Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-16(3-7)-31/2026 19.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Iddiaçılar Naiqin-K xxxx MMC və ərizəçi1 MMC tərəfindən birgə verilmiş müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəyə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli **(*-**)-**/**** nömrəli qərardadından cavabdeh cavabdeh1 ASC tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Iddiaçılar Naiqin-K xxxx MMC və ərizəçi1 MMC müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı işə baxılıb qurtarana kimi, müvəqqəti təminat tədbiri qismində cavabdeh1 ASC ilə Tovuz rayon Probasiya və icra Şöbəsi arasında bağlanmış Tovuz rayonu Ibrahimhacılı kəndində yerləşən sahəsi 63.0 kv.m olan qeyriyaşayış binasının 10500 manata qəbul edilməsinə dair Ne*****/****-**-**/* saylı ##.##.2026-cı il tarixli, Tovuz rayonu Ibrahimhacılı kəndində yerləşən sahəsi 933.80 kv.m olan qeyri-yaşayış binasının 141110 manata qəbul edilməsinə dair Ne91661/2025- **-**/* saylı, ##.##.2026-cı il tarixli, Tovuz rayonu Ibrahimhacılı kəndində yerləşən sahəsi 1746.310 manat olan qeyri-yaşayış sahəsi 277 310 manata qəbul edilməsinə dair Ne*****/****-**-**/* saylı ##.##.2026-cı il tarixli, Tovuz rayonu Ibrahimhacılı kəndində yerləşən sahəsi 527.20 kv.m olan qeyri-yaşayış binasının 43500 manata qəbul edilməsinə dair Ne*****/****-**-**/* saylı, ##.##.2026-cı il tarixli protokollar və Tovuz rayonu, Asan xidmət mərkəzinin notariat ofisinin xüsusi notariusu X2 tərəfindən icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlakın və rəsmi reyestrdə üzərində hüquqlar qeydiyyata alınan daşınar əmlakın əldə olunması barədə ##.##.2026-cı il tarixli şəhadətnamələr əsasında hüquqların qeydiyyata alınmasının cavabdehlərə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüsüsi Şəxsi ** saylı Tovuz Ərazi Idarəsinə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçılar “xxxx” MMC və Naiqin-K- “xxxx” MMC cavabdehlər xxxx, Tovuz Probasiya və icra Şöbəsi, X1 Xidmətinin Mərkəzinin notariat ofisinə qarşı cavabdeh1 ASC ilə Tovuz rayon Probasiya və icra Şöbəsi arasında bağlanmış Tovuz rayonu Ibrahimhacılı kəndində yerləşən sahəsi 63.0 kv.m olan qeyri-yaşayış binasının 10500 (on min) manata qəbul edilməsinə dair Ne*****/****-**-**/* saylı ##.##.2026-cı il tarixli, Tovuz rayonu Ibrahimhacılı kəndində yerləşən sahəsi 933.80 kv.m olan qeyri-yaşayış binasının 141 110 manata qəbul edilməsinə dair Ne91661/2025- **-**/* saylı, ##.##.2026-cı il tarixli, Tovuz rayonu Ibrahimhacılı kəndində yerləşən sahəsi 1746.310 manat olan qeyri-yaşayış sahəsi 277 310 manata qəbul edilməsinə dair Ne*****/****-**-**/* saylı ##.##.2026-cı il tarixli, Tovuz rayonu Ibrahimhacılı kəndində yerləşən sahəsi 527.20 kv.m olan qeyri-yaşayış binasının 43500 manata qəbul edilməsinə dair Ne*****/****-**-**/* saylı, ##.##.2026-cı il tarixli protokolların etibarsız hesab edilməsi və Tovuz rayonu, Asan xidmət mərkəzinin notariat ofisinin xüsusi notariusu X2 tərəfindən icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlakın və rəsmi reyestrdə üzərində hüquqlar qeydiyyata alınan daşınar əmlakın əldə olunması barədə##.##.2026-cı il tarixli şəhadətnamələrin ləğv edilməsi barədə iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət etmişlər. Iddiaçı cavabdeh1 ASC cavabdeh ərizəçi1 MMCyə, Naiqin-K "xxxx" MMC-yə, X4 və X3 qarşı ##.##.2013-cü il tarixli, 6- BIZ-1-0-101- **(**) saylı kredit müqaviləsinə əsasən 483000 (dörd yüz səksən üç min) manat əsas borcun, kreditin bitmə tarixinə hesablanmış ödənilməmiş 214904.28 (iki yüz on dörd min doqquz yüz dörd manat iyirmi səkkiz qəpik) manat məbləğində faiz borcunun, 121957.01 (yüz iyirmi bir min doqquz yüz əlli yeddi manat 01 qəpik) manat məbləğində cərimə borcunun və ##.##.2015-ci il tarixdən ##.##.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 150688.05 (yüz əlli min altı yüz səksən səkkiz manat 05 qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 970549.34 (doqquz yüz yetmiş min beş yüz qırx doqquz manat otuz dörd qəpik) manat məbləğində borcun ərizəçi1 MMC-dən və X3, ##.##.2014-cü il tarixli, 6-BIZ-1- *-***-**(Ə*) saylı kredit müqaviləsinə əsasən 240230.59 (iki yüz qırx min iki yüz otuz manat əlli doqquz qəpik) manat məbləğində əsas borcun, kreditin bitmə tarixinə hesablanmış ödənilməmiş 187906.34 (yüz səksən yeddi min doqquz yüz altı manat otuz dörd qəpik) manat məbləğində faiz borcunun, 80359.05 (səksən min üç yüz əlli doqquz manat 05 qəpik) manat məbləğində cərimə borcunun və ##.##.2016-cı il tarixdən ##.##.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 66716.35 (altmış altı min yeddi yüz on altı manat otuz beş qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 575212.33 (beş yüz yetmiş beş min iki yüz on iki manat otuz üç qəpik) manat məbləğində borcun ərizəçi1 MMC-dən, X3 və X4, ##.##.2014-cü il tarixli, 6-BIZ-1-0- ***-**(**) saylı kredit müqaviləsinə əsasən 121303.49 (yüz iyirmi bir min üç yüz üç manat qırx doqquz qəpik) manat əsas borcun, kreditin bitmə tarixinə hesablanmış ödənilməmiş 71932.91 (yetmiş bir min doqquz yüz otuz iki manat doxsan bir qəpik) manat məbləğində faiz borcunun, 110585.26 (yüz onmin beş yüz səksən beş manat iyirmi altı qəpik) manat məbləğində cərimə borcunun və ##.##.2014-cü il tarixdən ##.##.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 37845.1 (otuz yeddi min səkkiz yüz qırx beş manat on qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 341666.76 (üç yüz qırx bir min altı yüz altmış altı manat yetmiş altı qəpik) manat məbləğində borcun ərizəçi1 MMC-dən, X3, X4 və Naiqin-K "xxxx "MMC-dən, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada tutulmasına, tutmanın öhdəliyin təminatı kimi Naiqin-K "xxxx "MMC ilə"xxxx" IKB ASC arasında bağlanmış ##.##.2014-cü il tarixli, 6- BIZ-1- *-***-**(*) saylı ipoteka müqaviləsinə əsasən, Tovuz Rayonu Ibrahim Hacılı kəndində yerləşən ümumi sahəsi 933.8 kv.m qeyriyaşayış binasına (alkaqol içkilərin süzülməsi və doldurulması sexi), ##.##.2014-cü il tarixli, *-BIZ-*-*-***-**(**) saylı ipoteka müqaviləsinə əsasən Tovuz Rayonu, Ibrahim Hacılı kəndində yerləşən ümumi sahəsi 1746.4 kv.m qeyri-yaşayış binasına (un kombinatı), ##.##.2014-cü il tarixli, 6-BIZ-1-0-101- **(**) saylı ipoteka müqaviləsinə əsasən Tovuz Rayonu, Ibrahim Hacılı kəndində yerləşən ümumi sahəsi 527.2 kv.m qeyri-yaşayış binasına (ilkin emal sexi) və ##.##.2014-cü il tarixli, 6-BIZ-1-0-101- **(**) saylı ipoteka müqaviləsinə əsasən Tovuz Rayonu Ibrahim Hacılı kəndində yerləşən ümumi sahəsi 63.8 kv.m qeyri-yaşayış binasına (spirt çəkmə sexinə), həmçinin kredit müqavilələrindən irəli gələn öhdəliklərin təminatı üsulu kimi Naiqn- K "xxxx" MMC ilə cavabdeh1 ASC arasında bağlanmış ##.##.2014-cü il tarixli, 6- BIZ-1-0-101-13 (G) saylı girov müqaviləsinə əsasən adları müqaviləyə əlavə * nömrəli qeydə olunan əsas vəsaitlər olan 2002-ci il buraxılışlı 1 ədəd şərab süzmə sexi, 1995-ci il buraxılışlı 1 ədəd spirt saxlama sexi, 2001-ci ildə inşa edilmiş 1 ədəd qazanxana binası, 1996-cı ildə inşa edilmiş 1 ədəd ehtiyat hissələri anbarı, 1998-ci ildə inşa edilmiş keçid binası, 1997-ci il buraxılışlı 47 ədəd emal çənləri, 1995-ci ildə inşa edilmiş 1 ədəd taxta anbar, 1996-cı il buraxılışlı miqdarı 1700 olan daş hasar, 1995-ci ildə inşa edilmiş 1 ədəd qonaq evi, 2001-ci il buraxılışlı 1 ədəd buţulka yuyan, 1994-cü ildə inşa edilmiş 1 quraşdırma anbarı, 2001-ci il buraxılışlı 1 ədəd alkoqollu içki çəkən sex, 1998-ci il buraxılışlı 1 ədəd üzüm emal sexi, 2001-ci il buraxılışlı 1 ədəd şərab süzmə sexi binası, 1996-cı il buraxılışlı 1 ədəd gözətçi butkası, 2004-cü ildə inşa edilmiş 1 ədəd hamam və tualet binası, 2004-cü ildə inşa edilmiş 1 ədəd nəzarətçi postu, 2008-ci il buraxılışlı 8 ədəd çən və avadanlıqlar, 1997-ci il buraxılışlı 2 ədəd yanacaq çənləri, 1996-cı il il buraxılışlı 2 ədəd katyol, 2001-ci il buraxılışlı 1 ədəd spirt çəkən sex, 2001-ci il buraxılışlı 1 ədəd spirt çəkən (düzəlmə), 2001-ci il buraxılışlı 1 ədəd spirt çəkən sex, 2001-ci il buraxılışlı 1 ədəd spirt çəkən sex (avadanlığı), 2004-cü ildə inşa edilmiş 250 metr uzunluqda dəmir hasar, 1995-ci il buraxılışlı 2,5 km uzunluğnda xarici işıqlandırma xətti, 1997-ci il buraxılışlı 1ədəd D200 markalı dizel işıqlanma generatoru, 1997ci il buraxılışlı 1 ədəd işıq generatoru Dt124, 1994-cü il buraxılışlı 1 ədəd işıq generatoru, 1994cü il buraxılışlı 1 ədəd transfarmator, 2001-ci il buraxılışlı 1 ədəd kompressor, 1993-cü ildə inşa edilmiş 250 metr uzunluğunda su xətti, 1997-ci il buraxılışlı 1 ədəd qapan tərəzi, 1995- ci il buraxılışlı 4 ədəd qapan tərəzi, 1993-cü il buraxılışlı 1 ədəd yükləyici QTX-0,5, 2002-cı il buraxılışlı 1 ədəd kimyəvi analiz laboratoriyası, 2012-ci il buraxılışlı 1 ədəd kompyuter, 1995-ci il buraxılışlı 4 ədəd elektrik qızdırıcısı, 1995-ci ildə alınmış 2 ədəd divan-kreslo, 1995-ci ildə alınmış 2 ədəd elit mebel, 1994-cü il buraxılışlı 1 ədəd ofis telefaksı, 1995-ci il buraxılışlı 2 ədəd ofis Üzçıxaranı, 1995-ci ildə alınmış 3 ədəd ofis jurnal stolu, 2012-ci il buraxılışlı 2 ədəd ofis printeri, 1995-ci il buraxılışlı 4 ədəd ofis üçün yanmayan seyf, 1995- ci il buraxılışlı 3 ədəd dəmir seyf, 1995-ci il buraxılışlı 4 ədəd komputer stolu, 1995-ci il buraxılışlı 2 ədəd ofis kreslosu Rı, 1995-ci il buraxılışlı 3 ədəd ofis üçün elektrik peçi, 1995-ci il buraxılışlı 6 ədəd ofis penlandina, 1995-ci il buraxılışlı 4 ədəd ofis şkafı-Ivb, 1995- ci il buraxılışlı 4 ofis şkafı-iv 2B, 2002-ci il buraxılışlı 1 ədəd kondisoner, 1994-cü il buraxılışlı 2 ədəd soyuduçu, 1984-cü il buraxılışlı, ВЪШ -300 markal 1 ədəd üzüm qəbulu üçün bunker, 1984-cü il buraxılışlı 2 ədəd, ЦДГ -20 markal mərkəzdən qacma üyütmə aparatı, 1984-cü il buraxılışlı 5 ədəd MH28 markalı porşenli nasos, 1984-cü il buraxılışlı BCH-20 markalı 2 ədəd stekatel, 1986-cı il buraxılışlı 1 ədəd 52-ВПО-30 markalı press, 1986-cı il buraxılışlı ΒΠΟ-30 markal 2 ədəd press, 1988-ci il buraxılışlı BTB-20 markal 3 ədəd transporter (skrepkovıy), 1988-ci il buraxılışlı BTB-20 markal 2 ədəd transporter (lentovoy), 1990-cı il buraxılışlı AO-514 markal 2 ədəd filtr pressi, 1998-cı il buraxılışlı H-21 markalı 6 ədəd porşenli nasos, 2000-ci il buraxılışlı Bчн-40 markal 8 ədəd məkkəzdən qacma nasosu, 1999-cu il buraxılışlı НОГШ-450 markalı 1 ədəd seperator, 1999cu il buraxılışlı НОГШ-251 markal 1 ədəd separator, 1990-cı buraxılışlı AB4-700 markalı 2 ədəd 7,5-lik emal çəni, 1995-ci il buraxılışlı 44ДБС-5 markalı 1 ədəd köynəkli 5 tonluq çən, 1998-ci il buraxılışlı H4C-100 markalı 1 ədəd separator üçün çən, 1985-ci buraxılışlı 54- 2500 markalı 14 ədəd 25 tonluq qıcqırma üçün emal çəni, 1968-ci il buraxılışlı U152/68 markalı 1 ədəd velox, 1996-cı il buraxılışlı C14/4 markalı 1 ədəd Gadoolpa, 1990-cı il buraxılışlıOP6 markalı 1 ədəd ПШЕМАШ, 1996-cı il buraxılışlı 3 ədəd C144 markalı filtrpres, 1998-ci il buraxılışlıФК1000 markalı 2 ədəd suyun codluğunu almaq üçün 4 tonluq sulfa uqol regenaratoru, 1998- ci il buraxılışlıФБОBОC AY1500 markalı 4 ədəd araq çəkmək üçün regenatorlar, 1998-ci il buraxılışlı ПФ-200 markalı 8 ədəd qum filteri, 1998-ci il buraxılışlı AYK - 1600 markalı 1 ədəd regenirator, 1985-ci il buraxılışlı KTOBMA markalı 1 ədəd 750 litrlik mernik, 787- Mmarkal 985ci il buraxılışlı 1 ədəd 2500 litrlik mernik, 1998-ci il buraxılışlı CP 36-0 markalı 1 ədəd duzlaşdırılmış maye üçün 2130 litrlik titandan çən, 1998-ci il buraxılışlı BCE-200 markalı 1 ədəd 1820 litrlik araq üçün sortlaşdırma çəni, 1998-ci il buraxılışlı BCC-200 markal 3 ədəd araq üçün 1790 litrlik sortlaşdırma çəni, 1998-ci il buraxılışlı P4- 700 markalı 1 ədəd yumuşaldılmış 6800 litirlik su üçün qəbul çəni, 1998-ci il buraxılışlı BP4- 500 markalı 1 ədəd 4350 litrlik araq üçün qəbul çəni, 1998-ci il buraxılışlı BP4- 500 markal 1 ədəd araq üçün 4490 litrlik qəbul çəni, 1998ci il buraxılışlı BP4-200 markalı 1 ədəd araq üçün 4530 litrlik qəbul çəni, 1998-ci il buraxılışlı BP4-200 markalı 2 ədəd araq üçün 1800 litrlik qəbul çəni, 1998-ci il buraxılışlı BH4-200 markalı 5 ədəd 1800 litrlik araq üçün təzyiq çəni, 1981-ci il buraxılışlı 66-0МД-3 markalı 1 ədəd butulka yuyan maşın, 1985-ci il buraxılışlı BAP-6 markalı 2 ədəd 6 seksiyalı 6000 kub/saatlıq süzmə xətti, 1988- ci il buraxılışlı PАГ-12 markalı 1 ədəd süzmə aparatı, 2002- ci il buraxılışlı PP 200 markalı 1 ədəd paketlərə süzmək üçün aparat, 1999-cu il buraxılışlı ЛКЕ-6 AT markal 2 ədəd spirt çəkmə sexi üçün lankaşır tipli soba, 1990-cı il buraxılışlı РАПД -1000 markalı 1 ədəd şaran tipli spirt çəkmə aparatı, 1992-ci il buraxılışlı 1 ədəd Rullier-2503 markalı tam avtomatlaşdırılmış qablaşdırma-montaj xətti, 52 ədəd şərabın saxlanması üçün çənlər, 2700 ədəd palıd boçkaları, 1991-ci il buraxılışlı Al-63-2H markalı 2 ədəd üyütmə aparatı, 1993-cü il buraxılışlı 3M22560 markalı 6 ədəd üyütmə aparatı, 4 ədəd separator, 5 ədəd ələk, 6-BIZ-1-0- 101- **/*(G*) nömrəli girov müqaviləsinə * nömrəli əlavədə göstərilən maşın və avadanlıqlardan 1997-ci il buraxılışlı 47 ədəd emal çənləri, 2001-ci il buraxılışlı 1 ədəd butulka yuyan, 1994- cü il buraxılışlı 1 ədəd quraşdırma anbarı, 2008-ci il buraxılışlı 8 ədəd çən və avadanlıqlar, 1997ci il buraxılışlı 2 ədəd yanacaq çənləri, 1996-cı il buraxılışlı 2 ədəd katyol, 2001-ci il buraxılışlı 1 ədəd spirt çəkən (düzəlmə), 2001-ci il buraxılışlı 1 ədəd spirt çəkən sex, 2001- ci il buraxılışlı 1 ədəd spirt çəkən sex (avadanlığı), 1997-ci il buraxılışlı 1 ədəd D-200 markalı dizel işıqlanma generatoru, 1997-ci il buraxılışlı 1 ədəd Dt-124 markalı işıq generatoru, 1994-cü il buraxılışlı 1 ədəd işıq generatoru, 1994-cü il buraxılışlı transformator, 2001- ci buraxılışlı 1 ədəd kompressor, 1997-ci il buraxılışlı 1 ədəd qapan tərəzi, 1995-ci il buraxılışlı 4 ədəd qapan tərəzi, 1993- cü il buraxılışlı 1 ədəd yükləyici QTX-0,5, 1984-cü il buraxılışlı ВЪШ-30 markalı 1 ədəd üzüm qəbulu üçün bunker, 1984-cü il buraxılışlı ЦДГ-20 markalı 2 ədəd mərkəzdən qaçma üyütmə aparatı, 1984-cü il buraxılışlı MH-28 markalı 5 ədəd porşenli nasos, 1984-cü il buraxılışlı BCH - 20 markalı 2 ədəd stekatel, 1986-cı il buraxılışlı 52-B10-30 markal 1 ədəd press, 1986-cı il buraxılışlı BПО-30 markalı 2 ədəd press, 1988- ci il buraxılışlı BTB-20 markalı 3 ədəd transporter (skrepkoviy), 1988-ci il buraxılışlı BTB-20 markal 2 ədəd transporter (lentoviy), 1990-cı il buraxılışlı AO-514 markal 2 ədəd filtr press, 1998-ci il buraxılışlı H-21 markal 6 ədəd porşenli nasos, 2000-ci il buraxılışlı BYH-40 markal 8 ədəd mərkəzdən qaçma nasosu, 1999-cu il buraxılışlı НОГШ-450 markal 3 ədəd separator, 1999-cu il buraxılışlı НОГШ- 251 markal 1 ədəd separator, 1990-cı il buraxılışlı AB4-700 markalı 2 ədəd emal çən 7,5, 1995ci il buraxılışlı 44ДБС-5 markal 2 ƏBƏB köynəkli 5 tonluq çən, 1998-ci il buraxılışlı H4C-100 markal 1 ədəd separator üçün çən 1 niyy, 1985-ci il buraxılışlı 54-2500 markal 14 ədəd qıcqırma üçün çən, 1968-ci il buraxılışlı U152/68 markal 1 ədəd VELOX, 1996-cı il buraxılışlı C14/4 markal 1 ədəd Gadoolpa, 1990- cı il buraxılışlı 1 ədəd OP6 markal ПИШЕМАЩ, 1966cı il buraxılışlı Cadalpe buraxılışlı BTB-20 markal 2 ədəd transporter (lentovoy), 1990-cı il buraxılışlı AO-514 markal 2 ədəd filtr pressi, 1998-cı il buraxılışlı H-21 markalı 6 ədəd porşenli nasos, 2000-ci il buraxılışlı Bчн-40 markal 8 ədəd məkkəzdən qacma nasosu, 1999-cu il buraxılışlı НОГШ-450 markalı 1 ədəd seperator, 1999-cu il buraxılışlı НОГШ-251 markal 1 ədəd separator, 1990-cı buraxılışlı AB4-700 markalı 2 ədəd 7,5-lik emal çəni, 1995-ci il buraxılışlı 44ДБС-5 markalı 1 ədəd köynəkli 5 tonluq çən, 1998-ci il buraxılışlı H4C-100 markalı 1 ədəd separator üçün çən, 1985-ci buraxılışlı 54- 2500 markalı 14 ədəd 25 tonluq qıcqırma üçün emal çəni, 1968- ci il buraxılışlı U152/68 markalı 1 ədəd velox, 1996-cı il buraxılışlı C14/4 markalı 1 ədəd Gadoolpa, 1990-cı il buraxılışlıOP6 markalı 1 ədəd ПШЕМАШ, 1996-cı il buraxılışlı 3 ədəd C144 markalı filtrpres, 1998-ci il buraxılışlıФК-1000 markalı 2 ədəd suyun codluğunu almaq üçün 4 tonluq sulfa uqol regenaratoru, 1998-ci il buraxılışlıФБОBОC AY1500 markalı 4 ədəd araq çəkmək üçün regenatorlar, 1998-ci il buraxılışlı ПФ-200 markalı 8 ədəd qum filteri, 1998-ci il buraxılışlı AYK - 1600 markalı 1 ədəd regenirator, 1985-ci il buraxılışlı KTOBMA markalı 1 ədəd 750 litrlik mernik, 787-Mmarkal 985-ci il buraxılışlı 1 ədəd 2500 litrlik mernik, 1998-ci il buraxılışlı CP 36-0 markalı 1 ədəd duzlaşdırılmış maye üçün 2130 litrlik titandan çən, 1998-ci il buraxılışlı BCE-200 markalı 1 ədəd 1820 litrlik araq üçün sortlaşdırma çəni, 1998-ci il buraxılışlı BCC-200 markal 3 ədəd araq üçün 1790 litrlik sortlaşdırma çəni, 1998- ci il buraxılışlı P4- 700 markalı 1 ədəd yumuşaldılmış 6800 litirlik su üçün qəbul çəni, 1998- ci il buraxılışlı BP4- 500 markalı 1 ədəd 4350 litrlik araq üçün qəbul çəni, 1998-ci il buraxılışlı BP4- 500 markal 1 ədəd araq üçün 4490 litrlik qəbul çəni, 1998-ci il buraxılışlı BP4-200 markalı 1 ədəd araq üçün 4530 litrlik qəbul çəni, 1998-ci il buraxılışlı BP4-200 markalı 2 ədəd araq üçün 1800 litrlik qəbul çəni, 1998-ci il buraxılışlı BH4-200 markalı 5 ədəd 1800 litrlik araq üçün təzyiq çəni, 1981-ci il buraxılışlı 66-0МД-3 markalı 1 ədəd butulka yuyan maşın, 1985-ci il buraxılışlı BAP-6 markalı 2 ədəd 6 seksiyalı 6000 kub/saatlıq süzmə xətti, 1988- ci il buraxılışlı PАГ-12 markalı 1 ədəd süzmə aparatı, 2002- ci il buraxılışlı PP 200 markalı 1 ədəd paketlərə süzmək üçün aparat, 1999-cu il buraxılışlı ЛКЕ-6 AT markal 2 ədəd spirt çəkmə sexi üçün lankaşır tipli soba, 1990-cı il buraxılışlı РАПД -1000 markalı 1 ədəd şaran tipli spirt çəkmə aparatı, 1992-ci il buraxılışlı 1 ədəd Rullier-2503 markalı tam avtomatlaşdırılmış qablaşdırma-montaj xətti, 52 ədəd şərabın saxlanması üçün çənlər, 2700 ədəd palıd boçkaları, 1991-ci il buraxılışlı Al-63- 2H markalı 2 ədəd üyütmə aparatı, 1993-cü il buraxılışlı 3M22560 markalı 6 ədəd üyütmə aparatı, 4 ədəd separator, 5 ədəd ələk, *-BIZ-*-*-***-**/*(G*) nömrəli girov müqaviləsinə * nömrəli əlavədə göstərilən maşın və avadanlıqlardan 1997-ci il buraxılışlı 47 ədəd emal çənləri, 2001-ci il buraxılışlı 1 ədəd butulka yuyan, 1994- cü il buraxılışlı 1 ədəd quraşdırma anbarı, 2008-ci il buraxılışlı 8 ədəd çən və avadanlıqlar, 1997-ci il buraxılışlı 2 ədəd yanacaq çənləri, 1996-cı il buraxılışlı 2 ədəd katyol, 2001-ci il buraxılışlı 1 ədəd spirt çəkən (düzəlmə), 2001-ci il buraxılışlı 1 ədəd spirt çəkən sex, 2001- ci il buraxılışlı 1 ədəd spirt çəkən sex (avadanlığı), 1997-ci il buraxılışlı 1 ədəd D-200 markalı dizel işıqlanma generatoru, 1997-ci il buraxılışlı 1 ədəd Dt-124 markalı işıq generatoru, 1994-cü il buraxılışlı 1 ədəd işıq generatoru, 1994-cü il buraxılışlı transformator, 2001- ci buraxılışlı 1 ədəd kompressor, 1997-ci il buraxılışlı 1 ədəd qapan tərəzi, 1995-ci il buraxılışlı 4 ədəd qapan tərəzi, 1993- cü il buraxılışlı 1 ədəd yükləyici QTX0,5, 1984-cü il buraxılışlı ВЪШ-30 markalı 1 ədəd üzüm qəbulu üçün bunker, 1984-cü il buraxılışlı ЦДГ-20 markalı 2 ədəd mərkəzdən qaçma üyütmə aparatı, 1984-cü il buraxılışlı MH-28 markalı 5 ədəd porşenli nasos, 1984-cü il buraxılışlı BCH - 20 markalı 2 ədəd stekatel, 1986-cı il buraxılışlı 52-B10-30 markal 1 ədəd press, 1986-cı il buraxılışlı BПО-30 markalı 2 ədəd press, 1988- ci il buraxılışlı BTB-20 markalı 3 ədəd transporter (skrepkoviy), 1988-ci il buraxılışlı BTB-20 markal 2 ədəd transporter (lentoviy), 1990-cı il buraxılışlı AO514 markal 2 ədəd filtr press, 1998-ci il buraxılışlı H-21 markal 6 ədəd porşenli nasos, 2000- ci il buraxılışlı BYH-40 markal 8 ədəd mərkəzdən qaçma nasosu, 1999-cu il buraxılışlı НОГШ-450 markal 3 ədəd separator, 1999-cu il buraxılışlı НОГШ-251 markal 1 ədəd separator, 1990-cı il buraxılışlı AB4-700 markalı 2 ədəd emal çən 7,5, 1995-ci il buraxılışlı 44ДБС-5 markal 2 ƏBƏB köynəkli 5 tonluq çən, 1998-ci il buraxılışlı H4C-100 markal 1 ədəd separator üçün çən 1 niyy, 1985-ci il buraxılışlı 54-2500 markal 14 ədəd qıcqırma üçün çən, 1968-ci il buraxılışlı U152/68 markal 1 ədəd VELOX, 1996-cı il buraxılışlı C14/4 markal 1 ədəd Gadoolpa, 1990-cı il buraxılışlı 1 ədəd OP6 markal ПИШЕМАЩ, 1966-cı il buraxılışlı Cadalpe C 14/4 markalı 3 ədəd filtrpress, 1988-ci il buraxılışlıФЛ-1000 markalı 2 ədəd suyun codluğunu almaq üçün sulfa uqol regeneratoru 4 tonluq, 1988-ci il buraxılışlı ф60всс ay1500 markalı 4 ədəd araq çəkmək üçün regeneratorlar, 1988-ci il buraxılışlı nф-200 markal 8 ədəd qum filteri, 1988-ci il buraxılışlı 1AYK- 1600 markalı 1 ədəd regenerator, 1985-ci il buraxılışlı K7-BMA markalı 1 ədəd mernik 750 litrlik, 1985-ci il burxılışlı 787-Mmarkalı 1 ədəd Mernik 2500 litr, 1998-ci il buraxılışlı CP-30-0 markalı 1 ədəd duzlaşdırılmış maye üçün çən 2130 litirlik, 1998-ci il buraxılışlı BCE-200 markalı 1 ədəd araq üçün sortlaşdırma çəni 1820 litirlik, 1998-ci il buraxılışlı BCC-200 markalı 3 ədəd araq üçün sortlaşdırma çəni 1790 litirlik, 1998-ci il buraxılışlı P4-700 markalı 1 ədəd yumşaldılmış su üçün qəbul çəni 6800 litrlik, 1998-ci il buraxılışlı BP4-500 markalı 1 ədəd araq üçün qəbul çəni 4350 litrlik, 1998-ci il buraxılışlı BP4-500 markalı 1 ədəd araq üçün qəbul çəni 4490 litirlik, 1998-ci il buraxılışlı BP4-200 markalı 1 ədəd araq üçün qəbul çəni 4530 litirlik, 1998-ci il buraxılışlı BP4-200 markalı 2 ədəd araq üçün qəbul çəni 1820 litrlik, 1998-ci il buraxılışlı BP4-200 markalı 5 ədəd araq üçün qəbul çəni 1800 litirlik, 1981-ci il buraxılışlı 56- 0МД-3 markalı 1 ədəd butulka yuyan maşın, 1985-ci il buraxılışlı BAP-6 makalı 2 ədəd 6 seksiyalı süzmə xətti 6000 volt/saat, 1988-ci il buraxılışlı PAT-12 markal 1 ədəd süzmə aparatı, 2002-ci ilburaxılışlı PP200 markalı 1 ədəd paketlərə süzmək üçün aparat, 1999-cu il buraxılışlı IKE6 AT markal 2 ədəd spirtçəkmə sexi üçün Lankaşir tipli soba, 1990-cı il buraxılışlı РАПД1000 markalı 1 ədəd şaran tipli spirt çəkmə aparatı, 1992-ci il buraxılışlı Rullier2503 markalı 1 ədəd avtomatlaşdırılmış süzmə xətti, 52 ədəd şərabın saxlanması üçün çənlər, 2700 ədəd palıd boçkalar,1991-ci il buraxılışlı AI-Б3-2H 2 ədəd üyütmə aparatı,1993-cü il buraxılışlı 3m22560 markalı 6 ədəd üyütmə aparatı, 4 ədəd separator, 5 ədəd ələlkdən ibarət əmlaka yönəldilməsi və həmin daşınar və daşınmaz əmlakların açıq hərracda satılması, satışdan əldə olunan pul vəsaitinin borc məbləğlərinə ödənilməsi, həmçinin ipoteka və girov predmetlərinin açıq hərracda satıldıqdan sonra həmin əmlaklardan cavabdehlərin çıxarılması və hərracdan əldə olunan pul vəsaiti kifayət etmədikdə qalan borc məbləğinin cavabdehlərin digər əmlakları və mal varlıqlarına yönəldilməsinə dair qətnamə qəbul etməsini xahiş etmişdir. Işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilmişdir. Gəncə Apellyasiya məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ilə Tovuz rayon Məhkəmsinin qeyd edilən qətnaməsi qismən dəyişdirilmişdir. Məkhəmə qətnaməsi daha sonra icra olunması üçün Tovuz rayon Icra və Probasiya şöbəsinə göndərilmişdir. Ipoteka predmetləri qiymətləndirilmədən **** saylı ##.##.2026-cı il tarixli Təkliflə tələbkara aşağı qiymətlərə təklif edilmişdir. Onlar təklif edilən qiymətlərlə razı deyillər. Tovuz rayon Icra və Probasiya Şöbsəinin təklifi Bank tərəfindən dərhal qəbul edilmişdir. Bundan sonra Tovuz rayon Icra Şöbəsi ilə cavabdeh1 ASC arasında 4 ədəd əmlak komplekslərinə münasibətdə “Əmlakın tələbkar tərəfindən qəbul edilməsinə dair” Protokollar bağlanmışdır. Tovuz rayon Icra Şöbəsi ilə cavabdeh1 ASC arasında aşağıdakı Protokollar bağlanmışdır: 1. Tovuz rayonu Ibrahimhacılı kəndində yerləşən sahəsi 63.0 kv.molan qeyri-yaşayış binasının 10500 (on min) manata qəbul edilməsinə dair Ne*****/****-**-**/* saylı ##.##.2026-cı il tarixli Protokol, 2. Tovuz rayonu Ibrahimhacılı kəndində yerləşən sahəsi 933.80 kv.molan qeyriyaşayış binasının 141 110 (yü qırx birr min yüz on min) manata qəbul edilməsinə dair Ne*****/****-**-**/* saylı, ##.##.2026-cı il tarixli Protokol, 3. Tovuz rayonu Ibrahimhacılı kəndində yerləşən sahəsi 1746.310 manat olan qeyri-yaşayış sahəsi 277310 (iki yüz yetmiş yeddi min üç yüz on) manata qəbul edilməsinə dair Ne*****/****-**-**/* saylı, ##.##.2026-cı il tarixli Protokol, 4. Tovuz rayonu Ibrahimhacılı kəndində yerləşən sahəsi 527.20 kv.molan qeyriyaşayış binasının 43 500 (qırx üç min beş yüz) manata qəbul edilməsinə dair Ne*****/****-**- **/* saylı, ##.##.2026-cı il tarixli Protokol. Həmin protokollar əsasında Tovuz rayonu, Asan xidmət mərkəzinin Notariat Ofisinin xüsusi notariusu X2 tərəfindən icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlakın və rəsmi reyestrdə üzərində hüquqlar qeydiyyata alınan daşınar əmlakın əldə olunması barədə ##.##.2026-cı il tarixli şəhadətnamələr verilmişdir. “Nikoil Bank” ilə “xxxx” MMC arasında təklif edilən və girovda oan mülklərin qiyməti 2 537 038 (iki milyin beş yüz otuz yeddi min otuz səkkiz) manat təşkil etmişdir. Icra məmuru borclulara heç bir məlumat verməmişdir. Bundan əlavə icra məmuru əmlakların yenidən bazar qiymətinə uyğun qiymətləndirillməsini də təmin etməliydi. Belə ki, əmlaklar məhkəmə icraatı dövründə düzgün qiymətləndirilməmişdir. Bununla bağlı tərəflərindən rayon məhkəməsinə etirazlar da verilmişdir. Işə baxan Tovuz Rayon Məhkəməsinin qətnaməsində əmlakların Hərrac vasitəsi ilə satılması müəyyən edilmişdir. Lakin əmlaklar hərraca çıxarılmadan birbaşa tələbkara təklif edilmişdir. Onu da nəzərinizə çatdırırıq ki, əmlakların bazar qiyməti reallığı əks etdirmir. “Nikoil Bank” ilə “xxxx” MMC Dövlət rüsumunun ödənilməsi haqqında məlumat arasında bağlanmış Girov və Ipoteka müqvilələrində təklif edilən və girovda olan mülklərin qiyməti 2537 038 manat təşkil etmişdir. Gəncə Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli **(*-**)-**/**** nömrəli qərardadı ilə (hakim Əbülfəz Məmmədli) ərizə təmin edilərək, cavabdeh1 ASC ilə Tovuz rayon Probasiya və icra Şöbəsi arasında bağalanmış aşağıdakı Tovuz rayonu Ibrahimhacılı kəndində yerləşən sahəsi 63.0 kv.m olan qeyri-yaşayış binasının 10500 (on min) manata qəbul edilməsinə dair № e*****/****-68-10/1 saylı ##.##.2026-cı il tarixli, Tovuz rayonu Ibrahimhacılı kəndində yerləşən sahəsi 933.80 kv.m olan qeyri-yaşayış binasının 141 110 manata qəbul edilməsinə dair № e*****/****- **-**/* saylı, ##.##.2026-cı il tarixli, Tovuz rayonu Ibrahimhacılı kəndində yerləşən sahəsi 1746.310 manat olan qeyri-yaşayış sahəsi 277 310 manata qəbul edilməsinə dair № e*****/****-68-10/3 saylı ##.##.2026-cı il tarixli, Tovuz rayonu Ibrahimhacılı kəndində yerləşən sahəsi 527.20 kv.m olan qeyri-yaşayış binasının 43500 manata qəbul edilməsinə dair № e*****/****-68-10/4 saylı, ##.##.2026-cı il tarixli Protokollar və Tovuz rayonu, Asan xidmət mərkəzinin notariat ofisinin xüsusi notariusu X2 tərəfindən icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlakın və rəsmi reyestrdə üzərində hüquqlar qeydiyyata alınan daşınar əmlakın əldə olunması barədə ##.##.2026-cı il tarixli şəhadətnamələr əsasında hüquqların qeydiyyata alınmasının cavabdehlər cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti, Tovuz Probasiya və icra Şöbəsi, Tovuz Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüsüsi Şəxsi ** saylı Tovuz Ərazi Idarəsinə qadağan edilməsi; Qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Qərardaddan cavabdeh cavabdeh1 ASC şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qanunun bu göstərilərinə tam şəkildə riayət etməmiş, bilmək olmur ki, nəyə görə o qənaətə gəlmişdir ki, ilkin sübutlar onu deməyə əsas verir ki, iddia əsaslıdır və ərizə təmin edilməlidir. Hansı ki, qanunvericilik müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə əsas şərt kimi onu da göstərmişdir ki, iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcud olmalıdır. Sadəcə məhkəmədə iddia ərizəsinin verilməsi və ərizəyə müəyyən sənədlərin əlavə edilməsi onu deməyə əsas vermir ki, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə təmin olunmalıdır. Gəncə Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli **(*-**)-**/**** nömrəli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. Iş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və ərizə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 157.1ci maddəsinə müvafiq olaraq, maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, iddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. Həmin Məcəllənin 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən, məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Həmin Məcəllənin 158-ci maddəsinə əsasən, aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq; Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda debitor borcların xüsusi hesaba ödənilməsini və orada saxlanılmasını təmin etmək. Məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər. Əmlak üzərinə həbs qoyulması aşağıdakı ardıcıllıqla həyata keçirilir: birinci növbədə - cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə: ikinci növbədə - hazır məhsul (əmtəə), habelə bilavasitə istehsalatda istifadə edilməyən və istifadəsi nəzərdə tutulmayan maddi sərvətlər; üçüncü növbədə - daşınmaz əmlak obyektləri, habelə xammal və materiallar, dəzgahlar, avadanlıqlar, bilavasitə istehsalatda istifadəsi nəzərdə tutulan digər əsas vəsaitlər; dördüncü növbədə başqa şəxslərə verilmiş əmlak. Cavabdehin əmlakı iddia tələbi həddində siyahıya alınır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar Naiqin-K xxxx MMC və ərizəçi1 MMC cavabdehlər cavabdeh1 ASC, Tovuz rayon probasiya və icra şöbəsi və Tovuz regional “Asan xidmət” mərkəzində notariat ofisinə qarşı cavabdeh1 ASC ilə Tovuz rayon probasiya və icra şöbəsi arasında bağlanmış Tovuz rayonu Ibrahimhacılı kəndində yerləşən sahəsi 63.0 kv.m olan qeyriyaşayış binasının 10500 manata qəbul edilməsinə dair Ne*****/****-**-**/* saylı ##.##.2026-cı il tarixli, Tovuz rayonu Ibrahimhacılı kəndində yerləşən sahəsi 933.80 kv.m olan qeyri-yaşayış binasının 141110 manata qəbul edilməsinə dair Ne91661/2025- **-**/* saylı, ##.##.2026-cı il tarixli, Tovuz rayonu Ibrahimhacılı kəndində yerləşən sahəsi 1746.310 manat olan qeyri-yaşayış sahəsi 277 310 manata qəbul edilməsinə dair Ne*****/****-**-**/* saylı ##.##.2026-cı il tarixli, Tovuz rayonu Ibrahimhacılı kəndində yerləşən sahəsi 527.20 kv.m olan qeyri-yaşayış binasının 43500 manata qəbul edilməsinə dair Ne*****/****-**-**/* saylı, ##.##.2026-cı il tarixli protokolların etibarsız hesab edilməsi və Tovuz rayonu, Asan xidmət mərkəzinin notariat ofisinin xüsusi notariusu X2 tərəfindən icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlakın və rəsmi reyestrdə üzərində hüquqlar qeydiyyata alınan daşınar əmlakın əldə olunması barədə ##.##.2026-cı il tarixli şəhadətnamənin ləğv edilməsi tələbinə dair kommersiya mübahisəsi məhkəmənin icraatındadır (iş № e-2-2(4-12)-765/2026). Eyni zamanda, iddiaçılar həmin protokollar və şəhadətnamələr əsasında əmlaklara dair hüquqların qeydiyyata alınmasının cavabdehlərə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüsüsi Şəxsi ** saylı Tovuz Ərazi Idarəsinə qadağan edilməsi barədə müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə kollegiyası ərizənin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır; belə ki, mülki prosessual qanunvericilik qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının məcburiliyini müəyyən etməklə yanaşı, həm də bəzi hallarda qətnamənin çıxarılmasından əvvəl onun gələcəkdə icrasını təmin edən müvəqqəti təminat tədbirlərin görülməsinin mümkünlüyünü nəzərdə tutur. Bu növ tədbirlər ona görə tətbiq edilir ki, iddianın təmin edilməsi haqqında qanuni qüvvvəyə minmiş məhkəmə qətnaməsi pozulmuş və ya mübahisəli subyektiv hüquqların bərpasını elan edir, qətnamənin icrası isə hüququn real bərpasıdır. Bəzən iddianın təmin ediləcəyi təqdirdə məhkəmə qətnaməsinin gələcəkdə icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən hallar mövcud olur. MPM-nin 13-cü fəslində öz əksini tapmış müvəqqəti təminat tədbirinə dair normalar belə halların baş verməsinin qarşısının alınmasının, aradan qaldırılmasının və nəticədə, gələcəkdə qətnamənin icrasının təmin olunmasının prosessual-hüquqi vasitələrindən biridir. Lakin, nəzərə alınmalıdır ki, iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə əsaslandırılmalıdır (MPM maddə 157). Ona görə ki, müvəqqəti təminat tədbiri institutu mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbirdir və həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi gələcəkdə ərizəçinin hüquqlarının qorunması (təmin və ya bərpa edilməsi) mümkün olmaz və ya əhəmiyyətli dərəcədə çətinləşər. Ona görə də bu tədbirlərinin görülməsi üçün məhkəməyə iddia ilə bağlı ilkin zəruri sübutların təqdim edilməsinə və ərizədə cavabdeh kimi qoyulmuş şəxsə qarşı yönəldilmiş tələbin ilkin əsaslandırılmasına və bununla bağlı iddianın uğurluluğuna dəlalət edən ilkin dəlillərin təqdim edilməsinə ehtiyac vardır. Əks halda, görülmüş belə tədbirlərin cavabdehin və ya üçüncü şəxslərin hüquqlarının pozulması halını yaratması mümkündür. Bu baxımdan işin halları tədqiq edildikdə müəyyən olunur ki, iddiaçıların irəli sürmüş olduqları iddianın əsaslılığına dair ilkin sübutların mövcudluğu müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizədə əsaslandırılmamış, eləcə də, həmin halları təsdiq edən ilkin sübutlar ərizəyə əlavə edilməmişdir. Digər tərəfdən, iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbləri ilə müvəqqəti təminat tədbiri barədə ərizədə göstərilənləri müqayisə edərək kollegiya hesab edir ki, həmin tədbirlərin tətbiqi ərizəçilərin gələcəkdə hüquqlarının qorunmasının təminatı kimi çıxış edə bilməz. Belə ki, iddia tələblərinin təmin ediləcəyi təqdirdə qətnamənin icrasının qeyri-mümkün olması və ya icrada hər hansı çətinliyin yarana biləcəyi və bu halların müvqqəti təminat tədbiri barədə ərizədə göstərilən tədbirlər nəticəsində aradan qaldırılacağı qənaətinə gəlmək üçün əsaslar yoxdur. Prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini və hazırkı işin hallarını nəzərə alaraq kollegiya hesab edir ki, ilkin sübutların yetərsizliyi baxımından ərizə təmin edilə bilməz. Çünki, mövcud vəziyyətdə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi cavabdeh (ipoteka saxlayan) bankın hüquqlarının lüzumsuz olaraq məhdudlaşdırılması ilə nəticələnə bilər. Odur ki, birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəni təmin etməkdə haqlı olmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və ərizə təmin edilməməlidir. MPM-nin 398.0.3.-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-nin 157, 263-264, 398.0.3 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh cavabdeh1 ASC tərəfindən verilmiş şikayət təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli **(*-**)-**/**** nömrəli qərardadı ləğv edilsin. Iddiaçılar Naiqin-K xxxx MMC və ərizəçi1 MMC-nin müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizələri təmin edilməsin. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-16(3-7)-31/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-7)-31/2026
19.05.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver