Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-16(3-7)-55/2026 10.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər X2 (sədrliyi və məruzəsi), Muradov Rəhman Şaban oğlu və Qəhrəmanov Əkrəm Sabir oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı Əliyeva İlhamə Rza qızının nümayəndəsi vəkil vəkil/nümayəndə1 və maraqlı şəxs2 iştirakı ilə, İddiaçı Əliyeva İlhamə Rza qızının Gəncə Apelyasiya Məhkəməsinin icraatında olmuş e-**(*-*)-**/**** saylı iş üzrə maraqlı şəxs maraqlı şəxs2 etibarnamə üzrə nümayəndəsi və vəkili vəkil/nümayəndə2 tərəfindən verilmiş icrada dönüş barədə ərizəyə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasına baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Əliyeva İlhamə Rza qızı müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək Daşkəsən rayon Xoşbulaq kəndi Mübariz İbrahimov küçəsi giriş 100 ünvanında yerləşən və mülkiyyətində olan yaşayış evinə daxil olmasına maneələrin aradan qaldırılması, cavabdehlər maraqlı şəxs1 və maraqlı şəxs2 məxsus əşyaların müəyyən edilib siyahıya alınmasının təmin olunması, həmçinin maraqlı şəxs1 və maraqlı şəxs2 tərəfindən evə daxil olma və əşyaların siyahıya alınma prosesinə maneə yaradan hərəkətlərin qadağan edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Daşkəsən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-16(5-118)–*/**** saylı qərardadı ilə ərizə təmin olunmuş, məhkəmənin icraatında olan e-*(*-***)-***/**** nömrəli mülki işə baxılıb qurtaranadək iddiaçı Əliyeva İlhamə Rza qızının Daşkəsən rayon Xoşbulaq kəndi Mübariz İbrahimov küçəsi giriş 100 ünvanında yerləşən və mülkiyyətində olan yaşayış evinə daxil olmasına, yaşayış evində maraqlı şəxs1 və maraqlı şəxs2 məxsus olan əşyaların müəyyən edilib siyahıya alınmasının təmin olunmasına maneə yaradan hərəkətlərin edilməsi cavabdehlər maraqlı şəxs1 və maraqlı şəxs2 qadağan edilmişdir. Həmin qərardaddan cavabdeh maraqlı şəxs2 etibarnamə üzrə nümayəndəsi və vəkili vəkil/nümayəndə2 şikayət verərək, Daşkəsən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e-**(*-***)-*/**** saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Gəncə Apelyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-**(*-*)-**/**** saylı qərardadı ilə Daşkəsən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-16(5-118)–*/**** saylı qərardadından maraqlı şəxs2 etibarnamə üzrə nümayəndəsi və vəkili vəkil/nümayəndə2 tərəfindən verilmiş şikayətin təmin edilməsi, birinci instansiya məhkəməsi işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi barədə qərardad qəbul etdiyindən Daşkəsən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-16(5-118)–*/**** saylı qərardadının ləğv edilməsi və iş üzrə yeni qərardad qəbul edilərək ərizəçi Əliyeva İlhamə Rza qızının müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Gəncə Apelyasiya Məhkəməsinin icraatında olmuş e-**(*-*)-**/**** saylı mülki iş üzrə maraqlı şəxs2 etibarnamə üzrə nümayəndəsi və vəkili vəkil/nümayəndə2 ərizə ilə məhkəməyə müraciət edərək, Daşkəsən rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə müvəqqəti təminat tədbiri qaydasında edilmiş icra tədbirlərinin dönüşünə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Əliyeva İlhamə Rza qızı cavabdehlər maraqlı şəxs2 və maraqlı şəxs1 qarşı iddia qaldıraraq onlara məxsus əşyaların evdən çıxarılması və evin onun sahibliyinə qaytarılması barədə məhkəmədə iddia qaldırmışdır. Bundan sonra o, müvəqqəti təminat tədbiri barədə məhkəməyə ərizə verərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək cavabdehlərə məxsus əşyaların siyahıya alınaraq evdəki otaqlardan birinə yerləşdirilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Daşkəsən rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli Qərardadı ilə iddiaçının müvəqqəti təminat tədbiri barədə ərizəsi təmin edilməmişdir. Daha sonra iddiaçı Əliyeva İlhamə Rza qızı yenidən təkrar olaraq müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək Daşkəsən rayonu Xoşbulaq kəndi Mübariz İbrahimov küçəsi giriş 100 ünvanında yerləşən mülkiyyətində olan yaşayış evinə daxil olmasına maneələrin aradan qaldırılması, cavabdehlərə məxsus əşyaların müəyyən edilib siyahıya alınmasının təmin olunması, həmçinin maraqlı şəxs1 və maraqlı şəxs2 tərəfindən evə daxil olma və əşyaların siyahıya alınma prosesinə maneə yaradan hərəkətlərin qadağan edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Daşkəsən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə onun ərizəsi təmin edilmiş, məhkəmədə mülki işə baxılıb qurtarılanadək iddiaçının Xoşbulaq kəndində yerləşən, mülkiyyətində olan yaşayış evinə daxil olmasına və yaşayış evində cavabdehlərə məxsus olan əşyaların müəyyən edilib siyahıya alınmasına cavabdehlər tərəfindən maneə hərəkətləri qadağan edilmişdir. Həmin Qərardad dərhal icra edilmiş, evin acarları cavabdehdən alınraq ev iddiaçıya təhvil verilmiş, əmlaklar siyahıya alınmışdır. Həmin qərardadın icrasının nəticəsi olaraq 30 ilə yaxın bir müddətdə cavabdehlərin sahibliyində olan təmir və saxlanma xərcləri ilə əlaqədar evə xeyli miqdarda vəsait qoyan evin daxilindəki bütün əmlakların sahibi olan cavabdehlər evdən kənarlaşdırılmışlar. Məhkəmənin həmin qərardadından verilən şikayət təmin olunmamış iş Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli Qərardadı ilə Apellyasiya şikayətimiz təmin olunmuş, Daşkəsən rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli Qərardadı ləğv edilmiş, yeni Qərardad çıxarılaraq, iddiaçı Əliyeva İlhamə Rza qızının müvəqqəti təminat barədə ərizəsi təmin edilməmişdir. Həmin Qərardad çıxarıldığı andan qüvvəyə minmiş və dərhal icra edilməsi üçün Daşkəsən rayon Məhkəməsinə göndərilmişdir. Həmin qərardadla icrada dönüş məsələsi həll edilməmişdir. Belə olan halda, icrada dönüşlə əlaqədar qərardadın qəbul edilməsi üçün, bizim tərəfimizdən ərizə ilə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı Əliyeva İlhamə Rza qızının nümayəndəsi vəkil vəkil/nümayəndə1 ərizəyə etiraz edərək, etirazı onunla əsaslandırmışdır ki, ərizəçi maraqlı şəxs2 Gəncə Apelyasiya Məhkəməsinə ərizə ilə müraciət edərək Daşkəsən rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə müvəqqəti təminat tədbiri qaydasında edilmiş icra tədbirlərinin dönüşünə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələblərini belə əsaslandırır ki, Daşkəsən rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə müvəqqəti təminat tədbiri qaydasında edilmiş icra tədbirlərinin dönüşünə dair, yəni iddiaçının həmin evdən çıxarılmaqla, evi bizim sahibliyimizə qaytarılmasına dair qərardad qəbul edilməlidir. Hesab edir ki, ərizəçinin tələbləri əsassızdır. Belə ki, Daşkəsən rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə aşağıdakılar müəyyən olunmuşdur - Ərizə təmin olunsun. Məhkəmənin icraatında olan e- *(*-***)-***/**** nömrəli mülki işə baxılıb qurtaranadək iddiaçı Əliyeva İlhamə Rza qızının Daşkəsən rayon Xoşbulaq kəndi Mübariz İbrahimov küçəsi giriş 100 ünvanında yerləşən və mülkiyyətində olan yaşayış evinə daxil olmasına, yaşayış evində maraqlı şəxs1 və maraqlı şəxs2 məxsus olan əşyaların müəyyən edilib siyahıya alınmasının təmin olunmasına maneə yaradan hərəkətlərin edilməsi cavabdehlər maraqlı şəxs1 və maraqlı şəxs2 qadağan edilsin. Göründüyü kimi qərardadın müəyyən etdiyi əsas hal iddiaçı Əliyeva İlhamənin öz evə daxil olaraq oradakı əşyaların siyahıya alınması olmuşdur. Bu hərəkət onun üçün zəruri olmuşdur ki, cavabdehlər qanunsuz şəkildə mülkiyyətçinin öz mülkünə daxil olmasına icazə vermirdilər. Digər tərəfdən iddiaçı Əliyeva İlhamənin mülkə köçürülməyi və ya cavabdehlər maraqlı şəxs1 və maraqlı şəxs2 mülkdən çıxarılma məsələləri qərardadla müəyyən olunmamışdır. Belə olan halda bu hissədə icrada dönüş tələb etmək əsassızdır. Bundan başqa cavabdehlər maraqlı şəxs1 və maraqlı şəxs2 qarşılıqlı iddia verərək iddiaçı Əliyeva İlhamədən 16000 manat dəyərində evdə edilən təmir və yaxşılaşdırmaların əvəzi olan pulu tələb etmişdirlər. Bu iki tələb biri digərinə ziddir. Beləki, pul tələb etməklə mülkiyyətçinin Əliyeva İlhamə olduğunu cavabdehlər qəbul edir, lakin eyni zaman bu ərizə əsasında evi onların sahibliyinə qaytarılmasında istəyirlər. Hansı əsasla evin onların sahibliyinə qaytarımasını istədikləri hələdə məlum olmur, birincisi ərizəçi evin mülkiyyətçisi deyil, ikincisi kirayə müqaviləsi yoxdur, üçüncüsü sahibliyə əsas verən hər hansı bir sənədi nə Daşkəsən rayon Məhkəməsinə nə də Gəncə Apelyasiya Məhkəməsinə təqdim etməyiblər. Belə olan halda hansı əsasla evin onların sahibliyinə qaytarılması tələb edirlər. Əliyeva İlhamə Rza qızı Daşkəsən Rayon Xoşbulaq kəndi Mübariz İbrahimov küçəsi giriş 100 ünvaninda yerləşən evin qanuni mülkiyyətçisidir. O həmin yaşayış evini # ### 2026-cı il tarixli alqı-satqısı müqaviləsi əsasında əldə etmiş, yaşayış evi üzərində mülkiyyət hüququnu ##.##.2026-cı il tarixdə rəsmi reyestrdə qeydə aldırmışdır. Göründüyü kimi Əliyeva İlhamə Rza qızı daşınmaz əmlakın tək mülkiyyətçisidir. Hesab edirəmki o, mülkiyyət hüququ əsasında əldə etmiş olduğu yaşayış evinə maneəsiz şəkildə daxil olmaq hüququna malikdir. Bundan başqa yaşayış evinin mülkiyyətçisinə öz mülkiyyətində olan yaşayış evində başqa şəxslərə məxsus əşyaların olub-olmamasını müəyyən etməsinə, əşyalar mövcud olduğu halda onları siyahıya almaqla dəqiqləşdirilməsinə əngəl yaratmaq qanunla yolverilməzdir. Məhkəmə iclasında iştirak edən cavabdeh maraqlı şəxs2 ərizənin məzmununa uyğun izahat verib ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Əliyeva İlhamə Rza qızının nümayəndəsi vəkil vəkil/nümayəndə1 etirazını müdafiə edərək ərizənin təmin edilməməsini xahiş etmişdir. Məhkəm kollegiyası ərizəçini dinləyib, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İşin hallarından görünür ki, iddiaçı Əliyeva İlhamə Rza qızı müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək Daşkəsən rayon Xoşbulaq kəndi Mübariz İbrahimov küçəsi giriş 100 ünvanında yerləşən və mülkiyyətində olan yaşayış evinə daxil olmasına maneələrin aradan qaldırılması, cavabdehlər maraqlı şəxs1 və maraqlı şəxs2 məxsus əşyaların müəyyən edilib siyahıya alınmasının təmin olunması, həmçinin maraqlı şəxs1 və maraqlı şəxs2 tərəfindən evə daxil olma və əşyaların siyahıya alınma prosesinə maneə yaradan hərəkətlərin qadağan edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Daşkəsən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-16(5- 118)–*/**** saylı qərardadı ilə ərizə təmin olunmuş və iddiaçı Əliyeva İlhamə Rza qızının Daşkəsən rayon Xoşbulaq kəndi Mübariz İbrahimov küçəsi giriş 100 ünvanında yerləşən və mülkiyyətində olan yaşayış evinə daxil olmasına, yaşayış evində maraqlı şəxs1 və maraqlı şəxs2 məxsus olan əşyaların müəyyən edilib siyahıya alınmasının təmin olunmasına maneə yaradan hərəkətlərin edilməsi cavabdehlər maraqlı şəxs1 və maraqlı şəxs2 qadağan edilməsi ilə bağlı icra sənədi verilmişdir. İcra sənədi icra edilmiş və Daşkəsən Rayon Məhkəməsinin e-**(*-***)-*/****-*** nömrəli, ##.##.2026-ci il tarixli icra sənədinin icraatına xitam verilmişdir. Lakin, Daşkəsən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-16(5-118)–*/**** saylı qərardadından cavabdeh tərəf şikayət vermiş və Gəncə Apelyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-**(*-*)-**/**** saylı qərardadı ilə Daşkəsən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-16(5-118)–*/**** saylı qərardadının ləğv edilməsi və iş üzrə yeni qərardad qəbul edilərək ərizəçi Əliyeva İlhamə Rza qızının müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Beləliklə, yuxarıda göstərilənlərdən aydın olur ki, Daşkəsən rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə Əliyeva İlhamə Rza qızının Daşkəsən rayon Xoşbulaq kəndi Mübariz İbrahimov küçəsi giriş 100 ünvanında yerləşən və mülkiyyətində olan yaşayış evinə daxil olması təmin edilmiş, yəni evə köçürülmüş və yaşayış evində maraqlı şəxs1 və maraqlı şəxs2 məxsus olan əşyaların müəyyən edilib siyahıya alınmış və həmin icra işləri üçün əsas olmuş Daşkəsən rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ləğv edilmişdir. Buna görə də, Daşkəsən rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadının icrası qaydasında məhkəmənin icraatında olan e-*(*-***)-***/**** nömrəli mülki işə baxılıb qurtaranadək iddiaçı Əliyeva İlhamə Rza qızı Daşkəsən rayon Xoşbulaq kəndi Mübariz İbrahimov küçəsi giriş 100 ünvanında yerləşən yaşayış evinə daxil olduğundan icrada dönüş edilməli və qərardadın icrası qaydasında daxil olduğu Daşkəsən rayon Xoşbulaq kəndi Mübariz İbrahimov küçəsi giriş 100 ünvanında yerləşən yaşayış evdən çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 236-1.1-ci maddəsinə əsasən icra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. Həmin Məcəllənin 236-1.2-ci maddəsinə əsasən məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir. Həmin Məcəllənin 236-1.3-cü maddəsinə əsasən məhkəmə ləğv edilmiş qətnamənin icrasında dönüş haqqındakı məsələni həll etməzsə, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin ləğv edilmiş qətnamə və ya qərardad əsasında aparılmış icra onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin icrada dönüş haqqında ərizəsi üzrə məhkəmə qərardad qəbul edir. Bu ərizəyə işdə iştirak edən şəxslər xəbərdar edilməklə, məhkəmə iclasında baxılır. Lakin həmin şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələni həll etməyə mane olmur. Həmin Məcəllənin 236-1.4-cü maddəsinə əsasən icrada dönüş haqqında məsələ üzrə məhkəmə qərardadından şikayət verilə bilər. MPM-nin 236-1.6-cı maddəsinə əsasən, bu maddənin müddəaları ilə müəyyən edilmiş qaydalar icra edilmiş məhkəmə qərardadlarına münasibətdə müvafiq olaraq tətbiq edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236- 1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Ərizə təmin edilsin. Daşkəsən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-16(5-118)–*/**** saylı qərardadının icrasında dönüş edilsin. İddiaçı Əliyeva İlhamə Rza qızı Daşkəsən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-16(5-118)–*/**** saylı qərardadının icrası qaydasında daxil olduğu Daşkəsən rayon Xoşbulaq kəndi Mübariz İbrahimov küçəsi giriş 100 ünvanında yerləşən yaşayış evindən çıxarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-16(3-7)-55/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-7)-55/2026
10.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver