Məhkəmə qərarları › İş №e-16(3-7)-35/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-7)-35/2026

03.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-16(3-7)-35/2026 03.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və X2 ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadından ərizəçi Ərizəçi ASC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəni belə əsaslandırılmışdır ki, Ərizəçi ASC ilə bağlanmış ##.##.2025-ci il tarixli *******- *********L saylı kredit limitinin açılmasına dair razılaşmaya əsasən cavabdeh1 120 ay müddətinə, 50000 manat məbləğində kredit limiti ayrılmışdır. Kredit limitinin açılmasına dair razılaşma üzrə ##.##.2025-ci il tarixli SMS razılaşmasına əsasən Ərizəçi ASC tərəfindən cavabdeh1 12 ay müddətinə illik 11.5 % dərəcəsi ilə 8300 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyi ipoteka ilə təmin edilməmişdir. Kredit öhdəliklərin icrasının təmini kimi bankla cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. O, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün kredit alan ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Bankdan götürülmüş kredit öhdəlikləri pozulmuşdur. ##.##.2026-ci il tarixli maliyyə arayışına əsasən banka olan borcun məbləği 1994.77 manat əsas borc, 0 manat faiz borcu olmaqla, cəmi 1994.77 manat məbləğində borc təşkil edir. Ərizəçi Ərizəçi ASC tərəfindən kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəkdir. Məhkəməyə müraciət etməmişdən qabaq qanunvericiliyin və tərəflər arasında bağlanmış müqavilənin tələbinə uyğun olaraq müəyyən prosedurun keçilməsi məcburi tələbdir. Cavabdehlərə qarşı iddia qaldırılması üçün pretenziyalar, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər həm poçt, həm də elektron portal vasitəsi ilə göndərilməlidir. Hazırda cavabdehlər cavabdeh1 mülkiyyətində olan “X1” minik markalı **-BO-*** dövlət qeydiyyat nişanlı, cavabdeh2 mülkiyyətində olan “Volkswagen Passat CC” minik markalı **-EE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri var. Hazırkı iş üzrə müvəqqəti təminat tədbiri kimi yuxarıda qeyd edilən nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi cavabdehə və üçüncü şəxslərə qadağan olunmalıdır. Hazırkı MTT ərizəsi verilməsinin məqsədi gələcəkdə qəbul ediləcək qətnamənin icrasını mümkün etməkdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadı (hakim Nərgiz Məmmədova) ilə Ərizəçi ASC-nin müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsinin rədd edilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan ərizəçi şikayət verərək, məhkəmədən qərardadın ləğv edilməsi, ərizənin təmin edilməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş materiallarından görünür ki, Ərizəçi ASC ilə bağlanmış ##.##.2025-ci il *******-*********L saylı kredit limitinin açılmasına dair razılaşmaya əsasən cavabdeh cavabdeh1 120 ay müddətinə, illik faiz dərəcəsi 29%-dən yuxarı olmamaq şərti ilə 50.000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. Kredit limitinin açılmasına dair razılaşma üzrə ##.##.2025-ci-cü il tarixli SMS razılaşmasına əsasən Ərizəçi ASC tərəfindən cavabdeh cavabdeh1 12 ay müddətinə illik 11.5 % dərəcəsi ilə 8300 (səkkiz min üç yüz) manat məbləğində kredit verilmişdir. Kredit öhdəliklərin icrasının təmini kimi bankla cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. O, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün kredit alan ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdehlər bankdan aldığı krediti və onun faizlərini müqavilə ilə müəyyən olunmuş müddətlərdə banka ödəməmiş və öhdəliyini pozmuşdur. Borcalanın banka ##.##.2026-cı il tarixli maliyyə arayışına əsasən 1994.77 manat əsas, 0 manat faiz olmaqla, ümumi kredit borcunun məbləği 1994.77 manat təşkil edir. Sözügedən kredit müqaviləsi üzrə tələb tamamilə əsaslı və qanunidir. Kredit müqaviləsi üzrə kredit öhdəliyinin icrası girov, ipoteka ilə təmin edilməmişdir, yəni təminatsızdır. Kredit müqaviləsinin girovu (təminatı) olmasa da həmin borc tələbin qarşılanması üçün cavabdeh cavabdeh1 mülkiyyətində “X1” minik markalı **-BO-*** dövlət qeydiyyat nişanlı və cavabdeh cavabdeh2 mülkiyyətində isə “Volkswagen Passat CC” minik markalı **-EE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri (daşınar əmlaklar) var. Cavabdehlərin hərəkətləri nəticəsində ərizəçiyə təminatsız olan kredit müqaviləsi üzrə kredit borcu yaranmış, hazırda borclu ödəməkdən qəsdən yayınır. Yuxarıda göstərilənlər nəzərə alınmaqla və Mülki Prosessual Məcəllənin 157 və 158-ci maddələrinin tələbləri rəhbər tutulmaqla hazırkı müvəqqəti təminat tədbiri barədə ərizə ilə müvafiq iddia məhkəməyə verilməmiş müraciət edilmişdir. Hesab edir ki, kredit müqaviləsi üzrə tələb tamamilə əsaslı və qanuni olduğundan, həmin kredit müqaviləsi üzrə tələb təminatsız olduğundan, həmin borc tələbin qarşılanması üçün cavabdehlərin adlarına nəqliyyat vasitəsi (daşınar əmlak) olduğundan cavabdehin hərəkətləri nəticəsində ərizəçiyə kredit borcu yarandığından, hazırda bu məbləğləri ödəməkdən qəsdən yayındığından ərizədə adı çəkilən nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinin cavabdehlərə və üçüncü şəxslərə qadağan olunması barədə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi zəruridir. Hesab edir ki, məhkəmə müvəqqəti təminat tədbirinin tətbiqi tələbi barədə ərizənin təmin edilməməsi ilə bağlı qərardad qəbul edərkən AR MPM-in 157.5.1 və 157.5.2-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutlar qeyd edilsə də, məhkəmə ərizəyə baxarkən buna diqqət yetirməmişdir. Həmçinin maliyyə arayışından, hesabdan çıxarışdan göründüyü kimi cavabdeh bank qarşısında olan öhdəliklərini yerinə yetirmir və borcunu ödəməkdən qəsdən yayınır. Bu o deməkdir ki, hazırda və gələcəkdə də cavabdehlərin pul vəsaitini banka ödəmədiyi artıq ehtimal deyil, bu faktdır. Kredit müqaviləsinin girovu (təminatı) olmasa da həmin borc tələbin qarşılanması üçün cavabdehlərin mülkiyyətində “X1” minik markalı **-BO-*** dövlət qeydiyyat nişanlı və “Volkswagen Passat CC” minik markalı **-EE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri vardır. Qeyd edilən daşınar əşyaları cavabdehlər istənilən vaxt özgəninkiləşdirə bilər. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin pul tələblərinin təmin edilməsi əhəmiyyətli dərəcədə çətinləşəcək və bunun qarşısını almaq məqsədilə yeganə hüquqi və qanuni yol həmin əmlaka dair müvəqqəti təminat tədbirinin tətbiq edilməsidir. Məhkəmənin mövqeyinə münasibətdə isə xüsusilə qeyd edir ki, hazırkı MTT barədə ərizə bilavasitə məhz qətnamənin gələcəkdə icrasının çətinləşməsinin qarşısını almaq məqsədi daşıyır, bu qanunvericiliyin birbaşa tələbidir. Qeyd edildiyi kimi, sözügedən daşınar əşyalar hazırkı kredit müqaviləsi üzrə girov qoyulmadığından həmin əmlaklara tutmanın yönədilməsi də mümkünsüzdür. Bundan başqa məhkəmənin nəzərinə çatdırılır ki, nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan olunması barədə ərizəçinin xahişi, irəli sürülmüş əsas tələbə (borc tələbinə) mütənasibdir. Heç bir halda cavabdehin hüquqlarını pozmur. Göründüyü kimi məhkəmə qeyd edilən prosessual normaların tələblərini kobud surətdə pozmuşdur. Məhkəmənin qəbul etdiyi qərardad əsassızdır həm ona görə ki, həmin əmlaklar cavabdehlərə məxsusdur və qanunvericiliyə görə cavabdehə məxsus olan əmlaklar üzərinə həbs qoymaq və müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək məqsədilə müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər. Ərizəçinin əsas tələbi ilə görülməsi xahiş edilən təminat tədbirinin arasında əlaqənin mövcud olmadığı təqdirdə müvəqqəti təminat tədbiri tətbiq edilməsini qadağan edən hər hansısa imperativ norma yoxdur. Digər tərəfdən qeyd edilir ki, sözügedən əmlaklar girov predmeti olmadığından cavabdeh həmin əmlak ilə bağlı istənilən sərəncam verməkdə daxil olmaqla hərəkətlərə yol verə biləcəkdir. Formalaşmış məhkəmə təcrübəsində isə dəfələrlə məhkəmələr bu növdə təminat tədbiri barədə ərizələri oxşar işlərdə təmin etmişdir. Göründüyü kimi məhkəmənin ərizəni təmin etməməyinin heç bir qanuni və faktiki əsası olmamışdır və məhkəmə qeyd edilən prosessual normaların tələblərini pozmuşdur. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və mülki iş baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardad ləğv edilməli, iş üzrə yeni qərardad çıxarılmalı, ərizə qismən təmin edilməli, cavabdeh1 mülkiyyətində olan “X1” minik markalı **-BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi cavabdehlərə və üçüncü şəxslərə qadağan olunmalı, qalan hissədə ərizə təmin edilməməlidir. Belə ki, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. (Azərbaycan Respublikasının MPM-in 157.1 və 157.2-ci maddələri). Azərbaycan Respublikasının MPM-in 157.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. Azərbaycan Respublikasının MPM-in 157.6-cı maddəsinə görə müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Məcəllənin 157.7-ci maddəsinə görə məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Qeyd edilən müddəalarda müvəqqəti təminat tədbirinin tətbiq edilməsi əsasları və məqsədi göstərilmişdir. Müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinin əsas məqsədi, ərizəçinin hüquqlarının qorunmasından ötrü mövcud mübahisəli vəziyyətin, eləcə də, mübahisə predmetinin əvvəlki vəziyyətdə qorunub saxlanılmasından, iddianın təmin ediləcəyi halda, mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını çətinləşdirən və ya qeyri-mümkün edən halların aradan qaldırılmasından ibarətdir. Çünki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Azərbaycan Respublikasının MPM-in 158.1-ci maddəsinə əsasən, aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; 158.1.4. əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; 158.1.5. borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; 158.1.6. icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq; 158.1.7. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda debitor borcların xüsusi hesaba ödənilməsini və orada saxlanılmasını təmin etmək. Azərbaycan Respublikasının MPM-in 159.1-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan ayrıca icraatda baxılır. Məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti təminat tədbirinin əsas məqsədi cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaqdır. Bu mənada, müvəqqəti təminat tədbiri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbirdir və həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi ərizəçinin hüquqlarının qorunmasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdehlərə məxsus avtomobillərin özgəninkiləşdirilməsinin iddiaçının hüquqlarının qorunmasına heç bir aidiyyəti yoxdur. Yəni, bu iş üzrə məhkəmə icraatı gedişində həmin avtomobillər özgəninkiləşdirilsə belə bu, iddiaçının pul tələb etməsi hüququnun qorunmasını nə mümkünsüz edər, nə də hər hansı şəkildə çətinləşdirər. Məhkəmə kollegiya birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab etmir. Belə ki, iş materiallarından görünür ki, borclular cavabdeh1 və cavabdeh2 tələbkara hazırki vəziyyətdə borcları 1994.77 manat təşkil edir. Həmçinin, işdən görünür ki, borclular cavabdeh1 mülkiyyətində “X1” minik markalı **-BO-*** dövlət qeydiyyat nişanlı və cavabdeh2 mülkiyyətində isə “Volkswagen Passat CC” minik markalı **-EE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri vardır. Qeyd olunmalıdır ki, müvəqqəti təminat tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına söykənir. Müvəqqəti təminat tədbirinin məqsədi bu prezumpsiyaya uyğun müəyyən olunub və məqsəd qətnamənin gələcəkdə icrasını təmin etməkdən ibarətdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2018-ci il tarixli Qərarından qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olubolmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Mütənasiblik prinsipi Insan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində möhkəmlənmiş və sonuncu tərəfindən “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya ilə nəzərdə tutulmuş hüquq və azadlıqların məhdudlaşdırılmasının mümkünlüyünün müəyyən edilməsi üçün aktiv şəkildə istifadə olunur. Avropa Məhkəməsi “Hakansson və Sturesson Isveçə qarşı” iş üzrə 1990-cı il ## ###### tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Müvəqqəti təminat tədbirinin daha bir xüsusi əlaməti də MPM-nin 157.7-ci maddəsində nəzərdə tutulan tətbiq edələcək təminat tədbirinin müvəqqəti xarakter daşıması və işi mahiyyəti üzrə qabaqcadan həll etməməsindən ibarətdir. Bu əlamət tələb edilən təminat tədbirinin iddia tələbi ilə eyni olması xüsusiyyətini aradan qaldırır. Yəni, müvəqqəti təminat tədbirinin təmin edilməsi işin hərtəfli araşdırılmadan (çəkişmə prinsipinə əməl etmədən, tərəflər dinlənilmədən, sübutlar toplanılmadan və qiymət verilmədən və s.) iddianın əvvəlcədən təmin edilməsi anlamına gəlmir. Məhkəmə kollegiyası işi qabaqcadan mahiyyəti üzrə həll etmədən, iş materiallarını tədqiq edərək qeyd edir ki, müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizədə MPM-in 157.5-ci maddəsində nəzərdə tutulmuş tələbə uyğun olaraq, iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu və müvəqqəti təminat tədbiri tətbiq edilmədiyi halda mövcud vəziyyətin ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı dərəcədə dəyişməsi ehtimalı əsaslandırılmışdır. Həmçinin, hazırki ərizəsində sözügedən iddiasının uğurluluğu ilə bağlı ərizəçi tərəfindən özü-özlüyündə əsaslandırılmış mövqe təqdim olunmuşdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, müvəqqəti təminat tədbiri barədə ərizənin təmin edilməməsi qanunamüvafiq olmamışdır. Buna görə də ərizə qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadı ləğv edilməli, müvəqqəti təminat tədbirinə dair ərizə qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-in 398.0.3-cü maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyətinə malikdir. Azərbaycan Respublikasının MPM-in 160.1.-ci maddəsinə görə, müvəqqəti təminat tədbirləri haqqında qərardad dərhal icra edilir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 157- 159, 160.1, 263, 264, 398.0.3, 399 və 402-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şikayət qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardad ləğv edilsin, iş üzrə yeni qərardad çıxarılsın. Ərizə qismən təmin edilsin. cavabdeh1 mülkiyyətində olan “X1” minik markalı **-BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi cavabdehlərə və üçüncü şəxslərə qadağan olunsun. Qalan hissədə ərizə təmin edilməsin. Qərardad dərhal icra edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar