Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-16(3-7)-60/2026 10.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X7 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Ərizəçi Ərizəçi MMC-nin cavabdehin banklarda mövcud olan hesablarına həbs qoyulması barədə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizəsinə dair mülki iş üzrə Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-**/**** saylı qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 82831.82 (səksən iki min səkkiz yüz otuz bir manat səksən iki qəpik) manat əsas borcun və bundan əlavə məhkəməyə müraciət edilməsi ilə bağlı olan çəkilən xərclərin, dövlət rüsumunun tutularaq Ərizəçi MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək cavabdeh Cavabdeh (VÖEN: **********) "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (Bərdə filialı), “xxxx”xxxx” Açıq Səhmdar Cəmiyyəti, “xxxx” Açıq Səhmdar Cəmiyyəti, “xxxx” Açıq Səhmdar Cəmiyyəti və digər banklarda mövcud olan bank hesablarına ərizəçinin (iddiaçının) tələbi üzrə 82831.82 (səksən iki min səkkiz yüz otuz bir manat səksən iki qəpik) manat məbləği həcmində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi MMC və Cavabdeh Mətləb oğlu arasında ##.##.2024-cı il tarixli, №TSC****/** saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilə imzalandığı tarixdən etibarən qüvvəyə minmişdir və tərəflərin öhdəliklərinin tam şəkildə yerinə yetirdiyi ana qədər qüvvədə sayılır. İddiaçı hər zaman müqavilə öhdəliklərini və üzərinə düşən vəzifələri vaxtı-vaxtında icra edərək cavabdehi mallarla təchiz etmişdir. Cavabdeh isə əvəzində müqavilə öhdəliklərini pozaraq, həmin malların dəyərini iddiaçıya tam olaraq ödəməmiş, öhdəliyini pozmuş və iddiaçıya ziyan vurmuşdur. Həmin müqavilənin 1.1- ci bəndinə əsasən “Satıcı” müqavilənin ayrılmaz hissəsini təşkil edən Əlavədə müəyyən olunmuş müvafiq malı Alıcının mülkiyyətinə vermək, Alıcı isə, razılaşdırılmış qaydada və müddətdə malı qəbul edib onun dəyərini Satıcıya ödəmək barədə öhdəlik götürür. Müqavilənin 2.1-ci maddəsinə əsasən, bu müqavilə üzrə ödənişlər Satıcının təqdim etdiyi elektron qaimə faktura əsasında aparılır. Elektron qaimə faktura mal təhvil verildiyi gün təqdim olunur və 5 (beş) gün ərzində Alıcı tərəfindən geri qaytarılmazsa, mal qəbul və təhvil verilmiş sayılır. Ərizəçi MMC ilə (VÖEN **********) ilə Cavabdeh Mətləb oğlu arasında bağlanmış “01” oktyabr 2024- cü il tarixli, №TSC****/** saylı alqı-satqı müqaviləsi üzrə tərtib olunan elektron qaimələr üzrə faktiki ödənilməmiş bugünə mövcud borc 82831.82 (səksən iki min səkkiz yüz otuz bir manat səksən iki qəpik) manat təşkil edir. Müqavilənin 2.2-ci bəndinə əsasən borc faizi 5 498,40 AZN təşkil edir. Bununla da, iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-**/**** saylı qərardadı ilə ərizənin təmin edilməsi, cavabdeh Cavabdeh (VÖEN: **********) "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (Bərdə filialı), “xxxx”xxxx” Açıq Səhmdar Cəmiyyəti, “xxxx” Açıq Səhmdar Cəmiyyəti, “xxxx” Açıq Səhmdar Cəmiyyəti və digər banklarda mövcud olan bank hesabları üzərinə işçilərin əmək haqları, kommunal ödənişlər və məcburi dövlət ödənişlərinin (vergi, sosial və s.) ödənilməsinə məhdudiyyət qoyulmadan iddia tələbi həcmində, yəni 82831,82 manat həddində həbs qoyulması, qərardadın icrasının Ağstafa rayon İcra və Probasiya Şöbəsinə həvalə olunması, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Cavabdeh Cavabdeh həmin qərardaddan şikayət vermiş, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, həmin qərardad ləğv edilməlidir. Belə ki, işin faktiki halları tam araşdırılmadan çıxarılmış, iddiaçı isə öz ərizəsində belə riskin mövcudluğunu təsdiq edən heç bir konkret sübut təqdim etməmişdir. Belə ki, cavabdehlə X2” MMC arasında ##.##.2024-cü il tarixli, TSC ****/** saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə münasibətləri çərçivəsində mallar iddiaçının Qəbələ şəhərində yerləşən anbarından təhvil alınaraq Bakı şəhərinə daşınması və cavabdehə çatdırılması “xxxx” MMC tərəfindən həyata keçirilmişdir. Yükdaşıma xidmətlərinin göstərilməsi üçün “xxxx” MMC ilə ##.##.2024-cü il tarixdən müqavilə bağlayaraq xidmət aalmışdırlar. Tərəflər arasında formalaşmış işgüzar praktikaya əsasən mallar əvvəlcə iddiaçının anbarında nömrələnmiş ciddi hesabat blankı ilə rəsmiləşdirilən malların təhvil-qəbul aktı əsasında daşıyıcının sürücüsünə təqdim edilir, sonradan isə mallar Bakı şəhərində tərəfindən qəbul olunurdu. Malların faktiki təhvil verildiyi gün iddiaçı tərəfindən həmin mallara dair elektron qaimə-fakturalar göndərilirdi. Hazırkı iş üzrə iddiaçı borcun yaranmasının əsası kimi üç elektron qaimə-fakturalara istinad etmişdir. İddia edilən iki elektron qaimə-faktura: ##.##.2025-ci il tarixli, MT2504 seriyalı,******** nömrəli və ##.##.2025-ci il tarixli MT2504 seriyalı, ******** nömrəli elektron qaimə-fakturalar üzrə ümumiyyətlə faktiki mallar bu günə kimi onlara təhvil verilməmişdir və bu elektron qaiməfakturalar tərəflərindən belə təsdiq edilməmişdir. Bununla əlaqədar iddiaçı ilə dəfələrlə şifahi və yazılı danışıqları olub və bu elektron qaimə-fakturalar üzrə faktiki malların onlara təhvil verilmədiyini bildirmişdir və bunu özləri də çox gözəl bilirlər. Faktiki mallar təhvil verilmədiyi halda qeyd olunan elektron qaiməfakturalar göndərilərək onu borclandırmaqları onun da hüquqlarını pozur və onu Vergi orqanı qarşısında borclandırır. İddiaçının iddia etdiyi digər ##.##.2025-ci il tarixli MT2507 seriyalı ******** nömrəli elektron qaimə-faktura üzrə mallar iddiaçı tərəfindən faktiki olaraq təhvil verildiyi üçün təhvil-qəbul aktı və 2025-ci ildə icra edilmiş ödəniş sənədləri tərəflərindən məhkəməyə təqdim edilmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi ##.##.2025-ci il tarixli, MT2504 seriyalı, ******** nömrəli və ##.##.2025- ci il tarixli MT2504 seriyalı, ******** nömrəli elektron qaimə-fakturaları göndərməmişdən öncə və faktiki mallar təhvil verilmədən alqı-satqı müqaviləsinə ##.##.2025-ci il tarixdə məhz bu elektron qaimə fakturalara dair ödəniş şərtləri haqqında * saylı Əlavəni ona imzalatdırmışdır. Əlavədə ##.##.2025-ci il tarixli MT2504 seriyalı, 10267119, ******** nömrəli elektron qaimə-fakturalar göstərilmiş, lakin məhkəməyə ##.##.2025-ci il tarixli MT2504 seriyalı, 10267119, ******** nömrəli elektron qaimə-fakturalar təqdim edilmişdir. ##.##.2025-ci il tarixli Əlavədən də aydın görünür ki, iddiaçı digər elektron qaimə-fakturalara dair deyil, malları təhvil verməyəcəyini öncədən planlaşdırdığı üçün məhz faktiki təhvil verilməyən mallara dair bu elektron qaimə-fakturalar üzrə ödənişin ##.##.2025-ci il tarixinə kimi icra edilməsinə razılıq verdiyini, ödəniş müddətinin gecikdirilməsinə görə yaranacaq cərimə (dəbbə) məbləğinin qeydə alınmayacağına dair * saylı Əlavəni imzalatdırmışdır. Lakin mallar bu günə kimi onlara təhvil verilməmişdir. Ümumiyyətlə, iddiaçı tərəfindən təqdim edilmiş sənədlər arasında ziddiyyətlər mövcuddur ki, həmin halların məhkəmə tərəfindən araşdırılması zəruridir. Belə ki, alqı-satqı müqaviləsinə əlavə edilmiş ##.##.2025-ci il tarixli * saylı Əlavədə ##.##.2025-ci il tarixli elektron qaiməfakturalara istinad edilmiş, halbuki məhkəməyə təqdim olunmuş elektron qaimə-fakturalar ##.##.2025-ci il tarixlidir. Həmin uyğunsuzluq məhkəmə tərəfindən araşdırılmalı olan mühüm haldır. ##.##.2025-ci il tarixdə “xxxx” MMCilə Cavabdeh arasında ##.##.2025-ci ildən ##.##.2025-ci ilədək icra edilmiş xidmətlərə dair Akta nəzər yetirdikdə təhvil verilmiş xidmətlərin tarixlərindən və həmin tarixlərdə verilmiş malların təhvilqəbul aktlarından da aydın görmək olar ki, ##.##.2025-ci il tarixli MT2504 seriyalı, 10267119, ******** nömrəli elektron qaimə-fakturalar üzrə faktiki mallar bizə təhvil verilməmişdir. Aprel ayı üzrə faktiki bizə təhvil verilmiş malların təhvil-qəbul aktlarını, elektron qaiməfakturalarını və ödəniş sənədlərini məhkəməyə sübut olaraq təqdim etmişdirlər. Təhvil sənədlərində malları təhvil alan “xxxx” MMC-nin sürücüsünün adı soyadı, avto/seriya və s. məlumatlarda öz əksini tapır. Elektron qaimənin məzmunu malların təhvil verilmə faktını təsdiq etmir. Birincisi, elektron qaimə faktura vergi uçotu sənədidir və malın fiziki şəkildə təhvil verilməsini təsdiq edən sənəd hesab edilmir. İkincisi, üzləşmə aktı mühasibat xarakterli sənəd olub, yalnız hesablaşmaların uzlaşdırılmasını ifadə edir və ilkin təsərrüfat əməliyyatını sübut etmir. Üzləşmə aktı pdf formatında təqdim edilib, məsələnin tam araşdırılması üçün iddiaçı pdf formatının mənşəyini sübut etməli və əslini təqdim etməlidir. Qeyd olunan malların ona və ya onun səlahiyyətli nümayəndəmə təhvil verilməsini təsdiq edən hər hansı təhvil-qəbul aktı, yükdaşıma sənədi, nəqliyyat qaiməsi və ya digər ilkin uçot sənədi iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, iddiaçı tərəfindən təqdim edilmiş üzləşmə aktının mötəbərliyi tərəflərindən mübahisələndirilir. Üzləşmə aktında göstərilən "Malların və xidmətlərin təqdim edilməsi №" qeydləri ilə digər təhvil-qəbul sənədlərində əks olunmuş nömrələr və tarixlər arasında uyğunsuzluqlar mövcuddur. Xüsusilə mübahisə predmeti olan ##.##.2025-ci il tarixli elektron qaimə-fakturalara istinad edilən sənəd nömrələrinin ümumi nömrələmə ardıcıllığı ilə uyğunluq təşkil etməməsi həmin sənədin həqiqiliyinin və etibarlılığının məhkəmə tərəfindən ayrıca qiymətləndirilməsini zəruri edir. “Malların təhvilqəbul aktı” olan nömrələnmiş ciddi hesabat blanklarına nəzər yetirsəniz orada tarix və № qeyd olunur. İddiaçı bütün elektron qaiməfakturalarda “Əlavə qeydlər” hissəsində X9 nömrəsini, yəni təhvil-qəbul aktlarının nömrələrini qeyd edir. Praktikaya uyğun olaraq malların iddiaçının anbarından cavabdehə təhvil-təslim edilməsi ilə eyni zamanda elektron-qaimə və digər zəruri sənədlərin də verilməsi nəzərdə tutulduğuna görə, iddiaçının istinad etdiyi qeyd etdikləri elektron qaimələrdə və ya digər sənədlərdə malların təhvil verilməsi öz təsdiqini tapmalı idi. İstinad olunan elektron qaimələrdə isə göstərilən məbləğdə malların cavabdehə təhvil verilməsi öz təsdiqini tapmamışdır. Buna görə də, yalnız özündə ödəniləcək pul vəsaitinin məbləğləri barədə məlumatı əks etdirən və heç bir halda tərəflər arasında imzalanmış müqavilənin şərtlərinə uyğun olaraq malların həqiqətən də təhvil verilməsinə dair məlumatları ehtiva etməyən elektron qaydada tərtib edilmiş qaimə ilə, iddia edilən məbləğdə malların cavabdehə təhvil verilməsi mümkün deyildir. Həmin mübahisəli iki qaimə üzrə mallar faktiki verilmədiyindən, təhvil-təslim işlərinin təsdiqi ilə əlaqədar müvafiq sənədlər, yəni hazırkı halda mübahisəli elektron qaimə-fakturalar əsasında malların verilməsinə dair hər iki tərəfin təsdiq etdiyi malların təhvil-təslimi barədə akt və ya digər ilkin sənədlər dayanmadığından, həmin elektron qaimə-fakturalar iddia edilən malların cavabdehə verilməsi faktının təsdiq edilməsi üçün kifayət etmir. Əgər ilkin sənəd yoxdursa üzləşmə aktı təkbaşına malın faktiki təhvil verilməsini sübut etmir. Eyni tərəflər arasında əvvəlki bütün əməliyyatlar tam sənədləşdirilmiş olduğu halda, yalnız bu mübahisəli iki elektron qaiməfaktura üzrə əməliyyatlarda həmin sənədlərin olmaması ciddi hüquqi ziddiyyət yaradır və faktiki mal hərəkətinin baş vermədiyini göstərir. Mülki hüququn əsas prinsipi ondan ibarətdir ki, iddiaçı öz tələbini sübut etməlidir. Sənəd zənciri natamamdırsa və faktiki əməliyyat təsdiqlənmirsə, tələb hüquqi əsasdan məhrumdur. Belə olan halda iddia tələbinin əsasında duran faktiki hallar mötəbər və kifayət edən sübutlarla təsdiq olunmadığından iddia təmin edilə bilməz. Bu işdə iddiaçı formal sənədlərə istinad edir, lakin real iqtisadi əməliyyatı sübut edən heç bir ilkin təsərrüfat sənədi təqdim etməmişdir. Elektron qaimə faktura vergi uçotu sənədi olmaqla, malın faktiki təhvili demək deyil. Üzləşmə aktı isə mühasibat xarakterli sənəd olub elektron qaimə fakturalara əsasən yalnız hesabların uyğunlaşdırılmasını əks etdirir və ilkin hüquqi fakt yaratmır. Ən mühüm məqam isə odur ki, mübahisəli mallar üzrə təhvil-qəbul aktları, daşıma sənədləri, malları qəbul edən şəxsin imzalı təsdiqləri mövcud deyildir. Bu isə göstərir ki, mübahisəli elektron qaimələr üzrə faktiki mal hərəkəti sübut olunmamışdır. Sadəcə elektron qaimə faktura və mühasibat uyğunlaşdırma sənədi real mal təhvili üçün kifayət etmir. İddiaçı mübahisəli elektron qaimə fakturalar üzrə faktiki malları kimə təhvil verməsini sübut etməli, təhvil-qəbul aktlarını, anbar və logistik sənədləri təqdimetməlidir. Belə olan halda iddia tələbinin kifayət qədər əsaslı olması barədə MPM-in 157.5-ci maddəsinin tələbi ödənilməmişdir. Digər tərəfdən, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 164-cü maddəsinin tətbiqi ilə bağlı S.Kazımlının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2022- ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2023-cü il tarixli Qərarında qeyd etmişdir ki, təminat tədbiri üç əsas meyara cavab verməlidir: - bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; - bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; - tətbiq olunan tədbirlər verilmiş əsas iddia tələblərinə mütənasib olmalıdır. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-**/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. İddiaçı Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə kollegiyasına şikayətə dair etiraz ərizəsi ünvanlayaraq, göstərmişdir ki, iddiaçı Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh na qarşı olan iş üzrə Qərardaddan verilmiş Apellyasiya şikayəti üzrə iş Sizin icraatınızdadır. Tərəflər arasında imzalanmış qarşılıqlı üzləşmə aktları, təqdim edilmiş elektron qaiməfakturalar və həyata keçirilmiş ödənişlər nəzərə alınmaqla aparılmış yekun hesablamaya əsasən, hazırda Cavabdeh o ğlunun X2 MMC qarşısında 82.831,81 (səksən iki min səkkiz yüz otuz bir manat 81 qəpik) manat məbləğində qalıq borcu mövcuddur.Bu məlum at şirkətin mühasibat uçotu sənədləri, elektron qaiməfakturalar, bank ödəniş sənədləri və tərəflər arasında imzalanmış qarşılıqlı üzləşmə aktları ilə təsdiq olunur.Məlumat ücün bildirirəm ki, qalıq borcu MT 2504 ******** nömrəli elektron qaimə-faktura üzrə 51.375,01 manat və MT 2504 ******** nömrəli elektron qaimə-faktura üzrə 18.855,75 manat MT 2507 ******** nömrəli elektron qaimə-faktura üzrə 12600.92 manat məbləğində mallar ümumi borc qalığına daxil edilmişdir. Qeyd edək ki, MT 2507 ******** nömrəli elektron qaimə-faktura üzrə 47627.9282 manat (ƏDV daxil) mal cavabdehə satılmış, elektron qaimə göndərilmiş, qaimə sistem tərəfindən təsdiq edilmişdir (çıxarış əlavə edilir). Həmin qaimə üzrə müəyyən məbləğ ödənilmişdir. (bank çıxarışı, ədv sub uçot məlumat əlavə edilir). Tərəflər arasında bağlanmış TSC ****/** saylı ##.##.2024cü il tarixli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən “Satıcı” müqavilənin ayrılmaz hissəsini təşkil edən Əlavədə müəyyən olunmuş müvafiq malı Alıcının mülkiyyətinə vermək, Alıcı isə, razılaşdırılmış qaydada və müddətdə malı qəbul edib onun dəyərini Satıcıya ödəmək barədə öhdəlik götürür. Müqavilənin 2.1-ci maddəsinə əsasən, bu müqavilə üzrə ödənişlər Satıcının təqdim etdiyi elektron qaimə faktura əsasında aparılır. Elektron qaimə faktura mal təhvil verildiyi gün təqdim olunur və 5 (beş) gün ərzində Alıcı tərəfindən geri qaytarılmazsa, mal qəbul və təhvil verilmiş sayılır. Müqavilənin 3.3-cü bəndinə malın təhvil-təslimini malın təhvil verildiyi gün satıcı tərəfindən elektron qaimə faktura təsdiq edir, o şərtlə ki, malın təhvilini və Alıcının ödəniş öhdəliyini təsdiqləyən elektron qaimə faktura 2.1.-ci maddədə qeyd edildiyi kimi alıcı tərəfindən geri qaytarılmış olmasın. 3.6. Hər hansı şübhə və anlaşılmamazlıq olmasın deyə, tərəflər razılaşırlar ki, müvafiq mala görə elektron qaimə fakura təqdim olunduqdan sonra 5 (beş) gün ərzində hər hansı bir şikayət və etiraz yoxdursa, mal miqdar, qiymət, çeşid, kəmiyyət və keyfiyyət kriteryalar baxımdan tam qəbul edilmiş (təhvil verilmiş) sayılır. 9.4. Tərəflər razılığa gəlirlər ki, imzalanmış və faksla və ya digər elektron vasitələrlə ötürülmuş müqavilə və ayrılmaz hissəsi sayılan ona əlavə edilmiş sənədlərin əslinə bərabər tutulur. 9.5. Bu müqavilə üzrə tərəflərin malın sifarişi və digər tranzaksiyalar üçün məsul şəxs təyin edirlər. Hər bir tərəf məsul şəxsin fəaliyyəti üçün tam məsuliyyət daşıyır. -Alıcının məsul şəxs: Cavabdeh o, e-mail: elektron ünvan 1, mob:********** -Satıcının məsul şəxsi: Kərimov Samir İlyas o, e-mail: elektron ünvan 2, mob:********** 9.6 Bu qeyd edilmiş şəxslər arasında bu müqavilədən irəli gələn bütün yazışmalar və razılıqların elektron qaydada aparılması hüquqi cəhətdən etibarlı və mötəbərdir. 9.7. Tərəflər razılığa gəlirlər ki, faks və digər elektron informasiya daşıyıcıları ilə göndərilmiş sənədlərdə olan imza və möhür qüquqi qüvvəyə malikdir. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilədə bütün prosedurlar barədə razılığa gəlinmiş, mallar satılmış, elektron qaimələr əsasında mal qəbulu nəzərdə tutulmuşdur və Alıcı da öz növbəsində üzərinə götürdüyü öhdəlik olan ödənişləri icra etməli idi. Üzləşmə aktları göndəriləndə məhz müqavilədə qeyd edilən cavabdehin emelinə göndərilmişdir. X3 Edilməmişdisə, 2 X6 Var İdisə Bunu X5, X11 Bildirədi. X10 Yazmamışdır. X8 X12 Göndərilmişdir. Bundan əlavə diqqətinizə çatdıraq ki, üzləşmə aktları mütəmadi olaraq təflər arasında elektron qaydada bir-birinə emel vasitələri ilə ötürülmüş və təsdiq edilmişdir. Tərəflər arasında ##.##.2025-ci il tarixində növbəti qarşılıqlı üzləşmə aparılmış və həmin tarixə borc məbləği 251.721,62 manat təşkil etmişdir. Göstərilən məbləğ tərəflər tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş qarşılıqlı üzləşmə aktında öz əksini tapmışdır. 2024–2025-ci illər ərzində Cavabdeh ƏDV daxil olmaqla ümumilikdə 1.201.044,83 manat məbləğində mal satılmışdır. Həmin mallara görə ƏDV daxil olmaqla ümumilikdə 1.118.213,01 manat məbləğində ödəniş həyata keçirilmişdir. Bundan əlavə, ##.##.2025-ci il tarixli üzləşmədən sonra alıcıya əlavə olaraq 4.151,99 manat məbləğində mal təqdim edilmişdir. Eyni dövrdə borcun ödənilməsi məqsədilə 146.645,60 manat məbləğində əsas borc ödənişi həyata keçirilmiş, həmçinin ƏDV depozit hesabı vasitəsilə 26.396,20 manat məbləğində ödəniş edilmişdir. Tərəflər arasında imzalanmış qarşılıqlı üzləşmə aktları, təqdim edilmiş elektron qaiməfakturalar və həyata keçirilmiş ödənişlər nəzərə alınmaqla aparılmış yekun hesablamaya əsasən, hazırda Cavabdeh Ərizəçi MMC qarşısında 82.831,81 (səksən iki min səkkiz yüz otuz bir manat 81 qəpik) məbləğində qalıq borcu mövcuddur. Bu məlumat şirkətin mühasibat uçotu sənədləri, elektron qaimə-fakturalar, bank ödəniş sənədləri və tərəflər arasında imzalanmış qarşılıqlı üzləşmə aktları ilə təsdiq olunur. Həmçinin bu hallar müqavilə və ona əlavə edilmiş sənədlərlə də öz təsdiqini tapır (sənədlər təqdim edilir). Heç bir şəxsi məcbur edərək hər hansı sənədə imza etdirmək mümkün deyildir. Hazırda cavabdehin bu cür mövqeyi məsuliyyətdən və üzərinə götürdüyü öhdəliklərin icrasından yayınmaq cəhdi kimi qiymətləndirilməlidir. Bundan başqa, cavabdeh ##.##.2025-ci il tarixinədək borcunu ödəməyi yazılı şəkildə öhdəsinə götürmüş və bu sənədi imzalamışdır. Əgər malları qəbul etməmişdisə, həmin sənədləri və üzləşmə aktlarını hansı əsasla imzalamışdır? Cavabdeh borcunu ödəməkdən yayınmaq və üzərinə düşən öhdəlikləri yerinə yetirməmək məqsədilə müxtəlif bəhanələr irəli sürür. Elektron qaimələrdə tarix uyğunsuzluğu ilə bağlı qeyd edirik ki, həmin elektron qaimələr ilkin olaraq ##.##.2025-ci il tarixində sistem vasitəsilə cavabdehə göndərilmiş, cavabdeh tərəfindən düzəliş üçün geri qaytarılmışdır. İddiaçı tərəfindən düzəliş edildikdən sonra qaimələr ##.##.2025-ci il tarixində yenidən cavabdehə öndərilmişdir. Əgər cavabdeh həmin qaimələrlə razı deyildisə və onların ləğv edilməsini istəyirdisə, bunu elə həmin vaxt etməli idi. Əksinə, o, qaimələri və əlaqədar sənədləri qəbul etmiş, üzləşmə aktını imzalamışdır. Qaimələrin ləğvi barədə müraciət isə yalnız bir il keçdikdən sonra, iddiaçı tərəfindən məhkəməyə iddia verildikdən sonra edilmişdir (sənəd əlavə edilir). Yuxarıda göstərilənləri nəzərə alaraq, iddia tələblərimizi tam həcmdə müdafiə edir, iddianın təmin edilməsini məhkəmədən xahiş edirik.” Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)- **/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər 157.5. müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı. 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçi göstərmişdir ki, hazırda iddiaçı Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 82831.82 (səksən iki min səkkiz yüz otuz bir manat səksən iki qəpik) manat əsas borcun və bundan əlavə məhkəməyə müraciət edilməsi ilə bağlı olan çəkilən xərclərin, dövlət rüsumunun tutularaq Ərizəçi MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, Ərizəçi MMC və Cavabdeh Mətləb oğlu arasında ##.##.2024-cı il tarixli, №TSC****/** saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilə imzalandığı tarixdən etibarən qüvvəyə minmişdir və tərəflərin öhdəliklərinin tam şəkildə yerinə yetirdiyi ana qədər qüvvədə sayılır. İddiaçı hər zaman müqavilə öhdəliklərini və üzərinə düşən vəzifələri vaxtı-vaxtında icra edərək cavabdehi mallarla təchiz etmişdir. Cavabdeh isə əvəzində müqavilə öhdəliklərini pozaraq, həmin malların dəyərini iddiaçıya tam olaraq ödəməmiş, öhdəliyini pozmuş və iddiaçıya ziyan vurmuşdur. Məhkəmə kollegiyası ərizəni araşdırarkən ilkin sübutlar ilə müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsini, onun şərtlərini, hazırki mübahisəni nəzərə alaraq hesab edir ki, işə baxan məhkəmə müvəqqəti təminat tədbirinin tətbiqi barədə düzgün və əsaslı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ##.##.2018-ci il tarixli qərarında göstərilmişdir ki, iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Şikayətin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, ərizə kifayət qədər əsaslı olmuş, ilkin dəlillər təqdim edilmiş, işə baxan məhkəmə tərəfindən yoxlanılmış və düzgün və mütənasib hüquqi qiymət verilmişdir. Onun mübahisə üzrə borclu olub-olmamasına və hər hansı öhdəliyə riayət edib-etməməsi məsələsi məhkəmənin icraatında olan işlə araşdırılıb, yekun hüquqi qiymət veriləcəkdir. Kollegiya cavabdeh Cavabdeh tərəfindən (həmçinin, iddiaçı tərəfindən) məhkəmə kollegiyasına ünvanlanmış çox saylı qaimə, faktura, akt, hesabdan çıxarış, müqavilə və s. ilə bağlı qeyd edir ki, həmin sənədlər iddia icraatı qaydasında işə baxılakən araşdırılmalı və müvafiq hüquqi qiymət verilməlidir. Həmin sənədlərə hazırki vəziyyətdə münasibət bildirilməsi və cavabdehin borcunun olub-olmamasının müəyyən edilməsi işə mahiyyəti üzrə baxılması kimi qiymətləndirilə bilər. Odur ki, hazırki iş üzrə ərizəni əsaslı hesab edən kollegiya qeyd edir ki, iş üzrə müvəqqəti təminat tədbiri tətbiq edilmədiyi halda mövcud vəziyyətin ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı dərəcədə dəyişməsi ehtimalına kifayət qədər əsaslar vardır. Qanunvericiliyə əsasən, müvəqqəti təminat tədbirinin əsas məqsədi cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaqdır. Bu mənada, müvəqqəti təminat tədbiri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbirdir və həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi ərizəçinin hüquqlarının qorunmasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Beləliklə, şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası, hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş və tətbiq edilməli qanun düzgün tətbiq edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 157 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-**/**** saylı qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-16(3-7)-60/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-7)-60/2026
10.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver