Məhkəmə qərarları › İş №e-16(3-7)-42/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-7)-42/2026

24.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-16(3-7)-42/2026 24.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X1 ibarət tərkibdə, Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə ilə məhkəmə müraciət edərək, məhkəmənin yekun qətnaməsi çıxarılana və qanuni qüvvəyə minənə qədər, ##.##.2026cı il təvəllüdlü X2 üçün cavabdeh Cavabdeh hər ay üçün iddiada göstərilən məbləğdə 260 manat usağın 3 yaşına çatanadək, 100 manat və onu saxlanılması üçün 50 manat olmaqla, cəmi 410 (dörd yüz on) manat, məbləğində müvəqqəti alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin **(*-***)-**/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə (hakim Süleyman Hacıyev) ərizə qismən təmin edilmiş, ##.##.2026-cı il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan X2 üçün Cavabdeh Ərizəçi xeyrinə, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.4 misli həddində sabit pul məbləğində alimentin tutulması, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan ərizəçi Ərizəçi şikayət verərək, qərardadın ləğv edilməsini və tutulan alimentin məbləğinin artırılaraq 260 manat müəyyən edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, yaşayış minimumu və uşağın ehtiyacları Azərbaycan Respublikasında 2026-cı il üçün uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. Məhkəmənin təyin etdiyi 138 manat məbləği bu həddən xeyli aşağıdır və uşağın zəruri qida, geyim və tibbi xərclərini qarşılamır. Ananın saxlanılması üçün vəsaitin nəzərə alınmaması, övladı ##.##.2026-cı il təvəllüdlüdür və hazırda 3 yaşı tamam olmamışdır. Ailə Məcəlləsinin 85.2.1-ci maddəsinə əsasən, uşaq 3 yaşına çatanadək ananın öz saxlanılması üçün cavabdehdən vəsait tələb etmək hüququ vardır. Məhkəmə uşağın yaşını və onun işləməyərək uşağa baxmağını nəzərə almadan maddi yardım tələbini təmin etməmişdir. Ən əsası isə 138 manat qanunda olmayan aliment miqdarı müəyyən etmişdir. Cavabdehin hazırda ki gəlilləri və avtomaşınılları və günlük qazanının nəzərə almadan qanunan kənar aliment məbləği təmin etməsi övladının hüquqlarını pozulmuşdur. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və mülki iş baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadı - ##.##.2026-cı il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan X2 üçün Cavabdeh Ərizəçi xeyrinə, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.4 misli həddində sabit pul məbləğində alimentin tutulması - hissəsində dəyişdirilməli, həmin hissədə - ##.##.2026-cı il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan X2 üçün Cavabdeh Ərizəçi xeyrinə, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Belə ki, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. (Azərbaycan Respublikasının MPM-in 157.1 və 157.2-ci maddələri). Azərbaycan Respublikasının MPM-in 157.6-cı maddəsinə görə müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Məcəllənin 157.7-ci maddəsinə görə məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Qeyd edilən müddəalarda müvəqqəti təminat tədbirinin tətbiq edilməsi əsasları və məqsədi göstərilmişdir. Müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinin əsas məqsədi, ərizəçinin hüquqlarının qorunmasından ötrü mövcud mübahisəli vəziyyətin, eləcə də, mübahisə predmetinin əvvəlki vəziyyətdə qorunub saxlanılmasından, iddianın təmin ediləcəyi halda, mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını çətinləşdirən və ya qeyri-mümkün edən halların aradan qaldırılmasından ibarətdir. Çünki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Azərbaycan Respublikasının MPM-in 159.1-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan ayrıca icraatda baxılır. Məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti təminat tədbirinin əsas məqsədi cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaqdır. Bu mənada, müvəqqəti təminat tədbiri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbirdir və həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi ərizəçinin hüquqlarının qorunmasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Birinci instansiya məhkəməsi qərarında göstərmişdir ki, ərizəçinin yanında yaşayan uşağın saxlanılması üçün alimentin müvəqqəti tutulması uşağın mənafeyi üçün zəruridir. Bununla yanaşı ərizəyə dərhal baxıldığından, tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər halların nəzərə alınması mümkün olmamışdır. Ona görə də ərizəni qismən təmin etmişdir. Məhkəmə kollegiya birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab etmir. Qeyd olunmalıdır ki, müvəqqəti təminat tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına söykənir. Müvəqqəti təminat tədbirinin məqsədi bu prezumpsiyaya uyğun müəyyən olunub və məqsəd qətnamənin gələcəkdə icrasını təmin etməkdən ibarətdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2018ci il tarixli Qərarından qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Mütənasiblik prinsipi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində möhkəmlənmiş və sonuncu tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya ilə nəzərdə tutulmuş hüquq və azadlıqların məhdudlaşdırılmasının mümkünlüyünün müəyyən edilməsi üçün aktiv şəkildə istifadə olunur. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il ## ###### tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Müvəqqəti təminat tədbirinin daha bir xüsusi əlaməti də MPM-nin 157.7-ci maddəsində nəzərdə tutulan tətbiq edələcək təminat tədbirinin müvəqqəti xarakter daşıması və işi mahiyyəti üzrə qabaqcadan həll etməməsindən ibarətdir. Bu əlamət tələb edilən təminat tədbirinin iddia tələbi ilə eyni olması xüsusiyyətini aradan qaldırır. Yəni, müvəqqəti təminat tədbirinin təmin edilməsi işin hərtəfli araşdırılmadan (çəkişmə prinsipinə əməl etmədən, tərəflər dinlənilmədən, sübutlar toplanılmadan və qiymət verilmədən və s.) iddianın əvvəlcədən təmin edilməsi anlamına gəlmir. Məhkəmə kollegiyası işi qabaqcadan mahiyyəti üzrə həll etmədən, iş materiallarını tədqiq edərək qeyd edir ki, müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizədə MPM-in 157.5-ci maddəsində nəzərdə tutulmuş tələbə uyğun olaraq, iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu və müvəqqəti təminat tədbiri tətbiq edilmədiyi halda mövcud vəziyyətin ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı dərəcədə dəyişməsi ehtimalı əsaslandırılmışdır. Həmçinin, hazırki ərizəsində sözügedən iddiasının uğurluluğu ilə bağlı ərizəçi tərəfindən özü-özlüyündə əsaslandırılmış mövqe təqdim olunmuşdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin IV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli 8- */**** saylı qərarının 6.2-ci bəndində məhkəmə qərara almışdır ki, nikahın pozulması və aliment tələbinə dair işə baxılması ər-arvada barışıq üçün vaxt verilməsi ilə əlaqədar olaraq təxirə salındıqda məhkəmə cavabdehin uşağın saxlanmasında iştirak edib-etmədiyini aydınlaşdırmalı və əgər cavabdehin bu vəzifəni yerinə yetirmədiyini müəyyən edərsə Ailə Məcəlləsinin 101-ci maddəsinin tələbinə müvafiq olaraq mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək alimentin müvəqqəti tutulması barədə qərardad çıxara bilər. Bu qərardad dərhal icra edilir və şikayət verilməsi onun icrasını dayandırmır. Ailə Məcəlləsinin 101.1-ci maddəsinə əsasən, məhkəmənin aliment tutulması barədə çıxardığı qətnamə qanuni qüvvəyə minənədək (uşaqlar üçün aliment tutularkən məhkəmənin aliment tutulması barədə qətnaməsi çıxarılanadək) məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada alimentin müvəqqəti tutulmasını qət edə bilər. Ailə Məcəlləsinin 101.2-ci maddəsinə əsasən, məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Yetkinlik yaşına çatmayanlar üçün alimentin miqdarı bu Məcəllənin 76-cı maddəsinə uyğun müəyyən edilir. Kollegiya hesab edir ki, uşaq körpədir, ana uşağına baxdığı üçün heç bir yerdə işləmir, hər hansı qazanc yeri yoxdur. Hazırda müəyyən edilmiş aliment uşağın saxlanılması üçün qənaətbəxş deyildir. Buna görə də ərizə qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadı - ##.##.2026-cı il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan X2 üçün Cavabdeh Ərizəçi xeyrinə, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.4 misli həddində sabit pul məbləğində alimentin tutulması - hissəsində dəyişdirilməli, həmin hissədə - ##.##.2026-cı il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan X2 üçün Cavabdeh Ərizəçi xeyrinə, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.3-cü maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyətinə malikdir. Azərbaycan Respublikasının MPM-in 160.1.-ci maddəsinə görə, müvəqqəti təminat tədbirləri haqqında qərardad dərhal icra edilir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 157- 159, 160.1, 263, 264, 398.0.3, 399 və 402-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şikayət qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadı - ##.##.2026-cı il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan X2 üçün Cavabdeh Ərizəçi xeyrinə, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.4 misli həddində sabit pul məbləğində alimentin tutulması - hissəsində dəyişdirilsin, həmin hissədə - ##.##.2026-cı il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan X2 üçün Cavabdeh Ərizəçi xeyrinə, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardad dərhal icra edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar