Məhkəmə qərarları › İş №e-16(3-7)-51/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-7)-51/2026

23.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-16(3-7)-51/2026 23.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X3 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Alimentin tutulması barədə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-**/**** saylı qərardadından ərizəçi Ərizəçi nümayəndəsi (vəkil) İbrahimova Türkan Qulu qızı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı Maraqlı şəxs ona qarşı “Nikahın pozulması, yetkinlik yaşına çatmamış uşaqların ananın himayəsinə verilməsi və aliment” tələbinə dair iddiası üzrə hazırki mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək ##.##.2021-ci il təvəllüdlü X1 və ##.##.2022-ci il təvəllüdlü X2 adlı uşaqlarının saxlanması üçün Maraqlı şəxs hər ay hər uşaq üçün 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulub ona verilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Maraqlı şəxs məhkəmədə ona qarşı “Nikahın pozulması, yetkinlik yaşına çatmamış uşaqların onun himayəsinə verilməsi və aliment” tələbinə dair iddia qaldırmışdır. Mülki iş məhkəmənin icraatındadır. (Hakim Nazlı Heydərova) Onların iddiaçı Maraqlı şəxs ilə birgə nikahından ##.##.2021-ci il təvəllüdlü X1 və ##.##.2022ci il təvəllüdlü X2 adlı 2 nəfər uşaqları doğulmuşdur. İddiaçı ilə ailə münasibətləri pozulmuş və faktiki olaraq ayrılmışlar. İddiaçı ilə ayrıldıqları vaxtdan yetkinlik yaşına çatmamış uşaqları onun yanında yaşayır. İddiaçı ilə ayrıldıqları vaxtdan o, yetkinlik yaşına çatmamış uşaqlarının saxlanmasında ona heç bir maddi köməklik göstərməmişdir. Yetkinlik yaşına çatmamış uşaqlarının saxlanmasında iddiaçının maddi yardımına ehtiyacı var. Ona görə də məhkəmə qətnaməsi çıxarılana kimi yetkinlik yaşına çatmamış uşağının saxlanması üçün aliment tutulmasını istəyir. Yuxarıda qeyd edilən hallara görə hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-**/**** saylı qərardadı ilə müvəqqəti təminat tədbirinin seçilməsindən imtina edilmişdir. Hazırda, iddiaçının nümayəndəsi (vəkil) İbrahimova Türkan Qulu qızı şikayət verərək, Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-**/**** saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, yetkinlik yaşına çatmamış uşaqları onun himayəsində yaşayır. İddiaçı ilə faktiki ayrıldığı vaxtdan isə o ona yetkinlik yaşına çatmamış uşaqlarının saxlanmasında heç bir maddi köməklik göstərməmiş, uşaqları ilə maraqlanmamışdır. O, özü işləyir və aylıq 400 manat əmək haqqı alır. Aldığı əmək haqqı ilə azyaşlı uşaqlarının xərclərini qismən ödəyə bilir. İddiaçı isə şirniyyat evində işləyir və aylıq əmək haqqına-qazanca malikdir. Lakin, buna baxmayaraq, iddiaçı azyaşlı uşaqlarının maddi cəhətdən saxlanmasında heç bir köməklik göstərmir. Məhkəmə qeyd olunan halları nəzərə almadan əsassız qərardad qəbul etmişdir. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-**/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-**/**** saylı qərardadı tam ləğv edilməli və ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi; 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası ərizəyə əlavə edilmiş və iş materiallarında olan ilkin sübutlar ilə müəyyən etmişdir ki, Şəmkir rayon məhkəməsinin icraatında iddiaçı Maraqlı şəxs cavabdeh Ərizəçi qarşı “uşaq və aliment” tələbinə dair işə baxılır, iddiaçı ## ###### 2021-ci ildə anadan olmuş X1 və ## ###### 2022-ci il tarixdə anadan olmuş X2 adlı uşaqları cavabdeh Ərizəçi Eynulla oğlundan alınaraq onun himayəsinə verilməsi barədə; ## ###### 2021-ci ildə anadan olmuş X1 və ## ###### 2022- ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Ərizəçi Eynulla oğlundan hər ay hər uşaq üçün 260 manat, cəmi 520 (beş yüz iyirmi) manat sabit pul məbləğində alimentin (vəsaitin) tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. İşə baxan məhkəmə qeyd etmişdir ki, hazırda şikayətçi Ərizəçi maddi imkanı olmadığı halda azyaşlı uşaqları yanında saxlamasının səbəbləri barədə, həmçinin uşaqların saxlanılmasında maddi cəhətdən çətinlik çəkməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi; 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər 157.5-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə maddi və prosessual hüquq normasına düzgün istinad etsə də, onu düzgün tətbiq etməmişdir. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Hazırkı iş üzrə görünür ki, iddiaçı Maraqlı şəxs cavabdeh Ərizəçi qarşı “uşaq və aliment” tələbinə dair iddia qaldırmışdır. İş mahiyyəti üzrə məhkəmə iclasında çəkişmə prinsipi əsasında araşdırılmalı məsələ olduğundan, məhkəmədə qaldırdığı iddia tələbi ilə bağlı proseslərin gedişatı dövründə öz həllini tapacaq və qanunla müəyyən edilmiş müddətdə iş üzrə obyektiv və ədalətli qərar qəbul ediləcəkdir. Lakin məhkəmə prosesinin müddəti uzanan və davam edən prosesdir. Məhkəmə kollegiyası qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *-*/**** nömrəli, ## #### 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Şikayətin dəlillərini əsaslı hesab edən kollegiya qeyd edir ki, “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, ərizəçi Ərizəçi kredit mütəxəssisi vəzifəsində işləməklə aylıq 400 manat əməkhaqqı alır. Maraqlı şəxs Maraqlı şəxs gəlirləri ilə bağlı məlumat əldə edilməsə də, kollegiya hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar, hazırki vaxtda uşaqlar atanın himayəsində olduğundan, onların qayğısının çəkilməsi atanın üzərinə düşdüyündən, digər valideyinin də aliment öhdəliyi yaranır. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il ## ###### tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, maraqlı şəxsin buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericiliyn tələbinə əsasən məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Belə ki, hazırki qərardad müvəqqəti təminat tədbirinin tətbiqi zamanı faktiki olaraq işi mahiyyəti üzrə həll edən qərar kimi qəbul edilə bilməz. Ona görə də, ərizə təmin edilməli, iddiaçı Maraqlı şəxs cavabdeh Ərizəçi qarşı “Nikahın pozulması, yetkinlik yaşına çatmamış uşaqların ananın himayəsinə verilməsi və aliment” tələbinə dair iddiası üzrə hazırki mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək ##.##.2021-ci il təvəllüdlü X1 və ##.##.2022-ci il təvəllüdlü X2 adlı uşaqların saxlanması üçün Maraqlı şəxs hər ay hər uşaq üçün minumum əmək haqqının 0.5 misli həcmində sabit pul məbləğində alimentin tutulmalıdır. Təyin edilməli alimentin miqdarı uşaqların ümumi mənafeyi baxımından məqsədəmüvafiqdir, tərəfləri əlverişsiz vəziyyətə salmır, onların maddi imkanları daxilində uşaqların maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına gətirib çıxarmır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 157, 158, 398.0.3 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-**/**** saylı qərardadından ərizəçi Ərizəçi nümayəndəsi (vəkil) İbrahimova Türkan Qulu qızı tərəfindən verilmiş şikayət təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-**/**** saylı qərardadı tam ləğv edilsin. Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizəsi təmin edilsin. İddiaçı Maraqlı şəxs cavabdeh Ərizəçi qarşı “Nikahın pozulması, yetkinlik yaşına çatmamış uşaqların ananın himayəsinə verilməsi və aliment” tələbinə dair iddiası üzrə hazırki mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək ##.##.2021-ci il təvəllüdlü X1 və ##.##.2022-ci il təvəllüdlü X2 adlı uşaqların saxlanması üçün Maraqlı şəxs Ərizəçi xeyrinə hər ay hər uşaq üçün ölkə üzrə minumum əmək haqqının 0.5 misli həcmində aliment tutulsun. Qərardad dərhal icra edilsin. Qərardadın icrası Şəmkir rayon İcra və probasiya şöbəsinə həvalə olunsun. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar