Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-16(3-7)-34/2026 03.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X4 və Qəhrəmanov Əkrəm Sabir oğlundan ibarət tərkibdə, Iddiaçılar ərizəçi2 və ərizəçi1 əmlakı satmaq və özgəninkiləşdirilməsi ilə bağlı hərəkətlərin qadağan olunmasına dair müvəqqəti təminat tədbiri barədə ərizəsinə dair iş üzrə Gəncə Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadından maraqlı şəxs Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Iddiaçılar ərizəçi2 və ərizəçi1 müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, həmin məhkəmənin icraatında olan *(*-***)-****/**** nömrəli mülki iş yekunlaşanadək mübahisə predmeti olan iddiaçıların mərhum ataları X2 miras qalmış və miras payın bağışlanması müqaviləsi əsasında cavabdeh Cavabdeh mülkiyyətinə keçmiş Gəncə şəhəri, Zülfü Hacıyev küçəsi 21 (Yeni qaydalarla ünvan 2 69) ünvanında yerləşən əmlakın üzərinə həbs qoyulmaqla cavabdehə həmin əmlakı satmaq və özgəninkiləşdirilməsi ilə bağlı hərəkətləri qadağan etmək vəzifəsi qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh qarşı Gəncə şəhər Məhkəməsində bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və miras payın tanınması ilə bağlı iddia qaldırmışlar. Iddia ərizəsində qeyd etmişlər ki, X2 iddiaçılar ərizəçi2, Etibar Heydərov və cavabdeh Cavabdeh ataları olmuş, Gəncə şəhəri Zülfü Hacıyev küçəsi 21 (Yeni qaydalarla ünvan 1 69) ünvanında yerləşən əmlak kompleksi xüsusi mülkiyyət hüququ əsasında atalarına məxsus olmuşdur. X5 ## ###### 2025-ci il tarixdə vəfat etdikdən sonra, həmin əmlak vərəsəlik qaydasında onların və cavabdeh Cavabdeh mülkiyyətinə keçmişdir. Bu qeyd olunanlar * saylı Gəncə ASAN Xidmət Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli **/**IS/******-** nömrəli arayışda da öz əksini tapmışdır. 2026-cı ilin fevral ayında həmin əmlak kompleksini satmaq qərarına gəlmişlər və fikirləşmişlər ki, Etibar və Bəxtiyar həmin əmlak kompleksində olan paylarını Vüqara bağışlasınlar, həmin əmlaka bir çıxarış çıxardaraq satıb satışdan əldə etdikləri gəliri hər üç qardaş arasında bərabər paylarla bölsünlər. Bu məqsədlə də onlar ## ###### 2026-cı il tarixdə Gəncə şəhər * saylı Notariat Ofisində miras payın bağışlanması müqaviləsi əsasında paylarını Vüqara bağışlamışlar. Hətda aralarında olan razılığı ## ###### 2026-cı il tarixdə Gəncə Şəhər Məhkəməsinin inzibati binasının qarşısında yerləşən vəkil ofisində vəkil X1, həmin əmlak kompleksini alan X3 iştirakları ilə yazılı akt formasında tərtib edərək müqavilə bağlamışlar. Onlar öz aralarında razılığa gəlmişlər ki, əmlak kompleksini Intiqam Əliyev adlı şəxsə 600.000 manata satsınlar, Intiqam Əliyev isə ilk öncə onlara 360.000 manat ödəniş edir. Həmin pul üç qardaş arasında hər birinə 120.000 manat olmaqla bölünəcəkdi. X3 oğlu yerdə qalan 240.000 manatı hər ay 20.000 manat olmaqla, 12 ay ərzində ödəyəcək və həmin pullar hər üç qardaş arasında hər birinə 80.000 manat olmaqla bölünəcək. Bu barədə onlar yazılı akt tərtib edib imzalamışlar. Daha sonra Intiqam Əliyev ## #### 2026-cı il tarixdə razılaşmaya uyğun olaraq Cavabdeh verilməsi üçün Gəncə şəhər * saylı Notariat Ofisinin hesabına 20.000 manat ödəniş etmiş, onlar da Vüqarla danışıb əldə olunan pulun qardaşlar arasında nə vaxt böləcəyini soruşduqda Vüqar onlara pul verməyəcəyini bildirmişdir. Gəncə Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli (hakim O.Dəmirli) qərardadı ilə ərizə təmin edilərək, həmin məhkəmənin icraatında olan *(*-***)- ****/**** nömrəli mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək, Gəncə şəhəri, Zülfü Hacıyev küçəsi 21 (Yeni qaydalarla ünvan 2 69) ünvanında yerləşən əmlak kompleksinin satışı, bağışlanması və digər formada özgəninkiləşdirilməsi Cavabdeh qadağan edilməsi və qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan cavabdeh Cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin olunmaması barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qardaşları ərizəçi2 və ərizəçi1 hər biri hələ atasının sağlığında ona 80000 manat borcu olmuşdur. Atası qardaşlarının ona olan borcunun təminatı kimi onunla adına olan əmlaka dair ## #### 2025-ci il tarixdə 10 il müddətinə icarə müqaviləsi bağlamışdır. Qeyd edilən müqavilənin bağlanmasının məqsədi qardaşlarının ümumilikdə ona borclu olduğu 160000 manat borcun təminatı qismində olmuşdur. Atasının vəfatından sonra qardaşları ona olan borclarının əvəzi kimi atasından miras qalmış əmlakla bağlı öz miras paylarını ona bağışlamışlar. Gəncə Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. Iş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 157.1-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, iddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. Həmin Məcəllənin 158-ci maddəsinə əsasən, aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq; Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda debitor borcların xüsusi hesaba ödənilməsini və orada saxlanılmasını təmin etmək. Məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər. Əmlak üzərinə həbs qoyulması aşağıdakı ardıcıllıqla həyata keçirilir: birinci növbədə - cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə: ikinci növbədə - hazır məhsul (əmtəə), habelə bilavasitə istehsalatda istifadə edilməyən və istifadəsi nəzərdə tutulmayan maddi sərvətlər; üçüncü növbədə - daşınmaz əmlak obyektləri, habelə xammal və materiallar, dəzgahlar, avadanlıqlar, bilavasitə istehsalatda istifadəsi nəzərdə tutulan digər əsas vəsaitlər; dördüncü növbədə başqa şəxslərə verilmiş əmlak. Cavabdehin əmlakı iddia tələbi həddində siyahıya alınır. Məhkəmə kollegiyası xatırladır ki, müvəqqəti təminat tədbirinin tətbiq olunması barədə ərizə həll edilərkən ilk növbədə nəzərə alılmalıdır ki, müvəqqəti təminat tədbirlərinin seçilməsində əsas məqsəd hər hansı şəxs(lər)in hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağının və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaqdan ibarətdir. Bu məna Azərbaycan Respublikası MPM-nin 157.2-ci maddəsindən də irəli gəlir. Eyni zamanda bu barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmçinin qeyd edilməlidir ki, müvəqqəti təminat tədbiri institutu mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbirdir və həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi gələcəkdə ərizəçinin hüquqlarının qorunması (təmin və ya bərpa edilməsinin) mümkün olmaz və ya əhəmiyyətli dərəcədə çətinləşər. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçılar ərizəçi2 və ərizəçi1 cavabdeh Cavabdeh qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və miras payın tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir və mülki iş hazırda Gəncə Şəhər Məhkəməsinin icraatındadır. Məhkəmə kollegiyası iddiaçılar tərəfindən cavabdehə qarşı irəli sürülmüş iddia tələbi ilə müvəqqəti təminat tədbiri barədə ərizədə göstərilənləri müqayisəli şəkildə təhlil edərək hesab edir ki, müvəqqəti təminat tədbiri barədə ərizə əsaslıdır və ərizəni təmin etməkdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli **(*-***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir (maddə 402.2.). Hazırki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi həmin maddədə nəzədə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157, 263, 264, 398 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-16(3-7)-34/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-7)-34/2026
03.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver