Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-16(3-8)-104/2026 28.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, ərizəçi Ərizəçi, cavabdeh X2 vəkili və nümayəndəsi Vəkil/Nümayəndə iştirakı ilə, Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizəsinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından ərizəçi Ərizəçi tərəfindən tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Bələdiyyəsinin ##.##.2026-cı il tarixli, ** nömrəli və ##.##.2026-cı il tarixli, ** nömrəli icarə müqaviləsi əsasında istifadəsində olan torpaq sahəsinin qarşısında aparılan qazıntı işləri və digər maneələrin aradan qaldırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Əlimərdan bəy Topçubaşov küçəsi, giriş ** nömrəli torpaq sahəsində yerləşən 0.4897 ha torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin ##.##.2026-ı il tarixli, ** nömrəli və ##.##.2026-cı il tarixli, ** nömrəli icarə müqaviləsi əsasında onun istifadəsinə verilmişdir. Həmin torpaq sahəsində anbarlar tikilmiş və hazırda istifadəsindədir. Cavabdeh qonşuluqda yerləşən torpaq sahəsini icarəyə götürdüyündən anbarı qarşısında yol hissəsində qazıntı işləri aparmaqla anbara giriş-çıxışı məhdudlaşdır və müxtəlif maneələr yaradır. Maneələrin aradan qaldırılması üçün xəbərdarlığa məhəl qoymaraq anbara avtomobillərin giriş-çıxışına məhdudiyyət yaradaraq işləməyə imkan vermir. İddiaçı qismində Ərizəçi cavabdeh Cavabdeh qarşı maneələrin aradan qaldırılması haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək niyyətindədir. Lakin hazırda maneələrin aradan qaldırılması və normal iş rejiminin bərpası üçün qanunvericiliyin tələblərindən istifadə edərək Cavabdeh müəyyən hərəkətləri etməyi qadağan etmək barədə müvəqqəti təminat ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Sumqayıt Şəhər Məhkəməsinin e-**(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə (hakim Aynur Behbudova) ərizənin təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Ərizəçi qeyd etdiyi mübahisə ilə bağlı hal-hazırda məhkəmənin icraatına mülki iş daxil olmamışdır. Ərizədə qeyd edilənlər və ərizəyə əlavə edilmiş sənədlər müvəqqəti təminat tədbirinin tətbiqi üçün əsas deyil. Torpaq sahəsi icarəyə götürüldüyündən, hazırda manelərin olmasının müəyyən edilməsi məqsədi ilə ərizəçinin Sumqayıt Şəhər Bələdiyyəsinə müraciət edilməsi tövsiyyə edilməklə, (sübutlar əsasında) ilə Sumqayıt Şəhər Bələdiyyəsinin subyektiv hüququ olmaqla iddia qaldırmaq hüququ olmaqla (aidiyyəti üzrə), müraciət etmək imkanı vardır. Digər tərəfdən, müvəqqəti təminat tədbirinin məqsədi gələcəkdə qəbul ediləcək məhkəmə qətnaməsinin icrasına qarantiya vermək, yaxud ərizədə qeyd edildiyi kimi qətnamənin gələcəkdə icrasını asanlaşdırmaq deyil. Əksinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə edilən son dəyişikliklərdən sonra Məcəllənin 157.2-ci maddəsində təsbit edilmiş “qətnamənin gələcəkdə icrasını təmin etmək” məqsədi “cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq” məqsədi ilə əvəz edilmişdir. Müvəqqəti təminat tədbiri qismində Sumqayıt Bələdiyyəsinin ##.##.2026-cı il tarixli, ** nömrəli və ##.##.2026-cı il tarixli ** nömrəli icarə müqaviləsi əsasında Ərizəçi istifadəsində olan torpaq sahəsinin qarşısında aparılan qazıntı işləri və digər maneələrin aradan qaldırılması mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməyərək, müvəqqəti təminat tədbirinin tətbiqi hazırkı halda zəruri olmadığından, qətnamənin icrasını təmin etmək məqsədi daşımadığından təmin edilməməlidir. Sumqayıt Şəhər Məhkəməsinin e-**(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından ərizəçi Ərizəçi şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin e-**(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, MPM-nin tələblərinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. Bundan başqa bildirir ki, torpaq sahəsi uzun müddətdir ki, onun istifadəsindədir və 0.20 ha torpaq sahəsi ##.##.2015-ci il tarixdə torpağın icarə hüququnun alqı-satqı müqaviləsi əsasında onaa verilmişdir. Göründüyü kimi torpaq sahəsi faktiki olaraq onun istifadəsində və sahibliyində olduğundan anbarlarına giriş-çıxışı məhdudlaşdıran maneələrin aradan qaldırılması və dayandırılması üçün subyektiv hüququ vardır. Buna baxmayaraq işə baxan məhkəmə qeyd olunan halları nəzərə almayaraq müvəqqti təminat ərizəsini təmin etməyərək əsassız qərardad qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında ərizəçi Ərizəçi şikayəti müdafiə edərək bildirdi ki, mübahisəli ərazi 2015-ci ildən onun istifadəsindədir. 2022-ci ildə Ramiz adlı şəxs ona yaxınlaşaraq ona bildirdi ki, ərazinin yan hissəsini almışdır. Eyni zamanda bildirdi ki, ərazinin qarşısını da alıb. Ona bildirmişdir ki, həmin ərazi yoldur, buranı necə ala bilər. O, isə ona bildirmişdir ki, həmin yerə hüququ vardır. Sonradan qazıntı aparaq orada ağac əkəcəyini bildirmişdir. Mübahisəli ərazini anbar kimi istifadə edir. 102 xidmətinə də məlumat verib. Hazırki gündə hər hansı problem yoxdur, sadəcə məhkəməyə müraciət etmişdir ki, ona problem yaratmasınlar. Qazıntı yeri doldurulub. Düz darvazanın qarşısında ağac əkmək istəyirdi. Hazırki gündə maneələrin aradan qaldırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Hazırda hər hansı maneə yoxdur. Məhkəmə kollegiyasının iclasında cavabdeh X2 vəkili və nümayəndəsi Vəkil/Nümayəndə bildirdi ki, qazıntı yaşıllıqların salınması üçün qazılıb. Maneələrin yaradıldığı bildirilən yer təmsil etdiyi şəxsin torpaq sahəsinə düşür. Ərizəçinin torpaq sahəsinin yola iki tərəfdən çıxışı var. Şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin e-**(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən iddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ərizəçinin hazırkı ərizəni verməyə subyektiv hüququnun olmaması ilə bağlı gəldiyi nəticə ilə razılaşmamaqla yanaşı qeyd edir ki, araşdırma zamanı işin müəyyən edilmiş hallarına əsasən ərizəçinin müvafiq orqanlara şikayətindən sonra qazıntı işləri dayandırılmış və qazılan sahələr doldurulmuşdur. Hazırda ərizəçi izahatında cavabdeh tərəfindən hər hansı bir maneənin olmadığını bildirməkdədir ki, bununla da müvəqqəti təminat tədbirinin görülməsinə dair zərurət də aradan qalxmışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin e-**(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.1, 400 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin e-**(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-16(3-8)-104/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-8)-104/2026
28.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver