Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-16(3-8)-101/2026 06.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Ərizəçilər ərizəçi3 MMC, ərizəçi1 MMC və ərizəçi2 tərəfindən verilmiş müvəqqəti təminat tədbiri barədə ərizəyə dair iş üzrə (müvəqqəti təminat tədbiri - əmlakdan istifadəyə yaradılan bütün növ maneələrin qadağan edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin e-**(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh cavabdeh2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
1. Ərizəçi ərizəçi3 MMC müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh2, cavabdeh3, cavabdeh1 və onların tapşırığı, sifarişi, göstərişi və ya iştirakı ilə hərəkət edən istənilən digər şəxslərə ərizəçi1 MMC və ərizəçi3 MMC-nin faktiki istifadə etdiyi ərizəçi2 məxsus olan və Abşeron rayon Saray qəsəbəsi ünvanında yerləşən ofis və anbar ərazisinə daxil olmaq, hasarı, qapıları, tikililəri və digər konstruksiyaları sökmək, dəyişdirmək, zədələmək və ya ərazidə hər hansı müdaxilə xarakterli hərəkətlər etməyin qadağan edilməsi, əsas iddia ərizəsi verilənədək və ya məhkəmə tərəfindən müəyyən ediləcək müddət ərzində həmin ərazidə mövcud faktiki vəziyyətin saxlanılması barədə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi, cavabdehlərə və onların cəlb etdiyi şəxslərə ərizəçilərin ofis, anbar, mal-material, avadanlıq, sənəd və digər əmlakına müdaxilə etməyin qadağan olunması, cavabdehlərə və onların cəlb etdiyi şəxslərə şirkətlərin işçilərinin, nümayəndələrinin və mühafizəçilərinin həmin əraziyə girişçıxışına və normal fəaliyyətinə maneçilik törətməyin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra, ərizəçi ərizəçi3 MMC Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə, dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, elektron qaydada ərizə təqdim edilərkən yalnız bir ərizəçi tərəfindən imzalamaq mümkün olduğundan ərizə təkcə ərizəçi3 MMC tərəfindən təqdim edilmişdir. Lakin ərizənin digər ərizəçilər tərəfindən imzalanmış forması pdf formatında təqdim edilir. Odur ki, ərizənin qeyd edilən ərizənin dəqiqləşdirilməsi kimi qəbul edilməsini və ərizədə adları qeyd edilən digər şəxsləri ərizəçi qismində cəlb edilməsini məhkəmədən xahiş etmişdir.
3. Hazırkı iş üzrə müvəqqəti təminat tədbirinin onunla əsaslanıb ki, ərizəçi3 MMC 2018-ci ildən, ərizəçi1 MMC 2024-cü ildən Abşeron rayonu, Saray qəsəbəsi yeni məhəllədə yerləşən ərizəçi2 məxsus olan ərazidə sonuncu ilə icarə müqavilələri əsasında ofis və anbar sahəsində sahibkarlıq fəaliyyəti həyata keçirirlər (xxxx MMC **********-31002 kodlu obyekt 600 kv.m, 13056009191-31004 kodlu 150kv.m, **********- 31005 kodlu 100 kv.m obyekt, xxxx MMC üçün **********-31001 kodlu 150 kv.m obyekt, **********-31002 kodlu 190 kv.m obyekt, **********-31003 kodlu 320 kv.m obyekt). Həmin ərazidə şirkətlərin ofisi, anbarı, mal-materialları, sənədləri, avadanlıqları və gündəlik fəaliyyət üçün zəruri olan digər əmlakı yerləşir. ## ### 2026-cı il tarixində, xüsusilə Qurban Bayramının ilk günü və qeyri-iş günündə, bir qrup şəxs tərəfindən hər iki Cəmiyyətin ərazisinə qanunsuz daxil olaraq müdaxilə edilmişdir. Həmin şəxslər şirkətləri fəaliyyət göstərdikləri əraziyə daxil olmaq məqsədilə hasarı sökmüş, anbarın qapısını sındırmış və şirkətlərin fəaliyyət göstərdiyi əraziyə daxil olmuşlar. Həmin şəxslərə cavabdeh1 rəhbərlik etmişdir. O, hadisə yerinə təxminən 7–8 nəfər şəxs, o cümlədən fəhlələr gətirərək hasarın sökülməsi, anbar qapısının sındırılması və şirkət ərazisinə daxil olunması prosesini təşkil etmişdir. Hadisə zamanı həmin şəxslər bildirmişlər ki, guya şirkətlərin ofis və anbarının yerləşdiyi torpaq sahəsi cavabdeh2 məxsusdur və onlar bu hərəkətləri onun göstərişi və sifarişi əsasında həyata keçirirlər. Sonradan əldə edilən məlumata görə, bu prosesin əsas sifarişçisi və təşkilatçılarından birinin cavabdeh2 Fərhad qızının oğlu cavabdeh3dur. Qeyd edir ki, hətta torpaq sahəsi ilə bağlı hər hansı mülkiyyət və ya istifadə hüququna dair mübahisə mövcud olmuş olsa belə, bu mübahisə yalnız qanunla müəyyən edilmiş qaydada, məhkəmə və digər səlahiyyətli dövlət orqanları vasitəsilə həll edilməlidir. Heç bir şəxs öz iddia etdiyi hüququ əsas gətirərək, hüquqi şəxslərin faktiki istifadəsində olan ofis və anbar ərazisinə zorla daxil ola, hasarı sökə, qapını sındıra, əmlaka müdaxilə edə və müəssisələrin fəaliyyətini poza bilməz. Xüsusilə vurğulayırıq ki, hasarın sökülməsi, anbar qapısının sındırılması, anbara və şirkət ərazisinə daxil olunması kimi hərəkətlər yalnız qanuni əsaslar olduqda və müvafiq məhkəmə qərarı əsasında, qanunla müəyyən edilmiş icra prosedurları çərçivəsində həyata keçirilə bilər. Hazırkı halda isə belə bir məhkəmə qərarı və qanuni icra proseduru mövcud olmamışdır. Hadisə zamanı cavabdeh1 Saqman oğlu əvvəlcə özünü polis əməkdaşı kimi təqdim etmiş, ondan müvafiq sənəd tələb olunduqda özünü icra hakimiyyəti orqanının əməkdaşı kimi göstərmiş, daha sonra isə sənəd tələb edildikdə özünü vəkil kimi təqdim etmişdir. Bu hallar onun və onunla birlikdə hərəkət edən şəxslərin davranışlarının qanuniliyinin ciddi şəkildə araşdırılmasını zəruri edir. Şirkət sahibi , əməkdaşların müdaxiləsindən sonra söküntü və şirkət ərazisinə müdaxilə müvəqqəti olaraq dayandırılmışdır. Çətinliklə də olsa, məsələ üzrə qeyri-iş günlərindən sonrakı iş günündə hüquqi müstəvidə müzakirə aparılması barədə ilkin razılıq əldə edilmişdir. Lakin mövcud vəziyyət göstərir ki, cavabdehlər və onların cəlb etdiyi şəxslər yenidən şirkət ərazisinə daxil ola, hasarı və anbar qapısını yenidən sökə, əmlaka zərər vura, şirkətlərin fəaliyyətini poza və mövcud vəziyyəti dəyişə bilərlər. Bu isə hal-hazırdakı dövrə qədər dəymiş olan zərərin bir neçə misli artacağı deməkdir. Bu səbəbdən müvəqqəti təminat tədbirinin tətbiqi zəruridir. Əks halda, ərizəçilərin hüquqlarının müdafiəsi və gələcək iddia tələblərinin real icrası əhəmiyyətli dərəcədə çətinləşəcək, şirkətlərə əlavə maddi və mənəvi zərər dəyəcək, ofis və anbar fəaliyyəti pozulacaq, işçilərin təhlükəsizliyi risk altında qalacaq və sübutların qorunması çətinləşəcəkdir. Ümumiyyətlə şirkətlərin ofis və anbarının yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüququnun təxminən 2 ay əvvəl hansı əsaslarla cavabdeh2 adına rəsmiləşdirildiyi, həmin çıxarışın verilməsi zamanı faktiki istifadəçilərin hüquqlarının, ərazidə yerləşən tikililərin, ofis və anbar fəaliyyətinin, həmçinin əvvəlki hüquqi vəziyyətin nəzərə alınıb-alınmadığı ayrıca araşdırılmalıdır. Bu araşdırmaların aparılması, sənədlərin əldə edilməsi, hüquqi qiymətləndirmə aparılması və əsas iddia tələblərinin hazırlanması üçün ərizəçilərə zaman tələb olunur. Hazırkı ərizə əsas iddia verilənədək mövcud vəziyyətin qorunması, qanunsuz müdaxilənin qarşısının alınması və şirkətlərin fəaliyyətinə əlavə zərərin vurulmaması məqsədilə təqdim edilir. Məlumat üçün bildirmək istəyirəm ki, cavabdeh1 rəhbərlik etdiyi qrupun cavabdeh2 aid reyestrdən çıxarış əsasında şirkətlərin icarəsində olan əraziyə qanunsuz daxil olaraq hasarın sökülməsini və həmin ərazidə olan anbaralara Cəmiyyət tərəfindən yığılmış kənd təsərrüfatı maşınlarına və avadanlıqlarına vurulan zərərin müəyyənləşdirilməsi üçün hal-hazırda araşdırıma aparılmaqdadır. Belə ki, dəymiş olan zərərin məbləği müəyyənləşdirildikdən sonra hər iki şirkət, o cümlədən ərizəçi2 tərəfindən cavabdeh2, cavabdeh3 və cavabdeh1 qarşı qanunsuz olaraq əraziyə daxil olmaqla mülkiyyətçinin və icarəçi olan şirkətlərin əmlakına vurulmuş olan zərərin ödənilməsi məqsədi ilə Abşeron rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət olunacaqdır. Göstərilənlərə əsasən hazırkı məqamda müvəqqəti təminat tədbirinin tətbiqi barədə məhkəməyə təqdim edilən ərizə təmin edilməlidir.
4. Abşeron Rayon Məhkəməsinin e-**(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə (hakim H.Əhmədov) ərizə qismən təmin edilərək, iş üzrə məhkəməyə iddia ərizəsi verilənədək, cavabdeh2, cavabdeh3, cavabdeh1 və onların tapşırığı, sifarişi, göstərişi və ya iştirakı ilə hərəkət edən istənilən digər şəxslərə ərizəçi1 MMC və ərizəçi3 MMC-nin faktiki istifadə etdiyi ərizəçi2 məxsus olan və Abşeron rayon Saray qəsəbəsi ünvanında yerləşən hasarı, qapıları, tikililəri və digər konstruksiyaları sökmək, dəyişdirmək, zədələmək və ya ərazidə hər hansı müdaxilə xarakterli hərəkətlər etməyin qadağan edilməsi, cavabdehlərə və onların cəlb etdiyi şəxslərə ərizəçilərin ofis, anbar, mal-material, avadanlıq, sənəd və digər əmlakına müdaxilə etmək qadağan olunması, cavabdehlərə və onların cəlb etdiyi şəxslərə şirkətlərin işçilərinin, nümayəndələrinin və mühafizəçilərinin həmin əraziyə girişçıxışına və normal fəaliyyətinə maneçilik törətməyin qadağan edilməsi, və müvəqqəti təminat tədbirinin qüvvəsinin 1 (bir) aydan artıq olmayan müddətə olmaqla, müvəqqəti təminat tədbirinin ##.##.2026-cı il tarixdə qüvvədən düşəcəyi müəyyən edilmişdir.
5. Bu qərardaddan cavabdeh cavabdeh2 şikayət verərək, Abşeron Rayon Məhkəməsinin e-**(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir.
6. Abşeron Rayon Məhkəməsinin e-**(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməyib işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəməyə hazırkı məsələ ilə əlaqədar iddia ərizəsi ilə müraciət edilənədək, Abşeron rayon Saray qəsəbəsi ünvanında yerləşən əmlaklara hər hansı müdaxilə edilməsi ehtimalı böyük olduğundan, ərizə qismən təmin edilməli, cavabdeh2, cavabdeh3, cavabdeh1 və onların tapşırığı, sifarişi, göstərişi və ya iştirakı ilə hərəkət edən istənilən digər şəxslərə ərizəçi1 MMC və ərizəçi3 MMC-nin faktiki istifadə etdiyi ərizəçi2 məxsus olan və Abşeron rayon Saray qəsəbəsi ünvanında yerləşən hasarı, qapıları, tikililəri və digər konstruksiyaları sökmək, dəyişdirmək, zədələmək və ya ərazidə hər hansı müdaxilə xarakterli hərəkətlər etmək qadağan edilməli, cavabdehlərə və onların cəlb etdiyi şəxslərə ərizəçilərin ofis, anbar, mal-material, avadanlıq, sənəd və digər əmlakına müdaxilə etmək qadağan olunmalı, cavabdehlərə və onların cəlb etdiyi şəxslərə şirkətlərin işçilərinin, nümayəndələrinin və mühafizəçilərinin həmin əraziyə girişçıxışına və normal fəaliyyətinə maneçilik törətmək qadağan edilməlidir. Ərizənin cavabdeh2, cavabdeh3, cavabdeh1 və onların tapşırığı, sifarişi, göstərişi və ya iştirakı ilə hərəkət edən istənilən digər şəxslərə ərizəçi1 MMC və ərizəçi3 MMC-nin faktiki istifadə etdiyi ərizəçi2 məxsus olan və Abşeron rayon Saray qəsəbəsi ünvanında yerləşən ofis və anbar ərazisinə daxil olmağın qadağan edilməsi hissəsində məhkəmə qeyd edib ki, müvəqqəti təminat tədbiri barədə ərizənin bu hissədə təmin edilməsi mümkün deyildir. Həmçinin ərizədə əsas iddia ərizəsi verilənədək və ya məhkəmə tərəfindən müəyyən ediləcək müddət ərzində həmin ərazidə mövcud faktiki vəziyyətin saxlanılması barədə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi xahiş edilmiş, lakin həmin hissədə qeyri-müəyyənliyə yol verilmişdir. Ona görə də məhkəmə hesab edib ki, bu hissədə də ərizə bu hissədə də təmin edilməməlidir.
8. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1, 157.2, 157.3, 157.4, 159.1, 160.1, 163.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Şikayətin dəlilləri
9. Şikayət onunla əsaslanıb ki, ərizəçi1 MMC ilə bağlı heç bir sənəd əlavə edilməməyinə baxmayaraq hüquqi şəxs kimi adı keçir, digər hüquqi şəxs olan ərizəçi3 MMC-nin isə qanuni təmsilçisi ərizəçi2dur. Buradan belə çıxır ki, ərizəçi2 özünə məxsus daşınmaz əmlakda yerləşən anbarları özünün qanuni təmsilçisi olduğu hüquqi şəxsə icarəyə verir və cavabdeh2 məxsus daşınmaz əmlakda yerləşən anbarları zəbt edərək özü üçün qanunsuz istifadə edir. Məhkəmənin qərardadının icrası zamanı isə müvəqqəti təminat tədbirindən istifadə edərək onun mülkiyyət toxunulmazlığı hüququnu pozur. ərizəçi2 qəbul edilmiş bu qərardadla onun əmlakından tam öz əmlakı kimi istifadə edir. xxxx MMC-nin fəaliyyət ərazisi müqavilədən də göründüyü kimi ərizəçi2 məxsus ərazidədir. Məhkəmədən xahişi bu hissədə qərardada düzəliş edilməsi və onun mülkiyyət hüququnun qorunmasdır. xxxx MMC və xxxx MMC Fatma Mməmmədovaya məxsus ərazidə fəaliyyət göstərirsə bu qanunsuzdur. Çünki, həmin hüquqi şəxslərin ona məxsus əmlaklarla heç bir müqaviləsi yoxdur və həmin hüquqi şəxslər bu qərardaddan istifadə edərək onların fəaliyyətinə hər hansı bir müdaxilənin edilməsi mümkünsüzdür. Əlavə olaraq bildirir ki, xxxx MMC-nin də qanuni təmsilçisi ərizəçi2dur. Ərizəçi heç bir fakt təqdim etmədən MTT qəbul edilməsinə nail olmuşdur. Daşınmaz əmlakın mülkiyyətçisi cavabdeh2dır. Müqaviləni hüquqi şəxsin qanuni təmsilçisi ilə eyni fiziki şəxsin bağlaması nəzərə alınaraq, ona məxsus ərazidə qanunsuz fəaliyyətlərinin qarşısı alınmalıdır. Qərardadda “hüquqi şəxslərin faktiki istifadə etdiyi hissəsində müqavilə üzrə istifadə etdiyi düzəlişi edilsin”, çünki hüquqi şəxslər öz fəaliyyətlərini qanunsuz olaraq ona məxsus ərazidə həyata keçirlər. Müqavilə üzrə istifadə etməli olduğu ərazilər hüquqi şəxsin fəaliyyətinə uyğundur. Əlavə olaraq məhkəmə müqavilələrə ötəri yanaşmışdır, belə ki, əlavə edilən hər bir müqavilə müddəti bitmişdir və qüvvədə olmayan müqavilələrə istinad edərək hüquqi şəxslərin fəaliyyətlərinə maneə yaradılması qeyd edilmişdir. Qüvvədən düşmüş müqavilələrə görə qəbul edilmiş qərardad əsassızdır və ləğv edilməlidir. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.
b) Şikayəti qarşı etirazın dəlilləri
10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 157.3-cü maddəsinə əsasən, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. 157.4-cü maddəsinə əsasən, iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. 157.7-ci maddəsinə əsasən, məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. 158.1.1-158.1.3-cü maddəsinə əsasən, hakim iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi tədbirlər görə bilər. 159.1-159.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan ayrıca icraatda baxılır. Hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək;
399. Apellyasiya instansiyası məhkəməsinin göstərişlərinin məcburiliyi Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir.
13. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ######## 2020-ci il tarixli qərarı:
Bənd 14. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Bənd 25. Qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır.
Apellyasiya baxışının hədləri
14. Şikayətdən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin e-**(*- ***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.
15. Ona görə də, kollegiya Abşeron Rayon Məhkəməsinin e-**(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Apellyasiya instansiya məhkəməsi şikayət ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, ərizəyə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
17. Müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizədən bəlli olur ki, hazırkı iş üzrə ərizəçilər ərizəçi3 MMC, ərizəçi1 MMC ilə ərizəçi2 arasında müvafiq icarə müqavilələri mövcud olmuş və hər iki hüquqi şəxslə bağlanmış müqavilələrə əsasən 5 ildən artıq olan müddətdə ərizəçi2 məxsus olan daşınmaz əmlaklar MMC-lərin sahiblik və istifadəsində olmuşdur.
18. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş vergi ödəyicisinin filialının, nümayənəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında arayışlardan görünür ki, ərizəçi3 MMC Abşeron rayonu, ŞTQ, Saray qəsəbəsi, Yeni Məhəllə ünvanında, ərizəçi1 MMC isə Abşeron rayonu, Yeni Massiv (Məhəmmədi), ev 0, mənzil 0 ünvanında vergi ödəyicisi olaraq qeydiyyatdadırlar.
19. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllə ünvanında yerləşən fərdi yaşayış evi (fərdi yaşayış evinin tərkib hissələri hasar və darvaza (3.0x3.0)) ərizəçi2 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 1613019602 qeydiyyat nömrəsi, 308013047786-10301 reyestr nömrəsi ilə ##.##.2013-cü il tarixində qeydiyyata alınmışdır.
20. Ərizəçilər qeyd edirlər ki, cari ilin 26 may tarixində ərizə üzrə cavabdeh tərəfin rəhbərliyi ilə mübahisəli ünvanda onların icarə hüququ əsasında istifadələrində olan əmlakların və avadanlıqların çıxarılması, ərazinin hasarının dağıdılması ilə müşayiət edilnə bir sıra özbaşına hərəkətlərə yol verilmişdir və ərizəçilər yaranmış mübahisənin məhkəmə müstəvisində həll edilməsi məqsədi ilə hazırkı MTT ərizəsi ilə məhkəməyə müraciət etmişlər.
21. İlk olaraq qeyd olunmalıdır ki, şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur və bu hüquq da qanunvericilikdə təsbit olunmuşdur.
22. Lakin o da nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər də müəyyən olunmuşdur.
23. Apellyasiya instansiya məhkəməsi bildirir ki, hər bir tələbə (o cümlədən iddia tələbinə) mahiyyəti üzrə baxmazdan əvvəl məhkəmələr iddianın (tələbin) mümkünlüyünü mülki prosessual qanunvericiliyin tələbləri baxımından tam və ətraflı yoxlamalı, mümkünlük barədə əsasların olmasını müəyyən etdikdən sonra işə mahiyyəti üzrə baxmalıdır.
24. Baxılan iş üzrə ərizənin mahiyyətindən və ifadə tərzindən müəyyən olunur ki, ərizəçi ərizəçi3 MMC (VÖEN ********** ) sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxs olmaqla, cavabdeh cavabdeh1 (VÖEN ********** ) da fərdi sahibkar statusuna malik olan fiziki şəxsdir.
25. Ərizəçinin “kənar şəxslərə girişinə və hər cür fəaliyyətinə qadağa qoyulmasını tələb etdiyi” daşınmaz əmlak da onun torpaq sahəsinin mülkiyyətçisi ilə icarə müqaviləsi əsasında icarəsindədir və hazırda da ərizəçi tərəfindən istifadə edilməkdədir.
26. Beləliklə, işin hallarından müəyyən edilir ki, hazırki müvəqqəti təminat tədbirinin mahiyyəti əsasən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxsin əşya hüquqi münasibətlərindən irəli gələn tələbdir. Lakin birinci instansiya məhkəməsi verilmiş tələbin mahiyyətinə varmadan, hazırki mübahisəni mülki mübahisə kimi dəyərləndirmiş, mübahisənin məhz hər iki tərəfin ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini nəzərə almamışdır.
27. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ######## 2020-ci il tarixli qərarının 14-cü və 25-ci bəndlərində əşya hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır.
28. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyada əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur.
29. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır.
30. Kollegiya sonda qeyd etməyi vacib bilir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki müvəqqəti təminat tədbirinə, eləcə də gələcəkdə qaldırılacaq iddia tələbinin mümkünlüyü məsələsinə qiymət verilərkən, yuxarıdakı xüsusatlar nəzə alınmaqla mübahisələndirilən icarə müqaviləsi üzrə tərəflərin subyektiv tərkibinə, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinə xüsusi diqqət yetirilməlidir.
31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalı, Abşeron Rayon Məhkəməsinin e-**(*-***)-***/**** nömrəli, ##.##.2026cı il tarixli qərardadı ləğv edilərək, qərardadda göstərilən xüsusatlar araşdırılmaqla iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir
32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402- 406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Qərara aldı:
Şikayət qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin e-**(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin. Ərizənin mümkünlüyü məsələsinə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.