Məhkəmə qərarları › İş №e-16(3-7)-39/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-7)-39/2026

20.05.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-16(3-7)-39/2026 20.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Tovuz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli **(*-***)-**/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Iddiaçı Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Tovuz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli **(*-***)-**/**** nömrəli qərardadı ilə ərizə qismən təmin edilmişdir. Cavabdeh Cavabdeh qərardaddan şikayət vermiş, lakin şikayətin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, şikayət qanunvericiliklə müəyyən edilmiş qaydada “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet vasitəsilə verilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 10-1.1ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Həmin Məcəllənin 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Apellyasiya şikayətinin qeyri mümkün hesab edilməsi üçün prosessual hüquqi əsaslardan biri də şikayətin MPM-ə * saylı əlavədə müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməməsidir. Belə ki, apellyasiya şikayətində göstərilməli rekvizitlər və şikayətin MPM ilə müəyyən edilmiş formada verilməsi imperativ norma kimi təsbit edilmiş, eləcə də apellyasiya şikayətinin forması MPM-ə * saylı əlavədə müəyyən edilmişdir. Şikayətin məzmununa münasibətdə gözlənti ondan ibarətdir ki, orada hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməli və hər birinin qarşısında məhkəmə aktı çıxarılarkən nəzərə alınmayan hüquqi mövqenin nədən ibarət olduğuna dair münasibəti aydın şəkildə ifadə edən müvafiq izah verilməlidir. Lakin, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti göstərilən tələblərə cavab vermir. Eyni zamanda, apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu da ödənilməmişdir. Nəzərə alınmalıdır ki, “Dövlət rüsumu haqqında” Qanunun 9-cu maddəsində məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri müəyyən edilmişdir. Qanunda hansı şəxslərin, habelə müəyyən kateqoriya iddialar üzrə iddiaçıların (ərizəçilərin) dövlət rüsumu ödənilməsindən azad olması müəyyən edilmişdir. Lakin, hazırkı işdə cavabdehin qanuni əsaslarla rüsum ödəməkdən azad edilən subyektlər dairəsinə aid olması ilə bağlı hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir. Odur ki, mübahisələndirilən qərardaddan cavabdeh tərəfindən şikayət verilməsi üçün qanunla müəyyən edilmiş qaydada dövlət rüsumu ödənilməsi zəruridir. MPM-nin 108.1.6-cı maddəsinə görə, iş üzrə icraatın xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlardan şikayət verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. “Dövlət rüsumu haqqında” Qanunun 8.5-ci maddəsində də təsbit edilmişdir ki, iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardaddan şikayət verilməsinə görə 50 manat dövlət rüsumu ödənilməlidir. Buna baxmayaraq, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilməmişdir. Göstərilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, şikayət qeyrimümkün hesab edilməlidir. MPM-nin 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Şərh edilənlərə əsasən və MPM-nin 10-1, 361, 363, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Tovuz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli **(*-***)-**/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və şikayətin geri qaytarılması üçün iş Tovuz Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar