Məhkəmə qərarları › İş №e-16(3-8)-113/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-8)-113/2026

30.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-16(3-8)-113/2026 30.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinin qismən təmin edilməsinə dair Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** nömrəli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, *(*-***)-****/**** saylı işə mahiyyəti üzrə baxılıb qurtaranadək ərizəçi Ərizəçi ##.##.2019-cu il təvəllüdlü X3 və ##.##.2022-ci il təvəllüdlü X4 ilə həftə içi hər gün saat 16:00-dan saat 21:00dək, hər həftənin şənbə günü saat 15:00-dan bazar günü saat 21:00-dək müvəqqəti ünsiyyət vaxtının müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi Cavabdeh ilə ##.##.2018-ci il tarixində qeyrirəsmi olaraq ailə həyatı qurmuşdur. Ailə münasibətlərindən ##.##.2019-cu il təvəllüdlü X3 və ##.##.2022-ci il təvəllüdlü X4 adlı övladları anadan olmuşdur. Birgə yaşadıqları müddətdə Ərizəçi tərəfindən dəfələrlə rəsmi nikahın bağlanması tələb olunsa da, cavabdeh bu məsələdən yayınmışdır. Ərizəçi Kürdəmirdə cavabdeh və onun ailəsi ilə birlikdə yaşamışdır. İlk üç ildə Cavabdeh tərəfindən xırda xəyanətlər olsa da, münasibətləri normal olmuşdur. Lakin ##.##.2022-ci il tarixində Cavabdeh Qönçə Qasımova adlı qadınla münasibətə başlamış, həmin tarixdən etibarən ailələrində olan problemlər daha da şiddətlənmişdir. Yoldaşı həmin qadınla yaşamağa başlamışdır. Ərizəçi oğlu ##.##.2019-cu il təvəllüdü Məhəmməd dünyaya gələndə yoldaşı Cavabdeh da həmin xanımdan övladı olduğunu, həmin uşağın doğulmasına az qaldığını öyrənmişdir. Cavabdeh ərizəçi Ərizəçi ilə tamamilə əlaqəsini kəsmişdir. Evə gəldiyi zaman isə ərizəçini ancaq təhqir etmiş, alçaltmış, ona qarşı həm psixoloji, həm də fiziki zorakılıq göstərmişdir. Hətta Qönçə adlı xanım da Ərizəçi yazaraq onu mütəmadi şəkildə təhqir edib, alçaltmışdır. Sığınacağa gəlmək istədikdə belə, buna imkan verməmişlər. Yaşadığı hadisələr nəticəsində vəziyyəti günü-gündən ağırlaşmışdır. Övladları ilə daim özü məşğul olmuşdur. Son olaraq cavabdeh onu döyərək Kürdəmirdə evdən qovmuşdur. Ərizəçi qan içində evdən çıxmışdır. Hazırda cavabdeh tərəfindən Ərizəçi qarşı uşaqların onun himayəsində saxlanması, aliment tutulması tələbi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edimişdir. Həmin mübahisə üzrə *(*-***)****/**** saylı mülki iş hal-hazırda Abşeron Rayon Məhkəməsinin icraatındadır. Ərizəçi övladları ilə görüşməsinə və onlarla ünsiyyət qurmasına cavabdeh və onun ailə üzvləri tərəfindən mütəmadi olaraq maneələr törədilir. Azyaşlı uşaqlar ərizəçiyə bağlı olsalar da, onun övladları ilə münasibət qurmasına imkan verilmir. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** nömrəli qərardadı ilə ərizə qismən təmin edilərək, Cavabdeh Ərizəçi qarşı uşaqların atanın himayəsində qalması və aliment barədə ilkin, Ərizəçi Cavabdeh qarşı uşaqların atadan alınaraq anaya verilməsi və ananın himayəsində qalması barədə qarşılıqlı iddia tələblərinə dair mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək Ərizəçi ##.##.2019-cu il təvəllüdlü X3 və ##.##.2022-ci il təvəllüdlü X4 ilə hər həftənin bazar günü saat 11:00-dan saat 19:00-dək ünsiyyətdə olmasına maneə yaradılması Cavabdeh və digər şəxslərə qadağan edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır (hakim Məlahət Abbasova). Ərizəçi Ərizəçi həmin qərardaddan şikayət vermişdir. Şikayətin dəlilləri bundan ibarətdir ki, uşaqların himayə tələbi ilə bağlı mülki iş Abşeron Rayon Məhkəməsinin icraatındadır. Uşaqlar Kürdəmir rayonunda nənə və babanın yanındadırlar. Məhkəmənin müvəqqəti olaraq müəyyən etdiyi ünsiyyət vaxtı həm uşaqların mənafeyinə uyğun deyil, həm də digər şəxslərin sui-istifadəsi nəticəsində tamamilə icraolunmaz vəziyyətə düşmüşdür. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli qərarının 2.2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr uşaqlardan ayrı yaşayan valideynin uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi barədə iddialara baxarkən iddianın predmetinin ünsiyyət hüququnun müəyyən edilməsindən ibarət olduğunu, ünsiyyətin vaxtı, müddəti, yeri, forması, şəraiti və digər xüsusiyyətlərinin isə bu hüququn icra qaydası və (və ya) üsulunu ehtiva etdiyini nəzərə almalıdırlar. Görüşlər sadəcə bazar gününə təyin olunmuşdur. Bazar günləri İcra və Probasiya Şöbəsi işləmədiyi üçün ərizəçi uşaqlarla görüşə icra məmurunun iştirakı olmadan getmək məcburiyyətində qalır. Bu zaman nənə və baba tərəfindən anaya qarşı fiziki və psixoloji təzyiq göstərilir. İcra məmurunun iştirakı olmadığından uşaqlar alınıb anaya verilə bilmir. Uşaqlar qorxu altında qapı arxasında qalırlar. Məhkəmə tərəfindən görüş üçün çox qısa müddət verilib. Uşaqların 7 və 3 yaşları var. Məhkəmə tərəfindən müəyyən edilmiş görüş müddəti uşaqların yaş xüsusiyyətləri və onların ehtiyacları baxımından kifayət edə bilməz. Bu yaş dövründə uşaqların ana qayğısına ehtiyacları var. Nənə və baba Ərizəçi uşaqlarına yaxınlaşmağa icazə vermirlər. Uşaqlara psixoloji təsir göstərilir. 3 və 7 yaşlı azyaşlı uşaqların ana qayğısına ehtiyacları var. Uşaqlar analarına düşkündürlər. Uşaqların başının üstündə duraraq anaya yaxınlaşmağa icazə verməmək uşaqlarda dərin psixoloji travma yaradır. Uşaqlar analarının yanına gəlmək istəsələr də, icazə verilmir. Bu hərəkətlər uşaq hüquqlarının kobud şəkildə pozulmasıdır. Onların anaya sərbəst şəkildə yaxınlaşmasına imkan verilməməsi, çəkindirilməsi uşaqların psixoloji vəziyyətinə mənfi təsir göstərir. Məhkəmə isə belə qənaətə gəlmişdir ki, sadəcə həftədə bir dəfə, bir neçə saat görüş verilməsi kifayət edə bilər. Halbuki, bu qısa müddətli görüş uşaqların mənafeyi üçün uyğun deyil. Başqa şəxslərin qanunsuz hərəkətlərinə görə uşaqlar ana qayğısından məhrum olurlar. Məhkəmə isə iş üzrə uşaqların azyaşlı olmasını, ana qayğısına ehtiyacları olmasını, azyaşlı uşaqların məhz ananın yanında olmalı olduğunu nəzərə almayıb. Məhkəmənin icraatında olan işə mahiyyəti üzrə baxılıb qurtaranadək ən azından uşaqlar bir gün də olsa, ananın yanında qalmalıdırlar. Övladlarını özü böyüdüb, uşaqlar analarına bağlıdırlar. Hazırki vəziyyət həm uşaqların, həm də ananın psixologiyasına ciddi mənfi təsir göstərir. Bütün göstərilən hallar onu təsdiq edir ki, iş mahiyyəti üzrə həll edilənədək müəyyən edilmiş uşaqla ünsiyyət uşaqların mənafeyinə cavab vermir. Uşaqların yaşları, onların ana qayğısına olan ehtiyacları, valideyn, xüsusilə də ana-uşaq münasibətlərinin qorunmasının vacibliyi nəzərə alınaraq, iş üzrə yekun məhkəmə aktı qəbul olunanadək uşaqların qısa görüşlərdən əlavə ən azı həftədə bir dəfə gecələməklə ananın yanında qalmasının müəyyən edilməsi zəruridir. Məhkəmə qərar qəbul edərkən uşaqların azyaşlı olmasını, ana himayəsinin zərurətini, uşaqların hüquqlarını və digər zəruri halları nəzərə almamışdır. Uşaqların ana qayğısına ehtiyacları var. Mövcud vəziyyət uşaqların hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnir. Uşaqların ana qayğısına ehtiyacları var. Mövcud vəziyyət uşaqların hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnir. Göstərilənlərə görə şikayət təmin edilməli və Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)- ***/**** saylı qərardadı ləğv edilməlidir. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** nömrəli qərardadı ilə ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası ərizəni, şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, Ərizəçi şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)- ***/**** nömrəli qərardadı uşaqla ünsiyyət günü və saatı hissəsində dəyişdirilərək, şənbə günü saat 11:00-dan bazar günü 12:00-dək (gecə ananın yanında qalmaq şərti ilə) müəyyən edilməlidir. Qeyd olunan qənaətə gələrkən kollegiya uşaqların azyaşlı olmasını, ana qayğısına ehtiyaclarını və ünsiyyət hüququnun onların inkişafına mane olmayan şəkildə tənzimlənməli olduğunu rəhbər tutmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” ## ####### 2011-ci il tarixli, */**** saylı qərarında göstərilir ki, məhkəmələrə izah edilsin ki, uşaqla ünsiyyətə dair iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, ünsiyyətə dair iddia tələbini irəli sürmüş valideynlə uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki-Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş iddianın təmin tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq cavabdehə iddiaçının uşaqla məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət iddianın təmin tədbirinin görülməsinə dair vəsatətə baxılarkən əsasən ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıq-aydın halların olub-olmamasına qiymət verilməlidir. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ####### 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər. Uşaqların öz valideynləri və digər qohumları ilə ünsiyyətdə olmasının formaları (yazışma, şəxsi görüşlər, telefon danışıqları və s.) uşağın yaşından, onun və valideyninin yaşayış yerindən, ailədə münaqişələrinin olubolmamasından və s. konkret hallardan asılı olaraq təyin edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli ** nömrəli qərarının 3.1-ci bəndində qeyd olunur ki, “Məhkəmələr uşaqlardan ayrı yaşayan valideynin uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi barədə iddialara baxarkən iddianın predmetinin ünsiyyət hüququnun müəyyən edilməsindən ibarət olduğunu, ünsiyyətin vaxtı, müddəti, yeri, forması, şəraiti və digər xüsusiyyətlərinin isə bu hüququn icra qaydası və (və ya) üsulunu ehtiva etdiyini nəzərə almalıdırlar. Məhkəmələr iddianın predmetinə qiymət verərkən ünsiyyət hüququnun müəyyən edilməsini tələb edən valideynlə uşağın ünsiyyətdə olmasının sonucunun fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər verə biləcəyi halların mövcudluğu baxımından araşdırmalı, habelə bu ünsiyyətin uşağın mənafeyinə uyğun olubolmadığını müəyyən etməklə iddianı təmin və ya rədd etməlidirlər. İddiaçının qeyd edilən iddia tələbi ilə birgə verilən ünsiyyət qaydası və (və ya) üsuluna dair müraciətinə münasibətdə isə məhkəmələr bu Qərarın 2.2-ci bəndində göstərilənlərə uyğun qiymətləndirmə aparmaqla, təmin etdiyi hüququn icrası qaydası və (və ya) üsulunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə əsasən müəyyən etməlidirlər. Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən iddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. Qeyd edilən Məcəllənin 157.6-cı maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; Məcəllənin 158.1.2-ci maddəsinə əsasən isə müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, həmçinin Məcəllənin 158.1.3-cü maddəsinə əsasən mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə müvəqqəti təminat tədbirləri görülə bilər. Qeyd olunmalıdır ki, ərizəçinin sadə, əsaslandırılmamış ərizəsi əsasında müvəqqəti təminat tədbirləri tətbiq edilə bilməz - ərizəçidən gözlənilən odur ki, o, hüquqlarınınm müdafiəsi üçün iddia icraatının nə üçün yetərli olmadığını, nəyə görə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinə təcili ehtiyac yarandığını əsaslandırsın. Belə əsaslandırma məhkəmədə tam olmasa da, kifayət qədər elə bir qənaət formalaşdırmalıdır ki, mövcud vəziyyətin dəyişəcəyi halda ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər – ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. Müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, müvafiq tədbir tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizələrin zərurilik meyarı baxımından qiymətləndirilməsi ona imkan verir ki, belə tədbirlərin görülməsini istəyən şəxslə digər şəxslərin mənafeləri arasında ədalətli balans yaradılsın və heç kimin mənafeyi bərpaolunmaz şəkildə pozulmasın. Məhkəmə tərkibi qeyd edir ki, MPM-in müddəalarına əsasən, iddiaçı iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş təminat tədbirlərinin görülməsi barədə məhkəməyə ərizə ilə müraciət edə bilər və məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifə qoya bilər. Lakin bu halda, təminat tədbiri gələcəkdə iddianın təmin olunacağı halda iddiaçının pozulmuş hüquqlarının qorunmasına xidmət etsə də, hər bir halda işə baxan məhkəmə tərəflərin hüquq bərabərliyindən çıxış etməli, iddianın uğurlu olmayacağı halda digər şəxslərin (cavabdeh vəüçüncü şəxslərin) hüquqlarının müdafiəsinin mümkünlüyünü, başqa sözlə, təmin tədbirindən əvvəlki vəziyyətə qayıtmağın mümkünlüyünü nəzərə almalıdır. Digər tərəfdən, müvəqqəti müdafiə tədbiri “müvəqqəti olaraq” iddianın uğurlu olması ehtimalı yüksək olduğu halda, iddiaçının hüquqlarının qorunmasına yönəlmiş təminat tədbiridir və bu təminat tədbiri tərəflərin hüquq və məhkəmə qarşısında bərabərliyi nəzərə alınmaqla “müvəqqəti” tənzimləmə xarakterli olmalı, bir tərəfin əlverişsiz vəziyyətə düşməsi ilə nəticələnməməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** nömrəli qərardadı uşaqlarla ünsiyyət günü və saatı hissəsində dəyişdirilərək, hər həftənin şənbə günü saat 11:00-dan bazar günü saat 12:00-dək müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 398.0.2, 399, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Ərizəçi Ərizəçi şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilsin. Cavabdeh Ərizəçi qarşı uşaqların atanın himayəsində qalması və aliment barədə ilkin, Ərizəçi Cavabdeh qarşı uşaqların atadan alınaraq anaya verilməsi və ananın himayəsində qalması barədə qarşılıqlı iddia tələblərinə dair mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək Ərizəçi ##.##.2019-cu il təvəllüdlü X3 və ##.##.2022-ci il təvəllüdlü X4 ilə hər həftənin şənbə günü saat 11:00-dan bazar günü saat 12:00-dək (gecə ananın yanında qalmaq şərti ilə) ünsiyyətdə olmasına maneə yaradılması Cavabdeh və digər şəxslərə qadağan edilməsi, Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar