Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-16(3-7)-53/2026 20.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Xocalı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-*/**** nömrəli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi “müvəqqəti təminat tədbiri” barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 4 ünvanında cavabdehin istifadəsində olan 0,01206 ha torpaq sahəsində yerləşən 231,8 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binasının özgəninkiləşdirilməsinin cavabdeh Cavabdeh və üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflər ##.##.2026-cı il tarixli saziş imzalayaraq aralarında olan mübahisələrin həlli və birgə nikah dövründə əldə olunan əmlakların bölünməsi ilə bağlı məhkəmə proseslərinə Xocalı Rayon Məhkəməsində baxılması barədə razılığa gəlmişlər. Həmçinin bu məsələ ilə bağlı tərəflər arasında ##.##.2026-cı il tarixli notarial təsdiqli ərizə imzalanmışdır. Ərizəçi Ərizəçi ilə cavabdeh Cavabdeh ##.##.2004-cü ildə **** nömrəli aktla rəsmi nikaha daxil olmuşlar. Tərəflər birgə nikahda olduqları dövrdə cavabdeh Cavabdeh adına rəsmiləşdirilməklə ünvan 4 ünvanında cavabdehin istifadəsində olan 0,01206 ha torpaq sahəsində yerləşən 231,8 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binası əldə etmişlər. Ərizəyə əlavə olunan ##.##.2016- cı il tarixli, 1116081378 qeydiyyat (007011004339-***** reyestr nömrəli) nömrəli çıxarış da həmin qeyri-yaşayış binasının birgə nikah dövründə cavabdeh Cavabdeh adına rəsmiləşdirilməklə əldə edildiyini təsdiq edir. Məhz bu səbəbdən də Ərizəçi ünvan 4 ünvanında cavabdehin istifadəsində olan 0,01206 ha torpaq sahəsində yerləşən 231,8 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binasının ½ hissəsinə pay hüququ tanınmalıdır. Bildirir ki, o, hazırda aralarında olan əmlak mübahisəsi ilə əlaqədar mediasiyaya müraciət etmişdir. Əgər mediasiya nəticəsində razılıq əldə olunmazsa, sözügedən iddia tələbi ilə Xocalı Rayon Məhkəməsinə müraciət edəcəkdir. Sözügedən iddia tələbi ilə bağlı məhkəmə prosesinin aylarla davam edəcəyini və bu əmlakın başqa şəxsə satılması riskini aradan qaldırmaq üçün sözügedən əmlakın özgəninkiləşdirilməsi cavabdehə və digər üçüncü şəxslərə qadağan edilməlidir. Çünki həmin əmlakın başqa şəxslərin adına özgəninkiləşdirilməsi, iddiaçının lehinə qəbul ediləcək qətnamənin gələcəkdəki icrasını qeyrimümkün edəcəkdir. Xocalı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-*/**** nömrəli qərardadı ilə ərizə təmin olunmuş, ünvan 4 ünvanında yerləşən 231,8 m2 ümumi sahədən ibarət qeyriyaşayış binasının (Qeydiyyat nömrəsi: 1116081378, Daşınmaz əmlakın reyestr nömrəsi: 007011004339- *****) özgəninkiləşdirilməsi Cavabdeh və başqa şəxslərə 1 ay müddətinə, yəni ## #### 2026-cı il tarixədək qadağan edilmişdir. “xxxx” ASC şikayətlə məhkəməyə müraciət edərək Xocalı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-*/**** nömrəli qərardadının ləğv edilməsi, ərizəçi Ərizəçi “müvəqqəti təminat tədbiri” barədə ərizəsinin rədd edilməsi, qərardaddan şikayət verilməsinə görə 50 (əlli) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin ərizəçi Ərizəçi “xxxx” ASC-nin xeyrinə tutulmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “xxxx” ASC ilə “xxxx” MMC (prinsipal/borclu) arasında bağlanmış ##.##.2017-ci il tarixli, ***LG****** nömrəli “Qarantiyanın verilməsi şərtləri haqqında” Sazişə (bundan sonra “Saziş” adlandırılacaq) əsasən qarant prinsipalın tapşırığı ilə, prinsipal ilə “xxxx” MMC (bundan sonra “Benefisiar” adlandırılacaq) arasında bağlanmış ## ####### 2013-cü il tarixli agent müqaviləsi (bundan sonra “Müqavilə” adlandırılacaq) üzrə prinsipalın benefisiar qarşısında öhdəliklərinin lazımi qaydada icrasını təmin etmək məqsədilə ##.##.2017-ci il tarixdən ##.##.2018-ci il tarixinə (daxil olmaqla) qədər olan müddətə benefisiara 200000 (iki yüz min) manatdan artıq olmayan pul məbləğinin ödənilməsi haqqında yazılı öhdəlik - qarantiya (bundan sonra “Qarantiya” adlandırılacaq) verməyi öz öhdəsinə götürmüşdür. Daha sonra saziş üzrə qarantla prinsipal arasında bağlanmış ##.##.2018-ci il tarixli, ** nömrəli Əlavə sazişlə Qarantiyanın müddəti ##.##.2019-cu il tarixinə, ##.##.2019cu il tarixli ** nömrəli Əlavə sazişlə ##.##.2020-ci il tarixinə və ##.##.2020-ci il tarixli ** nömrəli Əlavə sazişlə isə qaratiyanın məbləği 20000 (iyirmi min) manat azaldılaraq 180000 (bir yüz səksən min) manat müəyyən olunmaqla ##.##.2021-ci il tarixinə qədər uzadılmışdır. Nəhayət qarantla prinsipal arasında bağlanmış ##.##.2021-ci il tarixli, ** nömrəli Əlavə sazişlə qarantiyanın müddəti ##.##.2022-ci il tarixinə qədər uzadılmışdır. Prinsipalın saziş (o cümlədən ##.##.2018-ci il tarixli ** nömrəli, ##.##.2019-cu il tarixli ** nömrəli, ##.##.2020-ci il tarixli ** nömrəli və ##.##.2021-ci il tarixli ** nömrəli Əlavə sazişlərlə edilmiş dəyişikliklər nəzərə alınmaqla) üzrə qarant qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədilə “xxxx” ASC ilə Cavabdeh arasında sonuncuya məxsus olan, ünvan 3 ünvanında istifadəsində olan 0,01206 ha torpaq sahəsində yerləşən 231,8 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binasının (bundan sonra “İpoteka predmeti” adlandırılacaq) ipoteka qoyulması barədə ##.##.2017-ci il tarixli, 210LG170411/İM nömrəli ipoteka müqaviləsi (həmin müqaviləyə ##.##.2018-ci il tarixli ** nömrəli, ##.##.2019-cu il tarixli ** nömrəli, ##.##.2020-ci il tarixli ** nömrəli və ##.##.2021- ci il tarixli ** nömrəli Əlavə sazişlərlə edilmiş dəyişikliklər nəzərə alınmaqla; bundan sonra birlikdə “İpoteka müqaviləsi” adlandırılacaq) bağlanmışdır. Prinsipal “xxxx” MMC benefisiar “xxxx” MMC qarşısında müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında yerinə yetirmədiyindən sonuncu ##.##.2022-ci il tarixli, CEO_**** saylı tələb məktubu ilə banka (qaranta) müraciət edərək qarantiya üzrə nəzərdə tutulmuş 180000 (bir yüz səksən min) manat məbləğində pul vəsaitinin ona ödənilməsini xahiş etmişdir. İddiaçı “xxxx” ASC öz növbəsində sazişə və müvafiq yazılı tələbə uyğun olaraq qarantiya üzrə nəzərdə tutulmuş 180000 (bir yüz səksən min) manat məbləğində pul vəsaitini ##.##.2022-ci il tarixdə benefisiarın müvafiq bank hesabına köçürmüşdür. Sazişin 3.1.2-ci yarımbəndinə və 4.2-ci bəndinə uyğun olaraq prinsipal bank tərəfindən benefisiara ödənilmiş pul vəsaitlərini onların ödənildiyi tarixdən 30 gün müddətində banka qaytarmalı və həmin məbləğə illik 35% dərəcəsi ilə hesablanan faizlər ödəməlidir. Beləliklə sazişin istinad edilən müddəalarında nəzərdə tutulan hal baş verdiyinə görə bank tərəfindən qarantiya üzrə benefisiara ödəniş aparıldığı andan bankla prinsipal arasında borc (kredit) münasibətləri yaranmışdır. Borclu “xxxx” MMC tərəfindən saziş üzrə öhdəliklər lazımınca icra edilmədiyindən bank müvafiq ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2023- cü il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında 0,01206 ha torpaq sahəsində yerləşən 231,8 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiymətinin 330000 manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitdən ##.##.2017-ci il tarixli, ***LG****** nömrəli qarantiyanın verilməsi şərtləri haqqında saziş üzrə əsas borca görə 180000 manat, faiz borcuna görə 5250 manat, əldən çıxan faydaya görə ##.##.2022-ci il tarixdən ##.##.2023- cü il tarixədək olan dövrə üçün illik 5% dərəcəsi ilə 11175 manat, məhkəmə xərclərinə görə 620 manat olmaqla, cəmi 197045 manat “xxxx” ASC-nin xeyrinə, ekspertiza tədqiqatının dəyərinə görə 150 manat dövlət nəfinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə sonradan Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə qüvvədə saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi qanuni qüvvəsi aldıqdan sonra həmin məhkəmə tərəfindən verilmiş icra sənədi əsasında Bakı şəhəri Nərimanov rayon İcra şöbəsində icra işi açılmış və həmin icra sənədinin icrası ilə bağlı ixtisaslaşdırılmış müəssisəyə - hərrac təşkilatına ##.##.2025-ci il tarixdə sifariş məktubu göndərilmişdir. Bundan sonra Bakı şəhəri Nərimanov rayon İcra şöbəsindən əldə olunmuş ##.##.2025-ci il tarixli, ******/****-**-** nömrəli məktuba əsasən məlum olmuşdur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin **(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qərardadına (bundan sonra “##.##.2024- cü il tarixli Qərardad” adlandırılacaq) əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan *(***)- ****/**** nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək, ünvan 1 ünvanında 0,01206 ha torpaq sahəsində yerləşən 231,8 m2 ümumi sahədən ibarət qeyriyaşayış binasının özgəninkiləşdirilməsi cavabdeh Cavabdeh və digər üçüncü şəxslərə qadağan edilmişdir. Məhz bu səbəbdən hərracın keçirilməsi mümkün olmadığından bank qərardadın əldə edilməsi üçün ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək sonuncunun icraatında olmuş e-**(***)-***/**** nömrəli iş üzrə elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetə əlavə edilməsini xahiş etmişdir. Qeyd olunan iş üzrə bank elektron məhkəmə informasiya sistemi vasitəsilə qərardadı əldə etdikdən dərhal sonra qərardaddan şikayət vermiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-**(***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməyərək mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, **(***)-***/**** nömrəli qərardadına əsasən isə bank tərəfindən verilmiş şikayət təmin edilmiş, ##.##.2024-cü il tarixli qərardad ləğv edilmiş və ərizəçi Ərizəçi sözügedən müvəqqəti təminat tədbiri barədə ərizəsi rədd edilmişdir. Bundan sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi ##.##.2025-ci il tarixli məktubla Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə müraciət edərək sözügedən müvəqqəti təminat tədbiri barədə ərizənin rədd edilməsi barədə məlumat verərək əmlakın üzərində olan qadağanın götürüldüyünü bildirmişdir. Bu məktubu müvafiq məcburi icra tədbirlərinin davam etdirilməsinə əsas verən sənəd kimi qəbul edən İcra şöbəsi hərracın keçirilməsinin bərpa edilməsinə dair tədbirlərini başlar başlamaz, yenidən məlum olmuşdur ki, sözügedən əmlakın üzərində hər hansı hərəkətlərin edilməsinə qadağa vardır. Belə ki, daha sonra məlum olmuşdur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında 2(004)- ****/**** nömrəli mülki iş vardır və həmin iş üzrə iddiaçı Ərizəçi sözügedən müvəqqəti təminat tədbirinin görülməsi barədə ərizə ilə müraciət etmiş və həmin məhkəmənin ##.##.2025-ci il tarixli, e- **(***)-***/**** nömrəli qərardadına əsasən *(***)-****/**** nömrəli mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək müvəqqəti təminat tədbiri kimi ünvan 4 ünvanında 0,01206 ha torpaq sahəsində yerləşən 231,8 m2 ümumi sahədən ibarət qeyriyaşayış binasının cavabdeh Cavabdeh və üçüncü şəxslər tərəfindən özgəninkiləşdirilməsi və özgəninkiləşdirilməsi ilə bağlı hər hansı hərəkətlərin edilməsi qadağan edilmiş, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Qeyd olunan iş üzrə bank qərardadı əldə etdikdən dərhal sonra şikayət vermiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-**(***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilmiş, həmin məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ləğv edilmiş və ərizəçi Ərizəçi sözügedən müvəqqəti təminat tədbiri barədə ərizəsi rədd edilmişdir. Sonuncu qərardaddan ərizəçi tərəfindən şikayət verilsə də, məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə ərizəçi tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Daha sonra məlum olmuşdur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında mülki iş vardır və həmin iş üzrə iddiaçı Cavabdeh sözügedən müvəqqəti təminat tədbirinin görülməsi barədə ərizə ilə müraciət etmiş və həmin məhkəmənin ##.##.2025-ci il tarixli, e-**(***)-***/**** nömrəli qərardadına əsasən ünvan 4 ünvanında 0,01206 ha torpaq sahəsində yerləşən 231,8 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binasının özgəninkiləşdirilməsi qadağan edilmişdir. Qeyd olunan iş üzrə Bank qərardadı əldə etdikdən dərhal sonra şikayət vermiş və məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş, həmin məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ləğv edilmiş, ərizəçi Cavabdeh sözügedən müvəqqəti təminat tədbiri barədə ərizəsi rədd edilmişdir. Sonuncu qərardaddan ərizəçi tərəfindən şikayət verilmiş, məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Ərizəçi Cavabdeh şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsi ##.##.2026-cı il tarixli, **(***)-***/**** nömrəli qərardadı ilə şikayəti təmin etməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-**(***)-***/**** nömrəli qərardadını dəyişdirmədən saxlamışdır. Daha sonra məlum olmuşdur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında e-2(005)- ****/**** nömrəli mülki iş vardır və həmin iş üzrə iddiaçı Ərizəçi sözügedən müvəqqəti təminat tədbirinin görülməsi barədə ərizə ilə müraciət etmiş və həmin məhkəmənin ##.##.2025-ci il tarixli, e-16(005)- ***/**** nömrəli qərardadına əsasən ünvan 4 ünvanında 0,01206 ha torpaq sahəsində yerləşən 231,8 m2 ümumi sahədən ibarət qeyriyaşayış binasının özgəninkiləşdirilməsi qadağan edilmiş, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Qeyd olunan iş üzrə bank qərardadı əldə etdikdən dərhal sonra şikayət vermiş və həmin məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ləğv edilmiş və ərizəçi Ərizəçi sözügedən müvəqqəti təminat tədbiri barədə ərizəsi rədd edilmişdir. Sonuncu qərardaddan ərizəçi tərəfindən şikayət verilmiş, məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Ərizəçi Ərizəçi şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsi ##.##.2026-cı il tarixli, e**(*-*)-***/**** nömrəli qərardadı ilə şikayəti təmin etməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadını dəyişdirmədən saxlamışdır. Daha sonra məlum olmuşdur ki, ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin görülməsi barədə ərizə ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin ##.##.2026-cı il tarixli, e-**(*-**)-**/**** nömrəli qərardadına əsasən müvəqqəti təminat tədbiri kimi, ünvan 4 ünvanında 0,01206 ha torpaq sahəsində yerləşən 231,8 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binasının cavabdeh Cavabdeh və üçüncü şəxslər tərəfindən özgəninkiləşdirilməsi və özgəninkiləşdirilməsi ilə bağlı hər hansı hərəkətlərin edilməsi qadağan edilmiş, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Qeyd olunan iş üzrə bank qərardadı əldə etdikdən dərhal sonra şikayət vermiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-**(***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilmiş, həmin məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ləğv edilmişdir. Sonuncu qərardaddan ərizəçi tərəfindən şikayət verilməmişdir. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında tələb Cavabdeh məxsus əmlaka yönəldilsə də və həmin əmlakın hərracda satılması ilə bağlı icra qurumu tərəfindən müvafiq prosessual addımlar atılsa da, ipoteka qoyanın həyat yoldaşı - Ərizəçi, sözügedən əmlakın bankın xeyrinə ipoteka ilə yüklü edilən zaman notarial qaydada razılıq ərizəsi verməsinə baxmayaraq, əri Cavabdeh ilə birlikdə prosessual hüquqlardan ifrat dərəcədə sui-istifadə edərək ərazi aidiyyətinin dəyişdirilməsi barədə əldə edilmiş razılıq əsasında müxtəlif rayon məhkəmələrinə müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizələr verməklə qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasına açıqaşkar maneçilik törətmişlər və bu qanunsuz hərəkətləri etməkdə davam edirlər. Belə ki, Ərizəçi müxtəlif məhkəmələrə verilmiş ərizələr əsasında qəbul edilmiş məhkəmə qərardadları ilə əmlakın üzərinə qoyulmuş həbsin qanunazidd olduğu üçün məhkəmələr tərəfindən ləğv edildiyini bilməsinə baxmayaraq, qəsdən birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi barədə mübahisəsini müxtəlif məhkəmələrə keçirməklə həmin icraatlar çərçivəsində yuxarıda qeyd edilmiş müvəqqəti təminat tədbiri barədə qərarların qəbul edilməsi nəticəsində qətnamənin icrasına maneçilik törətmişdir. Ərizəçi və Cavabdeh yuxarıda qeyd olunan hüquqdan suiistifadə ilə törədilmiş əməlləri nəticəsində müvafiq məhkəmə qətnaməsi 2 ildən artıq müddət ərzində icrasız qalmışdır. Sözügedən əmlak yuxarıda qeyd olunan ipoteka müqaviləsi əsasında ipoteka ilə yüklü edilən zaman ərizəçi Ərizəçi notarial qaydada razılıq ərizəsi alınmışdır. Prosessual qanunvericiliyə əsasən də bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Xocalı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-*/**** nömrəli qərardadı ilə “xxxx” ASC tərəfindən verilmiş şikayətin təmin edilməsi, Xocalı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-*/**** nömrəli qərardadının ləğv edilməsi, ərizəçi Ərizəçi ünvan 4 ünvanında cavabdehin istifadəsində olan 0,01206 ha torpaq sahəsində yerləşən 231,8 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binasının özgəninkiləşdirilməsinin cavabdeh Cavabdeh və üçüncü şəxslərə qadağan edilməsinə dair “müvəqqəti təminat tədbiri” barədə ərizəsinin təmin edilməməsi, ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun əvəzinin ərizəçi Ərizəçi “xxxx” ASC-nin xeyrinə tutulması qərara alınmışdır. Həmin qərardaddan ərizəçi Ərizəçi şikayətlə məhkəməyə müraciət edərək Xocalı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-*/**** nömrəli qərardadının ləğv olunması və Xocalı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-*/**** nömrəli qərardadının qüvvədə saxlanılmasına dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “xxxx” ASC apellyasiya şikayətində sözügedən əmlakın Tukanov Mahal tərəfindən “xxxx” ASC-nin xeyrinə yüklü edildiyini və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-2(001)- ****/**** saylı qətnaməsi ilə əmlakın hərracda satılmalı olduğunu göstərmişdir. Göründüyü kimi, sözügedən müqavilə üzrə tərəf Tukanov Mahal olmuşdur. Yəni sözügedən mübahisə onun payına aiddir. Əmlaka dair onun payı müəyyən edilmədən əmlaka münasibətdə hər hansı hərəkətin həyata keçirilməsi mülkiyyət hüquqlarının pozulmasıdır. Digər tərəfdən “xxxx” ASC-nin istinad etdiyi məhkəmə işində tərəf kimi sadəcə olaraq Tukanov Mahal olmuşdur. Halbuki əmlakın ½ hissəsinin ona məxsus olduğu nəzərə alınsa o da məhkəmə işinə cəlb edilməli idi. Cəlb edilmədiyini nəzərə alınsa, həmin qətnamə ona münasibətdə heç bir öhdəlik yaratmır. Sözügedən qətnamə Tukanov Mahalın payına münasibətdə öhdəlik yaradır. Ümumiyyətlə onun sözügedən məhkəmə işindən xəbəri olmamışdır. Məhkəmə qeyd etmişdir ki, ərizəçi Ərizəçi mübahisələndirilən əmlakın bankın xeyrinə ipoteka ilə yüklü edilməsindən məlumatlı olmuşdur. Lakin əmlakın yüklü edilməsi ilə xəbərdar olmaq daha sonra baş vermiş məhkəmə proseslərindən xəbərdar olmağı mənasına gəlmir. Qeyd etdiyi kimi, o, “xxxx” ASC-nin istinad etdiyi məhkəmə işində tərəf olmamış, həmin məhkəmə proseslərindən xəbərsiz olmuşdur. İndi isə bu səbəbə görə ½ hissədə ona məxsus olan əmlakı itirməyi mülkiyyət hüququnun ciddi şəkildə pozulmasıdır. Digər tərəfdən iş materiallarındakı ərizə onun tərəfindən imzalanmamışdır. Onun bu ərizədən xəbəri olmamışdır. Məhz elə hazırki mübahisənin predmetinin mübahisəli daşınmaz əmlak üzərində ona məxsus mülkiyyət payının tanınması ilə bağlı olduğunu nəzərə alınsa, bu baxımdan, mübahisə həll edilənədək əmlak üzərində hüquqi vəziyyətin dəyişdirilməsinin qarşısını almaq məqsədilə özgəninkiləşdirməsi qadağan edilməlidir. Sözügedən əmlakın ASC Maraqlı şəxs xeyrinə yüklü edilməsi, onun həmin əmlak üzərində pay hüququna malik olmağına dair faktı nə inkar edir, nə də aradan qaldırır. Məhkəmə tərəfindən müvəqqəti təminat tədbirinin ləğv edilməsi əsası kimi, həmin əmlaka tələbin yönəldilməsinə dair qətnamənin icra mərhələsində olması və ipoteka müqaviləsinin bağlanması zamanı ərizəçinin məlumatlı olması göstərilmişdir. Halbuki yuxarıda da vurğuladığı kimi sözügedən əmlaka münasibətdə məhkəmə prosesindən heç bir məlumatı olmamışdır, həmin əmlak üzərindəki qadağanın götürülməsi bu dəfə də onun hüquqlarının pozulmasına səbəb olur. Nəticə etibarilə, məhkəmə bir tərəfdən bankın maraqlarını əsas götürərək icra risklərini aradan qaldırmağa çalışsa da, digər tərəfdən gələcəkdə onun xeyrinə qəbul edilə biləcək məhkəmə qərarının icrasını faktiki olaraq təhlükə altına atmış, bununla da tərəflər arasında hüquqi tarazlığı pozmuşdur. Belə yanaşma məhkəmənin birtərəfli mövqe sərgiləməsinə gətirib çıxarmış, həmçinin mülkiyyət hüquqlarının effektiv və real müdafiəsini təmin etməmişdir. Əlavə olaraq, sözügedən əmlak üzərində özgəninkiləşdirilmənin qadağan edilməsi hazırki mərhələdə ASC Maraqlı şəxs tamamilə zərərinə bir addım deyildir. Belə ki, gələcəkdə əgər məhkəmələr tərəfindən onun tələbi qarşılanmadığı təqdirdə belə ASC Maraqlı şəxs hüququ mövcuddur ki, yenidən həmin əmlakın özgəninkiləşdirilməsi proseslərini davam etdirsin. Xocalı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-*/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Xocalı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e- **(*-***)-*/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, “xxxx” ASC ilə cavabdeh Cavabdeh arasında sonuncuya məxsus olan, ünvan 4 ünvanında istifadəsində olan 0,01206 ha. torpaq sahəsində yerləşən 231,8 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binasının ipoteka qoyulması barədə ##.##.2017-ci il tarixli, 210LG170411 İM nömrəli ipoteka müqaviləsi (həmin müqaviləyə ##.##.2018-ci il tarixli ** nömrəli, ##.##.2019-cu il tarixli ** nömrəli, ##.##.2020-ci il tarixli ** nömrəli və ##.##.2021ci il tarixli ** nömrəli əlavə sazişlərlə edilmiş dəyişikliklər nəzərə alınmaqla) bağlanmışdır. Həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixti, e-*(***)-****/**** nömrəli qətnaməsindən görünür ki, iddiaçı “xxxx” ASC-nin cavabdeh Cavabdeh qarşı (3-cü şəxs qismində “xxxx” MMC cəlb edilməklə) ipoteka predmetinə tutmanın yönəldilməsinə və sair tələbə dair iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında 0,01206 ha. torpaq sahəsində yerləşən 231,8 m2 ümumi sahədən ibarət qeyriyaşayış binasının ilkin satış qiymətinin 330000 manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitdən ##.##.2017-ci il tarixli ***LG****** nömrəli qarantiyanın verilməsi şərtləri haqqında saziş üzrə əsas borca görə 180000 manat, faiz borcuna görə 5250 manat, əldən çıxan faydaya görə ##.##.2022-ci il tarixdən ##.##.2023cü il tarixədək olan dövrə üçün illik 5% dərəcəsi ilə 11175 manat, məhkəmə xərclərinə görə 620 manat olmaqla, cəmi 197045 manatın “xxxx” ASC-nin xeyrinə, ekspertiza tədqiqatının dəyərinə görə 150 manat dövlət nəfinə tutulması qət edilmişdir. Həmin qətnamə qüvvəsini almış və icraya yönəldilmişdir. Göründüyü kimi hazırda özgəninkiləşdirilməsi qadağan edilmiş daşınmaz əmlak “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü olmaqla yanaşı qanuni qüvvəsini almış məhkəmə aktı ilə “xxxx” ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə və sair iddia tələbi təmin edilmiş və qətnamə hazırda icra mərhələsindədir. Bununla yanaşı qeyd edilməlidir ki, ərizəçi Ərizəçi mübahisələndirilən əmlakın bankın xeyrinə ipoteka ilə yüklü edilməsindən məlumatlı olmuşdur. Belə ki, şikayətə əlavə edilmiş sənədlərdən görünür ki, Ərizəçi Notariat ofisinə ərizə ilə müraciət edərək, ünvan 4 ünvanında cavabdehin istifadəsində olan 0,01206 ha. torpaq sahəsində yerləşən 231,8 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binasının ipoteka ilə yüklü edilməsinə etiraz etməmişdir. Belə olan halda özgəninkiləşdirilməsinə qadağa qoyulan əmlakın ipoteka ilə yüklü olması, eləcə də həmin əmlaka tələbin yönəldilməsinin qətnamənin cra mərhələsində olmasını, həmçinin ipoteka müqaviləsinin bağlanması zamanı ərizəçinin məlumatlı olmasını nəzərə alaraq hesab edir ki, “xxxx” ASC tərəfindən verilmiş şikayət təmin edilməli, Xocalı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-16(5-129)- */**** nömrəli qərardadı ləğv edilməli, ərizəçi Ərizəçi ünvan 4 ünvanında cavabdehin istifadəsində olan 0,01206 ha torpaq sahəsində yerləşən 231,8 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binasının özgəninkiləşdirilməsinin cavabdeh Cavabdeh və üçüncü şəxslərə qadağan edilməsinə dair “müvəqqəti təminat tədbiri” barədə ərizəsi təmin edilməməlidir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılşaraq əlavə olaraq qeyd edir ki, MPM-nin 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Hazırki işdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-2(001)- ****/**** nömrəli qətnaməsindən görünür ki, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında 0,01206 ha torpaq sahəsində yerləşən 231,8 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiymətinin 330000 manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitdən ##.##.2017-ci il tarixli, ***LG****** nömrəli qarantiyanın verilməsi şərtləri haqqında saziş üzrə əsas borca görə 180000 manat, faiz borcuna görə 5250 manat, əldən çıxan faydaya görə ##.##.2022ci il tarixdən ##.##.2023-cü il tarixədək olan dövrə üçün illik 5% dərəcəsi ilə 11175 manat, məhkəmə xərclərinə görə 620 manat olmaqla, cəmi 197045 manat “xxxx” ASC-nin xeyrinə, ekspetiza tədiqatının dəyərinə görə 150 manat dövlət nəfinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 231,8 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binası Cavabdeh mülkiyyətindədir, həmin əmlak “xxxx” ASC-nin xeyrinə yüklü (ipoteka) edilmişdir (Qeydiyyat tarixi ##.##.2017-ci il); ##.##.2017-ci il tarixdə Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizədən görünür ki, Ərizəçi Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasını “xxxx” ASC-yə ipotekaya qoyulmasına etiraz etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin hazırkı ərizə ilə məhkəməyə müraciət etməsi üçün qanuni əsaslar yoxdur. Belə ki, müvəqqəti təminat tədbiri qaydasında ünvan 4 ünvanında cavabdehin istifadəsində olan 0,01206 ha torpaq sahəsində yerləşən 231,8 kvm ümumi sahədən ibarət qeyri-yaşayış binasının özgəninkiləşdirilməsinin qadağan edilməsi həmin qanuni qüvvəyə məhkəmə qətnaməsinin icrasının gecikməsinə və dövlət tərəfindən qorunan mülkiyyət hüququnun pozulmasına səbəb olar. Çünki, əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsi kredit təşkilatının əmlaka hüquqlarının əsassız şəkildə məhdudlaşdırılması ilə nəticələnə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi; 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3. müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 157.6-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 159.2. hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 157, 158, 263, 264, 267, 268, 398 və 402-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Xocalı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-*/**** nömrəli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Xocalı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-*/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-16(3-7)-53/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-7)-53/2026
20.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver