Azәrbaycan Respublikası adından Qərardad Sumqayıt şәhәri İş № e-16(3-8)-109/2026 30.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyasının hakimlәri X1 (mәruzәçi), Mahmudov Ayaz Akif oğlu vә Hüseynzadә Afiq Hüseyn oğlundan ibarәt tәrkibdә Ərizәçi Ərizәçi müvәqqәti tәminat tәdbirinin tәtbiqi barәdә әrizәsinin tәmin edilmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** nömrәli qәrardadından cavabdeh Maraqlı şәxs tәrәfindәn verilmiş şikayәtә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları MÜƏYYƏN ETDİ Ərizәçi cavabdehә qarşı müvәqqәti tәminat tәdbiri ilә bağlı mәhkәmәyә müraciәt edәrәk, Abşeron rayon, Saray qәsәbәsindә yerlәşәn 0.25 sot torpaq sahәsi Azәrbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Mәsәlәlәri Dövlәt Xidmәtinin tabeliyindә Daşınmaz Əmlakın Dövlәt Kadastrı vә X2 şәxsinin * saylı Abşeron Ərazi İdarәsinin çıxarışına әsasәn ona mәxsus torpaq sahәsi üzrә cavabdehә istifadәyә maneә yaradan hәr hansı digәr hәrәkәtlәrin hәyata keçirilmәsini qadağan edilmәsi barәdә qәrardad çıxarılmasını mәhkәmәdәn xahiş etmişdir. Cavabdeh Maraqlı şәxs elektron kabinet vasitәsi ilә Abşeron Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, **(*-***)***/**** saylı qәrardadından şikayәt verәrәk qәrardadın lәğv olunmasını xahiş etmişdir. Şikayәtin dәlillәrinә görә, mәhkәmә iddia olunan sahәnin ölçülәri barәdә ziddiyyәtә yol vermәklә MPM-nin 220.4-cü maddәsinin (Qәrardadın әsaslandırılması) tәlәbini pozmuşdur. Mәhkәmә aktları aydın, daxili ziddiyyәtlәrdәn uzaq vә әsaslı olmalıdır. Lakin qәrardadın nәticә hissәsindә "0.25 sot" torpaq sahәsi barәdә qadağa qoyulduğu halda, tәsviri hissәnin 14-cü bәndindә hәmin torpağın Dövlәt Kadastrı sәnәdlәrindә"0.25 hektar" olduğu göstәrilir. "Sot" vә "Hektar" arasında 100 misil fәrq vardır. Ölçüsü vә hüdudları qeyri-müәyyәn olan, daxili ziddiyyәtlәrlә dolu bir qәrardadın qәbul edilmәsi MPM-nin 220.4-cü maddәsinin kobud şәkildә pozulmasıdır vә belә akt icra edilә bilmәz. 1 sot 100m2, 1 hektar isә 10 000 m2-dir. Mәhkәmәnin "sot" vә "hektar" kimi tam fәrqli hüquqi vә fiziki anlayışları eynilәşdirmәsi, hüquqi aktın qeyri-müәyyәnliyindәn vә işә sәthi yanaşılmasından xәbәr verir. Qeyri-müәyyәn vә ölçüsü dәqiq bilinmәyәn sahә barәdә qadağanın qoyulması icraat qanunvericiliyinә ziddir. Hesab edirik ki, yuxarıda da qeyd edilәn әsaslara görә Abşeron Rayon Mәhkәmәsinin e-**(*-***)-***/**** saylı ## #### 2026cı il tarixli qәrardadı әsassız vә qanunsuzdur. Bu sәbәbdәn hesab edirlәr ki, qeyd edilәn qәrardadın lәğv edilәrәk әrizәnin tәmin edilmәmәsi üçün hüquqi әsaslar mövcuddur. Qeyd edilәnlәri nәzәrә alaraq Abşeron Rayon Mәhkәmәsinin e-**(*-***)-***/**** saylı ## #### 2026-cı il tarixli qәrardadının lәğv edilmәsini, әrizәçi Ərizәçi müvәqqәti tәminattәdbirinin tәtbiqi barәdә әrizәsi tәmin edilmәmәsi bardә yeni qәrardad qәbul edilmәsini, әks tәqdirdә işin apellyasiya instansiya mәhkәmәsinә göndәrilmәsi barәdә qәrardad qәbul edilmәsini xahiş etmişlәr. Abşeron Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrәli qәrardadı ilә şikayәtin tәmin edilmәmәsi vә işlә birlikdә Sumqayıt Apellyasiya Mәhkәmәsinә göndәrilmәsi qәrara alınmışdır. Azәrbaycan Respublikası MPM-nin 372.1-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi tam hüquqlu mәhkәmә kimi işә, işdә olan vә әlavә tәqdim olunmuş sübutlar әsasında mahiyyәti üzrә baxır. Hәmin Mәcәllәnin 372.7-ci maddәsinә görә apellyasiya instansiyası mәhkәmәsi şikayәtin dәlillәrindәn asılı olmayaraq, mәhkәmәnin maddi vә prosessual hüquq normalarına riayәt etmәsini yoxlayır. Qeyd edilәn Mәcәllәnin 10.8-1-ci maddәsinә әsasәn, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 vә 437-ci maddәlәrindә nәzәrdә tutulmuş hallarda işlәrә yazılı icraat qaydasında, yәni mәhkәmә iclası keçirilmәdәn vә tәrәflәr izahatları dinlәnilmәk üçün çağırılmadan baxılır. Bu Mәcәllәnin 394-1, 397.2 vә 414.1-ci maddәlәrindә nәzәrdә tutulmuş hallarda mәhkәmәnin qәrardadına әsasәn işә mәhkәmә iclasında baxıla bilәr. Azәrbaycan Respublikası MPM-nin 397.2-ci maddәsinә görә apellyasiya instansiyası mәhkәmәsi qәrardaddan verilәn şikayәtә onun mәhkәmәyә daxil olduğu vaxtdan 20 gün müddәtindә yazılı icraat qaydasında baxır. Hazırkı şikayәt birinci instansiya mәhkәmәsinin qәrardadından verildiyinә görә mәhkәmә kollegiyası mübahisәyә MPM-nin 10.8-1 vә 397.2-ci maddәlәrinә әsasәn yazılı icraat qaydasında baxmışdır. Mәhkәmә kollegiyası şikayәtin dәlillәrini vә iş materiallarını araşdıraraq hesab edir ki, şikayәt qismәn tәmin edilmәli, Abşeron Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** nömrәli qәrardadı lәğv edilmәli, qәrardadda sadalanan xüsusatlar nәzәrә alınıb yenidәn baxılması üçün mülki iş birinci instansiya mәhkәmәsinә qaytarılmalıdır. Belә ki, AR MPM-nin 10.8-1-ci maddәsinә görә bu Mәcәllәnin 159, 269, 280, 284- 5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 vә 437-ci maddәlәrindә nәzәrdә tutulmuş hallarda işlәrә yazılı icraat qaydasında, yәni mәhkәmә iclası keçirilmәdәn vә tәrәflәr izahatları dinlәnilmәk üçün çağırılmadan baxılır. Bu Mәcәllәnin 394-1, 397.2 vә 414.1-ci maddәlәrindә nәzәrdә tutulmuş hallarda mәhkәmәnin qәrardadına әsasәn işә mәhkәmә iclasında baxıla bilәr. Hazırda müvәqqәti tәminat tәdbirinin tәtbiqi barәdә әrizә verildiyindәn mәhkәmә kollegiyası mübahisәyә MPM-nin 10.8-1 vә 159-cu maddәlәrinә әsasәn yazılı icraat qaydasında baxmışdır. Azәrbaycan Respublikası MPM-nin 157.1-ci maddәsinә әsasәn, maraqlı şәxslәrin әrizәsi ilә mәhkәmә müvәqqәti tәminat tәdbirlәrinin tәtbiqi barәdә qәrardad qәbul edә bilәr. Hәmin Mәcәllәnin 157.2-ci maddәsinә әsasәn, müvәqqәti tәminat tәdbirlәri cavabdehin vә ya digәr şәxslәrin hәrәkәtlәri (hәrәkәtsizliyi) nәticәsindә mövcud vәziyyәtin dәyişәcәyi tәqdirdә әrizәçinin hüquqlarının qorunmasının (tәmin vә ya bәrpa edilmәsinin) mümkün olmayacağı vә ya әhәmiyyәtli dәrәcәdә çәtinlәşәcәyinin qarşısını almaq mәqsәdilә tәtbiq edilir. Qeyd edilәn Mәcәllәnin 157.6-cı maddәsinә әsasәn, müvәqqәti tәminat tәdbirlәri bu Mәcәllәnin 157.2-ci maddәsindә göstәrilәn mәqsәdlәrә mütәnasib olmalı vә әks tәrәfin hüquqlarının lüzumsuz mәhdudlaşdırılması ilә nәticәlәnmәmәlidir. Yenә hәmin 158.1.1-ci maddәsinә әsasәn, cavabdehdә vә ya digәr şәxslәrdә olan cavabdehә mәxsus әmlak üzәrinә hәbs qoymaq; Mәcәllәnin 158.1.2-ci maddәsinә әsasәn isә müәyyәn hәrәkәtlәri etmәyi cavabdehә qadağan etmәk, hәmçinin Mәcәllәnin 158.1.3-cü maddәsinә әsasәn mübahisә predmetinә aid olan müәyyәn hәrәkәtlәri etmәyi başqa şәxslәrә qadağan etmәk növündә müvәqqәti tәminat tәdbirlәri görülә bilәr. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 157 vә 158ci maddәlәrinin bәzi müddәalarına dair Konstitusiya Mәhkәmәsinin Plenumunun ## #### 2018-ci il tarixli qәrarında qeyd olunru ki, Azәrbaycan Respublikası Konstitusiyasının 127-ci maddәsinin II hissәsinin, Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 157 vә 158-ci maddәlәrinin tәlәblәrinә uyğun olaraq mәhkәmәlәr işdә iştirak edәn şәxs tәrәfindәn әrizәdә iddianı tәmin etmә tәdbirlәrinin tәtbiq edilmәsinin kifayәt qәdәr әsaslandırılmasına xüsusi diqqәt yetirmәli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tәlәbi ilә bu tәdbirlәr arasında әlaqәnin mövcud olmasını yoxlamalı, tәtbiq olunan tәdbirin irәli sürülmüş tәlәbә mütәnasib olmasını vә işdә iştirak edәn bütün şәxslәrin qanuni mәnafelәrini tәmin etmәklә әsaslandırılmış mәhkәmә aktı qәbul etmәlidir. Hәmin qәrarda Konstitusiya Mәhkәmәsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyә görә,... әn ümumi mәnada isә mütәnasiblik prinsipi mütlәq olaraq özündә üç әsas elementi nәzәrdә tutur: bu prinsip insan vә vәtәndaş hüquq vә azadlıqlarının mәhdudlaşdırılması mәsәlәlәrini tәnzimlәyir; hüquq ancaq qanunla mәhdudlaşdırıla bilәr; mәqsәdә çatma vasitәsi kimi hüququn mәhdudlaşdırılma dәrәcәsi hәmin mәqsәdә uyğun olmalı vә hәdsiz olmamalıdır.... Qüvvәdә olan Mülki Prosessual Mәcәllәnin şübhәsiz üstünlüklәrindәn biri mәhz iddianı tәmin etmә tәdbirlәrinin iddiaçı tәrәfindәn irәli sürülmüş tәlәbә mütәnasibliyi prinsipinin tәtbiq edilmәsidir. Tәmin etmә tәdbirlәrinin iddiaçı tәrәfindәn irәli sürülmüş әsas tәlәbә mütәnasibliyi prinsipinin mahiyyәti bundan ibarәtdir ki, hakim cavabdehin әmlakına iddia mәblәğindәn çox olmayan ölçüdә hәbs qoya vә yaxud cavabdehә vә ya digәr şәxslәrә müstәsna olaraq irәli sürülmüş tәlәb hәddindә müәyyәn hәrәkәtlәri icra etmәyi qadağan edә bilәr. Mәhkәmә kollegiyası qeyd edir ki, MPM-in müddәalarına әsasәn, iddiaçı iddianın tәmin edilmәsinә (iddiaçının hüquqlarının qorunmasına) yönәlmiş tәminat tәdbirlәrinin görülmәsi barәdә mәhkәmәyә әrizә ilә müraciәt edә bilәr vә mәhkәmә müvәqqәti xarakterli müdafiә tәdbiri qismindә cavabdehin üzәrinә müәyyәn hәrәkәtlәri etmәk vә ya müәyyәn hәrәkәtlәri etmәkdәn çәkinmәk, yaxud müәyyәn hәrәkәtlәrә dözmәk barәdә vәzifә qoya bilәr. Qanuni әsaslar olduğu hallarda mәhkәmә üçüncü şәxslәrin dә üzәrinә belә vәzifә qoya bilәr. Lakin bu halda, tәminat tәdbiri gәlәcәkdә iddianın tәmin olunacağı halda iddiaçının pozulmuş hüquqlarının qorunmasına xidmәt etsә dә, hәr bir halda işә baxan mәhkәmә tәrәflәrin hüquq bәrabәrliyindәn çıxış etmәli, iddianın uğurlu olmayacağı halda digәr şәxslәrin (cavabdeh vә üçüncü şәxslәrin) hüquqlarının müdafiәsinin mümkünlüyünü, başqa sözlә, tәmin tәdbirindәn әvvәlki vәziyyәtә qayıtmağın mümkünlüyünü nәzәrә almalıdır. Digәr tәrәfdәn, müvәqqәti müdafiә tәdbiri “müvәqqәti olaraq” iddianın uğurlu olması ehtimalı yüksәk olduğu halda, iddiaçının hüquqlarının qorunmasına yönәlmiş tәminat tәdbiridir vә bu tәminat tәdbiri tәrәflәrin hüquq vә mәhkәmә qarşısında bәrabәrliyi nәzәrә alınmaqla “müvәqqәti” tәnzimlәmә xarakterli olmalı, bir tәrәfin әlverişsiz vәziyyәtә düşmәsi ilә nәticәlәnmәmәlidir. Qanunvericiliyә әsasәn müvәqqәti tәminat tәdbirinin tәtbiqindә әsas mәqsәd mәhkәmәnin gәlәcәkdә qәbul edilәcәyi qәtnamәnin icra edilmәsinin çәtinliyi vә ya mümkünsüz ola bilәcәyi hallarla bağlıdır vә hәmin qәrardadla iş mahiyyәti üzrә hәll oluna bilmәz. Müvәqqәti tәminat tәdbiri barәdә qәrardad qәbul edilәrkәn mәhkәmә iddiaçının iddia tәlәbinin әsaslılığını vә hәmin iddia ilә bağlı gәlәcәkdә qәbul edilәcәk qәtnamәnin icrasına maneәlәr yarada bilәn cavabdehin hansı qanunazidd hәrәkәtlәr edә bilәcәyi haqqında şübhәlәrin әsaslı olub-olmamasını müәyyәn etmәlidir. Hazırki müvәqqәti tәminat tәdbirinin tәtbiqi barәdә әrizә üzrә material kollegiya tәrәfindәn nәzәrdәn keçirilәrkәn iş materialının yalnız әrizә vә sәlahiyyәt tәsdiq edәn sәnәddәn ibarәt olması müәyyәn edilmişdir. İş üzrә mühüm әhәmiyyәt kәsb edәn, tәrәflәr arasındakı mübahisәyә dair vә cavabdeh tәrәfindәn yaradılan maneәlәrә dair hәr hansı sәnәdlәr iş materiallarına әlavә olunmadığından kollegiya әrizә üzrә әtraflı araşdırma aparılmadığı, iddianın uğurluluq ehtimalı baxımından әrizәnin qiymәtlәndirilmәmәsi qәnaәtinә gәlir. Hәmçinin iş materiallarından müәyyәn olunur ki, Abşeron rayon, Saray qәsәbәsindә yerlәşәn 0,25 ha torpaq sahәsinә dair hәm әrizәçi hәm dә cavabdehin çıxarışı vardır. Mәhkәmә kollegiyası birinci instansiya mәhkәmәsinin gәldiyi nәticәsi ilә razılaşmayaraq, qeyd edir ki, mübahisәli predmetlә bağlı cavabdehә istifadәyә maneә yaradan hәr hansı digәr hәrәkәtlәrin hәyata keçirilmәsini qadağan edilmәsi barәdә qәrardad çıxarılarkәn birinci instansiya mәhkәmәsi gәldiyi nәticәsini kifayәt qәdәr әsaslandırmamış, mövcud mübahisә üzrә tәrәflәrin hәr ikisinin “sәlahiyyәtini” tәsdiq edәn sәnәdlәrini eyni torpaq sahәsi ilә bağlı olub-olmamasını, ümumiyyәtlә maneәlәrin nәdәn ibarәt olmasını, әrizәçinin hüquqlarının qorunmasının (tәmin vә ya bәrpa edilmәsinin) mümkün olmamasına vә ya әhәmiyyәtli dәrәcәdә çәtinlәşdirilmәsinә dair halları müәyyәn etmәdәn әrizәni tәmin etmişdir. Hәmçinin, kollegiya qeyd edir ki, birinci instansiya mәhkәmәsi qәrardadında iddia әrizәsinin verilmәmәsini göstәrsә dә, qәrardadın nәticә hissәsindә qoyulmuş qadağanın müddәtini göstәrmәmiş, bununla da cavabdehin hüquqlarını әsasssız olaraq pozmuşdur. Ona görә dә Mәhkәmә kоllegiyаsı hesab edir ki, Abşeron Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** nömrәli qәrardadı lәğv edilmәli vә sonrakı prosessual hәrәkәtlәrin edilmәsi üçün iş birinci instansiya mәhәkәmәsinә qaytarılmalıdır. Аzәrbаycаn Respublikаsı Mülki Prоsessuаl Mәcәllәsinin 398.0.2-ci mаddәsinә görә, аpellyаsiyа instаnsiyаsı mәhkәmәsinin qәrardadı tam vә ya qismәn lәğv edib, yaxud dәyişib işi birinci instansiya mәhkәmәsinә göndәrmәk hüququ vаrdır. Hәmin Mәcәllәnin 399-cu maddәsinә әsasәn birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn olunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir. Birinci instansiya mәhkәmәsi işә yenidәn baxarkәn sadalanan xüsusatları nәzәrә almalı, ondan sonra mübahisәyә hüquqi qiymәt vermәlidir. Şәrh edilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398.0.2 vә 400, 402-ci maddәlәrini rәhbәr tutaraq mәhkәmә kollegiyası QƏRARA A L D İ: Şikayәt qismәn tәmin edilsin. Ərizәçi Ərizәçi müvәqqәti tәminat tәdbirinin tәtbiqi barәdә әrizәsinin tәmin edilmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** nömrәli qәrardadı lәğv edilsin. Hazırki qәrardadda sadalanan xüsusatlar nәzәrә alınıb yenidәn baxılması üçün Abşeron Rayon Mәhkәmәsinә qaytarılsın. Qәrardaddan şikayәt verilә bilmәz.
Məhkəmə qərarları › İş №e-16(3-8)-109/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-8)-109/2026
30.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver