Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-16(3-7)-40/2026 10.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsi ilə bağlı icraat üzrə Ərizəçi Ərizəçi vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə X1 qarşı «torpaq sahələrindən çıxarılma, torpaq sahəsinə giriş-çıxış və su yollarının bərpa edilməsi, torpaq sahələrinin hasarlanması üçün çəkilmiş metal torun sökülməsi» tələbinə dair müvəqqəti təminat tədbiri barədə ərizəsinə dair Göygöl Rayon Məhkəməsinin ##.##.2026- ci il tarixli, **(*-***)-*/**** nömrəli qərardadından ərizəçi Ərizəçi etibarnamə üzrə nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Iş üzrə qəbul edilmiş məhkəmə aktları
1. Ərizəçi Ərizəçi vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan, Göygöl rayonu Qızılca kəndində yerləşən ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,32 ha, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,32 ha, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0.32 ha, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0.37 ha, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,3270 ha, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,32 ha, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 1,31 ha, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,3204 ha, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,32 ha, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,2469 ha, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,2469 ha, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,8672 ha torpaq sahələrindən cavabdeh Cavabdeh çıxarılması, qeyd edilən torpaq sahələrinə sənəd üzrə (xəritə əsasında nəzərdə tutulmuş) giriş-çıxış yollarının, suvarma arxlarının bərpa edilməsi, torpaq sahələrinin ətrafına çəkilmiş metal torun cavabdehin hesabına sökülməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Ərizəçi Ərizəçi vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizəsini onunla əsaslandırmışdır ki, Göygöl rayonu Qızılca kəndində alqı-satqı yolu ilə kənd təsərrüfatı təyinatlı torpaq sahələri almış və mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışlar verilmişdir. Onun adına Göygöl rayonu Qızılca kəndində aşağıdakı torpaq sahələri vardır: 1. ********** qeydiyyat. nömrəli çıxarışa əsasən 0,32 ha. tam mülkiyyət. 2. ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,32 ha. tam mülkiyyət. 3. ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0.32 ha.tam mülkiyyət. 4. ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0.37 ha. tam mülkiyyət 5. ********** qeydiyyat nömrıli çıxarışa əsasən 0,3270 ha.tam mülkiyyət 6. ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,32 ha. tam mülkiyyət. 7. ********** qeydiyyat nömrəli çıxarışa əsasən 1,31 ha. tam mülkiyyət. 8. ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,3204 ha. tam mülkiyyət. 9. ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,32 ha. tam mülkiyyət. 10. ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,2469 ha. tam mülkiyyət. 11. ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,2469 ha. tam mülkiyyət. 12. ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,8672 ha. tam mülkiyyət. Yuxarıda qeyd edilən torpaq sahələri və eləcədə həmin torpaq sahəsinə giriş-çıxış yolları və suvarma arxları cavabdeh Cavabdeh tərəfindən hasarlanaraq zəbt edilmiş və şəxsi məqsədləri üçün onun mülkiyyəti zəbt edilərək istifadə edilir. Dəfələrlə müraciət etməyinə, polis orqanlarına şikayət etməyinə baxmayaraq mülkiyyətində olan torpaq sahələri ona qaytarılmır. Odur ki, torpaq sahələrindən cavabdehin çıxarılması və cavabdehin hesabına hər bir torpaq sahəsinə sənəd üzrə nəzərdə tutulmuş giriş-çıxış yollarının, suvarma arxlarının bərpa edilməsini, torpaq sahəsinin ətrafına çəkilmiş metal torun sökülməsini iddia edir.
3. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, **(*-***)-*/**** nömrəli qərardadı ilə ərizəçi Ərizəçi vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə X1 qarşı «torpaq sahələrindən çıxarılma, torpaq sahəsinə giriş-çıxış və su yolarının bərpa edilməsi, torpaq sahələrinin hasarlanması üçün çəkilmiş metal torun sökülməsi» tələbinə dair müvəqqəti təminat tədbiri barədə ərizəsi təmin edilməmişdir.
4. Ərizəçi Ərizəçi vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə qərardaddan “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə şikayət verərək qərardadın ləğv olunmasını, Ərizənin təmin edilməsi barədə yeni qərardad çıxarılmasını, əks halda qanunla müəyyən edilmiş müddətdə və qaydada şikayətə baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
5. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, **(*-***)-*/**** nömrəli qərardadı ilə təmin edilməmiş, Göygöl Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, **(*-***)- */**** nömrəli qərardadından ərizəçi Ərizəçi etibarnamə üzrə nümayəndəsi X2 tərəfindən verilmiş şikayət **(*-***)-*/**** nömrəli material ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
6. Ərizəyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
Tətbiq edilən hüquq normaları
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Maddə 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. Maddə 159.1. Müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan ayrıca icraatda baxılır. Maddə 159.2. Hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır. Maddə 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək. Maddə 160.1. Müvəqqəti təminat tədbirləri haqqında qərardad dərhal icra edilir. Maddə 162.4. Iddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Maddə 236. Məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
8. Məhkəmə kollegiyası ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, müvəqqəti təminat tədbiri olaraq ərizə təmin edilməlidir. Birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, qərardadla həll edilməli olan məsələ həll edilməlidir.
9. Işdən görünür ki, Ərizəçi cavabdeh Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinə giriş-çıxış və su yollarının bərpa edilməsi, torpaq sahələrinin hasarlanması üçün çəkilmiş metal torun sökülməsi tələbinə dair mülki iş məhkəmənin icraatındadır, iş üzrə müvafiq ekspertiza təyin olunmuşdur. Ekspert qarşısına cavabdeh tərəfindən sözügedən torpaq sahələrində zəbt edilmə halının olub-olmaması barədə suallar qoyulmuşdur.
10. Eyni zamanda, işdə olan məhkəmə qərardadından görünür ki, mübahisəli torpaq sahələri iddiaçının adınadır.
11. Məhkəmə kollegiyası hesab edir ki, müvəqqəti təminat tədbirinin tətbiq edilməməsi nəticəsində ərizəçinin mülkiyyətində olan torpaq sahəsindən cavabdehin qanunsuz olaraq fayda götürməsinin, ona vurulan maddi ziyanın həcminin artmasının qarşısını alınması əhəmiyyətli dərəcədə çətinləşə bilər. Belə ki, onun mülkiyyətində olan torpaq sahələrinin koordinatları bəlli olmaqla bərabər, çıxarışları mövcuddur. Həmin torpaq sahəsində hazırda cavabdeh tərəfindən bilavasitə təsərrüfat işləri görülməsi ehtimalı var.
12. Kollegiya qeyd edir ki, müvəqqəti təminat tədbiri cavabdehin hərəkətləri nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə iddiaçının hüquqlarının qorunmasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq, habelə məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirdir.
13. Belə ki, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardad müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.
14. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162, 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Ərizə təmin edilsin. Ərizəçi mülkiyyətində olan, Göygöl rayonu Qızılca kəndində yerləşən ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,32 ha, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,32 ha, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0.32 ha, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0.37 ha, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,3270 ha, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,32 ha, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 1,31 ha, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,3204 ha, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,32 ha, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,2469 ha, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,2469 ha, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,8672 ha torpaq sahələrinə Cavabdeh və üçüncü şəxslərə qadağan edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.