Məhkəmə qərarları › İş №e-16(3-7)-68/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-7)-68/2026

26.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-16(3-7)-68/2026 26.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Ərizəçi Ərizəçi MMC-nin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: müvəqqəti təminat tədbiri barədə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və X3 ibarət tərkibdə, Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadından ərizəçi Ərizəçi MMC tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Ərizəçi Ərizəçi MMC Cavabdeh qarşı müvəqqəti təminat tədbirinin tətbiq olunmasını barədə ərizə ilə məhkəmə müraciət edərək, “Shafaqadogru.com” saytında ərizəçi Ərizəçi MMC barəsində yer almış məlumatların yayılmasının cavabdeh Cavabdeh və digər şəxslərə qadağan edilməsi barədə qərardad çıxarasını və qərardadı icra edilməsi üçün cavabdehlə yanaşı, aidiyyəti üzrə Azərbaycan Respublikasının Medianın Inkişaf Agentliyinə və Audiovizual Şuraya göndərilməsini xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadına əsasən ərizəçi Ərizəçi MMC-nin müvəqqəti təminat tədbiri barədə ərizəsi təmin edilməmişdir. ##.##.2026-cı il tarixdə Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)- **/**** nömrəli qərardadından «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə ərizəçi Ərizəçi MMC şikayəti məhkəməyə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, Ərizəçi MMC məhkəməyə müraciət edərək, “Shafaqadogru.com” saytında “Təkzib” başlığı altında, aşağıdakı məzmunda təkzib verilməsi vəzifəsinin cavabdeh Cavabdeh üzərinə qoyulması, iddiaçı Ərizəçi MMC-nin işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması nəticəsində iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi kimi 20.000 (iyirmi min) manatın, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 150 (bir yüz əlli) manat dövlət rüsumunun əvəzinin cavabdeh Cavabdeh iddiaçının xeyrinə tutulması, cavabdeh Cavabdeh tərəfindən “Shafaqadogru.com” saytında iddiaçı Ərizəçi MMC barəsində həqiqətə uyğun olmayan və onun işgüzar nüfuzunu ləkələyən məlumatların yayılmasına görə, saytın adından üzr istənilməsinə dair məlumat yerləşdirilməsi və həmin məlumatın yerləşdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddia tələbinin əsası ondan ibarətdir ki, ## #### 2026-cı il tarixdə saat, 13.20-də “Shafaqadogru.com” saytında, “ARKOZ" Sement Zavodunda işçilərin maaşı gecikdirilir? IDDIA başlıqlı yazı (məqalə) dərc edilmişdir. Həmin yazıda mənbəyi bəlli olmayan və “iddia edən” tərəfə istinadən, guya Ərizəçi MMC-də işçilərin əmək haqlarının süni şəkildə gecikdirilməsi, buna narazılıq edən əməkdaşların işdən uzaqlaşdırılması, onların yerinə isə qeyri-rəsmi ödəniş müqabilində yeni işçilərin işə qəbul edilməsi, habelə dövlət sifarişi əsasında həyata keçirilən bəzi layihələrdə mümkün nöqsanların və vəsaitlərin səmərəsiz xərclənməsi qeyd olunmuşdur; Həmçinin ## #### 2026- cı il tarixdə, saat 09:48-də “Shafaqadogru.com” saytında “X2 zavodunda maliyyə oyunları - Iddialar çoxalır” başlıqlı yazı dərc olunmuşdur. Sözügedən yazıda qeyd olunmuşdur: “... Heç bir dövlət siyasəti nəzərə alınmır, müqavilə əsasında qarşılıqlı ticarət edən sahibkarlar əsassız yerə incidilir. Belə ki, əvvəldən zavod standartları ilə işləyən sahibkarların ya müqavilələri pozulur, ya da alacaqlarını uzun müddətdir ala bilmədikləri üçün borcdan müflis olurlar. Bunu qəsdən edən qruplaşma (satınalma, dağ-mədən, təhlükəsizlik, kadrlar və hələ də ciddi sirr olaraq vəzifəsinin gizlədildiyi Nahid Salehov) alacaqlılardan ödəniş müqabilində pulun bir hissəsini özləri üçün tələb edirlər. Razılaşmayanlara “büdcədə olan kimi ödəniləcək” deyə ödəmədən boyun qaçırırlar.” Birinci yazıda heç bir əsasa söykənmədən Ərizəçi MMC-də işçilərin hüquqlarının kobud şəkildə pozulmasından (əmək haqlarının gecikdirilməsi, işçilərin qanunvericilikdə nəzərdə tutulmayan qaydada işdən azad edilməsi), habelə qeyri-rəsmi ödəniş (rüşvət) müqabilində yeni işçilərin işə qəbul edilməsindən bəhs edilir. Digər tərəfdən, yazıda absurd şəkildə, dövlət sifarişi əsasında həyata keçirilən layihələrdə mümkün nöqsanların və vəsaitlərin səmərəsiz xərclənməsi göstərilir (halbuki, iddiaçı hər hansı dövlət sifariş(lər)i yerinə yetirmir). Ikinci yazıda Ərizəçi MMC tərəfindən guyasahibkarların əsassız yerə incidilməsi, sahibkarların iddiaçıdan borclarını ala bilməməsi, sahibkarların çıxılmaz vəziyyətə salınması (guya müflis edilməsi) qeyd olunur. Bu qeydlər onu ifadə edir ki, guya iddiaçı öz tərəfdaşları ilə bağladığı müqavilələri birtərəfli qaydada pozmaqla, onları (sahibkarları) çıxılmaz vəziyyətə salır, ödənişləri gecikdirməklə sahibkarları fəaliyyətlərini dayandırmağa və ya iflasa məcbur edir. Bundan əlavə, yazıda yer almış “müəyyən qruplaşma tərəfindən borcların ödənilməsi üçün ödəniş istənilməsi” qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən müəyyən cinayətin (rüşvət alma) təkrar törədilməsinə eyham vurulur ki, bu isə bilə-bilə Ərizəçi MMC-nin səlahiyyətli şəxslərinə böhtan atılmasına dəlalət edir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçı barəsində əsassız, həqiqətə uyğun olmayan və onun işgüzar nüfuzuna ciddi şəkildə xələl gətirən məlumatlar yayımlanmışdır. Bu məlumatların xüsusilə, mediada yayımlanması və qeyrimüəyyən şəxslər dairəsinə çatması və bundan sonra da əlçatan olması Ərizəçi MMC-nin işgüzar nüfuzuna ciddi zərər vurmuşdur. Nəzərə alınmalıdır ki, Ərizəçi MMC nəinki ölkə ərazisində, o cümlədən digər ölkələrdə (Türkiyə, Gürcüstan və s.) də müəyyən nüfuza malikdir. Və həm ölkə daxilində, həm də ölkə hüdudlarından kənarda onun tərəfdaşları vardır. Bu mənada hər iki yazıda yer almış məlumatlar (işçilərin hüquqlarının pozulması, tərəfdaşların borclarını ala bilməməsi və s.) iddiaçının işgüzar nüfuzunu ləkələyən, onun barəsində mənfi rəy yaratmağa yönələn məlumatlar hesab olunmalıdır. Bundan başqa, "X1 Zavodu" MMC"müvəqqəti təminat tədbirinin tətbiqi haqqında" ərizə ilə məhkəməyə müraciət etmişvə hesab etmişdir ki, hüquqlarının qorunması və barəsində yayımlanmış məlumatların daha geniş həcmdə yayılmasının qarşısının alınması məqsədilə, həmin məlumatların yayılması cavabdehə və digər şəxslərə qadağan edilməlidir. Əks halda, gələcəkdə ərizəçinin hüquqlarının bərpası çətinləşəcək və ya mümkünsüz olacaqdır. Belə ki, “Shafaqadogru.com” saytında ərizəçi barəsində yer almış məlumatların yayılması genişlənə bilər ki, bu da ölkənin qərb regionunun ən iri şirkətlərindən biri olan ərizəçinin öz işçiləri, kontragentləri, habelə ölkədaxili və ölkədən kənarda yerləşən tərəfdaşları qarşısında nüfuzunun düşməsinə səbəb olacaqdır. Nəticədə, ərizəçinin işgüzar nüfuzuna daha böyük həcmdə zərər vurulacaqdır. Məhkəmə ərizəyə baxmış və onun rədd olunması barədə qərardad qəbul etmişdir. Hesab edirlər ki, məhkəmə işin hallarını, müvafiq məlumatların yayılmasının davam etdirilə biləcəyini nəzərə almamış, nəticədə qanunsuz və əsassız qərardad qəbul etmişdir. Qeyd edirik ki, cavabdeh iddiaçı barəsində həqiqətə uyğun olmayan, onun işgüzür nüfuzunu ləkələyən məlumatları hazırda da yaymaqda davam edir. Odur ki, Qazax Rayon Məhkəməsinin e-**(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin; 2. Ərizəçi MMC-nin "müvəqqəti təminattədbirinin tətbiq olunması barədə" ərizəsi təmin edilməklə, “Shafaqadogru.com” saytında ərizəçi barəsində yer almış məlumatların yayılmasının cavabdeh Cavabdeh və digər şəxslərə qadağan edilməsi barədə qərardad çıxarılmasını və qərardad icra edilməsi üçün cavabdehə, habelə aidiyyəti üzrə Azərbaycan Respublikasının Medianın Inkişaf Agentliyinə və Audiovizual Şuraya göndərilməsini xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və iş baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli, Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. (Azərbaycan Respublikasının MPM-in 157.1 və 157.2-ci maddələri). Azərbaycan Respublikasının MPM-in 157.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. Azərbaycan Respublikasının MPM-in 158.1.2-ci maddəsinin tələbinə əsasən, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edilə bilər. Azərbaycan Respublikasının MPM-in 158.1.3-cü maddəsinin tələbinə əsasən, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edilər bilər. Məhkəmə qeyd edir ki, müvəqqəti təminat tədbirinin əsas məqsədi cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaqdır. Bu mənada, müvəqqəti təminat tədbiri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbirdir və həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi ərizəçinin hüquqlarının qorunmasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Birinci instansiya məhkəməsi öz qərarında göstərmişdir ki, ərizəçi müvəqqəti təminat tədbiri qismində cavabdeh tərəfindən yayılmış məlumatların gələcəkdə yayılmasının qadağan edilməsini, habelə həmin məlumatların digər şəxslər tərəfindən yayılmasının da qadağan edilməsini xahiş etmişdir. Mübahisələndirilən məlumatlar artıq yayıldığından məhkəmə ərizəni təmin etməmişdir. Qeyd olunmalıdır ki, müvəqqəti təminat tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına söykənir. Müvəqqəti təminat tədbirinin məqsədi bu prezumpsiyaya uyğun müəyyən olunub və məqsəd qətnamənin gələcəkdə icrasını təmin etməkdən ibarətdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin ərizənin rədd edilməsi barədə mövqeyi əsaslıdır. Qeyd olunmalıdır ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2018-ci il tarixli Qərarından qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olubolmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Mütənasiblik prinsipi Insan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində möhkəmlənmiş və sonuncu tərəfindən “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya ilə nəzərdə tutulmuş hüquq və azadlıqların məhdudlaşdırılmasının mümkünlüyünün müəyyən edilməsi üçün aktiv şəkildə istifadə olunur. Avropa Məhkəməsi “Hakansson və Sturesson Isveçə qarşı” iş üzrə 1990-cı il ## ###### tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, müvəqqəti təminat tədbiri barədə ərizənin təmin edilməməsi qanunamüvafiq olmuşdur. Birinci instansiya məhkəməsinin ərizənin təmin edilməməsi barədə gəldiyi nəticə əsaslıdır. Məhkəmə Kollegiyası bar daha qeyd edir ki, müvəqqəti təminat tədbirinin həyata keçirilməsi üçün əsasların mövcud olduğunu təsdiq edən sübutları təqdim etmək vəzifəsi ərizəçinin üzərinə düşür. Baxılan işdə ərizəçi həmin təminat tədbirinin görülməsinin zəruriliyi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Odur ki, şikayət təmin edilməməli və mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.1.-ci maddəsinə görə qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir(MPM maddə 402.2 və 402.3). Ona görə də hazirki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 263, 264, 398.0.1, 399 və 402-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şikayət təmin edilməsin. Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar