Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-16(3-8)-108/2026 30.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X2 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizəsinə dair iş üzrə Xaçmaz Rayon Məhkəməsinin **(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizə ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyətində olan Xaçmaz rayonu Hacıəlibəy kəndində yerləşən 1.35 ha torpaq sahəsinə daxil olması, məhsulun yığılması və ona bağa giribçıxmağa yönəlmiş hər hansı maneələrin törədilməsinin Maraqlı şəxs və qeyrilərinə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti təmin olunmaqla, Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv olunmuş, iddiaçı Maraqlı şəxs cavabdehlər Ərizəçi, “xxxx” QSC və qeyrilərinə qarşı “hərracın nəticələrinin, alqı-satqı müqaviləsinin və reyestr çıxarışının etibarsız hesab edilməsi barədə” iddiası təmin edilməmişdir. Ali Məhkəmənin *(*-*)-**/**** saylı ##.##.2026cı il tarixli qərarına əsasən iddiaçı Maraqlı şəxs kasassiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ######## 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan narazı qalan iddiaçı Maraqlı şəxs təkrarən eyni iddia tələbi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və MTT barədə ərizə vemişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin **(***)-***/**** nömrəli, ##.##.2025ci il tarixli qərardadına əsasən iddiaçı Maraqlı şəxs cavabdeh “xxxx” Qapalı Səhmdar Cəmiyyəti BOKT-a qarşı “hərrac nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək ağaclara qulluq edilməsi, bağda suvarma, budama, dərman çilənməsi, zərərli bitkilərin təmizlənməsi və torpaq sahəsinin şumlanması işlərini həyata keçirilməsi ilə bağlı Xaçmaz Rayonu Bəyoba (Hacıəlibəy) kəndində yerləşən torpaq sahəsindən istifadəyə maneələr X1 qadağan edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin e-**(*-*)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadına əsasən həmin qərardaddan verdiyi şikayət qismən təmin edilməklə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** saylı qərardadı qismən - “X3 məxsus 1,35 ha həcmli ərazidə ağacların meyvə yığımına qədər yəni ## ####### 2026-cı il tarixinədək ağaclara qulluq edilməsi, bağda suvarma, budama, dərman çilənməsi, zərərli bitkilərin təmizlənməsi və torpaq sahəsinin şumlanması işlərini həyata keçirilməsi ilə bağlı Xaçmaz Rayonu Bəyoba kəndində yerləşən torpaq sahəsindən istifadəyə maneələrin Ərizəçi qadağan edilməsi” hissəsində ləğv edilmişdir (qərardad əlavə olunur). Qeyd edir ki, məhkəmə araşdırmaları zamanı iddiaçı Maraqlı şəxs öz izahatlarında ona məxsus bağ sahəsindən 10000-15000 manat dəyərində meyvə yığdığını bildirmişdir və bu qətnamələrdə əksini tapmışdır. Halbuki, sözügedən bağ sahəsi onun xüsusi mülkiyyətində olmuş, torpaq sahəsi onun adına dövlət qeydiyyatına alınmaqla həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Maraqlı şəxs bağ sahəsinin ona məxsus olmadığını məhsulu yığakən bilmiş və əməllərinin qanunsuz olduğunu biləbilə məhsulu ələ keçirmişdir. Odur ki, həmin məhsulun dəyəri ondan onun xeyrinə tutulmalıdır. Əlavə olaraq bildirir ki, MTT barədə qəbul olunmuş qərardadların heç birində Maraqlı şəxs məhsulun yığılmasına icazə veriləmişdir. Buna baxmayaraq, o, ona məxsus məhsulu yığaraq ona maddi zərər vurmuşdur. MM-in 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. İş materialları ilə müəyyən olunur ki, Maraqlı şəxs bağdan məhsulu yığarkən bağın ona məxsus olmadığını bilmiş lakin buna məhəl qoymayaraq, məhsulu qanunsuz yığaraq qanunsuz və əsassız varlanmaya yol vermişdir. Odur ki, hazırda ona dəymiş zərərin ödənilməsi və Maraqlı şəxs tutulması barədə Xaçmaz rayon məhkəməsinə müraciət olunacaqdır. Eyni zamanda hazırkı mərhələdə Maraqlı şəxs qanunsuz əməllərin qarısını almaq üçün Müvəqqəti təminat tədbirinin görülməsini zəruri hesab edir. Hesab edir ki, müvəqqəti təminat tədbiri kimi iddiaçı Maraqlı şəxs və qeyrilərinə onun xüsusi mülkiyyətində olan Xaçmaz rayonunun Hacıəlibəy kəndində yerləşən 1.35 ha torpaq sahəsinə daxil olmaq, oradan məhsulun yığılması və ona hər hansı manelərin törədilməsi qadağan edilməlidir. Xaçmaz Rayon Məhkəməsinin **(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il qərardadı ilə (hakim Samir Bayramov) ərizə təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsasıandırmışdır ki, Xaçmaz rayonu Hacıəlibəy kəndində yerləşən 1,35 ha torpaq sahəsi üzrə Ərizəçi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmin torpaq sahəsi ilə bağlı tərəflər arasında əvvəllər məhkəmə mübahisəsi olmuş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə Maraqlı şəxs cavabdehlər “xxxx” QSC və Ərizəçi qarşı “hərracın nəticələrinin, alqı-satqı müqaviləsinin və reyestr çıxarışının etibarsız hesab edilməsi barədə” iddiası təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bununla yanaşı iş materiallarında torpaq sahəsinə dair Ərizəçi adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvi barədə birinci instansiya məhkəməsi tərəfindən yeni qətnamə qəbul edilməsi barədə məlumat vardır. Lakin həmin qətnamənin qanuni qüvvəyə minməsi barədə sübut məhkəməyə təqdim edilməmişdir. Qanuni qüvvəyə minməmiş məhkəmə qətnaməsi daşınmaz əmlakın dövlət reyestrində mövcud olan qeydiyyatın hüquqi qüvvəsini hazırkı mərhələdə aradan qaldırmış hesab edilə bilməz. Bu baxımdan ərizəçinin dövlət reyestrində qeydiyyatlı şəxs kimi görünməsi onun ərizəsinin ilkin əsaslılığı baxımından nəzərə alına bilən haldır. Lakin, hazırkı ərizə üzrə məsələ yalnız ərizəçinin reyestrdə qeydiyyatlı şəxs olub-olmaması ilə məhdudlaşmır. İş materiallarından görünür ki, eyni torpaq sahəsi və həmin sahədə olan məhsulla bağlı bundan əvvəl Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı ilə müvəqqəti təminat tədbiri tətbiq edilmişdir. Həmin qərardad hazırda qanunla müəyyən edilmiş qaydada ləğv edilməmiş, dəyişdirilməmiş və qüvvədən düşməmişdir. Məhkəmə hesab edir ki, hazırkı ərizə üzrə Ərizəçi xeyrinə Maraqlı şəxs qarşı eyni torpaq sahəsi və eyni məhsulla əlaqədar əks məzmunlu müvəqqəti təminat tədbirinin tətbiq edilməsi eyni predmet üzrə bir-biri ilə ziddiyyət təşkil edən iki məhkəmə qərardadının mövcudluğuna səbəb ola bilər. Belə vəziyyət müvəqqəti təminat tədbirinin məqsədinə uyğun deyil. Çünki müvəqqəti təminat tədbiri mövcud vəziyyətin qorunmasına və gələcək məhkəmə müdafiəsinin səmərəliliyinin təmin olunmasına xidmət etməlidir. Eyni predmet üzrə birbirinə zidd qadağaların tətbiqi isə, əksinə, hüquqi qeyri-müəyyənlik yarada, qərardadların icrasını çətinləşdirə və tərəflərin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnə bilər. Məhkəmə həmçinin nəzərə alır ki, əvvəlki müvəqqəti təminat tədbiri qanunla müəyyən edilmiş qaydada ləğv edilmədiyi və ya başqa müvəqqəti təminat tədbiri ilə əvəz olunmadığı müddətdə eyni məhkəmə tərəfindən həmin tədbirin nəticələrini faktiki olaraq aradan qaldıran və ya onunla ziddiyyət təşkil edən yeni müvəqqəti təminat tədbirinin tətbiqi prosessual baxımdan əsaslı hesab edilə bilməz. Ərizəçinin istinad etdiyi hallar, o cümlədən torpaq sahəsinə dair reyestr qeydinin hələ qüvvədə olması, çıxarışın ləğvi barədə birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni qüvvəyə minməməsi, habelə ərizəçinin məhsulun yığılması nəticəsində ona zərər vurula biləcəyinə dair dəlilləri əvvəlki müvəqqəti təminat tədbirinin ləğvi, dəyişdirilməsi və ya başqa tədbirlə əvəz edilməsi məsələsində qiymətləndirilə bilər. Həmçinin ərizəçi həmin qərardaddan qanunla müəyyən edilmiş qaydada şikayət vermək hüququna malikdir. Lakin bu hallar eyni torpaq sahəsi və eyni məhsul üzrə hazırda qüvvədə olan əvvəlki müvəqqəti təminat tədbiri ilə ziddiyyət təşkil edən yeni müvəqqəti təminat tədbirinin tətbiqi üçün kifayət hesab edilə bilməz. Ərizəçi Ərizəçi həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini, onun xüsusi mülkiyyətində olduğunu bildirdiyi Xaçmaz rayonu Hacıəlibəy kəndində yerləşən 1,35 ha torpaq sahəsinə daxil olmağın, məhsulun yığılmasının və onun bağa girib-çıxmasına maneələrin törədilməsinin Maraqlı şəxs və qeyrilərinə qadağan edilməsi barədə yeni qərardad qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyini əsassız və ədalətsiz hesab edir. Belə ki, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*- ***)-*/**** saylı qərardadından şikayət verilmiş, lakin Xaçmaz Rayon Məhkəməsi öz qərardadını qüvvədə saxlamış nəticədə iş baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Həmin qərardadı ləğv etməməklə Xaçmaz Rayon Məhkəməsi ona qarşı qanunsuz və qərəzli mövqedə olduğunu göstərmişdir. Bundan başqa Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı ilə müvəqqəti təminat tədbiri tətbiq edilməsi, onun ərizəsinin də təmin olunmasına mane olmur. Buna baxmayaraq, məhkəmə bunu bəhanə gətirməklə onun ərizəsini təmin etməmişdir. Əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti təmin olunmaqla Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv olunmuş, iddiaçı Maraqlı şəxs cavabdehlər Ərizəçi, “xxxx” QSC və qeyrilərinə qarşı “hərracın nəticələrinin, alqı-satqı müqaviləsinin və reyestr çıxarışının etibarsız hesab edilməsi barədə” iddiası təmin edilməmişdir. Ali Məhkəmənin *(*-*)-**/**** saylı ##.##.2026-cı il tarixli Qərarına əsasən iddiaçı Maraqlı şəxs kassasiya şikayəti təmin edilməmiş, İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ######## 2025ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan narazı qalan iddiaçı Maraqlı şəxs təkrarən eyni iddia tələbi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və MTT barədə ərizə vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin **(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadına əsasən iddiaçı Maraqlı şəxs cavabdeh “xxxx” Qapalı Səhmdar Cəmiyyəti BOKT-a qarşı “hərrac nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək ağaclara qulluq edilməsi, bağda suvarma, budama, dərman çilənməsi, zərərli bitkilərin təmizlənməsi və torpaq sahəsinin şumlanması işlərini həyata keçirilməsi ilə bağlı Xaçmaz Rayonu Bəyoba (Hacıəlibəy) kəndində yerləşən torpaq sahəsindən istifadəyə maneələr X1 qadağan edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin e-**(*-*)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadına əsasən həmin qərardaddan verdiyi şikayət qismən təmin edilməklə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-16(5-104)- ***/**** saylı qərardadı qərardadı qismən – “X3 məxsus 1,35 ha həcmli ərazidə ağacların meyvə yığımına qədər yəni ## ####### 2026cı il tarixinədək ağaclara qulluq edilməsi, bağda suvarma, budama, dərman çilənməsi, zərərli bitkilərin təmizlənməsi və torpaq sahəsinin şumlanması işlərini həyata keçirilməsi ilə bağlı Xaçmaz Rayonu Bəyoba kəndində yerləşən torpaq sahəsindən istifadəyə maneələrin X1 qadağan edilməsi” hissəsində ləğv edilmişdir (qərardad əlavə olunur). Qeyd edir ki, məhkəmə araşdırmaları zamanı iddiaçı Maraqlı şəxs öz izahatlarında ona məxsus bağ sahəsindən 10-15 min manat dəyərində meyvə yığdığını bildirmişdir və bu qətnamələrdə əksini tapmışdır. Halbuki, sözü gedən bağ sahəsi onun xüsusi mülkiyyətində olmuş, torpaq sahəsi adına dövlət qeydiyyatına alınmaqla həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Maraqlı şəxs bağ sahəsinin ona məxsus olmadığını məhsulu yığakən bilmiş və əməllərinin qanunsuz olduğunu bilə bilə məhsulu əldə keçirmişdir. Odur ki, həmin məhsulun dəyəri ondan xeyrinə tutulmalıdır. Əlavə olaraq, bildirir ki, MTT barədə qəbul olunmuş qərardadların heç birində Maraqlı şəxs məhsulun yığılmasına icazə verilməmişdir. Buna baxmayaraq, o, ona məxsus məhsulu yığaraq maddi zərər vurmuşdur. MM-nin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. İş materialları ilə müəyyən olunur ki, Maraqlı şəxs bağdan məhsulu yığarkən bağın ona məxsus olmadığını bilmiş lakin buna məhəl qoymayaraq, məhsulu qanunsuz yığaraq qanunsuz və əsassız varlanmaya yol vermişdir. Odur ki, hazırda ona dəymiş zərərin ödənilməsi və Maraqlı şəxs tutulması barədə Xaçmaz Rayon Məhkəməsinə müraciət olunacaqdır. Eyni zamanda hazırkı mərhələdə Maraqlı şəxs qanunsuz əməllərin qarısını almaq üçün Müvəqqəti təminat tədbirinin görülməsini zəruri hesab edir. Müvəqqəti təminat tədbiri kimi iddiaçı Maraqlı şəxs və qeyrilərinə onun xüsusi mülkiyyətində olan Xaçmaz rayonunun Hacıəlibəy kəndində yerləşən 1.35 ha torpaq sahəsinə daxil olmaq, oradan məhsulun yığılması və ona hər hansı manelərin törədilməsi qadağan edilməlidir. Xaçmaz Rayon Məhkəməsinin **(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin **(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və gəldiyi nəticəni əsaslandırması ilə razılşamaqla yanaşı,əlavə olaraq qeyd edir ki, ərizəçi müvəqqəti təminat tədbirinə dair ərizəsində cavabdehə qarşı gələcəkdə hansı iddia tələbi ilə məhkəməyə müraciət edəcəyinə dair hər hansı bir əsaslandırma aparmamışdır. Lakin, ərizənin mahiyyətindən belə anlaşılır ki, ərizəçi cavabdehə qarşı Mülki Məcəllənin 157.2ci maddəsinin tələbinə müvafiq olaraq, əmlakının cavabdehin qanunsuz sahibliyindən geri tələb edilməsi və Mülki Məcəllənin 157.5-ci maddəsinə əsasən zərərin əvəzinin tələb etmək niyyətindədir. Hazırkı müvəqqəti təminat tədbirinə dair ərizə ilə isə ərizəçi cavabdehin mübahisəli torpaq sahəsinə daxil olmasının qadağan edilməsini tələb etməkdədir. Ərizənin təmin edilməsi halında isə ərizəçi müvəqqəti təminat tədbiri vasitəsi ilə iddia üzrə əldə etmək istədiyi nəticəyə nail olmuş hesab olunur ki, bu da müvəqqəti təminat tədbirinin mahiyyətinə zidd olmaqla, yolverilməzdir. Qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən isə istər vicdansız, istəsə də vicdanlı sahibdən zərərin əvəzinin ödənilməsini tələb etmək mümkündür. Hərçənd ki, cavabdehin torpaq sahəsinə faktiki sahibliyinin qanunsuz olması da təsdiq olunmamaqdadır. Belə ki, iş materiallarından iddiaçı Maraqlı şəxs cavabdehlər Ərizəçi, "xxxx” QSC BOKT, "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC, Xaçmaz rayon İcra Şöbəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "X9" PHŞ-yə qarşı “hərracın nəticələrinin, alqı-satqı müqaviləsinin və hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi iş məhkəməyə müracitə etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Xaçmaz rayonu, Hacıəlibəy kəndində yerləşən 1,35 ha torpaq sahəsinin borcun əvəzinə cavabdeh “xxxx” QSC BOKT-a təhvil verilməsi barədə Xaçmaz Rayon İcra şöbəsinin ## ### 2012-ci il tarixli aktın ləğv edilməsi, ## ### 2012-ci il tarixli akta əsasən Xaçmaz rayonunun Hacıəlibəy kəndində yerləşən 1,35 ha torpaq sahəsinin cavabdeh “xxxx” QSC BOKT-un mülkiyyətinə keçirilməsi ilə bağlı ##.##.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli, RX******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X9 X6 ##.##.2024-cü il tarixli **/** saylı hərrac protokolunun etibarsız hesab edilməsi, Xaçmaz rayonunun Hacıəlibəy kəndində yerləşən 1,35 ha torpaq (bağ) sahəsinin Ərizəçi mülkiyyətinə keçirilməsi ilə bağlı ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş və iş hazırda Bakı Apellyasiya Məhkəməsinin (##.##.2026-cı il tarixdə daxil olmuş e-*(*-*)-****/**** nömrəli mülki iş) icraatındadır. Bundan başqa iş materialları ilə müəyyən edilir ki, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)**/**** saylı qərardadından görünür ki, ərizəçi Maraqlı şəxs maraqlı tərəf Ərizəçi qarşı müvəqqəti təminat tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək Ərizəçi Ariz Əmri oğluna və digər şəxslərə Xaçmaz rayonu, Hacıəlibəy kəndində yerləşən 1,35 ha torpaq (şaftalı bağı) sahəsinə girməsi və orada hər hansı işlərin aparılmasının qadağan edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə təmin olunmuş, Ərizəçi və digər şəxslərə Xaçmaz rayonu, Hacıəlibəy kəndində yerləşən 1,35 ha torpaq (şaftalı bağı) sahəsinə girməsi və orada hər hansı işlərin aparılmasının qadağan edilməsi, qərardadın 1 ay müddətinə, ## #### 2026-cı il tarixədək qüvvədə qalması qərara alınmışdır. Həmin qərardaddan Ərizəçi Ariz Əmri oğlu tərəfindən şikayət verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmişdir. Yəni, eyni predmet üzrə bir-birinə zidd qadağaların tətbiqi isə yolverilməz olmaqla, hüquqi qeyri-müəyyənlik yarada, qərardadların icrasını çətinləşdirə və tərəflərin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin **(*-***)-**/**** nömrəli, ##.##.2026cı il qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.1, 400 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Ərizəçi Ərizəçi şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin **(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-16(3-8)-108/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-8)-108/2026
30.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver