Məhkəmə qərarları › İş №e-16(3-8)-114/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-8)-114/2026

30.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-16(3-8)-114/2026 30.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizəsinə dair iş üzrə Abşeron Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il qərardadından cavabdeh Maraqlı şəxs tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi müvəqqəti təminat tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında * saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisində ## ###### 2024-cü il tarixdə bağlanmış ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və Maraqlı şəxs Əbülfəz qızının adına ##.##.2024-cü il tarixində verilmiş 1624047380 qeydiyyat 308013001441-05312- ****** reyestr nömrəli reyestrdən çıxarışın ləğv edilməsi barədə iddiası ilə bağlı yekun məhkəmə aktı qəbul edilənədək, müvəqqəti təminat tədbiri kimi ünvan 1 ünvanında yerləşən mənzil (reyestr nömrəsi: 308013001441-05312-******; qeydiyyat nömrəsi: 1624047380) üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs Əbülfət qızı ilə ## #### 2012-ci il tarixli ** №-li akt qeydli nikaha daxil olmuşdur. Maraqlı şəxs Əbülfəz qızı nikahlarının pozulması barədə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. O da nikahın pozulması, birgə nikahdan dünyaya gəlmiş uşağın atasının himayəsində saxlanması və aliment tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət etmişdir. Hal-hazırda həmin mülki işə baxılmaqdadır. Habelə Maraqlı şəxs əmlak bölgüsü tələbi ilə mediasiyaya müraciət etmişdir. Tərəflər arasında razılıq olmadığı üçün mediasiya təşkilatından imtina verilmişdir. O, mənzilin üzərinə həbs qoyulması barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Ərizənin nəticə hissəsində aralarında olan əmlak mübahisəsi üzrə yekun məhkəmə aktı qəbul edilənədək müvəqqəti təminat tədbiri kimi ünvan 1 ünvanında yerləşən mənzil (Reyestr nömrəsi: 308013001441-05312-******; Qeydiyyat nömrəsi: 1624047380) üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin e-**(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli (hakim Habil Əhmədov) qərardadı iş üzrə məhkəməyə iddia ərizəsi verilənədək, ünvan 1 ünvanında yerləşən mənzil (Reyestr nömrəsi: 308013001441-05312-******; Qeydiyyat nömrəsi: 1624047380) üzərinə həbs qoyulmuş, müvəqqəti təminat tədbirinin qüvvəsi 1 (bir) aydan artıq olmayan müddətə olmaqla, müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix ##.##.2026-cı il tarixi müəyyən edilmişdir. Qərardaddan da görünür ki, müvəqqəti təminat tədbiri iddia ərizəsi verilənədək ünvan 1 ünvanında yerləşən mənzil üzərinə həbs qoyulmuşdur. Qərardadın qüvvədən düşmə vaxtı ##.##.2026-cı il müəyyən edilmişdir. Habelə qeyd edilən qərardaddan cavabdeh tərəfindən şikayət verilmiş və əvvəlki qərardad ləğv edilmiş, lakin həmin qərardad elektron qaydada şəxsi kabinetdə yerləşdirilməmişdir. Ona görə də həmin qərardaddan şikayət verə bilməmişdir. Qərardad elektron qaydada şəxsi kabinetdə yerləşdirildikdən sonra həmin qərardaddan şikayət verəcək. Tərəfindən onunla cavabdeh arasında ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin * saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisində ##.##.2024-cü il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, Maraqlı şəxs Əbülfəz qızının adına ##.##.2024-cü il tarixində verilmiş 1624047380 qeydiyyat 308013001441-*********** reyestr nömrəli reyestrdən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hal-hazırda həmin mülki iş Abşeron Rayon Məhkəməsinin icraatındadır. Göründüyü kimi mübahisələndirilən mənzilə dair bağışlama müqaviləsi etibarsız hesab edilməsi barədə iddianın təmin edilməsi üçün qeyd edilən mənzil üzərinə həbs qoyulmalıdır. Maraqlı şəxs Əbülfət qızı onun Rusiya Federasiyasında olmasından sui-istifadə edərək birgə nikahları dövründə əldə etdikləri daşınmaz əmlakları öz adına sənədləşdirərək satmaq istəyir. Bu günlərdə birgə nikah dövründə əldə edilmiş ünvan 3 ünvanında yerləşən mənzili satışa çıxarmışdır. Onun mənzili satmasını mənzilin satışı reklam edilərkən təsadüfən ona məlum olmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Abşeron Ərazi İdarəsi tərəfindən ##.##.2026-cı il tarixli, ******/*-****/** saylı sorğuya verilmiş cavabdan görünür ki, həmin mənzil əvvəl onun mülkiyyətində olmuş, sonradan Maraqlı şəxs adına keçirilmişdir. Əldə etdiyi məlumata görə, cavabdeh həmin əmlakı onun razılığı olmadan özgəninkiləşdirmək niyyətindədir. Bu səbəbdən də mövcud iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək mənzil üzərinə həbs qoyulmasına ehtiyac yaranmışdır. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Abşeron Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il qərardadı ilə (hakim Məlahət Abbasova) ərizə qismən təmin edilmiş, Ərizəçi Maraqlı şəxs qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək Abşeron rayonu, Masazır kəndi, “Yeni Bakı” yaşayış kompleksi, ev 3e ünvanında yerləşən * saylı mənzilin özgəninkiləşdirilməsinin Maraqlı şəxs və digər şəxslərə qadağan edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Elektron Məhkəmə İnformasiya Sistemi məlumatlarından görünür ki, Ərizəçi Maraqlı şəxs qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi barədə iddia ərizəsinə dair mülki iş məhkəmənin icraatındadır. İşdən görünür ki, tərəflər ##.##.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Mübahisəli mənzil üzərində mülkiyyət hüququ ##.##.2019-cu il tarixində Ərizəçi adına qeydiyyata alınmışdır. Həmin mənzil ##.##.2024-cü il tarixli bağışlama müqaviləsi əsasında Maraqlı şəxs bağışlanmışdır. Belə olan halda isə Maraqlı şəxs tərəfindən həmin əmlakın özgəninkiləşdirilməsinə heç bir maneə yoxdur. Halbuki bu əmlak məhkəmə mübahisəsinin predmetini təşkil edir. Mübahisəli əmlak istənilən vaxt özgəninkiləşdirilə bilər, bu isə gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasını (təmin və ya bərpa edilməsini) mümkün etməyəcək və ya onu əhəmiyyətli dərəcədə çətinləşdirəcək. Bu halın qarşısının alınması üçün hazırki müvəqqəti təminat tədbirinin görülməsi zəruridir Cavabdeh Maraqlı şəxs Abşeron Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi, ərizənin təmin edilməməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə ümumiyyətlə işi araşdırmamış və nəticədə onun qanunla qorunan mülkiyyət hüququnu əsassız olaraq məhdudlaşdırmışdır. Belə ki, məhkəmə tək iddiaçının yox, hər iki tərəfin hüquqlarını qorumalıdır. Hazırki qərardadın isə onun hüquqlarını pozmaqdan başqa heç bir əhəmiyyəti yoxdur. İddia ərizəsindən də görünür ki, iddiaçı müxtəlif bəhanələrlə onun mənzilini ələ keçirmək istəyir. Belə ki, iddiaçı Azərbaycan Respublikası vətəndaşı olmaqla, ölkə daxilində daşınmaz əmlakın sahibi olmaq hüququ vardır. Sözügedən mənzil də onun xüsusi mülkiyyətində olmuşdur. Lakin iddiaçı ona həmin mənzili bağışlamasını özü təklif etmişdir. Onu da “ASAN xidmət” mərkəzinə apararaq, həmin mənzili ##.##.2024-cü il tarixdə ona bağışlamışdır. Notariat ofisi tərəfindən bütün prosedur qaydalarına riayət edilərək, onların hər ikisinə hüquq və vəzifələrini izah etmiş, müqavilənin də mahiyyəti izah edilmişdir. İddiaçı tam məlumatlı olaraq özü həmin mənzili ona bağışlamışdır. Bağışlama müqaviləsi əsasında da onun adına müvafiq çıxarış verilmişdir. Hazırda iddiaçı ilə arasında olan nikahın pozulması mərhələsi olduğundan iddiaçı həmin müqavilənin etibarsız olmasına uydurma səbəblər gətirərək, məhkəməyə müraciət etmişdir. İddiaçı bundan əvvəl onun üstünə böhtan ataraq polis şöbəsinə də müraciət etmişdir. Yəni iddiaçının nikahın pozulması mərhələsindən ona qarşı qərəzli olması, ondan qisas almaq niyyəti aydın görünür. İddia ərizəsi mülahizələrə əsaslanaraq ondan qisas almaqdan irəli gəlməklə, qanun üzrə əqdin etibarsız sayılması üçün müraciət etmək üçün 1 illik kəsici müddət ötürüldükdən sonra verilmişdir. İddiaçı mənzilin satılma ehtimalını iddia etsə də iddiaçı özü belə mənzilin ipoteka ilə yüklü edildiyini iddia ərizəsində qeyd etmişdir. Həmin kredit isə iddiaçının işləri ilə maddi çətinlikləri olduğundan götürülmüş və ailə xərcləri üçün xərclənmişdir. Göründüyü kimi məhkəmə qərardad qəbul edərkən işin faktiki hallarına (mənzilin birgə nikah dövründə əldə edilmiş əmlakların siyahısına aid olmaması) baxmayaraq, ərizəni təmin etmişdir. Göstərilənlərə görə şikayət təmin edilməli və Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(****)-***/**** saylı qərardadı ləğv edilməlidir. Abşeron Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki prosessual qanunvericilik qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasının məcburiliyini müəyyən etməklə yanaşı, bəzi hallarda qəbul ediləcək məhkəmə aktlarının gələcəkdə icrasını təmin edən müvafiq tədbirlərin görülməsinin mümkünlüyünü də nəzərdə tutmuşdur. Belə tədbirlər sırasına müvəqqəti təminat tədbirləri xüsusi yer tutur. Müvəqqəti təminat tədbirinin təmin edilməsi institutu ədalət mühakiməsinin həyata keçirilməsinin mühüm elementlərindən biri olmaqla, məhkəmə qətnaməsinin gələcəkdə icrasının təminatı kimi çıxış edir. Qanunun mənasından göründüyü kimi məhkəmə müvəqqəti təminat tədbiri kimi müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək kimi tədbirlər görə bilər. Cavabdehə müəyyən hərəkətləri etməyin qadağan olunması mövcud vəziyyəti, mübahisənin mahiyyəti üzrə həll olunana qədər saxlamaq məqsədi daşıyır. Bu qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 158.1-ci maddəsinə əsasən aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər. 158.1.1. Cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoymaq. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılşaraq qeyd edir ki, Ərizəçi onunla cavabdeh arasında * saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisində ## ###### 2024-cü il tarixdə bağlanmış ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və Maraqlı şəxs Əbülfəz qızının adına ##.##.2024-cü il tarixində verilmiş 1624047380 qeydiyyat 308013001441-05312-****** reyestr nömrəli reyestrdən çıxarışın ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mənzilin cavabdeh tərəfindən ögzəninkiləşdirilməsi ehtimalı nəzərə alındıqda, qeyd edilən halda iddiaçının hüquqlarının qorunması (təmin və ya bərpa edilməsinin) əhəmiyyətli dərəcədə çətinləşə, hətta mənzil üzərindəki hüquqlarının bərpası mümkün olmaya bilər. Belə ki, ərizəçinin iddiası əsaslı hesab edilməsi və cavabdeh tərəfindən mübahisəli mənzil özgəninkiləşdirilməsi halında başqa məhkəmə mübahisəsinin yaranması mümkündür. Şikayətin dəlilləri isə müvəqqəti təminat təbirinə dair qərardadın deyil, iddia tələbinin əsassızlığı ilə bağlı olmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.1, 400 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Cavabdeh Maraqlı şəxs şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar