Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-16(3-7)-54/2026 30.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X2 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Fərdi yaşayış evinin özgəninkiləşdirilməsi və s. Cavabdeh qadağan edilməsi barədə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin e- ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** saylı qərardadından maraqlı şəxs Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ƏrizəçiNurəddin oğlunun nümayəndəsi (vəkili) İbrahimova Türkan Qulu qızı müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0,27 ha həyətyanı torpaq sahəsinə və üzərində yerləşən 115.40 kvm fərdi yaşayış evinə özgəninkiləşdirilməsinin, fərdi yaşayış evinin uçurulması və torpaq sahəsi üzərində tikinti işləri aparılmasının cavabdeh Cavabdeh qadağan edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ƏrizəçiNurəddin oğlu ərizəsində göstərmişdir ki, məhkəmədə cavabdeh Cavabdeh və qeyrisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia qaldırmışdır. Halhazırda cavabdeh Cavabdeh onun valideynləri tərəfindən tikilmiş fərdi yaşayış evini sökərək, yeni tikinti işləri aparmaq, onun torpaq sahəsini ələ keçirmək üçün başqa şəxsə satmaq istəyir. Onun qohumları tərəfindən məhkəməyə müraciət olunacağı bildirilsə də, onlara əhəmiyyət vermir və saxta yolla əmlakı ələ keçirməyə çalışır. Sözügedən daşınmaz əmlakın üzərində hər-hansı əməliyyatın aparılmasının, məhv edilməsinin, yeni tikinti işlərinin apaırlmasının qarşısının alınması və bununla da gələcəkdə qəbul ediləcək qətnamənin icrasının təmin edilməsi üçün ünvan 1 ünvanında yerləşən 0,27 ha həyətyanı torpaq sahəsinə və üzərində yerləşən 115.40 kvm fərdi yaşayış evinin özgəninkiləşdirilməsinin, fərdi yaşayış evinin uçurulması və torpaq sahəsi üzərində tikinti işləri aparılmasının cavabdeh Cavabdeh qadağan edilməsi zərurəti yaranmışdır. Sonda ərizəçi ƏrizəçiNurəddin oğlunun nümayəndəsi (vəkili) İbrahimova X4 rayonu, Çaparlı kəndi, Ü.Hacıbəyli küçəsi giriş 3 ünvanında yerləşən 0,27 ha həyətyanı torpaq sahəsinə və üzərində yerləşən 115.40 kvm fərdi yaşayış evinə özgəninkiləşdirilməsinin, fərdi yaşayış evinin uçurulması və torpaq sahəsi üzərində tikinti işləri aparılmasının cavabdeh Cavabdeh qadağan edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin e-**(*-***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadı ilə ƏrizəçiNurəddin oğlunun Cavabdeh və qeyrilərinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbi barədə iddiasına dair Gəncə Şəhər Məhkəməsinin icraatında olan 2(5-121)- ****/**** nömrəli mülki işə baxılıb yekun qərar qəbul edilənədək, ünvan 1 ünvanında yerləşən 0,27 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən 115.40 kvm. fərdi yaşayış evinin özgəninkiləşdirilməsi, fərdi yaşayış evinin uçurulması və torpaq sahəsi üzərində tikinti işləri aparılması qadağan edilmişdir. ## #### 2026-cı il tarixdə İsmayılov Cavabdeh Gəncə Şəhər Məhkəməsinin **(*-***)- ***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadından şikayəti məhkəməyə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, MTT(*-***)-***/**** nömrəli qərardadı qanunsuz və əsassızdır. Belə ki, o, mübahisə predmeti olan fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini notariat qaydasında bağlanmış alqı-satqı müqaviləsi əsasında əvəzli qaydada əldə etmiş, həmin daşınmaz əmlaka mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Şikayətçi iddiaçı ƏrizəçiNurəddin oğlunu tanımadığını, digər cavabdehlə iddiaçı arasında mövcud olmuş hüquq münasibətlərindən və hər hansı mübahisədən xəbərsiz olduğunu, buna görə də mübahisəli əmlakı vicdanlı əldə edən şəxs hesab edilməli olduğunu bildirmişdir. Bundan başqa, o, müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadın ona təqdim edilmədiyini və həmin qərardaddan yalnız icra məmurları tərəfindən tikinti işlərinin dayandırılması tələb edildikdən sonra məlumatlı olduğunu qeyd etmişdir. Şikayətçi hesab etmişdir ki, məhkəmə müvəqqəti təminat tədbiri tətbiq edilərkən işin halları tam və obyektiv araşdırılmamış, onun mülkiyyət hüquqları əsassız olaraq məhdudlaşdırılmışdır. Sonda Cavabdeh Gəncə Şəhər Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ## ### 2026-cı il qərardadının ləğv edilməsini, müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin rədd olunması barədə qərardad qəbul edilməsini, əks təqdirdə isə şikayətin iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin e-**(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər 157.5. müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı. 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçi göstərmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlak onun mülkiyyətindədir, həmin əmlaka dair sənədlərin əldə edilməsi məqsədilə cavabdeh X3 etibarnamə vermişdir, sonuncu isə həmin etibarnamədən sui-istifadə edərək mübahisə predmeti olan daşınmaz əmlakı ## ##### 2026- cı il tarixli alqı-satqı müqaviləsi əsasında cavabdeh Cavabdeh satmışdır. Hazırda cavabdeh Cavabdeh mübahisə predmeti olan fərdi yaşayış evində tikinti işləri aparır, yaşayış evinin sökülməsi və ya daşınmaz əmlakın üçüncü şəxslərə özgəninkiləşdirilməsi ehtimalı mövcuddur. Belə olan halda, müvəqqəti təminat tədbiri tətbiq edilmədiyi təqdirdə gələcəkdə qəbul edilə biləcək məhkəmə qətnaməsinin icrası çətinləşə və ya qeyri-mümkün ola bilər. Məhkəmə kollegiyası ərizəni araşdırarkən ilkin sübutlar ilə müəyyən etmişdir ki, Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli qərardadından görünür ki, ƏrizəçiNurəddin oğlunun Cavabdeh və qeyrilərinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbi barədə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Həmin iş üzrə mübahisənin predmetini ərizədə qeyd olunan ünvan 1 ünvanında yerləşən 0,27 ha həyətyanı torpaq sahəsinə və üzərində yerləşən 115.40 kvm fərdi yaşayış evi təşkil edir. İş materiallarının 10cu vərəqində olan DƏDKR publik hüquqi şəxsinin ********** saylı ##.##.2024cü il tarixli, çıxarışından görünür ki, qeyd olunan əmlak ƏrizəçiNurəddin oğlunun mülkiyyətində olmuşdur. Daşınmaz Əmlakın ##.##.2026-cı il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, qeyd olunan əmlak ƏrizəçiNurəddin oğlunun əvəzinə X3 tərəfindən Cavabdeh (əvəzinə Zeynalova Arzu İlham qızı) satılmışdır. Elmir Məhərrəmov 7E-**** reyestr nömrəli etibarnamə əsasında Ərizəçi təmsil etmişdir. DƏDKR publik hüquqi şəxsinin ** saylı Şəmkir Ərazi İdarəsinin məktubundan görünür ki, qeyd olunan müqavilə üzrə Cavabdeh adına ##.##.2026-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ##.##.2018-ci il tarixli qərarında göstərilmişdir ki, iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Şikayətin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, ərizə kifayət qədər əsaslı olmuş, ilkin dəlillər təqdim edilmiş, işə baxan məhkəmə tərəfindən yoxlanılmış və düzgün və mütənasib hüquqi qiymət verilmişdir. Cavabdeh qeyd olunan əmlakı notarial qaydada əldə etməsi və ya daşınmaz əmlakda adına qeydiyyata aldırması müvəqqəti təminat tədbirinin tətbiqini istisna etmir. Həmçinin, Cavabdeh da mülkiyyət hüququnun əlindən alınması kimi qiymətləndirilə bilməz. Onun mübahisə predmeti barədə vicdanlı alıcı olub-olmaması məsələsi isə hazırda məhkəmənin icraatında olan işlə araşdırılır və yekun hüquqi qiymət veriləcəkdir. Qanunvericiliyə əsasən, müvəqqəti təminat tədbirinin əsas məqsədi cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaqdır. Bu mənada, müvəqqəti təminat tədbiri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbirdir və həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi ərizəçinin hüquqlarının qorunmasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Kollegiya hesab edir ki, iş üzrə müvəqqəti təminat tədbiri tətbiq edilmədiyi halda mövcud vəziyyətin ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı dərəcədə dəyişməsi ehtimalına kifayət qədər əsaslar vardır. Beləliklə, şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası, hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş və tətbiq edilməli qanun düzgün tətbiq edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 157 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Şəhər Məhkəməsinin e-##.##.2026-cı il tarixli, **(*-***)-***/**** saylı qərardadından maraqlı şəxs Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin e-##.##.2026-cı il tarixli, **(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-16(3-7)-54/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-7)-54/2026
30.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver