Məhkəmə qərarları › İş №e-16(3-8)-102/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-8)-102/2026

15.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-16(3-8)-102/2026 15.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə Məmmədli Rəşad Mehman oğlunun katibliyi, ərizəçinin nümayəndəsi və vəkili İsmayılov Fərhad Sabir oğlunun, maraqlı şəxin nümayəndəsi və vəkili İldırımzadə Rəşad Baris oğlunun iştirakı ilə, Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinin qismən təmin edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin **(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən yetkinlik yaşına çatmayan ##.##.2019-cu il təvəllüdlü X2 və ##.##.2017-ci il təvəllüdlü X4 hər həftənin şənbə və bazar günləri onunla qalması, həmçinin uşağın doğum günündən bir gün sonra, öz doğum günündə və respublika ərazisində qeyd edilən bayram günlərinin iki günü saat 11:00-dan axşam 19:00-a qədər sərbəst şəkildə (ananın iştirakı olmadan) ünsiyyətdə olmağına yaradılan maneələrin aradan qaldırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh aralarında olan nikaha xitam verilməsi və s. tələb üzrə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və *(*-***)-****/**** saylı mülki iş hakim Vüsal Məhərrəmovun icraatına verilmişdir. Hazırda məhkəmə icraatının gedişində müvəqqəti təminat tədbiri barədə ərizə ilə müraciət etməyinə səbəb Cavabdeh tərəfindən yetkinlik yaşına çatmayan övladları ##.##.2019-cu il təvəllüdlü X2 və ##.##.2017-ci il təvəllüdlü X4 atası olaraq ünsiyyət saxlamağına, onlara qayğı göstərməyinə yaradılan maneələrlə bağlıdır. Belə ki, arvadına uşaqların atası olaraq onlarla görüşməyinə, onlara qayğı göstərməyinə şərait yaratmasını dəfələrlə bildirsə də təəssüflər olsun ki, problemin həlli istiqamətində ondan nə mediasiya prosesi zamanı, nə də ki, hal-hazıradək hər hansı razılıq ala bilməmişdir. Həmçinin bildirir ki, bunu tək öz maraqlarından çıxış edərək deməmişdir. İlk olaraq uşaqların üstün maraqlarını rəhbər tutaraq Cavabdeh bildirmişdir ki, gün keçdikcə uşaqları böyüyür və onlar atası olaraq onu tanımalıdırlar ki, gələcəkdə də psixologiyalarının normal inkişafına müsbət təsir etsin. Onların da digər uşaqlar kimi atalarını tanımaq, onunla vaxt keçirmək hüquqları vardır. Nikahlarının pozulması ilə bağlı məhkəmənin icraatında iş olmasına baxmayaraq o, bir valideyn olaraq üzərinə düşən öhdəliyin hər zaman maksimumunu edir. Belə ki, uşaqların həyat şəraitinin yaxşı olması üçün əlindən gələni etmiş və edəcəkdir. Uşaqların anasına ödəniş qəbzlərindən də göründüyü kimi bu ilin aprel ayından 2100 (iki min yüz) manat pul vermişdir. Bu halları təsdiq edəcək qəbzləri ərizəyə əlavə etmişdir. Bundan başqa bildirir ki, yekun məhkəmə aktı çıxana kimi uşaqları ilə ünsiyyətdə olmağına dair onun tərəfindən verilmiş müvəqqəti təminat tədbirinə dair ərizə təmin olunacağı təqdirdə hesab edir ki, uşaqlarla ünsiyyət ananın iştirakı olmadan keçirilməlidir. Belə ki, *(*-***)-****/**** saylı mülki iş üzrə elektron sistemdən iddiaçı Cavabdeh iddia ərizəsinə nəzər yetirilsə şahid olunar ki, iddia ərizəsində qeyd etmişdir ki, aralarında münaqişə var, münasibətlər heç də yaxşı deyildir. Həmçinin bildirir ki, bununla bağlı hüquq mühafizə orqanlarına belə müraciət olunmuşdur. Vəziyyətin bu cür olduğunu möhtərəm məhkəmənin diqqətinə çatdırmaqda məqsədi uşaqlarla ünsiyyət zamanı ananın iştirak etməsinin yersiz mübahisələri qaçılmaz etməsinə və uşaqların psixologiyalarına mənfi təsir göstərəcəyinə dair ilkin sübutları göstərməkdən ibarətdir. Buna görə də hesab edir ki, iddiaçının iddiasında etiraf etdiyi kimi tərəflərin gərgin münasibətdə olması müəyyən olunduğundan uşaqların mənafeyi üstün tutularaq mövcud vəziyyətdə atanın uşaqlarla ünsiyyət hüququ təmin edilərkən ananın iştirakı məqsədəmüvafiq deyildir və uşaqlarla ünsiyyət hüququnun ananın iştirakı olmadan həyata keçirilməsinə dair vermiş olduğu ərizə təmin olunmalıdır. Əksi gələcəkdə qəbul olunacaq məhkəmə aktının icrası zaman müəyyən problemlər yarada bilər. Belə ki, onun tərəfindən verilmiş uşaqla ünsiyyət hüququna dair iddia hesab edilsə ki, kassasiya instansiya məhkəməsinə kimi gedir. Bu müddət ərzində uşaqlarla ünsiyyətdə olmamağı zaman keçdikcə aralarında bağların qırılmasına yəni uşaqların onu tanımamasına, onu ata kimi qəbul etməməsinə gətirib çıxardar ki, bu da istər onun istərsə də onların konstitusion hüquqlarının pozulması deməkdir. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** saylı qərardadı ilə ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizəsinin qismən təmin edilməsi, müvəqqəti təminat tədbiri qismində Ərizəçi övladı ##.##.2019-cu il təvəllüdlü X2 və ##.##.2017-ci il təvəllüdlü X4 ilə hər həftənin şənbə günü saat 15:00-dan 17:00-dək (iki saat) ananın iştirakı olmadan görüşüb ünsiyyətdə olmasının təmin edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan maraqlı şəxs Cavabdeh və nümayəndəsi və vəkili İldırımzadə Rəşad Baris oğlu qərardaddan şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin e- **(*-***)-***/**** saylı qərardadının uşaqların mənafeyini nəzərə almaqla qismən dəyişdirilməsi, ananın iştirakı ilə görüşə icazə verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəçi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən yetkinlik yaşına çatmayan ##.##.2019-cu il təvəllüdlü X2 və ##.##.2017-ci il təvəllüdlü X4 hər həftənin şənbə və bazar günləri onunla qalması, həmçinin uşağın doğum günündən bir gün sonra, öz doğum günündə və respublika ərazisində qeyd edilən bayram günlərinin iki günü saat 11:00-dan axşam 19:00-a qədər sərbəst şəkildə (ananın iştirakı olmadan) ünsiyyətdə olmağına yaradılan maneələrin aradan qaldırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Müvafiq qərardadla ərizə qismən təmin olunaraq Ərizəçi övladı ##.##.2019-cu il təvəllüdlü X2 və ##.##.2017-ci il təvəllüdlü X4 ilə hər həftənin şənbə günü saat 15:00-dan 17:00-dək (iki saat) ananın iştirakı olmadan görüşüb ünsiyyətdə olması qərara alınmışdır. Hesab edir ki, məhkəmənin yuxarıda qeyd olunan qərardadı işin faktiki halları araşdırılmadan uşaqların mənafelərinin pozulması ilə əldə olunmuş nəticədir. Belə ki, Ərizəçi ilə onun arasında olan ailə münasibətinin pozulmasına da səbəb məhz budur ki, mütəmadi olaraq spirtli içki qəbul edərək evə gəlmişdir. Evdə hamının yanında etik qaydalara uyğun olmayan, əksər vaxt da qorxulu bir görkəm yaradaraq uşaqların psixoloji durumunu çətin vəziyyətə salmışdır. Bu hallar məhkəmə iclası vaxtı təqdim edəcəyi video görüntülərlə də təsdiq olunacaqdır. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*- ***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılması, Cavabdeh və nümayəndəsi və vəkili İldırımzadə Rəşad Baris oğlunun Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*- ***)-***/**** saylı qərardadından verdiyi şikayət ərizəsinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, ərizəçi X5 müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinin qismən təmin edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin **(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından şikayət vermişdir. Həmin şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan hakimlər Lalə Rəhimli (məruzəçi hakim), Ayaz Mahmudov və Afiq Hüseynzadədən ibarət tərkibdə ## #### 2026-cı il tarixdə baxılmasına dair məktub gəlmişdir. Şikayətdə qeyd etdiyi kimi, şikayətinin əsas dəlili video görüntülərdir. Həmin video görüntüləri özündə əks etdirən elektron daşıyıcını (flash card) məhkəməyə təqdim edir. AR MPM-nin 10.8-1-ci maddəsinə görə bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. İş üzrə Sumayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə şikayətə şifahi icraat qaydasında məhkəmə iclasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında maraqlı şəxin nümayəndəsi və vəkili İldırımzadə Rəşad Baris oğlu şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili İsmayılov Fərhad Sabir oğlu şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlaılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” ## ####### 2011-ci il tarixli, */**** saylı qərarında göstərilir ki, məhkəmələrə izah edilsin ki, uşaqla ünsiyyətə dair iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, ünsiyyətə dair iddia tələbini irəli sürmüş valideynlə uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki-Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş iddianın təmin tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq cavabdehə iddiaçının uşaqla məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət iddianın təmin tədbirinin görülməsinə dair vəsatətə baxılarkən əsasən ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıq-aydın halların olub-olmamasına qiymət verilməlidir. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ####### 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər. Uşaqların öz valideynləri və digər qohumları ilə ünsiyyətdə olmasının formaları (yazışma, şəxsi görüşlər, telefon danışıqları və s.) uşağın yaşından, onun və valideyninin yaşayış yerindən, ailədə münaqişələrinin olub-olmamasından və s. konkret hallardan asılı olaraq təyin edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli və ** nömrəli qərarının 3.1-ci bəndində qeyd olunur ki, “Məhkəmələr uşaqlardan ayrı yaşayan valideynin uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi barədə iddialara baxarkən iddianın predmetinin ünsiyyət hüququnun müəyyən edilməsindən ibarət olduğunu, ünsiyyətin vaxtı, müddəti, yeri, forması, şəraiti və digər xüsusiyyətlərinin isə bu hüququn icra qaydası və (və ya) üsulunu ehtiva etdiyini nəzərə almalıdırlar. Məhkəmələr iddianın predmetinə qiymət verərkən ünsiyyət hüququnun müəyyən edilməsini tələb edən valideynlə uşağın ünsiyyətdə olmasının sonucunun fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər verə biləcəyi halların mövcudluğu baxımından araşdırmalı, habelə bu ünsiyyətin uşağın mənafeyinə uyğun olubolmadığını müəyyən etməklə iddianı təmin və ya rədd etməlidirlər. İddiaçının qeyd edilən iddia tələbi ilə birgə verilən ünsiyyət qaydası və (və ya) üsuluna dair müraciətinə münasibətdə isə məhkəmələr bu Qərarın 2.2-ci bəndində göstərilənlərə uyğun qiymətləndirmə aparmaqla, təmin etdiyi hüququn icrası qaydası və (və ya) üsulunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə əsasən müəyyən etməlidirlər. Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qeyd edilən Məcəllənin 157.6-cı maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Yenə həmin 158.1.1-ci maddəsinə əsasən, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; Məcəllənin 158.1.2-ci maddəsinə əsasən isə müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, həmçinin Məcəllənin 158.1.3-cü maddəsinə əsasən mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə müvəqqəti təminat tədbirləri görülə bilər. Qeyd olunmalıdır ki, ərizəçinin sadə, əsaslandırılmamış ərizəsi əsasında müvəqqəti təminat tədbirləri tətbiq edilə bilməz - ərizəçidən gözlənilən odur ki, o, hüquqlarınınm müdafiəsi üçün iddia icraatının nə üçün yetərli olmadığını, nəyə görə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinə təcili ehtiyac yarandığını əsaslandırsın. Belə əsaslandırma məhkəmədə tam olmasa da, kifayət qədər elə bir qənaət formalaşdırmalıdır ki, mövcud vəziyyətin dəyişəcəyi halda ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər – ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. Müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, müvafiq tədbir tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizələrin zərurilik meyarı baxımından qiymətləndirilməsi ona imkan verir ki, belə tədbirlərin görülməsini istəyən şəxslə digər şəxslərin mənafeləri arasında ədalətli balans yaradılsın və heç kimin mənafeyi bərpaolunmaz şəkildə pozulmasın. Məhkəmə tərkibi qeyd edir ki, MPM-in müddəalarına əsasən, iddiaçı iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş təminat tədbirlərinin görülməsi barədə məhkəməyə ərizə ilə müraciət edə bilər və məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifə qoya bilər. Lakin bu halda, təminat tədbiri gələcəkdə iddianın təmin olunacağı halda iddiaçının pozulmuş hüquqlarının qorunmasına xidmət etsə də, hər bir halda işə baxan məhkəmə tərəflərin hüquq bərabərliyindən çıxış etməli, iddianın uğurlu olmayacağı halda digər şəxslərin (cavabdeh və üçüncü şəxslərin) hüquqlarının müdafiəsinin mümkünlüyünü, başqa sözlə, təmin tədbirindən əvvəlki vəziyyətə qayıtmağın mümkünlüyünü nəzərə almalıdır. Digər tərəfdən, müvəqqəti müdafiə tədbiri “müvəqqəti olaraq” iddianın uğurlu olması ehtimalı yüksək olduğu halda, iddiaçının hüquqlarının qorunmasına yönəlmiş təminat tədbiridir və bu təminat tədbiri tərəflərin hüquq və məhkəmə qarşısında bərabərliyi nəzərə alınmaqla “müvəqqəti” tənzimləmə xarakterli olmalı, bir tərəfin əlverişsiz vəziyyətə düşməsi ilə nəticələnməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqe ilə razılaşaraq, hesab edir ki, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** saylı qərardadı ilə ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizəsi üzrə müəyyən olunmuş atanın uşaqlarla anaların iştirakı olmadan ünsiyyət üçün vaxt intervalı hər iki tərəfin və uşaqların mənafeyini pozmadığından, maraqlı şəxs Cavabdeh şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin **(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 157-159, 263-264, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs Cavabdeh şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin **(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal icra edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar