Məhkəmə qərarları › İş №e-16(3-7)-49/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-7)-49/2026

13.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-16(3-7)-49/2026 13.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Ağstafa R ayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e**(*-***)-**/**** saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ağ mirvari rəngdə, ban nömrəsi LS6ANE2N9RA006830, mühərrik nömrəsi RFPAG117943 olan “Changan Qiyuan A05 Plug-İn Hibrid” minik markalı, AZ **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilin saz vəziyyətdə alınaraq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ağstafa Rayon Məhkəməsinin icraatında olan e-*(*-***)-***/**** saylı mülki işə üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək cavabdeh Cavabdeh ağ mirvari rəngdə, ban nömrəsi LS6ANE2N9RA006830, mühərrik nömrəsi RFPAG117943 olan “Changan Qiyuan A05 Plug-İn Hibrid” minik markalı, AZ **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilin saz vəziyyətdə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsinin mühafizə olunan cərimə meydançasına yerləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Balakən rayonunda yaşayır. O, İsmayılova Günel Nəsrullah qızına məxsus olan, nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamə əsasında mülkiyyətində olan “Changan A05” minik markalı AZ **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobili ##.##.2025-ci il tarixdə notarial icarə müqaviləsi əsasında ##.##.2026-cı il tarixədək “xxxx” MMC-ə aylıq 1350 manat istifadə haqqı dəyərində icarəyə vermişdir. ##.##.2026-cı il tarixdə “xxxx” MMC-nin nümayəndəsi X2 ona zəng edərək “Changan A05” minik markalı AZ **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobili, Cavabdeh Fərmail oğluna icarəyə vermək istədiklərini, həmin şəxsə avtomobili idarə etmək üçün etibarnamə verməyini xahiş etmişdir. O, Cavabdeh Fərmail oğluna avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Bundan sonra “xxxx” MMC-nin nümayəndəsi X2 ona aylıq icarə haqqını ödəmədiyinə görə ona zəng edərək icarə haqqını ödəməsini tələb etmişdir. Həmin vaxt X2 “Changan A05” minik markalı AZ **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobili pula ehtiyacı olduğuna görə başqa şəxsə qalmaq şərti ilə verdiyini bildirmişdir. O, bununla razılaşmayaraq avtomobilin ona geri qaytarılmasını tələb etmişdir. Lakin avtomobil ona geri qaytarılmamışdır. O, Cavabdeh Fərmail oğluna avtomobilin idarə edilməsi barədə verdiyi etibarnaməni xitam etdirmişdir. Bundan sonra o, Bakı şəhəri, Nizami RPİ 24-cü Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmin şöbədə təhqiqat aparılmış, hazırda iş istintaqa göndərilmişdir. Təhqiqat qərarında, Cavabdeh Fərmail oğlu X2 ona borcunun olduğunu, həmin borc ona qaytarılmayacağı təqdirdə avtomobili qaytarmayacağını bildirmişdir. O, Cavabdeh Fərmail oğlundan avtomobilin ona qaytarılmasını dəfələrlə tələb etsə də, həmin şəxs avtomobili qaytarmaqdan imtina etmişdir. O, Ağstafa Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək cavabdeh Cavabdeh ağ mirvari rəngdə, ban nömrəsi LS6ANE2N9RA006830, mühərrik nömrəsi RFPAG117943 olan “Changan Qiyuan A05 Plug- İn Hibrid” minik markalı, AZ **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilin saz vəziyyətdə alınaraq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Artıq 3 aydan çoxdur ki, ona məxsus olan avtomobil Cavabdeh Fərmail oğlundadır. Avtomobilin onda qalması ona maddi ziyan vurmaqdadır. Eləcə də bu hal avtomobilin texniki konstruksiyasının dəyişdirilməsinə, avtomobilin sökülərək hissələrə ayırılmasına, avtomobilin bazar dəyərinin aşağı düşməsini gətirib çıxara bilər. Ona görə də hazırki ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. Ağstafa Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-***)-**/**** saylı qərardadı ilə (hakim Natiq Abbasov) iddiaçı Ərizəçi cavabdeh Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə Ərizəçi müvəqqəti təminat tədbiri haqqında ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan Ərizəçi şikayət verərək, Ağstafa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-**/**** saylı qərardadının ləğv olunması, Ağstafa Rayon Məhkəməsinin icraatında olan e-*(*-***)-***/**** saylı mülki işə üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək cavabdeh Cavabdeh ağ mirvari rəngdə, ban nömrəsi LS6ANE2N9RA006830, mühərrik nömrəsi RFPAG117943 olan “Changan Qiyuan A05 Plug- İn Hibrid” minik markalı, AZ **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilin saz vəziyyətdə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsinin mühafizə olunan cərimə meydançasını yerləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırlmışdır ki, məhkəmə qərardad qəbul edərkən avtomobilin onun mülkiyyəti olmasını nəzərə almamış, cavabdehin məhkəmə icraatı zamanı hazırlıq iclasında verdiyi izahatında göstərilənləri əsas gətirərək, onun cavabdehə nəqliyyat vasitəsini idarə etmə etibarnaməsi verdiyini əsas gətirmiş, nəqliyyat vasitəsinin cərimə meydançasına yerləşdirilməsi üçün əsas olmadığını bildirmişdir. Məhkəmə əmlaka dəyə biləcək zərərin, onun dəyərinin aşağı düşməsini, tamamilə məhv edilməsi hallarını nəzərə almamışdır. Bu isə onun qanunla qorunan mülkiyyət hüququmun pozulmasına gətirib çıxarmışdır. Belə ki, o, ərizəsində nəqliyyat vasitəsinin ona verilməsini yox cərimə meydançasına yerləşdirilməsini xahiş etmişdir. Belə olan halda, nəqliyyat vasitəsinə dəyə biləcək hər hansı zərərin qarşısı alınmış olacaqdır. Ona görə də Ağstafa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-16(5- 109)- **/**** saylı qərardadının ləğv olunması, Ağstafa Rayon Məhkəməsinin icraatında olan e-*(*-***)-***/**** saylı mülki işə üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək cavabdeh Cavabdeh ağ mirvari rəngdə, ban nömrəsi LS6ANE2N9RA006830, mühərrik nömrəsi RFPAG117943 olan “Changan Qiyuan A05 Plug-İn Hibrid” minik markalı, AZ **-VB- *** dövlət qeydiyyat nişanlı avtomobilin saz vəziyyətdə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsinin mühafizə olunan cərimə meydançasına yerləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e**(*-***)-**/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Ağstafa Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e**(*-***)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-nin 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Hazırki işin hallarından isə görünür ki, cavabdeh Polad Fərmayıl oğlunun şikayəti əsasında Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsində araşdırma aparılır. Bindan əlavə MPM-nin 157.5.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu əsaslandırılmalıdır. Lakin müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizəyə mübahisəli avtomobilin mülkiyyətçisi, yaxud sahibi olması ilə bağlı ilkin sübutları məhkəməyə təqdim edə bilməmidşir. Yalnız ərizədə mübahisəli avtomobili mülkiyyətçinin verdiyi etibarnamə ilə təmsilçi kimi üçüncü şəxsə icarəyə verdiyini, üçüncü şəxsin nümayəndəsinin isə qalıcı olaraq başqa şəxsə verməsini qeyd etmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, hazırki ərizədə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu əsaslandırılmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi; 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3. müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 157.6-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 159.2. hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 157, 158, 263, 264, 267, 268, 398 və 402-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ağstafa Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e**(*-***)-**/**** saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e**(*-***)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar