Məhkəmə qərarları › İş №e-16(3-7)-56/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-7)-56/2026

21.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-16(3-7)-56/2026 21.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, M Ü Ə Y Y Ə N E T D İ: Iddiaçı Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş ##.##.2017-ci il təvəllüdlü X2, ##.##.2018-ci il təvəllüdlü X1, ##.##.2020-ci il təvəllüdlü X3 və ##.##.2022-ci il təvəllüdlü X4 adlı dörd övladının saxlanılması üçün işə məhkəmədə baxılıb qurtarana qədər Maraqlı şəxs hər ay hər uşaq üçün 300 manat olmaqla, ümumilikdə 1200 manat müvəqqəti aliment təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, cavabdeh Maraqlı şəxs ilə ##.##.2015-ci il tarixdə Goranboy rayon qeydiyyat şöbəsində *** saylı akt qeydi ilə nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan ##.##.2017-ci il təvəllüdlü X2, ##.##.2018-ci il təvəllüdlü X1, ##.##.2020-ci il təvəllüdlü X3 və ##.##.2022-ci il təvəllüdlü X4 adlı dörd övladları vardır. Nikahın pozulması və aliment tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, iş məhkəmənin icraatındadır. Cavabdeh Maraqlı şəxs nikahın pozulmasına razı olmadığından məhkəmə iclası bir neçə ay çəkə bilər. Heç bir yerdə işləmir və uşaqlarına baxmaqda maddi çətinlik çəkir. Cavabdeh isə sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq yüksək gəlir əldə edir. Belə ki, Goranda BANU mebel mağazasının sahibidir. Hazırda maraqlı şəxs övladının saxlanılmasında iştirak etmək istəmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Goranboy Rayon Məhkəməsin ## #### 2026-cı il tarixli **(*-***)-**/**** nömrəli qərardadı ilə (hakim Kazım Vəliyev) ərizə qismən təmin edilərək, maraqlı şəxs Maraqlı şəxs ərizəçi Ərizəçi хеyrinə ##.##.2026-cı il tаriхdən bаşlаyаrаq, məhkəmənin aliment tutulması barədə çıxardığı qətnamə qanuni qüvvəyə minənədək ##.##.2018-ci il təvəllüdlü X1, ##.##.2017-ci il təvəllüdlü X2, ##.##.2020-ci il təvəllüdlü X3 və ##.##.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində sabit pul məbləğində müvəqqəti аlimеnt tutulması; Ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçı Ərizəçi şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin tam təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin təyin etdiyi aliment uşaqların saxlanması üçün kifayət deyil. Özü işləmir və uşaqlarına baxmaqda maddi çətinlik çəkir. Cavabdeh isə sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq yüksək gəlir əldə edir. Belə ki, Goranda BANU mebel mağazasının sahibidir. Goranboy Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli **(*-***)-**/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. Iş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 157.1ci maddəsinə müvafiq olaraq, maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, iddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən, məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahından ##.##.2017-ci il təvəllüdlü X2, ##.##.2018-ci il təvəllüdlü X1, ##.##.2020-ci il təvəllüdlü X3 və ##.##.2022-ci il təvəllüdlü X4 adlı uşaqları dünyaya gəlmişdir. Tərəflər arasında qeydə alınmış nikahın pozulması və uşaqların saxlanılması üçün aliment tutulması tələbinə dair iş məhkəmənin icraatındadır. Iddiaçı Ərizəçi da müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahdan doğulmuş uşaqların saxlanılması üçün ondan hər ay hər uşağa 300 manat aliment alınıb ona ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Ailə Məcəlləsinin 101.1-ci maddəsinə əsasən məhkəmənin aliment tutulması barədə çıxardığı qətnamə qanuni qüvvəyə minənədək (uşaqlar üçün aliment tutulması məhkəmənin aliment tutulması barədə qətnaməsi çıxarılanadək) məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada alimentin müvəqqəti tutulmasını qət edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli Qərarında Plenum qeyd etmişdir ki, nikahın pozulması və aliment tələbinə dair işə baxılması ərarvada barışıq üçün vaxt verilməsi ilə əlaqədar olaraq təxirə salındıqda məhkəmə iddiaçının uşağın saxlanmasında iştirak edib-etmədiyini aydınlaşdırmalı və əgər iddiaçının bu vəzifəni yerinə yetirmədiyini müəyyən edərsə Ailə Məcəlləsinin 101-ci maddəsinin tələbinə müvafiq olaraq mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək alimentin müvəqqəti tutulması barədə qərardad çıxara bilər. Bu qərardad dərhal icra edilir və şikayət verilməsi onun icrasını dayandırmır. Işin hallarından görünür ki, tərəflər faktiki olaraq ayrı yaşayırlar. Bununla belə, onların birgə nikahından doğulmuş azyaşlı uşaqlar faktiki olaraq analarının himayəsindədirlər və onların qida, geyim, tibbi və digər xərcləri mütəmadi şəkildə anaları tərəfindən ödənilir. Cavabdehin azyaşlı uşaqların saxlanılmasında maddi dəstək göstərməsi isə öz təsdiqini tapmır. Ümumiyyətlə, cavabdeh tərəfindən belə bir arqument irəli sürülməmişdir. Bu mənada kollegiya vurğulayır ki, iddiaçı Ərizəçi nikahın pozulması və aliment tələbinə dair mübahisə məhkəmədə həll olunanadək cavabdehdən müvəqqəti aliment tutulmasını tələb etməkdə haqlı olmuşdur. Lakin, ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,4 misli həddində təyin edilmiş sabit aliment məbləği uşaqların saxlanılması baxımından yetərli deyildir. Belə ki, alimentin miqdarının təyin olunması üçün əsas meyarları müəyyən edən Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğdə müəyyən edilmişdir; 2026-cı il üçün minimum əməkhaqqı isə 400 manat müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Qanunvericiliyin qeyd olunan müdəalarını nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin müvəqqəti olaraq müəyyən etdiyi aliment məbləği göstərilən halların məcmusu baxımından ədalətli deyildir və uşaqların maraqlarının pozulması hallarını yarada bilər. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsinin qərardadı aliment məbləğinə dair hissədə dəyişdirilməli və tərəflərin birgə nikahından anadan olmuş uşaqların saxlanılması üçün cavabdeh Maraqlı şəxs sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində alimentin tutulmasını ədalətli və ağlabatan hesab edir. Həmdə bu məbləğ uşaqların mənafeyinə uyğun, həmçinin tərəflərin maddi və ailə vəziyyəti ilə müqayisədə yolveriləndir. Cavabdehin daha yüksək gəlirlər əldə etməsinə dair iddiaçının irəli sürdüyü arqumentlər isə hər hansı sübutla təsdiqlənmədiyi üçün formal mülahizələr olaraq qəbul edilməlidir, belə ki, Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. MPM-nin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-nin 157, 263-264, 398.0.2 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Iddiaçı Ərizəçi tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Goranboy Rayon Məhkəməsin ## #### 2026-cı il tarixli **(*-***)-**/**** nömrəli qərardadı dəyişdirilsin. Tərəflərin birgə ailə münasibətlərindən doğulmuş ##.##.2017-ci il təvəllüdlü X2, ##.##.2018-ci il təvəllüdlü X1, ##.##.2020-ci il təvəllüdlü X3 və ##.##.2022-ci il təvəllüdlü X4 görə ##.##.2026-cı il tаriхdən bаşlаyаrаq, sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,55 misli həddində sabit pul məbləğində aliment cavabdeh Maraqlı şəxs tutularaq iddiaçı Ərizəçi ödənilsin. Tərəflər arasında qeydə alınmış nikahın pozulması və aliment tutulması barədə məhkəmə mübahisəsi üzrə qətnamə qəbul olunanadək müvəqqəti təminat tədbiri qaydasında aliment tutulsun. Şikayət qalan hissədə təmin edilməsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar