Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-16(3-7)-64/2026 28.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri - X6 (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Ibrahimli Güləsər Rəhim qızının katibliyi, Ərizəçi Ərizəçi vəkili X4, maraqlı şəxs Maraqlı şəxs nümayndəsi X2 və nümayəndəsi vəkil X3 iştirakı ilə, MÜƏYYƏN ETDI: Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdeh Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə yekun məhkəmə aktı qəbul edilənədək, cavabdehin mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən, sahəsi 164,80 kv.m. təşkil edən qeyri-yaşayış binasının (sahəsinin) (Reyestr nömrəsi: 011011007588-06301; Qeydiyyat nömrəsi: 1123020254) üzərinə həbs qoyulması və həmin binanın (sahənin) özgəninkiləşdirilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi-iddiaçı Ərizəçi məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 250.000 manat pulun, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 540 manat dövlət rüsumunun əvəzinin, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 300 manatın, ümumilikdə 250.840 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddia tələbinin əsası ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında əldə olunmuş razılaşmaya görə, iddiaçı 2024-cü ilin iyul ayında cavabdehə 250.000 manat məbləğində borc pul vermişdir. Cavabdeh iddiaçıdan aldığı borcu 1 il ərzində geri qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh, iddiaçıdan borc alarkən özünə məxsus ünvan 5 ünvanında yerləşən, sahəsi 164,8 kv.m. təşkil edən qeyri-yaşayış sahəsini (binasını) iddiaçıya göstərmiş, sahənin çıxarışına da iddiaçıya təqdim edərək bildirmişdir ki, o, aldığı borc pulu vaxtında qaytaracaq və ya sözügedən əmlakı borcun əvəzində iddiaçının adına rəsmiləşdirəcəkdir (bununla bağlı cavabdeh iddiaçıya yazılı öhdəlik təqdim etmişdir). Lakin cavabdeh əldə olunmuş razılaşmanın şərtini pozaraq, iddiaçıdan aldığı borcu qaytarmaqdan yayınmışdır. Bununla bağlı iddiaçı cavabdehə müraciət edərək borcu qaytarmağı və ya əmlakı onun adına rəsmiləşdirməyi xahiş etsə də, nəticəsiz qalmışdır. Odur ki, iddiaçı hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçinin hüquqlarının qorunması, habelə gələcəkdə məhkəmə qətnaməsinin icrasının təmin edilməsi məqsədilə, iddia tələbinə dair iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək cavabdehin mülkiyyətində olan Yasamal rayonu, X1, 12 ünvanında yerləşən, sahəsi 164,80 kv.m. təşkil edən qeyri-yaşayış binasının üzərinə həbs qoyulmaqla, həmin binanın özgəninkiləşdirilməsi cavabdehə və digər şəxslərə qadağan edilməlidir. Belə ki, cavabdeh iddiaçıdan aldığı borcu bu günə kimi tam şəkildə qaytarmalı olduğu halda, bu istiqamətdə hər hansı tədbir görmür. Ehtimal edirik ki, cavabdeh borcun ödənilməsindən yayınmaq üçün istənilən vasitələrdən istifadə edəcəkdir (özünə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsi və s.). Odur ki, cavabdehə məxsus əmlakın üzərinə həbs qoyulmasına/onların özgəninkiləşdirilməsinin qadağan edilməsinə əsaslı səbəblər vardır. Əks halda, gələcəkdə iddiaçının/ərizəçinin hüquqlarının bərpası çətinləşəcək və ya mümkünsüz olacaqdır. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadı ilə (hakim Nərgiz Məmmədova) ərizə qismən təmin edilmiş, Cavabdeh mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 164.80 kv.m. ibarət qeyri-yaşayış binasının özgəninkiləşdirilməsi qadağan edilmişdir. Həmin qərardaddan narazı qalan iş üzrə tərəf olmayan maraqlarına toxunan şəxs Maraqlı şəxs şikayət verərək, qərardadın ləğv edilməsi, ərizənin rədd edilməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilərək, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadının ləğv edilməsi, iddiaçı Ərizəçi cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Iddiaçı Ərizəçi tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizənin təmin edilməməsi, Cavabdeh mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 164.80 kv.m. ibarət qeyri-yaşayış binanın özgəninkiləşdirilməsinə qoyulan qadağanın ləğv edilməsi qərara alınmışdır. Bundan sonra Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadından iş üzrə iş üzrə iddiaçı Ərizəçi (nümayəndəsi (vəkil) vəkil/nümayəndə2) qərardaddan şikayət verərək, məhkəmədən qərardadın ləğv edilməsi, ərizənin təmin edilməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəçi-iddiaçı Ərizəçi məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 250.000 (iki yüz əlli min) manat pulun, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 540 (beş yüz qırx) manat dövlət rüsumunun əvəzinin, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 300 (üç yüz) manatın, ümumilikdə 250.840 (iki yüz əlli min səkkiz yüz qırx) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddia tələbinin əsası ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında əldə olunmuş razılaşmaya görə, iddiaçı 2024-cü ilin iyul ayında cavabdehə 250.000 (iki yüz əlli min) manat məbləğində borc pul vermişdir. Cavabdeh iddiaçıdan aldığı borcu 1 il ərzində geri qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh, iddiaçıdan borc alarkən özünə məxsus ünvan 5 ünvanında yerləşən, sahəsi 164,80 kv.m. təşkil edən qeyri-yaşayış sahəsini (binasını) iddiaçıya göstərmiş, sahənin çıxarışına da iddiaçıya təqdim edərək bildirmişdir ki, o, aldığı borc pulu vaxtında qaytaracaq və ya sözügedən əmlakı borcun əvəzində iddiaçının adına rəsmiləşdirəcəkdir (bununla bağlı cavabdeh iddiaçıya yazılı öhdəlik təqdim etmişdir). Lakin cavabdeh əldə olunmuş razılaşmanın şərtini pozaraq, iddiaçıdan aldığı borcu qaytarmaqdan yayınmışdır. Bununla bağlı iddiaçı cavabdehə müraciət edərək borcu qaytarmağı və ya əmlakı onun adına rəsmiləşdirməyi xahiş etsə də, nəticəsiz qalmışdır. Odur ki, iddiaçı hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin, tərəfindən “müvəqqəti təminat tədbirinin tətbiq olunması barədə” ərizə ilə məhkəməyə müraciət edilərək, cavabdehin mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən, sahəsi 164,80 kv.m. təşkil edən qeyri-yaşayış binasının (sahəsinin) (Reyestr nömrəsi: 011011007588-06301; Qeydiyyat nömrəsi: 1123020254) üzərinə həbs qoyulması və həmin binanın (sahənin) özgəninkiləşdirilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qərardad çıxarılması xahiş edilmişdir. Məhkəmənin e-**(*-***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə qismən təmin edilmişdir. Sonradan iş üzrə tərəf olmayan Maraqlı şəxs həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin rədd edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmənin e-**(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadına əsasən, şikayət təmin olunmuş və ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 164.80 kv.m. ibarət qeyriyaşayış binanın özgəninkiləşdirilməsinə qoyulan qadağa ləğv edilmişdir. Hesab edir ki, məhkəmə müvəqqəti təminat tədbirinin tətbiq olunmasına dair öz qərardadını ləğv edərkən işin hallarını düzgün qiymətləndirməmiş, nəticədə qanunsuz və əsassız məhkəmə aktı qəbul etmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətin mülki işlə birlikdə baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)- ***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi Ərizəçi vəkil X4 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən şəxs Maraqlı şəxs nümayəndəsi X2 şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs Maraqlı şəxs nümayəndəsi, vəkil X3 şikayətin əsassız olduğunu bildirib, təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, şikayətə əlavə olunmuş məhkəmə aktlarından görünür ki, mübahisə predmetini ünvan 3 ünvanında yerləşən mənzil təşkil etmişdir. Məhkəmənin hazırki qərardadı ilə isə cavabdeh Cavabdeh məxsus qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış binasının özgəninkiləşdirilməsi qadağan olunmuşdur. Bundan başqa, şikayətə əlavə olunmuş Ali Məhkəmənin *(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından məlum olur ki, Maraqlı şəxs iddiası üzrə icraata “mübahisəli mənzilin qeyri-yaşayış sahəsinə çevrilməsinə dair” hissədə xitam verilmişdir. Beləliklə, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 164.80 kv.m olan qeyri-yaşayış binasının Maraqlı şəxs məxsus olmadığı müəyyən olunur. Iş materiallarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsində *** saylı ünvanda yerləşən daşınmaz əmlak üzərində Maraqlı şəxs hüquqları bərpa olunmuş, həmin əmlaka dair bağlanmış, yuxarıda qeyd olunan müqavilələr etibarsız hesab olunaraq, sonuncu müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi Idarəsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Xidmətinin Bakı Ərazi Idarəsi tərəfindən cavabdeh Cavabdeh aparılmış qeyd ləğv edilmişdir. Hazırda həmin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərarı icra mərhələsindədir. Qeyd olunanlara əsasən, mübahisəli əmlak üzərində cavabdeh Cavabdeh mülkiyyət hüququ olmadığından həmin əmlakın özgəninkiləşdirilməsinə qadağa qoyulması əmlak üzərində hüquqları bərpa olunmuş Maraqlı şəxs hüquqlarını əhəmiyyətli dərəcədə pozur və qanuni qüvvəsini almış məhkəmə qərarının icrasına da mane olur. Həmin daşınmaz əmlakın təyinatının qeyri-yaşayış sahəsi olması, beləliklə, Maraqlı şəxs qeyri-yaşayış sahəsi üzərində hüquqlarının bərpa edilmədiyi barədə ərizəçinin nümayəndəsinin etirazını isə məhkəmə əsaslı hesab etmir. Belə ki, iş materiallarında olan və qanuni qüvvəyə minmiş məhkəmə aktının təsviri hissəsində 164.8 kv.m sahəsi olan daşınmaz əmlakın təyinatının yaşayış sahəsindən qeyriyaşayış sahəsinə dəyişdirilməsi öz əksini tapsa da, həmin məsələyə dair iddia tələbi üzrə məhkəmə qərarının nəticə hissəsində buna dair Maraqlı şəxs ziyanına hər hansı hüquqi nəticə müəyyən edilməmiş, əksinə həmin hissədə (Bakı şəhəri Yasamal Rayon Icra Hakimiyyəti Başçısının # ######## 2022-ci tarixli, *** saylı sərəncamının ləğv olunması hissəsində) icraata mülki mühakimə icraatı qaydasında baxılmalı olmadığına görə xitam verilmişdir. Bu səbəbdən göstərilən hissədə icraata xitam verilməsi Maraqlı şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə bərpa edilmiş əmlak hüquqlarının mövcudluğunu və hüquqi qüvvəsini aradan qaldırmır. Əks yanaşma həm qanuni qüvvəyə minmiş məhkəmə qərarının məcburiliyinə dair hüquqi müəyyənlik prinsipinə, həm də məhkəmə qərarlarının icrasının təmin olunması prinsipinə ziddi olardı. Məhkəmə bu qərara gələrkən daşınmaz əmlakın təyinatı dəyişdirilərkən sərhədləri, sahəsi və eyniləşdirici əlamətinin dəyişmədiyini də nəzərə alır. Belə ki, həmin dəyişiklik nəticəsində yeni daşınmaz əmlak obyekti və ya ayrıca “A” və “B” literli müstəqil daşınmaz əmlaklar yaranmamış, eyni əmlak üzərində yalnız funksional təyinat dəyişikliyi aparılmışdır. Nəticə etibarilə mübahisəli əmlak üzərində özgəninkiləşdirməyə qadağa qoyulması formasında müvəqqəti təminat tədbirinin tətbiqi həmin məhkəmə qərarının icrasını faktiki mümkünsüz edə və Maraqlı şəxs məhkəmə qərarı ilə tanınmış hüquqlarının həyata keçirilməsinə əsassız müdaxilə təşkil edə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılşır. Belə ki, Işə əlavə olunmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)- ***/**** nömrəli qətnaməsindən görünür ki, iddiaçı Maraqlı şəxs Miri oğlunun mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsi cəlb edilməklə cavabdehlər X10, X7, Cavabdeh, Yasamal Rayon Icra Hakimiyyəti və Bakı şəhəri * saylı Notariat Ofisinə qarşı “müqavilələrin etibarsızlığı, çıxarışın ləğvi, mülkiyyət hüququnun bərpası və s.” tələbinə dair mülki iş üzrə iddiası təmin edilmiş, X11 ilə X8 arasında ünvan 2 ünvanında yerləşən mənzil barəsində bağlanmış ## #### 2021-ci il tarixli 4Ə108 reyestr nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilmiş və həmin müqavilə əsasında cavabdeh X8 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi Idarəsi tərəfindən aparılmış qeyd ləğv edilmiş, X8 ilə Cavabdeh arasında Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsində yerləşən *** saylı ev barəsində bağlanmış ## ###### 2022-ci il tarixdə 4Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və həmin müqavilə əsasında cavabdeh Cavabdeh adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi Idarəsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Xidmətinin Bakı Ərazi Idarəsi tərəfindən aparılmış qeyd ləğv edilmiş, cavabdeh Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzil üzərində onun hüquqlarının ləğv edilməsinə dair ərizəsi etibarsız hesab edilmiş, Bakı şəhəri, Yasamal rayon Icra Hakimiyyətinin ## ######## 2022-ci il tarixli *** saylı sərəncamını ləğv edilmiş, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında ## ###### 2022-ci il tarixdə **** nömrəli ünvan 1 ünvanında yerləşən qeyri- yaşayış sahəsinin yerləşdiyi 44.7 m2 torpaq sahəsinin icarəyə verilməsinə dair icarə müqaviləsi etibarsız hesab edilmiş və bunun əsasında Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd ləğv edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsində yerləşən *** saylı mənzilə iddiaçı Maraqlı şəxs mülkiyyət hüquqları bərpa edilmişdir. Işə əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, 2(103)- ****/**** nömrəli qətnaməsindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qeyd olunan qətnamə dəyişdirilmədən saxlanılmışdır. Işə əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2025-ci il tarixli, 2(103)- ****/**** saylı qətnaməsi qismən – Bakı şəhəri Yasamal Rayon Icra Hakimiyyəti Başçısının # ######## 2022-ci tarixli, *** saylı sərəncamının ləğv olunması hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə icraata mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından xitam verilmişdir. Işin hallarından görünür ki, ərizəçi Ərizəçi cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və mülki işə baxılıb yekun qərar qəbul edilənədək Cavabdeh adına 1123020254 reyestr nömrəsi ilə qeydiyyata alınmış Bakı şəhəri, Yasamal rayonu, X1 ** saylı mənzilin özgəninkiləşdirilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə müvəqqəti təminat tədbiri barədə ərizə ilə müraciət etmişdir. Lakin, iş materiallarında olan məhkəmə aktlarında görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X1 ** saylı mənzil üzərində Maraqlı şəxs hüquqları bərpa olunmuşdur. Maraqlı şəxs isə həmin mülki iş üzrə cavabdeh deyildir. Ona görə də mübahisəli əmlak üzərində cavabdeh Cavabdeh mülkiyyət hüququ olmadığından həmin əmlakın özgəninkiləşdirilməsinə qadağa qoyulması əmlak üzərində hüquqları bərpa olunmuş Maraqlı şəxs hüquqlarının pozulması ilə nəticələnər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRAR A ALDİ: Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadından ərizəçi Ərizəçi nümayəndəsi, vəkil vəkil/nümayəndə2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-16(5-121)-136/2026 nömrəl qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-16(3-7)-64/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-7)-64/2026
28.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver