Məhkəmə qərarları › İş №e-16(3-7)-52/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-7)-52/2026

16.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-16(3-7)-52/2026 16.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Iddiaçı Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli **(*-**)-**/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Iddiaçı Ərizəçi iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla AAC MAKINA SANAYI və DIŞ.TIC.LTD.ŞTI arasında ## ####### 2019-cu il tarixdə yazılı formada bağlanmış alqı-satqı müqaviləsi əsasında Türkiyə Respublikasından alınmış 6 hissədən ibarət ümumi dəyəri 50.050.00 ABŞ dolları məbləğində olan ağac emalı və ağacdan məmulatların istehsalı üçün nəzərdə tutulmuş dəzgah aparatının cavabdeh Cavabdeh alınaraq Ərizəçi qaytarılması, Gəncə şəhəri Ş.İ.Xətai prospekti 95 ünvanında yerləşən icarə obyektindən cavabdeh Cavabdeh çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Cavabdeh da qarşılıqlı iddia ərizəsi verərək, AAC MAKINA SANAYI və DIŞ.TIC.LTD.ŞTI ilə bağlanmış ## ####### 2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında alınmış avadanlığa Cavabdeh mülkiyyət hüquqlarının tanınması, qarşılıqlı iddia tələbi təmin edilmədiyi halda Ərizəçi şəriklikdən çıxdığı vaxt qarşılıqlı razılıq əsasında ödənilmiş 60000 manat, mənəvi zərər olaraq 200000 manat, şərikli fəaliyyət dövründə Cavabdeh tərəfindən çəkilmiş 22700 manat, avadanlığa görə “xxxx” ASC-nin Gəncə filialından götürülmüş 80000 manat kredit borcu üzrə ödənilmiş faizlər də nəzərə alınmaqla 50 faiz cavabdeh Ərizəçi alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, iddiaçı Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəyə mahiyyəti üzrə məhkəmədə baxılıb qurtaranadək Ərizəçi məxsus AAC MAKINA SANAYI və DIŞ.TIC.LTD.ŞTI arasında ## ####### 2019-cu il tarixdə yazılı formada bağlanmış alqı-satqı müqaviləsi əsasında Türkiyə Respublikasından alınmış 6 hissədən ibarət ümumi dəyəri 50.050.00 ABŞ dolları məbləğində olan ağac emalı və ağacdan məmulatların istehsalı üçün nəzərdə tutulmuş dəzgah aparatından istifadəyə, həmçinin iddaçının icarəyə göturdüyü 230,6 kv.m ərazidə müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək öhdəliyinin qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ********** saylı VÖEN üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Həmin VÖEN əsasında ona Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi tərəfindən ## #### 2020-ci il tarixli IN/ITS-*/**** nömrəli Investisiya Təşviqi sənədi verilib. Həmin sənəd “Investisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il ## ###### tarixli *** nömrəli fərmanına uyğun olaraq verilib və həmin sənədlə ona Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.23-cü, 106.1.17-ci, 164.1.26-cı, 199.11-ci və 207.5-ci maddələrində (Vergi Məcəlləsinin 67-2-ci maddəsi nəzərə alınmaqla) və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 20.0.17-ci maddəsində müəyyən edilmiş güzəştlər əldə etmə hüququ verilmişdir. Bu sənəddən irəli gələn hüquqlardan istifadə edərək o, Türkiyə Respublikasından ## ####### 2019-cu il tarixdə AAC MAKINA SANAYI və DIŞ.TIC.LTD.ŞTI ilə aralarında yazılı formada bağlanmış alqısatqı müqaviləsi əsasında 6 hissədən ibarət olan ümumi dəyəri 50.050.00 ABŞ dolları məbləğində ağac emalı və ağacdan məmulatların istehsalı üçün nəzərdə tutulmuş dəzgah aparatı almışdır və həmin dəzgah aparatından yalnız özü istifadə edə bilər. Bundan əlavə Gəncə şəhəri Ş.İ.Xətai prospekti ** saylı ünvanda sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə Ərizəçi ilə X1 arasında icarə müqaviləsi bağlanmışdır və həmin icarə müqaviləsi ## ####### 2019-cu ildə Gəncə şəhər * saylı Notariat ofisində qeydə alınmışdır və həmin icarə müqaviləsi hazırda da qüvvədədir. Həmçinin qeyd olunan sahibkarlıq obyektində hazırda ümumilikdə 5 işçi fəaliyyət göstərir və həmin işçilərin sosial ödənişləri hər ay mütəmadi olaraq onun tərəfindən ödənilir. 2021-ci ildə mərhum qardaşı X2 xəstəliyi ilə bağlı uzun müddət Türkiyə Respublikasında qalacağı üçün obyektin nəzarətsiz qalmaması üçün tanışı Cavabdeh bildirmiş, sonradan Azərbaycan Respublikasına qayıdıb nəzarətini Cavabdeh həvalə etdiyi obyektdə fəaliyyətini davam etdirmək istəsə də cavabdeh təkidlə icarə obyektindən çıxmayacağını bildirmiş, bu səbəbdən də iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilən sənədlərdən də göründüyü kimi, icarə obyekti və həmin obyektdə hazırda istismar olunan dəzgah Ərizəçi mülkiyyətindədir. Gəncə Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli **(*-**)-**/**** nömrəli qərardadı ilə (hakim Gülnaz Quliyeva) ərizə qismən təmin edilərək, Ərizəçi ilə AAC MAKINA SANAYI və DIŞ.TIC.LTD.ŞTI arasında ## ####### 2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən alınmış və Ərizəçi icarəyə götürdüyü ünvan 1 ünvanında yerləşən ağac emalı və ağacdan məmulatların istehsalı üçün nəzərdə tutulmuş avadanlıqdan istifadənin cavabdeh Cavabdeh qadağan edilməsi; Qərardadın icrasının Gəncə şəhəri üzrə Icra idarəsinə həvalə olunması; Qərardadın dərhal icra edilməsi; Ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qərardaddan cavabdeh Cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı Ərizəçi ərizəsi əsasında Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh Cavabdeh istifadəsində olan avadanlıqlardan istifadəyə qadağa qoyulmuş və müvəqqəti təminat tədbiri tətbiq edilmişdir. Birinci instansiya məhkəməsi qərardad qəbul edərkən tərəflər arasındakı faktiki hüquq münasibətlərini, mübahisəli əmlakın hüquqi statusunu, tərəflərin qarşılıqlı razılaşmalarını və cavabdehin sahibkarlıq fəaliyyətinə yaranacaq nəticələri tam araşdırmamışdır. Mübahisəli avadanlığı tərəflər birgə maliyyələşdirmiş və şəriklik əsasında əldə edilmişdir. Hazırlıq iclasında iddiaçı özü avadanlığın şəriklik əsasında əldə edildiyini açıq etiraf etmişdir. Sonradan iddiaçı öz payını 60000 manat qarşılığında cavabdehə verməyi təklif etmiş, həmin məbləğ cavabdeh tərəfindən ödənilmiş və bundan sonra iddiaçı fəaliyyət münasibətlərindən faktiki olaraq çıxmışdır. Məhkəmə bu mühüm faktları lazımi qaydada qiymətləndirmədən cavabdehin kommersiya fəaliyyətini faktiki tam dayandıran qərardad qəbul etmişdir. Gəncə Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli **(*-**)-**/**** nömrəli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. Iş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Iş materiallarında olan Gəncə şəhəri 2-ci Polis Şöbəsinin təhqiqatçısı X3 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında ## #### 2026-cı il tarixli qərarından görünür ki, iddiaçı Ərizəçi cavabdeh Cavabdeh barəsində ərizə ilə polis şöbəsinə müraciət etmişdir. Ərizəçi müraciət üzrə aparılan araşdırma zamanı verdiyi izahatında bildirmişdir ki, Gəncə şəhəri Ş.İ.Xətai prospekti 93 ünvanı ona aiddir. Orada istehsal işi ilə məşğul olur. Cavabdeh 7 ildir ki, tanıyır. Tanışı Əli adlı şəxs vasitəsilə Anarla tanış olmuşdur. O, mebel aksesuarlarının topdan satışı ilə məşğuldur. 2019-cu ildə Anarla Əli arasında narazılıq olduğu üçün birgə iş görməkdən imtina etmişlər. Anar sonradan onun yanına gələrək, “onun mallarının qalmasını, sataraq həmin pulu ona verməsini” xahiş etmiş, o da Anarla razılaşıb onun panellərini satıb, pulunu ona vermiş, o, mətbəx mebelinin dəzgahının hazırlanması üçün aparat sifariş vermək istəmiş, buna görə də Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyindən “X4” almış, Anar həmin vaxt ona dəzgahın üzlük və xammalını xaricdən ucuz formada gətirə biləcəyini və ona şərik ola biləcəyini bildirmiş, o, Anarla razılaşmış “xxxx” ASC-dən beş faizlə 80000 manat biznes krediti almış, həmin aparatları 2020-ci ilin mart ayında Türkiyə Cümhuriyyət Respublikasından gətizdirmiş, 2021-ci ilin yazında onun qardaşı X2 xərçəng xəstəsi olması səbəbilə Türkiyə Respublikasına getməli olmuş, 2023-cü ildə ölkəyə qayıtmış, Anardan hesabat tələb edən zaman ona heç bir hesabat verməyərək gəlir əldə etmədən işlədiyini bildirmiş, o, bir neçə il Anarın qazancdan ona pul verməsini gözləsə də, ona pul verməmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı qismən, yəni ərizənin təmin edilmiş hissəsində ləğv edilməli və həmin hissədə ərizə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 157.1ci maddəsinə müvafiq olaraq, maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, iddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən, məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Ərizəçi məhkəmədə iddia qaldıraraq, ağac emalı və ağacdan məmulatların istehsalı üçün nəzərdə tutulmuş dəzgah aparatının cavabdeh Cavabdeh alınaraq ona qaytarılması, Gəncə şəhəri Ş.İ.Xətai prospekti 95 ünvanında yerləşən icarə obyektindən cavabdehin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı Ərizəçi mübahisəyə mahiyyəti üzrə məhkəmədə baxılıb qurtaranadək cavabdehin həmin dəzgah aparatından və icarə obyektindən istifadəsinə qadağa qoyulmasına dair müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi ərizəni qismən təmin edərək, avadanlıqdan istifadənin cavabdehə qadağan edilməsi barədə müvəqqəti təminat tədbiri tətbiq etmişdir. Məhkəmə kollegiyası ərizənin təmin edilmiş hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır; belə ki, mülki prosessual qanunvericilik qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının məcburiliyini müəyyən etməklə yanaşı, həm də bəzi hallarda qətnamənin çıxarılmasından əvvəl onun gələcəkdə icrasını təmin edən müvəqqəti təminat tədbirlərin görülməsinin mümkünlüyünü nəzərdə tutur. Bu növ tədbirlər ona görə tətbiq edilir ki, iddianın təmin edilməsi haqqında qanuni qüvvvəyə minmiş məhkəmə qətnaməsi pozulmuş və ya mübahisəli subyektiv hüquqların bərpasını elan edir, qətnamənin icrası isə hüququn real bərpasıdır. Bəzən iddianın təmin ediləcəyi təqdirdə məhkəmə qətnaməsinin gələcəkdə icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən hallar mövcud olur. MPM-nin 13-cü fəslində öz əksini tapmış müvəqqəti təminat tədbirinə dair normalar belə halların baş verməsinin qarşısının alınmasının, aradan qaldırılmasının və nəticədə, gələcəkdə qətnamənin icrasının təmin olunmasının prosessualhüquqi vasitələrindən biridir. Bununla belə, müvəqqəti təminat tədbiri üç əsas meyara cavab verməlidir: - bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; - bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; - tətbiq olunan tədbirlər verilmiş əsas iddia tələblərinə mütənasib olmalıdır. Nəzərə alınmalıdır ki, müvəqqəti təminat tədbirləri MPM-nin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Kollegiya göstərir ki, iddiaçı Ərizəçi özü polis şöbəsində aparılan araşdırma zamanı verdiyi izahatında cavabdeh A.Azizovla şərikli iş qurmaq niyyətləri olduğunu, bu məqsədlə Türkiyə Cümhuriyyət Respublikasından dəzgah aparatı sifariş verdiklərini, avadanlıq əldə edildikdən sonra da cavabdehlə şərikli iş görməyə başladıqlarını bildirmişdir. Iddiaçının bildirməsinə görə, onlar arasındakı hazırda mübahisə cavabdehin şərikli biznesdən əldə etdiyi mənfəəti onunla (iddiaçı ilə) bölüşməməsinə görə yaranmışdır. Bu baxımdan qeyd edilməlidir ki, iddiaya mahiyyəti üzrə baxılana qədər cavabdeh tərəfindən ağac emalı və və ağacdan məmulatların istehsalı üçün nəzərdə tutulmş avadanlıqların istifaəsindən məhrum edilməsi halında sahibkarlıq fəaliyyəti ilə məşğul olan ilk iddia üzrə cavabdehin mütənasibsiz maddi zərərə uğraması ehtimalı kifayət qədər yüksəkdir. Belə bir nəticə isə ədalət mühakiməsinin məqsədləri baxımından arzuolunan deyildir. Odur ki, birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəni qismən təmin etməkdə haqlı olmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qərardadı ərizənin təmin edilmiş hissəsində ləğv edilməli və həmin hissədə ərizə təmin edilməməlidir. MPM-nin 398.0.3.-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-nin 157, 263-264, 398.0.3 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli **(*-**)-**/**** nömrəli qərardadı qismən, yəni «Ərizəçi ilə AAC MAKINA SANAYI və DIŞ.TIC.LTD.ŞTI arasında ## ####### 2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən alınmış və Ərizəçi icarəyə götürdüyü ünvan 1 ünvanında yerləşən ağac emalı və ağacdan məmulatların istehsalı üçün nəzərdə tutulmuş avadanlıqdan istifadənin cavabdeh Cavabdeh qadağan edilməsi; Qərardadın icrasının Gəncə şəhəri üzrə Icra idarəsinə həvalə olunması; Qərardadın dərhal icra edilməsi» hissədə ləğv edilsin. Ərizə həmin hissədə təmin edilməsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar