Məhkəmə qərarları › İş №e-16(3-6)-751/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-751/2026

23.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-751/2026 23.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Abdullayev Elşən Uğur oğlunun məruzəsilə, Şirinov Ziya Allahverdi oğlu və Mahmudova Təranə Nəriman qızından ibarət tərkibdə, Ərizəçi Ərizəçi Açıq Səhmdar Cəmiyyətinin müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında ərizəsinə baxılmasına dair Bakı Kommersiya Məhkəməsinin e-**(*- **)-***/**** nömrəli ## ###### 2026-cı il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında, məhkəmə iclasından kənar, yazılı icraat qaydasında yoxlayaraq Müəyyən etdi: İddiaçı Ərizəçi ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 36434,43 manat məbləğindəki əsas borc və iddiaçının pul vəsaitlərindən faydalanmağa görə bank uçot dərəcəsinə uyğun 2459,32 manat faizlər, eləcə də ödənilmiş 199,30 manat dövlət rüsumu, cəmi 39093,05 manat cavabdeh Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı Ərizəçi ASC müvəqqəti təminat tədbirinin tətbiq edilməsi ərizəsi ilə məhkəməyə müraciət edərək, gələcək icra icraatının effektivliyini təmin etmək məqsədilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-160-cı maddələrini rəhbər tutaraq, məhkəmədən cavabdeh Cavabdeh MMC-yə (VÖEN **********) məxsus bank hesablarındakı pul vəsaitlərinə və mülkiyyətində olan daşınar və daşınmaz əmlakına 39100,43 manat iddia tələbi məbləğində həbsin qoyulması haqqında dərhal icra edilməli barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli ## ###### 2026-cı il tarixli qərardadı ilə ərizə qismən təmin edilmişdir. Həmin qərardaddan ərizəçi şikayət vermiş, məhkəmənin ## ###### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş məhkəmə sənədlərinin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsinə dair “AzeMis” Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, məhkəmənin mübahisələndirilən qərardadı ## ###### 2026-cı il tarixdə ərizəçinin elektron kabinetinə yerləşdirilmişdir. Qərardaddan şikayət isə ## ###### 2026-cı il tarixdə verilmişdir. Şikayətə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərziə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Kollegiya qeyd edir ki, ərizəçi ## ###### 2026-cı il tarixdən qərardad barədə məlumatlı olmuş və prosessual müddətin axımı da həmin vaxtdan başlamışdır. Odur ki, ərizəçi tərəfindən verilmiş şikayət qanunvericilikdə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən şikayət mümkün sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsinə görə Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Qeyd olunan Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Göründüyü kimi, ərizəçi qərardaddan şikayət vermək üçün prosessual müddəti ötürdüyü halda, birinci instansiya məhkəməsi həmin xüsusatı yoxlamadan, şikayəti iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 402, 405-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli ## ###### 2026-cı il tarixli qərardadından ərizəçi Ərizəçi ASC tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar