Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-752/2026 14.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkünlüyü) Hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, Abdullayev Elşən Uğur oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-**(*-**)-****/**** nömrəli qərardadından Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq qərara aldılar. Birinci instansiya məhkəməsindəki icraat
1. Ərizəçi Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti müvəqqəti təminattədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-yə məxsus bank təşkilatlarındakı hesablaşma hesablarına 200,600 manat məbləğində həbs qoyulması barədə qərardad qəbul edilsin. 3. MPM-nin 158.1.2-ci maddəsinə əsasən, Cavabdeh MMC-nin qanuni təmsilçisi və direktoru Abdullah Demirtasın ölkədən çıxışına qadağa qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026 tarixli e-**(*-**)-****/**** saylı qərardadı ilə Ərizəçi MMC-nin ərizəsi qismən təmin edilərək, ““xxxx” MMC-yə məxsus bank hesablarında olan pula-əmək haqqı, vergi, sosial müdafiə və digər məcburi dövlət ödənişlərinə məhdudiyyət qoyulmadan 200.600 (iki yüz min altı yüz) manat həcmində həbsin qoyulması, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
3. Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti qeyd edilən qərardaddan ##.##.2026-cı il tarixdə şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadının ərizənin təmin edilməmiş hissəsində (cavabdeh Cavabdeh MMC-nin qanuni təmsilçisi və direktoru Abdullah Demirtaşın ölkədən çıxışına qadağa qoyulmasından imtina edilməsi barədə) ləğv edilməsi, Azərbaycan Respublikası MPM-nin 158.1.2-ci maddəsinə əsasən, cavabdeh Cavabdeh MMC-nin qanuni təmsilçisi və direktoru Abdullah Demirtaşın ölkədən çıxışına qadağa qoyulması xahiş etmişdir.
Apellyasiya instansiya məhkəməsindəki icraat
Tətbiq edilən hüquq
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
363.1 və 363.1.1-1-ci maddələrində təsbit olunmuşdur ki, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
5. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:
8-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri: 8.5. Iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması və məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardaddan şikayət verilməsinə görə: 50 manat
Məhkəmənin mövqeyi
6. Məhkəmə şikayətin mümkünlüyünü yoxlayaraq hesab edir ki, ərizəçi tərəfindən verilmiş şikayət apellyasiya şikayətinin qanunvericiliklə müəyyən olunmuş mümkünlük şərtlərinə cavab vermədiyi üçün qeyri-mümkün hesab edilməlidir.
7. Belə ki, Mülki Prosessual Məcəllənin 108.1 və 108.1.6-cı maddələrinə görə iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlardan şikayət verildikdə dövlət rüsumu ödənilir.
8. “Dövlət rüsumu haqqında” Qanunun 8.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması və məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardaddan şikayət verilməsinə görə dövlət rüsumu 50 (əlli) manat müəyyən edilmişdir.
9. “AZEMIS” elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə təqdim olunmuş şikayətə əlavə edilmiş №: ******** nömrəli mədaxil qəbzi ilə müəyyən olunur ki, 27,00 (iyirmi yeddi) manat dövlət rüsumu ödənilmişdir.
10. Göründüyü kimi, dövlət rüsumu qanunvericiliklə müəyyən edilmiş miqdarda ödənilməmişdir.
11. Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsində isə təsbit olunmuşdur ki, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
12. Qeyd olunan prosessual hüquq normasını rəhbər tutaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.
13. Qeyd olunan prosessual hüquq normasını rəhbər tutaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.
14. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 108 və 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-**(*-**)-****/**** nömrəli qərardadından ərizəçi Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.