Məhkəmə qərarları › İş №e-16(3-7)-79/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-7)-79/2026

27.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-16(3-7)-79/2026 27.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi MMC-nin cavabdeh Cavabdeh qarşı müvəqqəti təminat tədbirinin görülməsinə dair iş üzrə QƏRARDADİ Açar sözlər: Ərizəyə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və X2 ibarət tərkibdə, Müəyyən etdi: Ərizəçi Ərizəçi MMC Cavabdeh qarşı müvəqqəti təminat tədbirinin tətbiq olunmasını barədə ərizə ilə məhkəmə müraciət edərək, “Shafaqadogru.com” saytında ərizəçi Ərizəçi MMC barəsində yer almışməlumatların daha geniş həcmdə yayılmasının, yəni həmin məlumatların digər şəxslərə, habelə media və media subyektlərinə ötürülməsinin, o cümlədən həmin məlumatların yenidən yayımlanmasının (sözügedən məlumatlara istinadən və (və ya) eyni məzmun kəsb edən məlumatlar daxil olmaqla) cavabdeh Cavabdeh və digər şəxslərə qadağan edilməsi barədə qərardad çıxarasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadına əsasən ərizəçi Ərizəçi MMC-nin müvəqqəti təminat tədbiri barədə ərizəsi geri qaytarılmışdır. ##.##.2026-cı il tarixdə ##.##.2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadından «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə ərizəçi Ərizəçi MMC şikayəti Qazax Rayon Məhkəməsinə daxil olmuşdur. Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinə əsasən işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 361-ci maddəsinin tələblərinin yoxlanılması üçün geri qaytarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması və məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardaddan şikayət verilməsinə görə 50 manat məbləğində dövlət rüsumu ödənilir. Belə olan halda kollegiya hesab edir ki, ərizəçi Ərizəçi MMC şikayətin verilməsinə görə 50 (əlli) manat dövlət rüsumu ödəməli idi. Lakin, sonuncu tərəfindən dövlət rüsumu ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 361.3-cü maddəsinə əsasən, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Azərbaycan Respublikasının MPM-in 363.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, ərizəçi Ərizəçi MMC “AZEMIS” Elektron Məhkəmə Informasiya Sistemi vasitəsilə verilmiş şikayət üçün tələb olunan dövlət rüsumu ödənilməmiş, birinci instansiya məhkəməsi isə şikayəti Azərbaycan Respublikasının MPM-in 361-ci və 363.1.2-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Buna görə də şikayət Azərbaycan Respublikasının MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Azərbaycan Respublikasının MPM-in 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10, 263, 264, 363.1.5 və 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-**(*-***)-**/**** nömrəli qərardadından ərizəçi Ərizəçi MMC tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və şikayətin geri qaytarılması üçün mülki işlə birlikdə Qazax Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar