Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-16(3-7)-44/2026 22.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri - X2 (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Xocalı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-***)-*/**** nömrəli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə Gəncə Apelyasiya Məhkəməsinin binasında yazılı icraat baxaraq, məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi “müvəqqəti təminat tədbiri” barədə ərizə ilə məhkəməyə müraciət edərək e-*(*-***)-***/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı çıxarılıb qanuni qüvvəyə minənədək “X1” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin cavabdehə qadağan olunması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun Cavabdeh qarşı “nəqliyyat vasitəsi və əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin geri qaytarılması” tələbinə dair Xocalı Rayon Məhkəməsinin icraatında e-*(*-***)-***/**** saylı mülki iş vardır. Hesab edir ki, mülki iş üzrə məhkəmə araşdırması davam etdiyi müddətdə cavabdehin hərəkətləri nəticəsində mübahisə predmeti olan “X1” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində gələcəkdə tanına və ya təmin edilə biləcək mülkiyyət hüququnun həyata keçirilməsi əhəmiyyətli dərəcədə çətinləşə və ya mümkünsüz ola bilər. Bu baxımdan həmin nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və sair formada yüklü edilməsi hallarının qarşısının alınması məqsədilə cavabdehin qeyd olunan nəqliyyat vasitəsinə münasibətdə sərəncamverici hüquqlarının məhdudlaşdırılması zəruridir. Qeyd edilən xüsusatlarla bağlı ilkin təcili tənzimlənmə zərurəti yarandığından nəzərə alınmalıdır ki, müvəqqəti təminat tədbiri tətbiq edilmədən hazırki iş üzrə proqnoztik maraqların təmin edilməsi mümkün deyil. Xocalı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-***)-*/**** nömrəli qərardadı ilə (hakim Tural Ələkbərov) ərizə təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan Ərizəçi şikayət verərək Xocalı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-***)-*/**** nömrəli qərardadının ləğv olunması və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərardadında cavabdehlə mübahisə predmeti olan nəqliyyat vasitəsinin alqı-satqısına dair ilkin razılığın mövcudluğunu təsdiq edən kifayət qədər sübutun iş materiallarına əlavə olunmadığı qənaətinə gəlmişdir. Lakin, ərizəyə əlavə edilən votsap mobil tətbiqi vasitəsilə cavabdehlə aralarında nəqliyyat vasitəsinin alqısatqısının razılaşdırılması barədə aparılan yazışmalar, habelə bu razılaşmanın təsdiqi kimi cavabdehin mənə nəqliyyat vasitəsinə dair sərəncamvermə hüquqlarının ötürülməsini nəzərdə tutan etibarnamə verməsi xüsusatı məhkəmə tərəfindən aydınlaşdırılmamış, yekun nəticə ərizənin predmetindən kənar hallarla əsaslandırılmışdır. Bundan başqa, ərizədəki tələbin nəqliyyat vasitəsinin istifadəsinin deyil, yalnız özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə olması, yəni tələb edilən müvəqqəti təminat tədbirinin mülkiyyətçini zəruri təminatlarından məhrum etməməsi və iş üzrə tərəflərin mənafelərinə proporsional təsir etməsi halları araşdırılmamışdır. Xocalı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-***)-*/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətin mülki işlə birlikdə baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməli, Xocalı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-***)-*/**** nömrəli qərardadı və onunla bağlı Xocalı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e- **(*-***)-*/**** nömrəli qərardadı ləğv edilməli, yeni qərardad qəbul edilməli, Ərizəçi iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi ərizəni təmin etməyərək, gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, ərizədə göstərilən tələbə riayət olunmamış, yəni ərizəçi tərəfindən iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu əsaslandırılmamışdır. Belə ki, ərizənin məzmunundan və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi ərizəçi Ərizəçi “X1” markalı, 99- DE-120 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində gələcəkdə tanına və ya təmin edilə biləcək mülkiyyət hüququnun həyata keçirilməsinin əhəmiyyətli dərəcədə çətinləşə və ya mümkünsüz ola biləcəyini qeyd etmiş, bu əsasla sözügedən nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin mülkiyyətçi Cavabdeh qadağan olunmasını xahiş etmişdir. Lakin ərizəçi Cavabdeh ilə aralarında nəqliyyat vasitəsinin onun mülkiyyətinə keçməsi ilə bağlı razılaşmaya dair hər hansı ilkin sübutu məhkəməyə təqdim etməmiş, həmçinin bu halı ərizəsində əsaslandırmamışdır. Hazırki halda isə ərizəçi Ərizəçi tərəfindən məhkəməyə “X1” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair onun mülkiyyətçisi tərəfindən verilmiş və sonradan xitam olunmuş etibarnamə (idarə etmək, sərəncam vermək və s.) əlavə edilmişdir ki, həmin sənəd tərəflər arasında rəsmi reyestrdə qeydiyyata alınmış daşınar əmlakla bağlı alğı-satqı sənədi kimi qəbul edilə bilməz. Belə ki, etibarnamə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalətdir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsi). Əlavə olaraq qeyd olunmalıdır ki, məhkəmənin icraatına ##.##.2026-cı il tarixdə daxil olmuş mülki iş üzrə Ərizəçi Cavabdeh qarşı həmçinin pul tələbi vardır. İddia ərizəsinə və müvəqqəti təminat tədbiri barədə ərizəyə Ərizəçi tərəfindən müvafiq köçürmələrə dair qəbzlər əlavə edilmişdir. Həmin qəbzlərdən görünür ki, müxtəlif tarixlərdə ödəniş kartı və digər ödəmə alətləri vasitəsilə “Müşfiq A***”-ya, A*** M**** B*** oğluna məxsus kart hesabına vəsaitlər göndərilmişdir. Lakin sözügedən sənədlər məhkəmə araşdırmasının predmeti olduğundan hazırki halda Cavabdeh məxsus nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin qadağan olunması üçün əsas ola bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşmır. Belə ki, işin halları ilə müəyyən edilir ki, Ərizəçi Cavabdeh qarşı “nəqliyyat vasitəsi və əsassız varlanma nəticəsində əldə edilmiş vəsaiti qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, tərəflər arasında hazırda özgəninkiləşdirilməsinin qadağan olunması xahiş olunan nəqliyyat vasitəsi barəsində və pul tələbi ilə bağlkı məhkəmə mübahisəsi vardır. Cavabdeh tərəfindən isə həmin nəqliyyat vasitəsinin özgəninkiləşdirəcəyi təqdirdə, iddiaçının hüquqlarının qorunması əhəmiyyətli dərəcədə çətinləşə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddianı təmin tədbiri institutu özünün mahiyyəti etibarı ilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanır. Bu, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan qəbul edilən məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Bu tədirləri görməklə mübahisənin maddi obyektinin işin həll edilməsinədək qorunub saxlanması təmin olunur. Həmin tədbirlərin tətbiqi, mümkün məhkəmə qətnaməsinin gələcəkdə icrasını çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılması zərurətindən irəli gəlir. Ona görə də, iddanı təmin etmək barədə qərardadında, tətbiq etdiyi tədbirin qətnamənin icrası ilə bilavasitə bağlı olması, qətnamənin gələcəkdə icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların mövcudluğunu göstərməklə, bu hallarını aradan qaldırılması məqsədilə tətbiq olunduğu əsaslandırılmalıdır. Göründüyü kimi, hazırkı iş üzrə iddianı təmin etmə tədbiri kimi iddia ərizəsində qeyd olunan “X1” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinə qadağa qoyulması üçün hüquqi əsaslar mövcuddur. Kollegiya onu da qeyd edir ki, hazırkı iddianı təmini tədbirlərinin görülməsi müvəqqəti xarakterlidir və məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədi daşıyır. Azərbaycan Respublikası MPM-nin: 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər 157.5. müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı. 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Məhkəmə kollegiyası hesab edir ki, Xocalı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-***)-*/**** nömrəli qərardadı ləğv edilməli, yeni qərardad qəbul edilməli, ərizəçi Ərizəçi iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilməli, mübahisəli “X1” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi qadağan edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRAR A ALDİ: Xocalı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-***)-*/**** nömrəli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilsin. Xocalı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-***)-*/**** nömrəli qərardadı qərardadı ləğv edilsin və yeni qərardad qəbul edilsin. Ərizəçi Ərizəçi iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilsin. “X1” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi qadağan edilsin. Qərardad dərhal icra edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-16(3-7)-44/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-7)-44/2026
22.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver