Məhkəmə qərarları › İş №e-16(3-7)-37/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-7)-37/2026

03.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-16(3-7)-37/2026 03.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X4 və Qəhrəmanov Əkrəm Sabir oğlundan ibarət tərkibdə, Ərizəçi Ərizəçi uşaqla ünsiyyət tələbinə dair müvəqqəti təminat tədbiri barədə ərizəsinə dair iş üzrə Bərdə Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Ərizə onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə cavabdeh şəxsə qarşı Bərdə Rayon Məhkəməsində uşaq tələbinə dair iddia qaldırmışdır. Belə ki, həmin məhkəmənin ## ###### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Ərizəçi və Cavabdeh oğlu arasında mediasiya prosesi nəticəsində bağlanmış MŞG1/MT039-2024-***** reyestr nömrəli ## ###### 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, Ərizəçi ilə Cavabdeh arasında ##.##.2012-ci il tarixdə Bərdə rayon qeydiyyat şöbəsində bağlanmış *** saylı rəsmi nikah akt qeydinin pozulması, tərəflərin birgə nikahlarından olan ## #### 2013-cü il təvəllüdlü X2, ## #### 2015-ci il təvəllüdlü X3 və ## ##### 2020-ci il təvəllüdlü X1 anaları Cavabdeh himayəsində saxlanılması, ## #### 2013-cü il təvəllüdlü X2, ## #### 2015-ci il təvəllüdlü X3 və ## ##### 2020-ci il təvəllüdlü X1 üçün Ərizəçi hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Uşaqlar hazırda faktiki olaraq onun atasının yanında yaşayırlar. Onların gündəlik qayğısı, maddi təminatı, təhsili, tibbi xidməti və mənəvi-psixoloji tərbiyəsi tam şəkildə tərəfindən həyata keçirilir. Uşaqların yaşayış, qidalanma, təhsil şəraiti stabildir və onların normal inkişafı üçün zəruri olan bütün imkanlar mövcuddur. Uşaqların onun yanında qalması onların mənafeyinə tam cavab verir, çünki daimi yaşayış yeri formalaşmış, təhsil aldıqları müəssisə yaşayış yerinə uyğundur. Psixoloji adaptasiya prosesi başa çatmışdır. Sosial mühit və ailə əlaqələri pozulmur. Təəssüf ki, cavabdeh, övladı ## ##### 2020-ci il təvəllüdlü X1 məktəbədən qaçıraraq, onun bacıları ilə bir yerdə yaşamasından məhrum etmiş, eləcədə onun Ömərlə ünsiyyətinə maneə yaratmışdır. Bərdə Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli (hakim Z.Abdullayev) qərardadı ilə ərizə qismən təmin edilərək, həmin məhkəmənin icraatında olan *(*-***)-***/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Ərizəçi övladı ## ##### 2020-ci il təvəllüdlü X1 ilə hər həftənin şənbə günü saat 10:00-dan saat 13:00dək, bazar günü saat 11:00-dan saat 15:00-dək görüşüb ünsiyyətdə olmaq hüququnun müəyyən edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Ərizəçi Ərizəçi ərizənin təmin edilməməsi hissədə qərardaddan şikayət vermişdir. Bərdə Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ### 2026-cı il tarixli **(*-*)- **/**** nömrəli qərardadı ilə şikayətə yazılı icraat qaydasında baxılması mümkün hesab edilmişdir. Yuxarıda da qeyd olunduğu kimi qərardaddan ərizəçi Ərizəçi şikayət vermişdir. Kollegiya şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157-ci maddəsinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı;. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Həmin Məcəllənin 158.1. maddəsinə görə, aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq; “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda debitor borcların xüsusi hesaba ödənilməsini və orada saxlanılmasını təmin etmək. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50.1. maddəsinə görə, uşaq valideynləri ilə ünsiyyətdə olmaq hüququna malikdir. Həmin Məcəllənin 50.3. maddəsinə görə, valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyətdə olmaq hüququna malikdir . Həmin Məcəllənin 56.1. maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58.1. maddəsinə görə, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun ## #### 2016-ci il tarixli qərarında qeyd olunmuşdur ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı iddialara baxıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində yanında uşaq olmayan tərəfin vəsatətinə əsasən onunla uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş iddianın təmin tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq uşaq yanında olan tərəfə digər tərəfin uşağı ilə məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət iddianın təmin tədbirinin görülməsinə dair vəsatətə baxılarkən uşağı tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıq-aydın halların olub-olmamasına qiymət verməlidir. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2011-ci il tarixli */**** nömrəli qərarın 2.2. bəndində isə qeyd olunmuşdur ki, məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, səhhətini, məktəbəqədər və ya ümumi təhsil rejimini hansı valideynə daha çox bağlılığını, ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynlə uşağın yaşayış yerləri arasındakı məsafənin uzaqlığını, nəqliyyat vasitələri ilə uşağın aparılması və gətirilməsi müddətlərini, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər. Həmin Qərarın 2.3. bəndinə əsasən uşaqlardan ayrı yaşayan valideynlərə uşaqlarla ünsiyyət üçün elə vaxt və müddət müəyyən edilməlidir ki, o, qanunla nəzərdə tutulan valideynlik hüquqlarını real və maneəsiz həyat keçirə bilsin. Məhkəmələr nəzərə almalıdırlar ki, uşaqla ünsiyyətdə olmaq istəyən valideynin iddiasının formal təmin edilməsi, uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddət müəyyən edilməsi yolverilməzdir. Həmçinin Qərarın 2.5. bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdır ki, ünsiyyət qaydasının müəyyən edilməsi zamanı işin əhəmiyyətli halları (ünsiyyət tələb edən valideynin yaşayış yerinin şəraiti və uşağın yaşayış yerindən uzaqlığı, uşağın yaşı, sağlamlığı, təhsil rejimi və digər diqqətəlayiq hallar) nəzərə alınmaqla, gecə qalmaqla ünsiyyətin qaydasının müəyyən edilməsinə dair iddia tələblərinin təmin edilməsi imkanı da istisna edilmir. Yuxarıda da qeyd olunduğu kimi məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Ərizəçinin ünsiyyətdə olmaq istədiyi Ömər adlı uşaq ## ##### 2020-ci il təvəllüdlüdür və bu yaş həddə olan uşağa ana qayğısı və nəvəzişə daha çox ehtiyac düyulur. Kollegiya işin qeyd olunan bu halını nəzərə alır və hesab edir ki, ərizəni qismən təmin etməkdə birinci instansiya məhkəməsinin gəldyi nəticə düzgün olmuşdir. Şikayətin dəlilləri ərizənin təmin edilməməsi hissədə qərardadın ləğvi üçün əsas deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.1. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıbşikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir (maddə 402.2.). Hazırki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi həmin maddədə nəzədə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157, 263, 264, 398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar