Məhkəmə qərarları › İş №e-16(3-8)-100/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-8)-100/2026

15.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-16(3-8)-100/2026 15.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Quliyev Ismayıl Rza oğlu və X1 ibarət tərkibdə, ərizəçi1 müvəqqəti təminat tədbirinə dair ərizəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-**/**** nömrəli qərardadından maraqlı şəxs Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında tərəflərin iştirakı olmadan baxaraq MÜƏYYƏN ETDI:

1. Iddiaçı ərizəçi1 cavabdeh Cavabdeh X2rşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 63273,22 (altmış üç min iki yüz yetmiş üç manat iyirmi iki qəpik) manat məbləğində borcun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. ərizəçi1 “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında” ərizə ilə məhkəməyə müraciət edərək işə mahiyyəti üzrə baxılıb yekun qətnamə qəbul edilənədək, cavabdeh Cavabdeh X3 əmlakları üzərinə, o cümlədən bank hesablarındakı pul vəsaitlərinin üzərinə iddia tələbi həddində, yəni 63273,22 manat məbləğində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmiş, Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə ərizənin qismən təmin edilməsi, müvəqqəti təminat tədbiri olaraq maraqlı şəxs Cavabdeh X3 bank hesablarının üzərinə işçilərin əmək haqlarının və məcburi dövlət ödənişlərinin (vergi, sosial, kommunal və s.) ödənilməsinə məhdudiyyət qoyulmadan tərəflər arasında mübahisə predmeti olan 63273,22 (altmış üç min iki yüz yetmiş üç manat iyirmi iki qəpik) manat əsas borc həcmində həbs qoyulması, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmış, ərizə qalan hissədə təmin edilməmişdir.

3. Maraqlı şəxs Cavabdeh ASC Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsi və ərizənin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

4. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəçi1 eyni mübahisə üzrə tələbi Sumqayıt Kommersiya Məhkəməsində tam araşdırılmış və əsassız olduğuna görə təmin edilməmişdir. Belə ki, ərizəçi1 Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona gördüyü işlərə görə 18544 manat məbləğində vəsaitin ödənilmədiyini iddia edərək həmin pulun ödənilməsi barədə iddia tələbi ilə ## ###### 2025-ci il tarixdə məhkəməyə müraciət etmiş, məhkəmə prosesində Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ona 63273,22 manat borcu olduğunu bildirmişdir. Həmin məhkəmə prosesində tərəflərin məhkəməyə təqdim etdiyi, ərizəçi1 özünün də imzaladığı aktlarla və digər sübutlarla də təsdiq olundu ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ərizəçi1 borcu yoxdur, onun tələbi tamamilə əsassızdır və absurddur. ərizəçi1 qeyri-səmimi davranaraq pul tələbinin həcmini artırarmaqla eyni mübahisə üzrə yenidən məhkəməyə müraciət etməsi anlaşılan deyildir. Göstərilənlərə əsasən işin icraatına xitam verilməlidir. Belə ki, eyni əsaslarla həmin mübahisə məhkəmədə araşdırma aparılaraq müvafiq qətnamə qəbul edilmişdir.

5. Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

6. Ərizəçi şikayətə etiraz təqdim edərək göstərmmişdir ki, maraqlı şəxs “xxxx” ASC-nin şikayəti tamamilə əsassızdır və məhkəməni yanıltmağa yönəlmişdir. Belə ki, cavabdeh tərəfindən istinad edilən Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi eyni tərəflər arasında mövcud olan münasibətlərə dair olsa da, hazırki iddia tələbinin predmeti və iddia üzrə əsaslar eyni deyildir. Belə ki, qeyd edilən kommersiya işi üzrə icraat iddiaçı ərizəçi1 cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 18544 (on səkkiz min beş yüz qırx dörd) manat məbləğində qalıq borc, müqavilə şərtlərinin pozulması nəticəsində 5 aylıq müddət üçün əldən çıxmış fayda kimi hesablanmış 12500 (on iki min beş yüz) manat məbləğində maddi zərər olmaqla, ümumilikdə 31044 (otuz bir min qırx dörd) manat məbləğində vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi ilə bağlı olmuşdur. Həmin iş üzrə iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (podratçı) ilə cavabdeh (sifarişçi) arasında podrat müqaviləsi bağlanılmışdır. Müqavilənin şərtlərinə əsasən iddiaçı cavabdehin tapşırığı üzrə müəyyən edilmiş təmir - tikinti işlərini yerinə yetirməyi, cavabdeh isə görülmüş işlərin dəyərini razılaşdırılmış qaydada və müddətdə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə razılaşdırılmış qiymətlərə əsasən görülən təmir-tikinti işlərinin 1 kv.m-nin dəyəri 30 (otuz) manat, 1 p/m-nin dəyəri isə 15 (on beş) manat müəyyən edilmişdir. Müqavilə müddətində podratçı tərəfindən öhdəliklər tam şəkildə icra edilərək ona həvalə edilmiş işlər tam, keyfiyyətli və vaxtında yerinə yetirilmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini pozaraq razılaşdırılmış ölçü vahidlərinə uyğun xidmət haqqını tam həcmdə ödəməmiş, nəticədə cavabdehin iddiçıya 18544 (on səkkiz min beş yüz qırx dörd) manat məbləğində ödənilməmiş qalıq borcu yaranmışdır. Belə ki, 2026-cı ilin mart ayına qədər olan son 3 aylıq ödənişlərdə ləngimə yaşanmış, həmin dövrlər üçün qiymət razılaşdırma protokolu cavabdeh “xxxx” ASC tərəfindən təqdim edilməmişdir. Lakin digər təhvil-təslim aktlarından görünmüşdür ki, əvvəl görülmüş işlərdə görülmüş işlərin 1 kv.metr sahəsinin qiyməti 26 manat əvəzinə 30 manat, 13 manat əvəzinə isə 15 manat məbləğdən hesablanmaqla ödənilmişdir. Daha sonra tərəflər arasında ## #### 2025-ci il tarixli görülmüş işlərin təhvil-təslim aktını imzalanmış, həmin aktda 1 kv.m sahəsinin qiyməti 26 manat və 13 manat qeyd edildiyindən iddiaçı ərizəçi1 ödənilməli olan ödəniş 18544 manat əksik qeyd edilmişdir. Bununla bağlı dəfələrlə cavabdeh “xxxx” ASC-yə müraciət edilməsinə baxmayaraq həmin fərq nəzərə alınmamış, iddiaçıya həmin fərq olan 18544 manat vəsaitin könüllü şəkildə ödənilməsi təmin edilməmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) ərizəçi1 tərəfindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “pul tələbi” tələbi barədə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Hazırda Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan e-*-*(*-**)-***/**** saylı iş üzrə iddia tələbi isə tərəflər arasında imzalanmış ##.##.2024-cü il tarixli, **** saylı və ##.##.2025-ci il tarixli **** nömrəli podrat müqavilələrə əsasən yaranmış 63.273,22 manat məbləğində borc məbləğinin, hüquqi xidmət müqabilində ödənilmiş 1000 manat hüquqi xidmət haqqının cavabdeh “xxxx” ASC-dən tutularaq iddiaçı ərizəçi1 ödənilməsi barədə qətnamə qəbul edilməsi ilə bağlıdır. Iddia ərizəsinə əlavə edilmiş təhvil təslim aktları və son hesablaşma aktlarından aydın olur ki, görülmüş işlərin müqabilində cavabdeh “xxxx” ASC tərəfindən ərizəçi1 ödənilməli olan məbləğ 156.540,4 manat təşkil edir. Lakin, cavabdeh tərəfindən cəmisi 93.267,18 manat ödənilmiş, ödənilməli olan məbləğin 63.273,22 manat hissəsi bugünədək cavabdeh tərəfindən iddiaçıya ödənməmişdir. Qeyd olunan hallar təhviltəslim aktları, son hesablaşma aktları və Fortuna” V ASC tərəfindən ərizəçi1 edilən ödənişlərin siyahısına dair “xxxx” ASC-nin ##.##.2026-cı il çıxarışı ilə öz təsdiqini tapır ki, həmin sənədlər iddia ərizəsinə, həmçinin müvəqqəti təminat tədbirinin görülməsi barədə ərizəyə əlavə olunmuşdur və iş materiallarında öz əksini tapır. Qeyd olunanlardan aydın olur ki, ərizəçi1 tərəfindən Sumqayıt Kommersiya Məhkəməsinə verilmiş iddia ərizəsi və müvəqqəti təminat tədbirinin görülməsinə dair ərizə eyni cavabdeh “xxxx” ASC-yə qarşı qaldırılmış olsa da, hazırki iddia tələbinin predmeti və əsasları tamamilə fərqlidir. Aydındır ki, cavabdeh tərəfindən Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli nömrəli qərardadı tamamilə əsaslı və qanunauyğundur.. Qeyd olunanlara əsasən ərizəçi şikayətin rədd edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 157. Müvəqqəti təminat tədbirlərinin tətbiqi 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Maddə 159. Müvəqqəti təminat tədbirləri haqqında ərizəyə baxılması 159.1. Müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan ayrıca icraatda baxılır. Maddə 163. Müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardaddan şikayət verilməsi 163.1. Müvəqqəti təminat tədbirləri üzrə bütün qərardadlardan şikayət vermək olar. 163.2. Müvəqqəti təminat tədbiri haqqında qərardad şikayət verən şəxsə xəbər verilmədən çıxarılmışsa, şikayət vermək müddəti həmin qərardadın ona məlum olduğu gündən hesablanır. 163.3. Müvəqqəti təminat tədbiri haqqında qərardaddan şikayət verilməsi həmin qərardadın icrasını dayandırmır. 163.4. Müvəqqəti təminat tədbirini ləğv etmək haqqında və yaxud müvəqqəti təminat tədbirinin bir növünü digəri ilə əvəz etmək haqqında qərardaddan şikayətin verilməsi qərardadın icrasını dayandırır. Maddə 397. Apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətə baxılması müddəti və qaydası 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək;

8. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ## #### 2018-ci il tarixli Qərarı Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:

9. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

10. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ## #### 2018-ci il tarixli Qərarında qeyd olunur ki, MPM-in 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Iş materiallarından görünür ki, Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli iddia ərizəsi icraata götürülərək, məhkəmə icraatı mümkün hesab edilmişdir. Beləliklə hazırkı müvəqqəti təminat tədbirinin tətqbiq edilməsinə dair ərizənin verilməsinə əsas olmuş iş hazırda məhkəmənin icraatındadır.

11. Şikayətdə qeyd olunan dəlillərə münasibətdə isə kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş hansı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olması göstərilmir. Lakin həmin maddənin mənasından aydın olur ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyrimümkün edə bilər.

12. Hazırki iş üzrə birinci instansiya məhkəməsi iddia ərizəsini və məhkəməyə təqdim olunan ilkin sübutları nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddiaçının tələbi müqavilə üzrə ödənilməmiş 63273,22 (altmış üç min iki yüz yetmiş üç manat iyirmi iki qəpik) manat məbləğində borcun tutulması ilə bağlıdır və iddia təmin olunduğu təqdirdə həmin məbləğin könüllü ödənilməyəcəyi qənaətinə gəlmək üçün əsaslar vardır. Buna görə məhkəmə hesab etmişdir ki, ərizə qismən təmin edilməli, ərizəçinin hüquqlarının qorunmasını təmin etmək məqsədilə müvəqqəti təminat tədbiri olaraq maraqlı şəxs Cavabdeh X3 bank hesablarının üzərinə işçilərin əmək haqlarının və məcburi dövlət ödənişlərinin (vergi, sosial, kommunal və s.) ödənilməsinə məhdudiyyət qoyulmadan tərəflər arasında mübahisə predmeti olan 63273,22 (altmış üç min iki yüz yetmiş üç manat iyirmi iki qəpik) manat borc həcmində həbs qoyulmalıdır.

13. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. Birinci instansiya məhkəməsi bu prinsipi nəzərə almaqla haqlı olaraq maraqlı şəxsin hüquqlarının və fəaliyyətinin əsassız olaraq qeyri-mütənasib şəkildə məhdudlaşdırılmasına səbəb ola biləcəyindən ərizəni “xxxx” X2 məxsus digər əmlakların üzərinə həbs qoyulması hissəsində təmin etməmişdir.

14. Konstitusiya Məhkəməsi Plenumunun qənaətinə görə, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: - bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; - bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; - tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Konstitusiyanın 127-ci maddəsinin II hissəsinin, Mülki Prosessual Məcəllənin 157 və 158ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.

15. Kolegiya qeyd edir ki, iddiaçının hazırkı və əvvəlki tələblərinin eyni olub-olmamasının müəyyən edilməsi və işin hazırkı mərhələsində tərəflər arasındakı mübahisənin xarakterinin tam qiymətləndirilməsi iddia ərizəsinə mahiyyəti üzrə baxılması nəticəsində mümkün olacağından və şikayətdə qeyd olunan dəlillər Mülki Prosessual Məcəllədə və Konstitusiya Məhkəməsinin müvafiq Plenum Qərarında müvəqqəti təminat tədbirlərinin təbiətinə dair müddəalarına zidd olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadaı dəyişdirilmədən saxlanılmalıdır.

16. Eyni zamanda qeyd olunmalıdır ki, şikayət müəllifi müvafiq əsaslar yarandıqda qərardadla təyin edilmiş müvəqqəti təminat tədbirlərinin tətbiqi nəticəsində ona zərər vurulması qənaətində olarsa, Mülki Məcəllənin 21-ci və Mülki Prosessual Məcəllənin 164-cü maddələrinin tələbləri baxımından həmin zərərin əvəzini ərizəçidən müəyyən olunmuş qaydada tələb etmək hüququna malikdir. MPM-in 164-cü maddəsinə əsasən işi mahiyyəti üzrə həll edən məhkəmə aktı qüvvəyə mindikdən sonra, habelə məhkəmədə iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardad qəbul edildikdə, lakin iddia ərizəsi bu Məcəllənin 157.4-cü maddəsində müəyyən edilmiş müddətdə verilmədikdə maraqlı şəxslər məhkəmə tərəfindən təyin edilmiş müvəqqəti təminat tədbirlərinin tətbiqi nəticəsində vurulmuş zərəri məhkəmə qaydasında tələb etməyə haqlıdır.

17. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA A L D İ:

Şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar