Məhkəmə qərarları › İş №e-16(3-8)-103/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-8)-103/2026

09.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-16(3-8)-103/2026 09.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin xxxxxxxxxxxxxx hakimlər Məmmədov Zahid Tahir oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, ərizəçi “xxxx” Şirkəti tərəfindən verilmiş “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi” haqqında ərizəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-**/**** nömrəli qərardadından maraqlı şəxs Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “xxxx” Şirkəti “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük Idarəsinin ## ### 2026-cı il tarixli *-**-****/***Q nömrəli “malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən buraxılışı ## #### 2026-cı il tarixinədək dayandırılmış və sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük Idarəsinin ## #### 2026-cı il tarixli *-**-****/***Q nömrəli “malların buraxılışının dayandırılmasının uzadılması haqqında” Qərarına əsasən buraxılışının dayandırılması müddəti ## #### 2026-cı il tarixinədək uzadılmış maraqlı şəxs Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən Azərbaycan Respublikasına ## ### 2026-cı il tarixli GIB************* nömrəli invoys sənədi ilə Türkiyə Respublikasından 27ANG164/27B5358 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsi ilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilən zaman 01261000178892 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş “Ariel” əmtəə nişanlı malların (XIFMN üzrə malın adı və kodu: “Ariel” əmtəə nişanlı 1848 ədəd 10 kq-lıq və 1008 ədəd 5 kq-lıq yuyucu və təmizləyici vasitələr, 3402909000) üzərinə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi qaydasında məhkəmə tərəfindən 1 (bir) ay müddətinə həbs qoyulması xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 159-cu maddəsinin tələbinə əsasən Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*- **)-**/**** nömrəli Qərardadı ilə “xxxx” Şirkətinin “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında“ ərizəsi təmin olunmuşdur. Maraqlı şəxs Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət həmin qərardaddan şikayət verərək, ərizənin əsassız olduğunu, malların kontrafakt olması barədə təqdim edilmiş yeganə rəyin məhz “xxxx” Şirkətinin özü tərəfindən verilməsini qeyd edərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-**/**** nömrəli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Şikayətdən görünür ki, apellyator Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-**/**** nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir. Qeyd olunanlarla bağlı kollegiya, birinci instansiya məhkəməsinin sözügedən qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab etmişdir. Birinci instansiya məhkəməsinin qənaətinə görə Mülki Prosessual Məcəllənin 157ci maddəsində nəzərdə tutulan tələblərdən (qaydalardan) hər hansı birinin mövcud olması maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilməsinin mümkünlüyünü əsas gətirmişdir. Müvəqqəti təminat tədbirlərinin tətbiqi elə bir prosessual tədbirdir ki, həmin tədbirin görülməsinə bir qayda olaraq, iddia icraatı qaydasında əmlak və ya qeyri əmlak xarakterli iddialara baxılarkən yol verilir. Müvəqqəti təminat tədbirlərinin tətbiqi haqqında ərizənin məhkəməyə verilməsi ilə qorunan əmlak mənafelərinin müdafiəsinin sürətləndirilmiş, çevik vasitəsi olduğuna görə bu tədbirlərin tətbiqindən ötrü sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə məhkəməyə təqdim edilməsi tələb olunmur. Müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə hakimin qəbul etdiyi qərardadın işi qabaqcadan mahiyyəti üzrə həll etmədiyinə dair normanın (MPM-nin 157.2-ci maddəsi) mənası ondan ibarətdir ki, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə görülsə də, bu, həmin tədbirlərin aid olduğu mübahisəyə dair iddianın məhz təmin edilməsi barədə qətnamə çıxarılacağını şərtləndirmir. Eyni zamanda hazırki müvəqqəti təminat tədbirlərinin tətbiqi ilə bağlı ərizə üzrə nəzərə alınmalıdır ki, dövlətlərarası ticarət müqavilələri çərçivəsində əmtəənin (malın) saxta (kontrafakt və ya qeyri-orijinal) olmasını sübut edən ekspertiza olduqca məsuliyyətli və ciddi hüquqi-prosedurial mərhələdir. Bu proses həm daxili qanunvericilik (məsələn, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və "Ekspertiza fəaliyyəti haqqında" Qanun), həm də beynəlxalq konvensiyalar (məsələn, ÜTT-nin TRIPS sazişi, regional ticarət müqavilələri) ilə tənzimlənir. "Kontrafakt" (və ya kontrafakt məhsul) dedikdə – başqasının intellektual mülkiyyət hüquqlarını (müəllif hüququ, ticarət nişanı, patent və s.) pozaraq, həmin hüquq sahibinin icazəsi olmadan istehsal edilən, paylanan və ya satılan məhsullar olmaqla bərabər, orijinal və saxta olmayan məhsulların həmin ölkədəki rəsmi distribütorun və ya əmtəə nişanı sahibinin icazəsi olmadan başqa şəxslər tərəfindən ölkəyə gətirilməsinin qanunsuz olması anlamını daşıyır. Iş materiallarından görünür ki, maraqlı şəxs CavabdehMMC ##.##.2026-cı il tarixdə Türkiyə Respublikasında fəaliyyət göstərən “xxxx” Şirkəti ilə müqavilə bağlasa da, həmin malları Azərbaycan Respublikasına idxal etmək üçün hüquq sahibi X1 məxsus “xxxx” Şirkəti ilə müqavilə bağlamamış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük Idarəsi tərəfindən müvafiq qərarla həmin malların ölkəyə buraxılışı dayandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Qeyd olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3, 157.3, 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Maraqlı şəxs Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. xxxxxxxxxxxxxxxxxxxxx

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar