Məhkəmə qərarları › İş №e-16(3-7)-65/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-7)-65/2026

12.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-16(3-7)-65/2026 12.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X4 (sədrlik edən məruzəçi), X5 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Ibrahimli Güləsər Rəhim qızının katibliyi ilə, Ərizəçi Ərizəçi nümayəndəsi (vəkili) vəkil2 müvəqqəti təminat tədbirinin tətbiq edilməsi tələbinə dair iş üzrə Gəncə Şəhər Məhkəməsinin e-**(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardaddan cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü ƏY Y Ə N E T D İ: Ərizəçi məhkəməyə ərizə verərək, Cavabdeh ##.##.2020-ci il tarixdə anadan olmuş X2 və ##.##.2022-ci il tarixdə anadan olmuş X3 üçün hər ay hər uşağa görə 300 manat sabit pul məbləğində alimentin Ərizəçi xeyrinə tutulması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin e-**(*-***)-***/**** saylı, ##.##.2026-ci il tarixli (hakim Quliyev Camal) Ərizəçi nümayəndəsi (vəkili) vəkil2 ərizəsinın qismən təmin edilməsi, ##.##.2026-cı il tarixdən Gəncə Şəhər Məhkəməsinin icraatında olan e-2(5-121)- ****/**** nömrəli mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək, ##.##.2020-ci il tarixdə anadan olmuş X2 və ##.##.2022-ci il tarixdə anadan olmuş X3 üçün Cavabdeh Ərizəçi xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində alimentin tutulması, Ərizəçi nümayəndəsi (vəkili) vəkil2 ərizəsinin qalan hissədə təmin edilməməsi, qərardadın dərhal icra edilməsi qərara almışdır. Gəncə Şəhər Məhkəməsinin e-**(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, Gəncə Şəhər Məhkəməsinin e- **(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilərək, yalnız hər ay ##.##.2020-ci il təvəllüdlü X2 adlı uşağın saxlanılması üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində alimentin tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin e-**(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadından X1 şikayəti qismən təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*- ***)-***/**** nömrəli qərardadı «##.##.2026-cı il tarixdən Gəncə Şəhər Məhkəməsinin icraatında olan e-2(5- ***)-****/**** nömrəli mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək, ##.##.2022- ci il tarixdə anadan olmuş X3 üçün Cavabdeh Ərizəçi xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 (sıfır tam onda beş) misli həddində sabit pul məbləğində aliment tutulması» hissəsində ləğv edilmiş, cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) vəkil1 Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadından şikayəti qalan hissədə təmin edilməmiş, cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) vəkil1 şikayəti, müvəqqəti təminat tədbiri barədə materialla birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-*)-**/**** saylı qərardadı ilə şikayət mümkün hesab edilmiş və apellyasiya qaydasında baxılması üçün təyin edilmişdir. Cavabdeh Cavabdeh “Elektron Məhkəmə” Informasiya Sistemində olan elektron kabinet vasitəsi ilə ərizə ünvanlayaraq, iddiaçı Ərizəçi ilə ailə münasibətlərini bərpa etdiklərini və birlikdə yaşadıqlarını bildirmişdir. Həmçinin iddiaçı Ərizəçi Rizvan qızı ilə nigahın pozulması, uşaq və aliment tələbinə dair iddiasının olmaması barədə Gəncə şəhər məhkəməsinə aidiyyəti ərizəni təqdim etmişdir. Odur ki, işə baxılması üçün əsaslar qalmamışdır. Ona görə də, onun şikayətinə baxılmamasını və icraata xitam verilməklə geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və ərizəni araşdıraraq hesab edir ki, cavabdeh Cavabdeh apellyasiya şikayətindən imtinası qəbul edilməli və şikayət üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, iş üzrə apellyasiya şikayətindən imtina ərizəsi “Elektron Məhkəmə” Informasiya Sistemində olan elektron kabinet vasitəsi ilə cavabdeh Cavabdeh tərəfindən məhkəmə kollegiyasına ünvanlanmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya şikayətindən imtinanın məhkəmə kollegiyası tərəfindən qəbul edilməsinə heç bir mane olan hal yoxdur. Buna görə də, iddiaçının apellyasiya şikayətindən imtina etməsi qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə görə apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cı maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 264, 369, 396, 398, 400 və 405-407-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh Cavabdeh Gəncə Şəhər Məhkəməsinin e-**(*-***)-***/**** saylı, ##.##.2026-ci il tarixli qəradadından verdiyi şikayətindən imtinası qəbul edilsin. Cavabdeh Cavabdeh münasibətdə şikayət üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardadan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar