Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-16(3-7)-75/2026 07.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X3 ibarət tərkibdə, Şəmkir Rayon Məhkəməsinin “müvəqqəti təminаt tədbirinin görülməsi” bаrədə e-**(*-***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh(bundan sonra- cavabdeh) tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi(bundan sonra- ərizəçi) “müvəqqəti təminat tədbirinin tətbiqi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə qarşı “nikahın pozulması, uşağın himayədə saxlanması və aliment tələbinə dair” iddiası məhkəmədə baxılıb nəticə verilənə kimi cavabdehlə birgə nikahlarından doğulmuş ##.##.2019-cu il təvəllüdlü Fariz və ##.##.2025-ci il təvəllüdlü Alya adlı uşağın saxlanması üçün cavabdehdən hər ay hər bir uşaq üçün 300 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehə qarşı məhkəmədə “nikahın pozulması, uşağın himayədə saxlanması və aliment tələbinə dair” iddia qaldırmışdır. Hazırda iddia tələbi məhkəmənin icraatındadır. İddiaçı cavabdeh ilə 2018-ci il tarixdə faktiki olaraq ailə qurmuş, nikahlarını 2020-ci ilin yanvar ayının 7-də rəsmi qeydə aldırmışlar. Birgə nikahlarından ##.##.2019-cu il təvəllüdlü X1 və ##.##.2025-ci il təvəllüdlü X2 olmaqla iki uşaqları doğulmuşdur. Əvvəl münasibətləri normal olsa da, sonradan münasibətləri pozulmuşdur. Bu səbəbdən faktiki olaraq ayrı yaşayır və nikahlarını bərpa etmək fikirləri yoxdur. Uşaqları azyaşlıdır, onların ehtiyaclarını ödəməkdə çətinlik çəkir, cavabdeh isə uşaqlarının saxlanması üçün heç bir maddi yardım göstərmir. Cavabdehin maddi imkanı kifayət qədər yaxşıdır. Tələb olunan məbləği ödəmək onun maddi imkanı daxilindədir. Şəmkir Rayon Məhkəməsinin(bundan sonra- Rayon Məhkəməsi) ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, iddiaçı Ərizəçi cavabdeh Cavabdeh qarşı məhkəmənin icraatında olan “nikahın pozulması, uşağın himayədə saxlanması və aliment tələbinə” dair mülki iş üzrə iddiasına baxılıb yekun qərar qəbul edilənədək ##.##.2019-cu il təvəllüdlü Fariz və ##.##.2025-ci il təvəllüdlü Ayla adlı uşaqların saxlanılması üçün, hər ay, hər bir uşağa görə ölkə üzrə minimum əmək haqqı məbləğinin 0,50 misli həddində sabit pul məbləğində alimentin ##.##.2026-cı il tarixdən başlayaraq Cavabdeh tutularaq Ərizəçi ödənilməsi qərara alınmışdır. Rayon Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə hazırki mərhələdə aliment tələbini qismən əsaslı hesab edir. Belə ki, hazırda uşaqlar atasından ayrı olmaqla anası ilə birlikdə yaşayır və onlar yetkinlik yaşına çatmamışdır. Cavabdeh olan ata isə uşaqların saxlanılması üçün maddi köməklik göstərmir. Odur ki, uşaqların saxlanılması və təminatı valideynlərin vəzifəsidir. Ailə Məcəlləsinin 78.1 və 78.2–ci maddələrinin tələbinə görə əgər aliment verəcək şəxsin qazancı və gəliri yoxdursa alimentin miqdarı tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq digər hallar nəzərə alınmaqla, eyni zamanda uşağın əvvəlki təminat səviyyəsini mümkün qədər saxlamaq şərti ilə sabit pul məbləğində müəyyən olunur. Hazırki mərhələdə tərəflər qazanc və ya gəlirləri barədə heç bir sübut təqdim etməmişlər. Belə şəraitdə məhkəmə uşağın anasının yanında qalmasını nəzərə alaraq, alimentin miqdarını hər ay bir uşaq üçün ölkə üzrə minimum əmək haqqı məbləğinin 0,50 misli həddində (400x0,50=200 manat) müəyyən etməyi məqsədə müvafiq hesab edir. Cavabdeh həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin iştirakını təmin etmədən, heç bir araşdırma aparmadan, birtərəfli qaydada qərar qəbul etmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə görə müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 101.1-ci maddəsinə əsasən, məhkəmənin aliment tutulması barədə çıxardığı qətnamə qanuni qüvvəyə minənədək (uşaqlar üçün aliment tutularkən məhkəmənin aliment tutulması barədə qətnaməsi çıxarılanadək) məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada alimentin müvəqqəti tutulmasını qət edə bilər. Məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Yetkinlik yaşına çatmayanlar üçün alimentin miqdarı bu Məcəllənin 76-cı maddəsinə uyğun müəyyən edilir(maddə 101.2). Qanunun mənasına görə müvəqqəti təminat tədbirləri görmək üçün əsas, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi qənaətidir. İş materialları ilə müəyyən edilir ki, ərizəçinin cavabdehlə birgə nikahında doğulmuş iki uşaq ərizəçinin himayəsindədir. Ailə Məcəlləsinin yuxarıda qeyd olunan normalarından görünür ki, müvəqqəti aliment müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyəti nəzərə alınmalıdır. Məhkəmə izah edir ki, müvəqqəti təminat tədbiri iddianın əsaslı olmasına deyil, onun təmin ediləcəyi ehtimalına əsaslanır və həmin məsələnin həlli zamanı iddianın əsaslığı deyil, müvəqqəti təminat tədbiri tətbiq edilmədən ərizəçinin hüquqlarının qorunmasına maneə törədə biləcək hallar araşdırılır. Əks yanaşma isə prosessual qanunvericiliyin tələblərinə ziddir. Belə ki, iddianın əsaslı olub-olmaması yalnız Mülki Prosessual Məcəllənin 9-cu maddəsində təsbit olunmuş prinsiplərə riayət edilməklə, yəni çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında müəyyən edilə bilər. Mülki Prosessual Məcəllənin 159.1-ci maddəsində isə təsbit olunmuşdur ki, müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan, lakin sonrakı iş günündən gec olmayaraq ayrıca icraatda baxılır. Belə olan halda hesab edilməlidir ki, Rayon Məhkəməsi “müvəqqəti təminat tədbirinə dair ərizənin təmin edilməsi” barədə qərardad qəbul etməkdə və həmin qərardaddan cavabdehin verdiyi şikayəti təmin etməməkdə haqlı olmuşdur. Şikayətin dəlilləri əsassızdır. Qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, Məhkəmə, Mülki Prosessual Məcəllənin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDI: Cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin “müvəqqəti təminаt tədbirinin görülməsi” bаrədə e-**(*-***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-16(3-7)-75/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-7)-75/2026
07.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver