baxılan işdə, işin mübahisələndirilməyən halıdır ki, çıxarışı olan əmlak tamamilə sökülmüş, yerində binanın həyətyanı sahəsinin inşasına başlanılmışdır. Iş materiallarında olan və Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı əsasında keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiasının ##.##.2026-cı il tarixli, *** nömrəli məktubundan görünür ki, ekspert tərəfindən baxış zamanı cavabdeh X5 göstərdiyi ərazidəona məxsus əmlakın naturada mövcud olmadığı, söküldüyü, həmin ərazinin hasara alınaraq, orada Cavabdeh MMC-nin sifarişi əsasında tikinti işlərinin aparılması aşkar edilmişdir. Bu səbəbdən əmlakın texniki göstəricilərinin və bazar dəyərinin müəyyən edilməsinin mümkün olmadığı göstərilmişdir. Lakin buna baxmayaraq məhkəmə naturada mövcud olmayan qeyri-yaşayış sahəsində tikinti işlərinin qadağan edilməsi barədə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə qərardad qəbul etmiş, həmin əmlakın naturada mövcud olub-olmamasına ümumiyyətlə fikir verməmişdir. Nəzərə alınmalıdır ki, MMC tərəfindən yüzlərlə sakin kirayə mənzillərə köçürülərək, onlara təhvil veriləcək mənzilləri gözləməkdədirlər və hazırki qərardad MMC ilə bərabər yüzlərlə sakinin hüquqlarını pozmaqdadır. Eyni zamanda, ərizəçi tikinti işlərinin dayandırılmasını tələb etmək üçün hər hansı müdafiə olunmalı hüquqi marağının olduğunu kifayət qədər əsaslandıra bilməyib. Göründüyü kimi, iş üzrə əsas iddianın predmeti kompensasiya ödənilməklə mülkiyyət hüququna xitam verilməsi ilə bağlıdır. Ərizəçinin tələbi isə tikinti işlərinin qadağan edilməsidir. Ekspertiza ilə həmin qeyri-yaşayış sahəsinin mövcud olmadığı müəyyən edilib. Belə olan halda müvəqqəti təminat tədbiri gələcək qətnamənin icrasına xidmət etmir. Müvəqqəti təminat tədbiri o zaman tətbiq edilir ki, mövcud vəziyyət dəyişəcək və ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətinləşəcək. Işin faktiki vəziyyəti ondan ibarətdir ki, həmin ev artıq sökülmüş və binanın inşasına başlanılmışdır. Yəni hazırki qərardad nə mövcud vəziyyəti dəyişdirir nə də ki, ərizəçinin hüquqlarının bərpasını mümkün edir. Məhkəmə hazırkı ərizəyə dərhal baxmalı olduğundan və ərizədə həmin mənzilin artıq tam olaraq söküldüyü və yerində binanın inşasına başlanılması göstərilmədiyindən, məhkəmə ərizəni qismən təmin etmiş, lakin işin faktiki halları həmin qərardadın şikayət əsasında birmənalı şəkildə ləğv olunmasına və ərizənin təmin edilməməsinə əsas verir. Məhkəmənin sözügedən qərardadı işin faktiki hallarına uyğun gəlməməklə yanaşı eyni zamanda MMC-nin və 100-dən artıq sakinin hüquqlarını lüzumsuz surətdə məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Belə ki, məhkəmə qazıntıvə tikinti işlərini qadağan etdiyi ünvanda artıq ev olmadığından və binanın inşasına başlanıldığından həm MTT məqsədindən tamamilə kənara çıxılmış, həm dəmənzillərini gözləyən sakinlərin hüquqları ayaqlar altına alınmışdır. Bu qərardadın qüvvədə qalması MTKnın sahibkarlıq fəaliyyətinə ciddi zərbə vurmaqla, onun müflisləşməsinə, dolayısı ilə 100-dən çox sakinin küçədə qalmasına səbəb olacaqdır. Hesab edirik ki, hazırki şikayət əsasında məhkəmə həm yuxarı instansiya məhkəmələrinin analoji işlər üzrə qərarlarını rəhbər tutaraq, həm də işin faktiki hallarını və qoşmaya əlavə edilmiş sənədlər araşdıraraq sözügedən qərardadın ləğvinə və ərizənin təmin edilməməsinə dair yeni qərardad qəbul edəcəkdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e- **(*-**)-***/**** saylı, ##.##.2026- cı il tarixli qərardadının ləğv edilməsi, ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizəsinin təmin edilməsi, ünvan 1 ünvanında yerləşən, 15,50 kv.m qeyri-yaşayış sahəsinə münasibətdə maraqlı şəxs Cavabdeh MMC-yə və digər şəxslərə tikinti-quraşdırma işlərinin davam etdirilməsi, o cümlədən həmin qeyri-yaşayış sahəsinə təsir edən tikinti-quraşdırma, qazıntı, söküntü və digər inşaat işlərinin aparılmasına qoyulmuş qadağanın götürülməsi qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1, 158.1.1, 158.1.2, 158.1.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddianı təmin tədbiri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanır. Bu, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyrimümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası isə həmin subyektiv hüququn real bərpası deməkdir. Bu mənada, məhkəmə qeyd edir ki, iddianı təmin tədbirləri öz təbiətləri etibarilə qaçılmaz olaraq proses iştirakçılarından birinin hüquqlarına toxuna, onların həyata keçirilməsində müəyyən məhdudiyyətlər yarada bilər. Məhkəmənin qənaətinə görə, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: Bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməli; bu tədbirlər müvəqqəti xarakter daşımalı və tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Bundan başqa qeyd edilməlidir ki, iddianı təmin etmə tədbirinin zəruriliyinə dair dəlillərə qiymət verilərkən məhkəmə həmin dəlillərin ağlabatan olmasını və əsaslılığını, bu tədbirlər görülmədikdə işdə iştirak edən şəxsin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalını, işdə iştirak edən bütün şəxslərin, eləcə də işdə iştirak edən şəxs statusuna malik olmayan şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməli olmasını, iddianı təmin etmə tədbirləri tətbiq edilərkən ümumi mənafelərin və ayrı-ayrı şəxslərin mənafelərinin pozulmasının qarşısının alınmalı olmasını nəzərə almalıdır. Konstitusiya Məhkəməsi Plenumunun X2 şikayəti üzrə 2017-ci il ## ### tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Qeyd olunan xüsusatlara əsasən qeyd edirəm ki, hazırki iddia tələbi kompensasiya verilməsi yolu ilə mülkiyyət hüquqlarına xitam verilməsinə və qeyri-yaşayış sahəsindən çıxarılmasına yönəlmişdir. Göründüyü kimi, hazırda ərizəçinin tikintinin dayandırılması və ya daşınmaz əmlakın əvvəlki vəziyyətə qaytarılması ilə bağlı tələbi yoxdur. Hazırki iş üzrə tikinti işlərinin dayandırılması iddia tələbi ilə birbaşa əlaqəli deyildir. Belə ki, iddianın təmin olunacağı təqdirdə qəbul ediləcək məhkəmə aktının icrası tikinti işlərinin davam etirilib-etdirilməməsindən asılı olmayacaqdır. Bundan əlavə şikayətə əlavə edilmiş sübutlardan ərizəçinin göstərdiyi ərazidə yerləşən mübahisəli daşınmaz əmlakın yerində olmadığı (sökülməsi) və həmin ərazinin hasara alınaraq, maraqlı şəxs Cavabdeh MMC-nin sifarişi əsasında tikinti işlərinin aparıldığı müəyyən edilmişdir. Belə olan halda isə məhdudiyyətlərin tətbiq edilməsinin qanuni məqsədə uyğunluğu, o cümlədən müvəqqəti təminat tədbirinin görülməsini zəruri edən halların artıq mövcud olmadığı aşkardır. Apellyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi Ərizəçi Ərizəçi qərardaddan şikayət verərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadının ləğv edilməsi, şikayətə baxılanadək ##.##.2026-cı il tarixli qərardadın icrası dayandırılmasını və mübahisəli hissədə mövcud vəziyyətin dəyişdirilməsinə yol verilməsi, cavabdeh Cavabdeh MMC-nin ünvan 1 ünvanında yerləşən, reyestr nömrəsi 007011000599-05101-083001 olan 15,50 kv.m qeyri-yaşayış sahəsinin yerləşdiyi hissədə, bütün tikinti-quraşdırma işlərinin davam etdirilməsi qadağan edilməsi və iddiaçının mülkiyyət hüququna müdaxiləyə son qoyulması, iş iddia verilənədək müvəqqəti təminat tədbiri qismində Cavabdeh MMC-yə, onun podratçılarına, subpodratçılarına və tapşırığı ilə hərəkət edən digər şəxslərə mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi və ona bilavasitə təsir edən hissədə tikintiquraşdırma, qazıntı, söküntü, armaturlaşdırma, qəlibləmə, betonlama və digər inşaat işlərini aparmağın müvəqqəti olaraq qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Qərardadda “əmlak artıq naturada yoxdur” arqumentindən çıxış edərək qorunmalı vəziyyətin qalmadığı nəticəsinə gəlmişdir. Bu yanaşma faktiki vəziyyəti yarımçıq qiymətləndirir. Dayandırılması tələb edilən hissədə yeni qeyri-yaşayış sahəsi tikilir. Tikinti davam etdikcə mübahisəli 15,50 kv.m sahə yeni konstruksiyaya daxil edilir, üzərində üçüncü şəxslər qarşısında öhdəliklərin yaranması, yeni obyektlərin satılması və ya yüklü edilməsi, sonradan söküntünün texniki təhlükə və böyük xərc yaratması ehtimalı artır. Əsas işdə Cavabdeh MMC kompensasiya ödənilməklə Ərizəçi mülkiyyət hüququna xitam verilməsini tələb edir. Bu tələbin özü cavabdehin dövlət qeydiyyatlı hüququnun hazırda mövcud olduğunu və ona yalnız məhkəmə yolu ilə xitam verilməsinin istənildiyini göstərir. Belə olduğu halda yekun qərarı gözləmədən eyni sahədə tikintinin davam etdirilməsi iddianın predmetini faktiki yolla aradan qaldırmaqdır. Təminat tədbiri əsas iddianın predmetini dəyişmir və MMC-nin bütün tikintisini dayandırmır. Tədbir yalnız mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi və ona bilavasitə təsir edən hissə ilə məhdudlaşdırılmışdır. Bu lokal qadağa yekun qərarın real icrasına, tərəflərin hüquqi vəziyyətinin qorunmasına və məhkəmənin artıq yaradılmış fakt qarşısında qoyulmamasına xidmət edir. Şikayət olunan qərardadda ərizəçinin hazırkı əsas işdə tikintinin dayandırılması və ya daşınmaz əmlakın əvvəlki vəziyyətə qaytarılması barədə tələbinin olmaması təminat tədbirinin ləğvinə əsas kimi göstərilmişdir. Bu yanaşma MPM-in 157.3-cü maddəsinin məzmununu nəzərə almır. Həmin normaya görə müvəqqəti təminat tədbiri barədə ərizə yalnız mövcud iddia ilə eyni vaxtda və ya işin gedişində deyil, iddia ərizəsi məhkəməyə verilənədək də təqdim edilə bilər. Deməli, qanunverici təminat tədbirinin tətbiqini mütləq şəkildə artıq qaldırılmış iddianın formal predmetinə bağlamayıb; gələcək iddianın səmərəli müdafiəsini qorumaq məqsədini ayrıca qəbul edib. Ərizəçi mübahisəli sahədə tikintinin dayandırılması, onun xüsusi mülkiyyət hüququna qanunsuz müdaxiləyə son qoyulması, mülkiyyət hüququnun həyata keçirilməsinə maneələrin aradan qaldırılması və faktiki-hüquqi imkanlar daxilində daşınmaz əmlakın əvvəlki vəziyyətə qaytarılması barədə Cavabdeh MMC-yə qarşı ayrıca iddia ilə məhkəməyə müraciət etmək mövqeyindədir. Həmin gələcək iddia Mülki Məcəllənin 157-ci maddəsində nəzərdə tutulan, mülkiyyətçinin sahiblikdən məhrum edilmədiyi halda belə onun hüququnun pozulmasına səbəb olan maneələrin aradan qaldırılmasını tələb etmək hüququna, habelə mülkiyyət hüququnun ümumi müdafiə vasitələrinə əsaslanacaqdır. Gələcək iddiada, iş üzrə toplanacaq sübutların və ekspertiza nəticələrinin imkan verdiyi həddə, göstərilən tələblərin irəli sürülməsi nəzərdə tutulur: reyestr nömrəsi 007011000599- 05101-083001 olan 15,50 kv.m qeyri-yaşayış sahəsinin yerləşdiyi və ona bilavasitə təsir edən hissədə tikinti-quraşdırma işlərinin dayandırılması, mülkiyyətçinin razılığı və hüquqi əsas olmadan onun əmlak sahəsinə müdaxilənin qanunsuz hesab edilməsi və həmin müdaxiləyə son qoyulması; mülkiyyət hüququnun həyata keçirilməsinə mane olan tikili, konstruksiya və digər nəticələrin aradan qaldırılması, texniki cəhətdən mümkün olduğu və üçüncü şəxslərin hüquqları qanuni qaydada qiymətləndirildiyi həddə daşınmaz əmlakın əvvəlki vəziyyətinin bərpası, əvvəlki vəziyyətin naturada bərpası obyektiv olaraq mümkün olmadıqda, qanunvericilikdə nəzərdə tutulan alternativ müdafiə üsullarının və vurulmuş zərərin tam əvəzinin tətbiqi. Məhz tikintinin hazırda davam etməsi həmin gələcək iddianın predmetini və mümkün icra üsulunu hər gün dəyişdirir. Mübahisəli hissədə yeni qeyriyaşayış sahəsi və əsaslı konstruksiyalar tamamlandıqca naturada bərpa tələbinin icrası texniki baxımdan çətinləşir, sonradan yaranacaq obyektlər və üçüncü şəxslərlə münasibətlər mübahisəyə əlavə olunur, söküntü və bərpa xərcləri artır. Beləliklə, qadağanın götürülməsi gələcək iddianı əvvəlcədən səmərəsizləşdirə və məhkəmə müdafiəsini yalnız pul kompensasiyası ilə məhdudlaşdırılmış formal vasitəyə çevirə bilər. Mülkiyyətçi isə qanunda nəzərdə tutulan müdafiə vasitələrindən hansını seçmək barədə hüququnu qarşı tərəfin birtərəfli tikinti fəaliyyəti nəticəsində itirməməlidir. MPM-in 157.5-ci maddəsinin tələbləri də ödənilir. Gələcək tələbin kifayət qədər əsaslılığına dair ilkin sübutlar dövlət reyestrindən çıxarış, notariat qaydasında təsdiqlənmiş alğı-satqı müqaviləsi, tikinti mərhələlərini göstərən fotoşəkillər, ekspertiza mərkəzinin ərazidə MMC-nin sifarişi ilə tikinti aparıldığını təsdiqləyən məktubu və qarşı tərəfin mülkiyyət hüququna xitam verilməsi barədə öz iddiasıdır. Tədbir tətbiq edilmədən 157.2-ci maddədəki məqsədə nail olmaq mümkün deyil, çünki betonlama və yeni konstruksiyaların qurulması davam etdikcə sonrakı bərpa qərarının icrası əhəmiyyətli dərəcədə çətinləşir. Bu səbəbdən “hazırkı işdə belə tələb yoxdur” arqumenti təminatın rəddinə əsas ola bilməz. Əksinə, ərizəçinin ayrıca iddia qaldırmaq barədə aydın prosessual iradəsi, gələcək tələbin hüquqi və faktiki konturlarının müəyyənliyi və təxirəsalınmaz risk MPM-in 157.3-cü maddəsi əsasında iddiadan əvvəl təminat tədbirinin saxlanılmasını zəruri edir. Ərizəçi qanunla müəyyən edilmiş qayda və müddətlər daxilində ayrıca iddia ərizəsini təqdim etməyə hazırdır. ##.##.2026-cı il tarixli qərardad məhz bu meyara uyğun olaraq ərizəni tam deyil, qismən təmin etmiş, qadağanı 15,50 kv.m sahəyə və ona bilavasitə təsir edən işlərə yönəltmişdir. Şirkətin “100-dən artıq sakinin hüquqları” barədə ümumi iddiası konkret layihə, koordinat, tikinti qrafiki, müqavilə və maliyyə sənədləri ilə təsdiq edilməmişdir. Tərəzilərin digər gözündə isə dövlət reyestrində qeydə alınmış xüsusi mülkiyyət hüququnun faktiki nəticəsiz qalması və gələcək qərarın icrasının mümkünsüzləşməsi riski dayanır. Lokal və müvəqqəti qadağanın şirkətə mümkün təsiri sonradan aradan qaldırıla bilər; mübahisəli sahənin yeni əsaslı konstruksiyaya qatılması isə geri qaytarılması çətin nəticə yaradır. Buna görə hüquqlar balansı təminat tədbirinin saxlanılmasını tələb edir. ##.##.2026-cı il tarixli *** nömrəli sənəd ekspert tədqiqatının yekun rəyi deyil; orada qiymətləndirmənin aparılmasının mümkün olmadığı bildirilmişdir. Sənəd yalnız baxış zamanı əvvəlki tikilinin görünmədiyini və tikinti aparıldığını təsvir edir. O, əmlakın hüquqi taleyini, reyestr yazısının etibarlılığını, söküntünün qanuniliyini, sahənin koordinatlarını və ya mülkiyyət hüququnun xitamını müəyyən etmir. Nərimanov Rayon Icra Hakimiyyəti başçısının ##.##.2018-ci il tarixli *** saylı sərəncamı öz məzmununa görə ilkin layihələndirmə üçün əsasdır. Bakı Şəhər Icra Hakimiyyəti başçısının ##.##.2020-ci il tarixli *** saylı sərəncamı isə torpağın icarəyə verilməsini ərazidə dövlət qeydiyyatına alınmış daşınmaz əmlakların istifadəçiləri və mülkiyyətçiləri ilə mülki münasibətlərin qanunvericiliyə uyğun, qarşılıqlı razılıq əsasında tənzimlənməsi və özəl mülkiyyətlərin nəzərə alınması şərtinə bağlayır. Qadağanın götürülməsi ilə tikinti işlərinin dərhal davam etdirilməsi mümkündür. Armatur, qəlib və beton işləri qısa müddətdə tamamlandığından apellyasiya baxışı başa çatana qədər mübahisəli sahənin yeni qeyriyaşayış tikilisinin konstruksiyasına tam daxil edilməsi real təhlükədir. Bu səbəbdən şikayətə təxirəsalınmadan baxılması, ##.##.2026-cı il tarixli qərardadın icrasının dayandırılması və ##.##.2026-cı il tarixli qadağanın mübahisə həll edilənədək bərpa olunması zəruridir. Əks halda apellyasiya şikayətinin sonradan təmin edilməsi belə hüququ faktiki bərpa etməyə bilər. Yeni konstruksiyanın sökülməsi digər hissələrin təhlükəsizliyinə, üçüncü şəxslərin maraqlarına və böyük məsrəflərə toxuna bilər. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Konstitusiyasının Insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipini müəyyən edən 24-cü maddəsinin III hissəsinə əsasən: Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun Tələblərinə əsasən: 1.2.Heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir. Mülki Prosessual Məcəllənin müddəalarına əsasən: 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir; 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu; 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Məcəllənin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli qərarına əsasən: Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olubolmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şikayəti araşdırıb Azərbaycan Respublikası Konstitusiyasının 24 (III), 80 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-164, 372, 385, 387, 395, 397-ci maddələrinə əsasən, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçinin müvəqqəti təminat tədibirinin tətbiqi barədə ərizəsi iddia tələbi ilə əlaqəli olsa da mövcud olmayan əmlaka aid deyil və tədbirin məqsədlərinə birbaşa aid deyildir, həmçinin ərizəçinin qeyd etdiyi ərazidə yerləşən mübahisəli daşınmaz əmlakın sökülməsi və həmin ərazinin hasara alınaraq, maraqlı şəxs Cavabdeh MMC-nin sifarişi əsasında tikinti işlərinin aparıldığı müəyyən edildiyindən müvəqqəti təminat tədbirinin tətbiqi üçün əsaslar mövcud deyildir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395- 403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı işi üzrə ## #### 2026-cı il tarixli qərardadından ərizəçi Ərizəçi tərəfindən
Məhkəmə qərarları › İş №e-16(3-6)-736/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-736/2026
21.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver