Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-16(3-8)-106/2026 30.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizəsinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il qərardadından ərizəçi Ərizəçitərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi “müvəqqəti təminat tədbiri”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddianın təminat tədbiri kimi Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, Bulvar küçəsi, ev 10, mənzil 52 (yeni qaydalarla: Sumqayıt şəhəri, Bulvar küçəsi, 10, M11, m4); Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 35M, mənzil 80 (yeni qaydalarla: Sumqayıt şəhər ərazi vahidi, Gənclik küçəsi, 25, M12, m3) və “Faw Bestune T99” markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin Cavabdeh və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, pul tələbinə dair iddia üzrə e-*(*-***)-****/**** nömrəli mülki iş hal-hazırda Sumqayıt Şəhər Məhkəməsində hakim Elçin Kazımovun icraatındadır. İş üzrə cavabdeh olan Cavabdeh 11.073 AZN pul, 5109 AZN çəkilmiş xərc, 10.000 AZN mənəvi ziyan olmaqla, ümumilikdə 26.182 AZN pul tələb edir. DƏDRK PHŞnə verilmiş sorğu nəticəsində aydın olmuşdur ki, Cavabdeh mülkiyyətinə aşağıdakı daşınmaz əmlaklar qeydiyyatdan keçmişdir: - ##.##.2022-ci il tarixdə Sumqayıt şəhəri, Bulvar küçəsi, ev 10, mənzil 52 (yeni qaydalarla: Sumqayıt şəhəri, Bulvar küçəsi, 10, M11, m4); - ##.##.2024-cü il tarixdə Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 35M, mənzil 80 (yeni qaydalarla: Sumqayıt şəhər ərazi vahidi, Gənclik küçəsi, 25, M12, m3). Baş Dövlət Yol Polisi İdarəsinə verilmiş sorğu nəticəsində aydın oldu ki, Cavabdeh adında ##.##.2024cü il tarixdən “Faw Bestune T99” markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. Cavabdeh “pul tələbi” iddiası üzrə tutulacaq pul məbləğinin mülkiyyətindəki əmlaklara yönəlməsinin qarşısını almaq məqsədilə əmlakları formal olaraq satıb uydurma “vicdanlı alıcı” məfhumunu yaratmaq istəyə bilər. Bu halın qarşısının alınması məqsədilə məhkəmədə iddia mahiyyəti üzrə həll edilənədək müvəqqəti təminat tədbiri kimi Cavabdeh mülkiyyətindəki əmlakların özgəninkiləşdirilməsinin Cavabdeh və digər şəxslərə qadağan edilməsi zərurəti yaranır. Sumqayıt Şəhər Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il qərardadı ilə (hakim Elçin Kazımov) ərizənin təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iş materiallarının araşdırılması zamanı məhkəmə müvəqqəti təminat tədbirinin iddia tələbi ilə sıx bağlı olduğunu, eyni zamanda bu cür tədbirin tətbiq edilməsinin məhkəmə qərarının vaxtında, tam və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyini müəyyən edə bilməmişdir. Belə ki, iddiaçı pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda isə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehə məxsus avtomobilin və digər əmlakların üzərinə həbsin qoyulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, ilkin iddia tələbi ilə ərizəçinin hazırki tələbi bir-biri ilə əlaqəli deyildir. Sumqayıt Şəhər Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il qərardadından ərizəçi şikayət verərək, qərardadın ləğv edilməsi və müvəqqəti təminat tədbirinə dair ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, üzrə cavabdeh olan Cavabdeh ümumilikdə 26.182 manat pul tələb edir. Bu fakt ********* nömrəli cinayət işinin materialları və “cinayət işinin icraatına xitam verilməsi barədə” qərar ilə öz təsdiqini tapmışdır. İddia tələbi təmin olunacağı təqdirdə məhkəmə aktının icrasının mümkün olması məqsədilə məhkəməyə ərizə ünvanlayaraq iş üzrə cavabdeh Cavabdeh mülkiyyətində olan əmlakların üzərinə həbs qoyulmasını xahiş etmişdir. Məhkəmə hesab etmişdir ki, ilkin iddia tələbi ilə ərizəçinin hazırki tələbi bir-biri ilə əlaqəli deyildir. Belə olan halda məhkəmə hesab edir ki, müvəqqəti təminat tədbirinin tətbiq olunmasına dair zərurətin mövcudluğu ərizəçi tərəfindən verilmiş ərizədə kifayət qədər iş üzrə cavabdeh Cavabdeh tərəfindən iddiaçı Abdullayeva Kulnarə və vəkilinə yazılan mesajlar, həmçinin, məhkəmə icraatı zamanı təqdim ediləcək səs yazıları sübut edir ki, Y.Xətainin 1 manat belə ödəmək fikri yoxdur. Əmlaka həbs qoyulmadan məhkəmə aktı iddiaçının xeyrinə yekunlaşarsa, həmin aktın icrasının mümkün olmayacağı görünür. Cavabdeh ərizəçi ƏrizəçiAslan qızına 11073 manat pulu qaytarmamaq üçün onun üzərinə şər ataraq şəxs barəsində cinayət işi açdırmışdır. Elə bu fakt Cavabdeh gələcəkdə məhkəmə aktını icra etməmə niyyətini ortaya qoyur. Cinayət işinə xitam verilməsinə baxmayaraq, Y.Xətai bugünkü günədək A.Kulnarəyə hədə-qorxu gəlir, təhqirlə dolu mesajlar göndərir. Belə olduğu təqdirdə, əgər məhkəmə tərəfindən A.Kulnaranın iddia tələbi təmin olunarsa, cavabdeh Y.Xətai tərəfindən məhkəmə aktının könüllü şəkildə icra olunması real görünmür. Həmçinin, məhkəmə iclası zamanı diskə yazılmış səs qeydləri təqdim ediləcək. Həmin səs qeydlərindən birində Y.Xətai deyir qeyd edir ki, “mən 10.000 pulun cəmi 8000 manatını qaytaracam. Söhbətin davamında isə fikrini dəyişir və deyir ki, mən ümumiyyətlə Gülnarəyə pul verməyəcəm. Əgər gəlsə, üzümə dursa, mən də onun barəsində cinayət işi açdıracam. Gülnarəyə elə bir sənədə qol çəkdirmişəm ki, özünün də xəbəri yoxdur.” Səs qeydinin məzmunundan da görünür ki, Cavabdeh məqsədi ƏrizəçiAslan qızını incitmək, ona əziyyət vermək, mümkün olan hər vasitə ilə təsir edərək A.Kulnaranın öz pulunu tələb etməsinin qarşısını almaqdır. Bundan əlavə səs qeydlərinin birində qeyd edir ki: ”məni Sumqayıtda hamı tanıyır, özümə görə hörmətim var. Hakimlərlə, prokurorlarla iş həll edirəm. Görüm sənin sözünə inanacaqlar yoxsa hüquq müdafiəçisinin? Həmçinin, müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə təqdim edilən zaman Y.Xətai cavabdeh kimi elektron məhkəmə sisteminə əlavə edilməmişdən öncə həmin ərizədən xəbərdar olur. Həm vəkilə, həm A.Kulnarəyə mesajlar yazmağa başlamışdır. Həmin mesajların ekran görüntülərini qoşma ilə şikayət ərizəsinə əlavə olunacaqdır. Göndərilən mesajlarda Y.Xətai digər avtomobilinin sənədini göndərərək həmin avtomobilə həbs qoyulmasını təklif edir. Sonra qeyd edir ki, “maşınları saxlamadım adımda, çıxardım adımdan”. Y.Xətainin davranışlarındakı əminliyi onlarda şübhələnməyə əsas verir ki, o, əmlaklarına həbs qoyulmayacağı və mülki işin nəticəsinin özünün xeyrinə həll olunacağı barədə öncədən məlumatlıdır və bu səbəbdən əminliklə əmlaklarına həbs qoyulmasını təklif edir. Məhkəmə ərizəçi tərəfindən verilən müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəni təmin etməməklə cavabdehə əmlak aktivini öhdəlikdən yayındırmağa şərait yaradır. Bu hal isə iddiaçının hüquqlarını pozur. Sumqayıt Şəhər Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək. Qanunvericiliyə görə müvəqqəti təminat tədbiri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Hazırkı ərizəsində ərizəçi cavabdehdən pul tələb etməklə cavabdehin xüsusi mülkiyyətində olan əmlakları üzərinə həbs qoyulmasını xahiş etmişdir ki, bununla da mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi ehtimalları iddia tələbinə münasbətdə əsaslandırılmamış hesab olunur. Yetəri qədər əsası olmayan ehtimallar üzrə isə şəxsin mülkiyyət hüququnun məhdudlaşdırılması əsasız hesab olunur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin müvəqqəti təminat tədbirinin rədd edilməsi barədə gəldiyi nəticə əsaslı olmaqla, işin faktiki hallarına uyğun olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.1, 400 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-16(3-8)-106/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-8)-106/2026
30.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver