Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-16(3-7)-74/2026 09.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Ərizəçi Ərizəçi cavabdeh maraqlı şəxs2 qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: Icraata xitam verilməsi haqqında qərarın qanuniliyinin yoxlanılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və Məmmədov Tural Nurulla oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli e-**(*-***)-***/**** nömrəli, icra sənədi üzrə Gəncə Şəhər üzrə Icra Idarəsinin icra məmuru, 1- ci dərəcəli ədliyyə qulluqçusu Şakir Şabanov tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli "Icraata xitam verilməsi haqqında" qərarının qanuniliyinin yoxlanılması barədə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadından Gəncə Şəhər üzrə Icra Idarəsinin və ərizəçi X3 tərəfindən verilmiş hər iki şikayətə yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli e-**(*-***)-***/**** nömrəli, qərardadı (hakim Orxan Dəmirli) ilə Ərizəçi ərizəsi qismən təmin edilmiş, Ərizəçi maraqlı şəxs2 qarşı uşaqla ünsiyyət tələbi barədə iddia ərizəsi verilənədək, Ərizəçi ##.##.2019-cu il təvəllüdlü X4 və ##.##.2021-ci il təvəllüdlü X1 ilə sərbəst qaydada görüşüb ünsiyyətdə olmaq hüququ təmin edilmiş, ünsiyyət qaydası hər həftənin şənbə günü saat 11:00-dan 16:00-dək təyin edilməsi, ünsiyyət hüququnun təmin edilməsi üçün ##.##.2019- cu il təvəllüdlü X4 və ##.##.2021-ci il təvəllüdlü X1 onun yaşayış yeri üzrə (Gəncə şəhəri, Ü.Hacıbəyli küçəsi, 4-cü döngə, bina 1, otaq 73) hər həftənin şənbə günü saat 11:00-da anası maraqlı şəxs2 tərəfindən atası Ərizəçi, həmin ünvanda, həmin gün saat 16:00-da isə atası Ərizəçi tərəfindən anası maraqlı şəxs2 təhvil verilməsi qərara alınmışdır. Gəncə şəhər Məhkəməsinin e-**(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı həmin gün dərhal icra edilməsi üçün Gəncə şəhər üzrə Icra Idarəsinə göndərilmişdir. Gəncə şəhər üzrə Icra Idarəsinin ##.##.2026-cı il tarixli icraata başlamaq haqqında qərarı “Elektron Məhkəmə” Informasiya Sisteminə daxil olmuşdur. Ərizəçi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli e-**(*-***)-***/**** nömrəli, qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli e-**(*-***)-***/**** nömrəli, qərardadı ilə ərizəçi Ərizəçi tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Daha sonra ##.##.2026-cı il tarixdə Gəncə Şəhər üzrə Icra Idarəsinin ##.##.2026-cı il tarixli “Icraata xitam verilməsi” barədə qərarı “Elektron Məhkəmə” Informasiya Sisteminə daxil olmuşdur. Birinci instansiya məhkəməsi “Icra Haqqında” Azərbaycan Respublikası Qanunun 20.4-cü maddəsinə əsasən Gəncə Şəhər Məhkəməsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli e-**(*- ***)-***/**** nömrəli, icra sənədi üzrə Gəncə Şəhər üzrə Icra Idarəsinin icra məmuru, 1-ci dərəcəli ədliyyə qulluqçusu Şakir Şabanov tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli "Icraata xitam verilməsi haqqında" qərarının qanuniliyin yoxlanılması məsələsinə baxmışdır. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli e-**(*-***)-***/**** nömrəli qərardadı ilə Gəncə Şəhər Məhkəməsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli e-**(*-***)-***/**** nömrəli, icra sənədi üzrə Gəncə Şəhər üzrə Icra Idarəsinin icra məmuru, Şakir Şabanov tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli "Icraata xitam verilməsi haqqında" qərarın ləğv edilməsi, həmin icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi Gəncə Şəhər üzrə Icra Idarəsinə həvalə edilməsi qərara alınmışdır. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadından Gəncə Şəhər üzrə Icra Idarəsinin nümayəndəsi, icra məmuru X7 və ərizəçi X3 tərəfindən verilmiş hər iki şikayətlər təmin edilməmiş və mülki iş baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, şikayətlərin dəlillərini, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, hər iki şikayət təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli e-**(*-***)-***/**** nömrəli qərardadı ilə Gəncə Şəhər Məhkəməsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli e-**(*- ***)-***/**** nömrəli, icra sənədi üzrə Gəncə Şəhər üzrə Icra Idarəsinin icra məmuru, Şakir Şabanov tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli "Icraata xitam verilməsi haqqında" qərarın ləğv edilməsi, həmin icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi Gəncə Şəhər üzrə Icra Idarəsinə həvalə edilməsinə dair qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. (Azərbaycan Respublikasının MPM-in 157.1 və 157.2-ci maddələri). Azərbaycan Respublikasının MPM-in 157.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. Azərbaycan Respublikasının MPM-in 157.6-cı maddəsinə görə müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Məcəllənin 157.7-ci maddəsinə görə məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Qeyd edilən müddəalarda müvəqqəti təminat tədbirinin tətbiq edilməsi əsasları və məqsədi göstərilmişdir. Müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinin əsas məqsədi, ərizəçinin hüquqlarının qorunmasından ötrü mövcud mübahisəli vəziyyətin, eləcə də, uşaqla ünsiyyət tələbi barədə iddia ərizəsi verilənədək, iddianın təmin ediləcəyi halda, mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını çətinləşdirən və ya qeyri-mümkün edən halların aradan qaldırılmasından ibarətdir. Çünki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Azərbaycan Respublikasının MPM-in 159.1-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan ayrıca icraatda baxılır. Məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti təminat tədbirinin əsas məqsədi cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaqdır. Bu mənada, müvəqqəti təminat tədbiri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbirdir və həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi ərizəçinin hüquqlarının qorunmasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi - Ərizəçi maraqlı şəxs2 qarşı uşaqla ünsiyyət tələbi barədə iddia ərizəsi verilənədək, Ərizəçi ##.##.2019-cu il təvəllüdlü X4 və ##.##.2021-ci il təvəllüdlü X1 ilə sərbəst qaydada görüşüb ünsiyyətdə olmaq hüququ təmin edilmiş, ünsiyyət qaydası hər həftənin şənbə günü saat 11:00-dan 16:00-dək təyin edilməsi, ünsiyyət hüququnun təmin edilməsi üçün ##.##.2019- cu il təvəllüdlü X4 və ##.##.2021-ci il təvəllüdlü X1 onun yaşayış yeri üzrə (Gəncə şəhəri, Ü.Hacıbəyli küçəsi, 4-cü döngə, bina 1, otaq 73) hər həftənin şənbə günü saat 11:00-da anası maraqlı şəxs2 tərəfindən atası Ərizəçi, həmin ünvanda, həmin gün saat 16:00-da isə atası Ərizəçi tərəfindən anası maraqlı şəxs2 təhvil verilməsi - nəticəsinə düzgün olaraq gəlmişdir. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin - Gəncə Şəhər Məhkəməsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli e-**(*-***)-***/**** nömrəli, icra sənədi üzrə Gəncə Şəhər üzrə Icra Idarəsinin icra məmuru, 1-ci dərəcəli ədliyyə qulluqçusu Şakir Şabanov tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli "Icraata xitam verilməsi haqqında" qərarının qanuniliyin yoxlanılması məsələsinə baxılmasında və həmin qərarın ləğv edilməsində mövqeyi əsaslı olmuşdur. Belə ki, işdə olan borclu X2 tərəfindən maraqlı şəxs1nə ünvanlanmış ##.##.2026-cı il tarixli ərizədən görünür ki, ##.##.2026-cı il tarixində o, uşağları ataya təhvil vermişdir. Lakin görüş müddəti bitdikdən sonra uşaqlar ona geri qaytarılmamışdır. Işdə olan ##.##.2026-cı il və ##.##.2026-cı il tarixli borclunun axtarışı barədə qərarın surətindən görünür ki, X4 və X1 barəsində axtarış elan edilmişdir. Qərarların icrası Gədəbəy Rayon Polis Şöbəsinə və Gəncə Şəhər 2-ci Polis Şöbəsinə həvalə edilmişdir. Gəncə şəhər üzrə Icra Idarəsinin ##.##.2026-cı il tarixli qərarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli e-**(*-***)-***/**** nömrəli, icra sənədinin icrasına xitam verilmişdir. Işdə olan ##.##.2026-cı il tarixli məktublardan görünür ki, maraqlı şəxs1 tərəfindən Gədəbəy Rayon Polis Şöbəsinə və Gəncə Şəhər 2-ci Polis Şöbəsinə müraciət edilərək axtarış işlərinə xitam verilməsi xahiş olunmuşdur. Qeyd olunmalıdır ki, müvəqqəti təminat tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına söykənir. Müvəqqəti təminat tədbirinin məqsədi bu prezumpsiyaya uyğun müəyyən olunub və məqsəd qətnamənin gələcəkdə icrasını təmin etməkdən ibarətdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2018-ci il tarixli Qərarından qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olubolmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Mütənasiblik prinsipi Insan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində möhkəmlənmiş və sonuncu tərəfindən “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya ilə nəzərdə tutulmuş hüquq və azadlıqların məhdudlaşdırılmasının mümkünlüyünün müəyyən edilməsi üçün aktiv şəkildə istifadə olunur. Avropa Məhkəməsi “Hakansson və Sturesson Isveçə qarşı” iş üzrə 1990-cı il ## ###### tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Müvəqqəti təminat tədbirinin daha bir xüsusi əlaməti də MPM-nin 157.7-ci maddəsində nəzərdə tutulan tətbiq edələcək təminat tədbirinin müvəqqəti xarakter daşıması və işi mahiyyəti üzrə qabaqcadan həll etməməsindən ibarətdir. Bu əlamət tələb edilən təminat tədbirinin iddia tələbi ilə eyni olması xüsusiyyətini aradan qaldırır. Yəni, müvəqqəti təminat tədbirinin təmin edilməsi işin hərtəfli araşdırılmadan (çəkişmə prinsipinə əməl etmədən, tərəflər dinlənilmədən, sübutlar toplanılmadan və qiymət verilmədən və s.) iddianın əvvəlcədən təmin edilməsi anlamına gəlmir. Bundan başqa, “Icra Haqqında” Azərbaycan Respublikası Qanunun 20.4-cü maddəsinə əsasən icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. “Icra Haqqında” Azərbaycan Respublikası Qanunun 20.6-ci maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. “Icra Haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Məhkəmə kollegiyasının araşdırması və işin faktiki halları ilə müəyyən edilmişdir ki, baxılan işdə, Gəncə şəhər üzrə Icra Idarəsinin icra məmuru tərəfindən ##.##.2026-cı il tarixdə qəbul edilmiş "icraata xitam verilməsi" barədə qərar qanunun tələblərinə uyğun olmamışdır. Yuxarıda qeyd olunduğu kimi, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbiri tətbiq edilmiş, uşaqların hər həftənin şənbə günü saat 11:00-dan 16:00-dək ataları ilə ünsiyyətdə olması və həmin müddət başa çatdıqdan sonra yenidən anaya təhvil verilməsi müəyyən edilmişdir. Işdə olan borclu maraqlı şəxs2 tərəfindən verilmiş ##.##.2026-cı il tarixli ərizəsi ilə icra orqanına müraciət edərək uşaqları müəyyən edilmiş vaxtda ataya təhvil verdiyini, lakin görüş müddəti başa çatdıqdan sonra uşaqların ona geri qaytarılmadığını bildirmişdir. Bu əsasla icra məmuru tərəfindən ata və uşaqlar barəsində axtarış elan edilmişdir. Göründüyü kimi, məhkəmə qərardadı ilə müəyyən edilmiş öhdəliklər tam və lazımi qaydada icra edilməmiş, uşaqlar geri qaytarılmamışdır. Bu işin mübahisə olunmayan halıdır. Icra məmuru isə əsassız olaraq "icraata xitam verilməsi" barədə qərar qəbul etmişdir. Halbuki, "Icra haqqında" Qanunun 20.1.5-ci maddəsinə əsasən icraata yalnız icra sənədi tam icra olunduqda xitam verilə bilər. Hazırkı halda isə icra sənədinin tələblərinin tam icra olunmadığı, əksinə, uşaqların müəyyən edilmiş vaxtda anaya qaytarılmaması ilə bağlı icra tədbirlərinin görülməsinin zəruriliyi iş materialları ilə təsdiq olunur. Qanunvericiliyə əsasən, müvəqqəti təminat tədbirinin əsas məqsədi cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaqdır. Bu mənada, müvəqqəti təminat tədbiri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbirdir və həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi ərizəçinin hüquqlarının qorunmasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. "Icra haqqında" Qanunun 20.4 və 20.5-ci maddəsinə əsasən, icra məmurunun icraata xitam verilməsi barədə qərarı məhkəmə tərəfindən on gün müddətində qanunauyğunluq baxımından yoxlanıla bilər. Birinci instansiya məhkəməsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli e-**(*-***)-***/**** nömrəli - icra sənədi üzrə Gəncə Şəhər üzrə Icra Idarəsinin icra məmuru, Şakir Şabanov tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli "Icraata xitam verilməsi haqqında" qərarin ləğv edilməsində mövqeyi əsaslı olmuşdur. Məhkəmə kollegiyası işi qabaqcadan mahiyyəti üzrə həll etmədən, iş materiallarını tədqiq edərək qeyd edir ki, müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizədə MPM-in 157.5-ci maddəsində nəzərdə tutulmuş tələbə uyğun olaraq, iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu və müvəqqəti təminat tədbiri tətbiq edilmədiyi halda mövcud vəziyyətin ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı dərəcədə dəyişməsi ehtimalı əsaslandırılmışdır. Həmçinin, hazırki ərizəsində sözügedən iddiasının uğurluluğu ilə bağlı ərizəçi tərəfindən özü-özlüyündə əsaslandırılmış mövqe təqdim olunmuşdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün qiymət vermişdir. Ona görə də, Gəncə Şəhər Məhkəməsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli e-**(*- ***)-***/**** nömrəli, icra sənədi üzrə Gəncə Şəhər üzrə Icra Idarəsinin icra məmuru, 1- ci dərəcəli ədliyyə qulluqçusu Şakir Şabanov tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli "Icraata xitam verilməsi haqqında" qərarının qanuniliyinin yoxlanılması barədə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadından Gəncə Şəhər üzrə Icra Idarəsinin nümayəndəsi və ərizəçi X3 tərəfindən verilmiş hər iki şikayət təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.1.-ci maddəsinə görə qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir(MPM maddə 402.2 və 402.3). Ona görə də hazirki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır Məhkəmə kollegiyası şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 157- 159, 160.1, 263, 264, 398.0.1, 399 və 402-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Gəncə Şəhər üzrə Icra Idarəsinin nümayəndəsi və ərizəçi X3 tərəfindən verilmiş hər iki şikayət təmin edilməsin. Iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-16(3-7)-74/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-7)-74/2026
09.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver