Məhkəmə qərarları › İş №e-16(3-7)-63/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-7)-63/2026

14.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-16(3-7)-63/2026 14.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X8 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Müvəqqəti təminat tədbirinin görülməsi barədə Bərdə Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, **(*-***)-**/**** nömrəli və ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadlarından maraqlı şəxs Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi məhkəməyə ərizə ilə məhkəməyə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin icraatında olan 2(5-114)-***/**** №-li mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, Bərdə rayonu, Yeni Daşkənd kəndində yerləşən “LUX OIL” yanacaq doldurma məntəqəsinin, onun nəzdindəki mağazanın və həmin obyektlərin yerləşdiyi torpaq sahəsi üzərinə həbs qoyulması, “LUX OIL” yanacaq doldurma məntəqəsinin, onun nəzdindəki mağazanın və həmin obyektlərin yerləşdiyi torpaq sahəsi üzərində mövcud olan icarə hüququnun satılmasının, bağışlanmasının, dəyişdirilməsinin, girov qoyulmasının, icarəyə verilməsinin və digər formada özgəninkiləşdirilməsinin cavabdeh Cavabdeh qadağan edilməsindən ibarət müvəqqəti təminat tədbirinin tədbirinin görülməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, atası Nəzərov Qurban İlyas oğlu ilə cavabdeh Cavabdeh arasında 2016-cı ildə cavabdehin icarəsində olan Bərdə rayonu, Yeni Daşkənd kəndində yerləşən 0,32 ha torpaq sahəsi üzərində quraşdırılmış 1 kolonkadan ibarət dəmir konstruksiyalı yanacaq doldurma məntəqəsinin (bundan sonra – YDM) və altında olan 0.32 ha torpaq sahəsinin 110.000 manata alqı-satqısı barədə ümumi razılıq əldə edilmiş YDMnin cavabdehin adına olmasına dair rəsmi sənəd olmadığına görə, alqı-satqı müqaviləsinin təsdiq edilməsi üçün həmin vaxt notariat orqanına müraciət olunması mümkün olmamışdır. Bu səbəbdən alqı-satqı müqaviləsinin şərtləri sadə yazılı formada tərtib edilmiş sənəddə qeyd olunmuşdur. Həmin sənəd Cavabdeh tərəfindən əlyazma şəklində yazılmış, sənədi Cavabdeh və iddiaçının bibisi oğlu X1 imzalamışlar. Cavabdeh sənəddəki imzanı da fərdi sahibkar olaraq özünə məxsus möhürlə təsdiq etmişdir. Cavabdeh sözügedən sənədi aşağıdakı məzmunda tərtib etmişdir: “Mən Cavabdeh mənə aid olan yanacaq doldurma məntəqəsini X1 110.000 manata satıram. Onun 30.000 manatını beh olaraq aldım. 80.000 manatını kupça hazır olanda alacağam. Bu sənədin doğruluğunu öz və şahidlərimizin imzaları ilə təsdiq edirik”. Sənəddə qeyd olunanları həmçinin şahid qismində Zaur Həsənov və Xəlil Hüseynov sənədi imzalamaqla təsdiq etmişlər. YDM məntəqəsinin satışı ilə bağlı iddiaçının atası Nəzərov Qurban İlyas oğlu tərəfindən beh olaraq Cavabdeh verilməli olan 30.000 manatı bibisi oğlu Azər Quliyev vasitəsilə cavabdehə göndərdiyi və həmin pulu cavabdehin özünə Azər Quliyev çatdırdığı üçün Cavabdeh yuxarıda qeyd olunan sənəddə YDM-nin alıcısı kimi iddiaçının atasının adını deyil, elə Azər Quliyevin adını qeyd etmişdir. Bundan qısa müddət sonra, iddiaçının X5 Cavabdehla razılaşdıqları kimi, YDM-nin satış qiymətindən ödənilməmiş qalan 80.000 manatı sonuncuya ödəmişdir. YDM-nin 110.000 manata satışının artıq baş tutması ilə bağlı ayrı-ayrılıqda iltizamlar tərtib edilmiş həmin iltizamları Cavabdeh, onun həyat yoldaşı, habelə bacıları tərəfindən imzalanmışdır. ##.##.2016-cı il tarixdə tərtib edilərək Cavabdeh tərəfindən imzalanmış iltizamın məzmununda göstərilir ki,: “Mən Cavabdeh oğlu mənə məxsus olan Bərdə rayonu, Yeni Daş kəndində yerləşən yanacaq doldurma məntəqəsinin 110 min manata Nəzərov Qurban İlyas oğluna satmışam. Yanacaq doldurma məntəqəsi sənədləşib həmin şəxsin adına keçənə kimi mənə aid olan Bakı şəhəri, Yeni Yasamal Ş.M.Xiyabani, ev 153 və Bərdə rayonu, Şatırlı kəndində olan evlərimi Nəzərov Qurban İlyas oğlunun icazəsi olmadan sata bilmərəm. Öz şəxsiyyət vəsiqəmin nömrəsi və imzamla təsdiq edirəm. AZE 09533593”. Cavabdeh həyat yoldaşı X2, habelə bacıları X6 və X7 ayrıayrılıqda imzaladıqları iltizamlar da eyni tarixli və eyni məzmunda olmuşdur. Hər üç iltizamdakı imzalar fərdi sahibkar kimi cavabdeh Cavabdeh məxsus möhür və künc ştampı ilə təsdiq edilmişdir. Göründüyü kimi, cavabdeh Cavabdeh icarəsinə ayrılmış Bərdə rayonu Yeni Daşkənd kəndində yerləşən 0,32 ha torpaq sahəsində quraşdırılmış 1 kolonkadan ibarət köhnə, dəmir konstruksiyalı YDM-nin Cavabdeh tərəfindən iddiaçının atası Nəzərov Qurban İlyas oğluna 110.000 manata satılması, bunun müqabilində Qurban Nəzərovdan ümumilikdə 110.000 manat pulun Cavabdeh tərəfindən alınması, YDM-nin qeydiyyata aldırdıqdan sonra iddiaçının X5dan adına keçiriləcəyi, həmin vaxtadək isə Əlizamin Behbudoonun həyat yoldaşınının və bacılarınınn imzaladığı, Cavabdeh aid möhürün vurulduğu yazılı sənədlərlə (iltizamlar) tam təsdiq edilir. Onu da qeyd etməyi vacib hesab edirəm ki, iddiaçının X5 ilə Cavabdeh arasında YDM-nin alqı-satqısı baş tutduqdan sonra, Qurban Nəzərov tərəfindən müasir standartlara cavab verən YDM yaratmaq məqsədilə yenidənqurma işlərinə başlanılmışdır. Bu məqsədlə “xxxx” MMC LSB-ə müraciət olunmuş və yenidən qurulacaq YDM-nin layihəsi hazırlanmışdır. Həmin layihəyə uyğun olaraq 1 kolonkadan ibarət dəmir konstruksiyalı YDM-nin yerində ofis binası, metal çardaq və yeraltı yanacaq çənləri inşa edilmişdir. Ofis binası 1 mərtəbəli 372.4 (38.0 x 9.80) kv.m olmaqla, tərkibində market, köməkçi otaq, ofis otağı, anbar, sanitar qovşağı mövcud olmuşdur. Tikililər inşa edildikdən sonra həmin tikililərin istismara qəbul edilməsi üçün dövlət orqanlarının müvafiq rəyləri və lisenziyaları alınmış, tikililərin istismara qəbulu ilə bağlı müsbət rəylər verilmişdir. Yuxarıda qeyd olunduğu kimi, həm tikililərin layihələndirilməsi, inşası və istismara qəbulu ilə bağlı tələb olunan bütün xərclərin hamısı iddiaçının X5 tərəfindən qarşılanmışdır. YDM 2016-cı ildə iddiaçının atasına satıldıqdan sonra, istər köhnə YDM-i üçün, istərsə də yenidən inşa olunmuş YDM-i üçün Cavabdeh tərəfindən hər hansı məbləğdə vəsait xərclənməmişdir. Keçən müddət ərzində YDMnin yenidənqurulması və fəaliyyət göstərilməsi üçün atası tərəfindən külli miqdarda vəsait xərclənmişdir. X5 ##.##.2019-cu il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra mərhumun birinci növbəli vərəsəsi olaraq YDM-i iddiaçının istifadə və sahibliyinə keçmiş, onun tərəfindən idarə olunmuşdur. Qurban Nəzərovun ölümündən sonra cavabdeh Cavabdeh YDM-ni mərhumun vərəsəsi olaraq iddiaçının adıma keçirəcəyini bildirmisdir. Lakin 2016-cı ilin yanvar ayında cavabdeh üzərinə götürdüyü bu öhdəliyi yerinə yetirməkdən müxtəlif bəhanələrlə yayınmış, daha sonra isə bundan imtina etmişdir. Halbuki, YDM-nin rəsmilləşdirilməsi üçün cavabdehin adına verilən bütün sənədlərin alınması ilə bağlı xərclər atası mərhum Qurban Nəzərov tərəfindən, daha sonra isə tərəfindən qarşılanmışdır. 2016-cı ildən bu günədək YDMdə yenidənqurma və abadlıq işlərinin, yaxşılaşdırmanın aparılması, YDM-nin saxlanması, fəaliyyət göstərilməsi üçün malların alınması və sair işlərə külli miqdarda tərəfindən vəsaiti xərclənmişdir. Mərhum X5un və əmək və səyləri, habelə şəxsi vəsaitləri hesabına qoyulmuş sərmayə nəticəsində Bərdə rayonu, Yeni Daşkənd kəndində yerləşən 0,32 ha torpaq sahəsində quraşdırılmış, hər birinirn 2 çıxışı olan 3 yanacaq kolonkadan, rezervuar həcmi cəmi 108 kub.mdən, ümumi sahəsi 372.4 (38.0 x 9.80) kv.m marketdən ibarət, sabit və davamlı müştəri axımına malik, aylıq gəliri 3.000-5.000 manat, işçi sayısı 3 nəfər olan, müasir standarlara cavab verən hazır biznes qurulmuşdur. Qeyd olunan biznes tam şəkildə fəaliyyət göstərir, zəruri avadanlıqlarla təmin olunmuşdur və stabil müştəri bazasına malikdir. Biznesin inkişaf potensialı yüksək qiymətləndirilir. Hazırki iddia ərizəsinə əlavə olunmuş “xxxx” MMC-nin 001-07/04-AL/- **** №-li, ##.##.2026-cı il tarixli rəyindən görünür ki, sözügedən biznesin hazırki real bazar dəyəri 1.490.000 manat təşkil edir. Göründüyü kimi, 2016-cı ildə yalnız 1 köhnə dəmir kolonkadan ibarət şəraitsiz bir YDM mərhum atasının, daha sonra isə özünün əməyi, sərmayəsi nəticəsində yüksək gəlir gətirən hazır biznesə çevrilmişdir ki, onun da real bazar dəyəri qiymətləndirici tərəfindən 1.490.0 manata dəyərləndirilmişdir. Hazırda cavabdeh Cavabdeh artıq YDM-ni onun adına keçirməkdən imtina etməsi, onun və mərhum X5un YDM-yə külli miqdarda qoyduqları vəsait, əmək hesabına cavabdehin əsassız olaraq yüksək gəlir mənbəyəi olan hazır biznesi ələ keçirməsinə və bununla da cavabdehin əsassız varlanmasına gətirib çıxarmış olur. Bu səbəbdən də Cavabdeh qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, YDM-nin alqı-satqısı üçün Cavabdeh ödənilmiş 110.000 manatın, habelə 2016cı ildən bu günədək YDM-də yenidənqurma və abadlıq işlərinin aparılması, saxlanması, fəaliyyət göstərilməsi üçün malların alınması və sair işlərə qoyulmuş vəsait hesabına ərsəyə gəlmiş hazır biznesin real bazar dəyəri olan 1.490.000 manat, hazırki iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumu olaraq 1.590 manat , habelə hüqui yardıma görə ödənilmiş 320 manat, cəmi isə 1.491.910 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmitşdir. Ərizəçi həmin iddia ərizəsi əsasında Bərdə Rayon Məhkəməsində *(*-***)-****/**** nömrəli mülki iş başlanılmışdır (hakim Fərman Abdullayev). Göründüyü kimi, tərəflər arasında mövcud olan hazırki iş üzrə mübahisə predmeti Bərdə rayonu, Yeni Daşkəndkəndində yerləşən, cavabdeh Cavabdeh icarəsində olan 0,32 ha torpaq sahəsi üzərində yerləşən “LUX OIL” yanacaq doldurma məntəqəsi və onun nəzdində fəaliyyət göstərən mağaza ilə bağlıdır. İddia ərizəsində göstərildiyi və iş materialları ilə təsdiq olunduğu kimi, 2016-cı ildə cavabdeh Cavabdeh ilə mərhum X5 arasında sözügedən yanacaq doldurma məntəqəsinin, mağazanın və torpaq sahəsi üzərindəki icarə hüququnun alqı-satqısına dair razılıq əldə olunmuş, əmlakın satış dəyəri tam şəkildə ödənilmiş, bundan sonra həmin əmlak faktiki olaraq alıcının sahibliyinə və istifadəsinə verilmişdir. Alqı-satqı baş tutduqdan sonra mərhum atası, daha sonra isə özü tərəfindən obyektdə əsaslı yenidənqurma və abadlıq işləri aparılmış, obyekt müasir standartlara uyğun şəkildə yenidən qurulmuş və uzun illər ərzində fasiləsiz olaraq iddiaçı tərəfin istifadəsində olmuşdur. Hazırda cavabdeh satdığı əmlakın iddiaçının adına rəsmiləşdirilməsi öhdəliyini yerinə yetirməkdən imtina etdiyinə görə öz hüquqlarının müdafiəsi məqsədilə məhkəməyə müraciət etmişdir. Mübahisə predmeti olan əmlak hüquqi baxımdan hazırda cavabdehin adına rəsmiləşdirildiyindən cavabdehin həmin əmlakı üçüncü şəxslərə satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq və ya digər formada özgəninkiləşdirmək imkanı mövcuddur. Belə hal baş verərsə, mübahisə predmeti olan əmlak üzərində üçüncü şəxslərin hüquqları yarana bilər ki, bu da hazırki iş üzrə qəbul ediləcək məhkəmə qətnaməsinin icrasını əhəmiyyətli dərəcədə çətinləşdirər və ya qeyri-mümkün edər. Bundan əlavə, əmlakın özgəninkiləşdirilməsi nəticəsində iş üzrə yeni şəxslərin mübahisəyə cəlb olunması zərurəti yarana, əlavə məhkəmə çəkişmələri başlaya və onun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər (maddə 157.1). Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir (maddə 157.2.). Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər (maddə 157.3.). Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu (maddə 157.5). Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir (maddə 157.6.). Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir (maddə 157.7.) Mülki Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək və sair. Hazırki iş üzrə iddia tələbi birbaşa mübahisə predmeti olan yanacaq doldurma məntəqəsinin, mağazanın və torpaq sahəsi üzərindəki icarə hüququnun iddiaçının adına rəsmiləşdirilməsi ilə bağlı olduğundan, həmin əmlakın özgəninkiləşdirilməsinin qadağan olunması iddia tələbi ilə mütənasib və zəruri təminat tədbiridir. Göstərilənləri nəzərə alaraq, Bərdə Rayon Məhkəməsinin icraatında olan 2(5-114)-***/**** №-li mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək Bərdə rayonu, Yeni Daşkənd kəndində yerləşən “LUX OIL” yanacaq doldurma məntəqəsinin, onun nəzdindəki mağazanın və həmin obyektlərin yerləşdiyi torpaq sahəsi üzərinə həbs qoyulması, “LUX OIL” yanacaq doldurma məntəqəsinin, onun nəzdindəki mağazanın və həmin obyektlərin yerləşdiyi torpaq sahəsi üzərində mövcud olan icarə hüququnun satılmasının, bağışlanmasının, dəyişdirilməsinin, girov qoyulmasının, icarəyə verilməsinin və digər formada özgəninkiləşdirilməsinin Cavabdeh qadağan edilməsindən ibarət müvəqqəti təminat tədbirinin tədbirinin görülməsi barədə qərardad qəbul edilməsini və qərardadın icrasının isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bərdə Ərazi İdarəsinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarət Xidmətinə həvalə edilsini məhkəmədən xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadı ilə ərizə qismən təmin edilmiş, Cavabdeh Bərdə rayonu, Yeni Daşkənd kəndində yerləşən yanacaq doldurma məntəqəsinin satılması hədiyyə verilməsi və bağışlanması qadağan edilmiş, ərizə qalan hissədə rədd edilmişdir. Ərizəçi Ərizəçi Bərdə Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadından şikayət verərək, Bərdə Rayon Məhkəməsinin 16(5-114)-**/**** №-li, ##.##.2026-cı il tarixli qərardadının qismən, yəni “müvvəqəti təminat tədbirinin görülməsi barədə” ərizəçi Ərizəçirun ərizəsinin təmin edilməməsi hissəsində ləğv edilməsini, həmin hissədə iş üzrə yeni qərardad qəbul edilməsini, ərizəçi Ərizəçi ərizəsinin tam həcmdə təmin edilməsi, Bərdə Rayon Məhkəməsinin icraatında olan 2(5-114)-***/**** №-li mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək Bərdə rayonu, Yeni Daşkənd kəndində yerləşən “LUX OIL” yanacaq doldurma məntəqəsinin, onun nəzdindəki mağazanın və həmin obyektlərin yerləşdiyi 0.32 ha torpaq sahəsi üzərinə həbs qoyulmsı, “LUX OIL” yanacaq doldurma məntəqəsinin, onun nəzdindəki mağazanın və həmin obyektlərin yerləşdiyi 0.32 ha torpaq sahəsi üzərində mövcud olan icarə hüququnun satılması, bağışlanması, dəyişdirilməsi, girov qoyulması, icarəyə verilməsi və digər formada özgəninkiləşdirilməsi cavabdeh Cavabdeh qadağan edilməsi, qərardadın icrasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət XidmətiDaşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Bərdə Ərazi İdarəsinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarət Xidmətinə həvalə edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, MTT(*-***)-***/**** nömrəli qərardadı qanunsuz və əsassızdır. Belə ki, o, mübahisə predmeti olan fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini notariat qaydasında bağlanmış alqı-satqı müqaviləsi əsasında əvəzli qaydada əldə etmiş, həmin daşınmaz əmlaka mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Şikayətçi iddiaçı X9 tanımadığını, digər cavabdehlə iddiaçı arasında mövcud olmuş hüquq münasibətlərindən və hər hansı mübahisədən xəbərsiz olduğunu, buna görə də mübahisəli əmlakı vicdanlı əldə edən şəxs hesab edilməli olduğunu bildirmişdir. Bundan başqa, o, müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadın ona təqdim edilmədiyini və həmin qərardaddan yalnız icra məmurları tərəfindən tikinti işlərinin dayandırılması tələb edildikdən sonra məlumatlı olduğunu qeyd etmişdir. Şikayətçi hesab etmişdir ki, məhkəmə müvəqqəti təminat tədbiri tətbiq edilərkən işin halları tam və obyektiv araşdırılmamış, onun mülkiyyət hüquqları əsassız olaraq məhdudlaşdırılmışdır. X12 Gəncə Şəhər Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ## ### 2026-cı il qərardadının ləğv edilməsini, müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin rədd olunması barədə qərardad qəbul edilməsini, əks təqdirdə isə şikayətin iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, **(*-***)-**/**** nömrəli qərardadı ilə ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadı qismən, yəni ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin görülməsinə dair ərizəsinin təmin edilməməsi hissəsində ləğv edilmiş və həmin iş üzrə yeni qərardad qəbul edilərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə rayon Ərazi İdarəsi tərəfindən verilmiş ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ##.##.2008-ci il tarixli, Çıxarışa əsasən Bərdə rayonu, X21 mülkiyyətində olan və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon Torpaq hərrac və müsabiqə komissiyası tərəfindən ##.##.2009-cu il tarixdə keçirilən açıq torpaq hərracına əsasən 99 il müddətinə Cavabdeh icarəyə verilmiş Bərdə rayonu, Yeni Daşkənd kəndində yerləşən 0,32 ha torpaq sahəsinin, həmin torpaq sahəsində yerləşən “LUX OIL” yanacaq doldurma məntəqəsinin, onun nəzdindəki mağazanın girov qoyulması, icarəyə verilməsi və hər hansı formada özgəninikiləşdirilməsi ilə bağlı hərəkətlər qadağan edilmişdir. Maraqlı şəxs Cavabdeh ## #### 2026-cı il tarixdə Bərdə Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadından şikayət verərək, həmin qərardadın təmin olunan hissədə ləğv edilərək, ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin görülməsi barədə ərizəsinin ləğv edilməsi, Cavabdeh Bərdə rayonu, Yeni Daşkənd kəndində yerləşən yanacaq doldurma məntəqəsinin satılması, hədiyyə verilməsi və bağışlanmasının qadağan edilməsinin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadı ilə şikayət təmin olunmamış, və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Eyni zamanda maraqlı şəxs Cavabdeh Bərdə Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadından şikayət verərək, həmin qərardadın təmin olunan hissədə ləğv edilərək, ərizəçi Ərizəçi müvəqqətitəminat tədbirinin görülməsi barədə ərizəsinin ləğv edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə rayon Ərazi İdarəsi tərəfindən verilmiş ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ##.##.2008-ci il tarixli Çıxarışa əsasən Bərdə rayonu, X21 mülkiyyətində olan və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon Torpaq hərrac və müsabiqə komissiyası tərəfindən ##.##.2009-cu il tarixdə keçirilən açıq torpaq hərracına əsasən 99 il müddətinə Cavabdeh icarəyə verilmiş Bərdə rayonu, Yeni Daşkənd kəndində yerləşən 0,32 ha torpaq sahəsinin, həmin torpaq sahəsində yerləşən “LUX OIL” yanacaq doldurma məntəqəsinin, onun nəzdindəki mağazanın girov qoyulması, icarəyə verilməsi və hər hansı formada özgəninikiləşdirilməsi ilə bağlı hərəkətlərin qadağan edilməsinin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, hər iki şikayət təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)- **/**** nömrəli və ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər 157.5. müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı. 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki iş üzrə Bərdə Rayon Məhkəməsinin iki qərardadı maraqlı şəxs Cavabdeh tərəfindən iki ayrı şikayətlə mübahisələndirilsə də, mahiyyət etibarı ilə ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizənin təmin edilməsi mübahisələndirilmiş və qərardadların ləğv edilərək, ərizənin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçi göstərmişdir ki, o, Cavabdeh qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, YDM-nin alqı-satqısı üçün Cavabdeh ödənilmiş 110.000 manatın, habelə 2016-cı ildən bu günədək YDM-də yenidənqurma və abadlıq işlərinin aparılması, saxlanması, fəaliyyət göstərilməsi üçün malların alınması və sair işlərə qoyulmuş vəsait hesabına ərsəyə gəlmiş hazır biznesin real bazar dəyəri olan 1.490.000 manat, hazırki iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumu olaraq 1.590 manat , habelə hüqui yardıma görə ödənilmiş 320 manat, cəmi isə 1.491.910 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi həmin iddia ərizəsi əsasında Bərdə Rayon Məhkəməsində *(*-***)-****/**** nömrəli mülki iş başlanılmışdır (hakim Fərman Abdullayev). Göründüyü kimi, tərəflər arasında mövcud olan hazırki iş üzrə mübahisə predmeti Bərdə rayonu, Yeni Daşkəndkəndində yerləşən, cavabdeh Cavabdeh icarəsində olan 0,32 ha torpaq sahəsi üzərində yerləşən “LUX OIL” yanacaq doldurma məntəqəsi və onun nəzdində fəaliyyət göstərən mağaza ilə bağlıdır. Mübahisə predmeti olan əmlak hüquqi baxımdan hazırda cavabdehin adına rəsmiləşdirildiyindən cavabdehin həmin əmlakı üçüncü şəxslərə satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq və ya digər formada özgəninkiləşdirmək imkanı mövcuddur. Belə hal baş verərsə, mübahisə predmeti olan əmlak üzərində üçüncü şəxslərin hüquqları yarana bilər ki, bu da hazırki iş üzrə qəbul ediləcək məhkəmə qətnaməsinin icrasını əhəmiyyətli dərəcədə çətinləşdirər və ya qeyri-mümkün edər. Məhkəmə kollegiyası ərizəni araşdırarkən ilkin sübutlar ilə müəyyən etmişdir ki, ərizə əsaslıdır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə rayon Ərazi İdarəsi tərəfindən verilmiş ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ##.##.2008-ci il tarixli, Çıxarışa əsaən Bərdə rayonu, Yeni Daşkənd kəndində yerləşən 0,32 ha torpaq sahəsi Bərdə rayonu, X21 mülkiyyətindədir. Bərdə rayonu, X21 mülkiyyətində olan həmin torpaq sahəsini Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon Torpaq hərrac və müsabiqə komissiyası tərəfindən ##.##.2009-cu il tarixdə keçirilən açıq torpaq hərracında, 99 il müddətinə Cavabdeh icarəyə verilmişdir. Cavabdeh həmin torpaq sahəsi üzərində özünə aid olan yanacaq doldurma məntəqəsini Nəzərov Qurban İlyas oğluna 110.000 manat müqabilində satmış, 30.000 manat beh olaraq almış, 80.000 manat pulu isə Nəzərov Qurban İlyas oğlu həmin yanacaq doldurma məntəqəsi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alındıqdan sonra alacağı barədə vəd vermişdir. Nəzərov Qurban İlyas oğlu ##.##.2019-cu il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra mərhumun birinci növbəli vərəsəsi olaraq YDM-i Ərizəçi istifadəsinə keçmiş, onun tərəfindən idarə olunmuşdur. İşdə olan Bərdə rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** saylı qərardadından görünür ki, iddaçı Ərizəçi cavabdeh Cavabdeh qrşı “pul” tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İşdə olan Cavabdeh tərəfindən yazıldığı qeyd edilən əlyazma qəbzdən görünür ki, Cavabdeh özünə aid olan yanacaq doldurma məntəqəsini X3 110.000 manat müqabilində satmış, 30.000 manat beh olaraq almış, 80.000 manat pulu isə kupça (çıxarış) hazır olduqdan sonra alacaqdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ##.##.2018-ci il tarixli qərarında göstərilmişdir ki, iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Hər iki şikayətin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, ərizə kifayət qədər əsaslı olmuş, ilkin dəlillər təqdim edilmiş, işə baxan məhkəmə tərəfindən yoxlanılmış və düzgün və mütənasib hüquqi qiymət verilmişdir. Bərdə Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadı ilə ərizə qismən təmin edilmiş, buna görə də ərizəçi Ərizəçi şikayətinə əsasən ərizəyə yenidən baxılmış və Bərdə Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadı qəbul edilmişdir. Məhkəmə tərəfindən heç bir prosessual hüquqi pozuntuya yol verilməmişdir. Ərizəçi Ərizəçi hüququndan istifadə etmiş, işə baxan məhkəmədə səlahiyyətləri daxilində qanunvericiliyə uyğun hərəkət etmişdir. Qanunvericiliyə əsasən, müvəqqəti təminat tədbirinin əsas məqsədi cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaqdır. Bu mənada, müvəqqəti təminat tədbiri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbirdir və həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi ərizəçinin hüquqlarının qorunmasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Kollegiya hesab edir ki, iş üzrə müvəqqəti təminat tədbiri tətbiq edilmədiyi halda mövcud vəziyyətin ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı dərəcədə dəyişməsi ehtimalına kifayət qədər əsaslar vardır. Beləliklə, şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası, hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş və tətbiq edilməli qanun düzgün tətbiq edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 157 və 398.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bərdə Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli və ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadlarından maraqlı şəxs Cavabdeh tərəfindən verilmiş şikayətlər təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli və ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar