Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-16(3-8)-117/2026 30.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizəsinə dair iş üzrə Qubadlı Rayon Məhkəməsinin **(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Maraqlı şəxs ünvan 1 ünvanında yerləşən və öz mülkiyyətində olan yaşayış sahəsindən istifadə etməyinə mane olan hərəkətlərin edilməsinin qadağan edilməsi, cavabdehə mənzilin qıfıllarını dəyişdirməsi, ona məxsus əmlakı mənzildən çıxarması və ya həmin əmlak üzərində hər hansı hərəkətlər etməsinin qadağan edilməsi, yaşayış sahəsinə maneəsiz daxil olmasının və həmin yaşayış sahəsindən istifadə etməsinin təmin edilməsi barədə müvəqqəti təminat tədbirləri barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qubadlı Rayon Məhkəməsinin e-**(***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə (hakim Ramiz Quliyev) ərizə qismən təmin edilərək, e-*(*-***)-***/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Maraqlı şəxs ünvan 1 ünvanında yerləşən və Ərizəçi mülkiyyətində olan yaşayış sahəsindən istifadə etməsinə mane olan hərəkətlərin edilməsi və Maraqlı şəxs mənzilin qıfıllarını dəyişdirməsi, o cümlədən Ərizəçi məxsus əmlakın mənzildən çıxarılması və ya həmin əmlak üzərində hər hansı hərəkətlər etməsinin qadağan edilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan Maraqlı şəxs şikayətlə müraciət edərək, Qubadlı Rayon Məhkəməsinin e-**(***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv olunması və ərizənin təmin edilməsindən imtina edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Qubadlı Rayon Məhkəməsinin e-**(***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilərək, Ərizəçi müvəqqəti təminat tədbirinə dair ərizəsinin qismən təmin edilməsi haqqında Qubadlı Rayon Məhkəməsinin e-**(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilmişdir. Məhkəmə müəyyən etmişdir ki, maraqlı şəxsin vəkilinin elektron kabinet vasitəsi ilə məhkəməyə ünvanladığı şikayət ərizəsi və sənədlərdən müəyyən edilmişdir ki, ##.##.2026-cı il tarixdə Ərizəçi Maraqlı şəxs qarşı “mənzilə köçürülmə tələbinə dair” iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bu barədə iddia ərizəsinin surəti vəkil tərəfindən şikayət ərizəsinə əlavə edilmişdir. Göründüyü kimi ərizəçi Ərizəçi tərəfindən müvəqqəti təminat tədbirinə dair məhkəməyə ərizə verilərkən ərizədə yuxarıda qeyd edilən hallar göstərilməmiş, bu səbəbdən həmin ərizə məhkəmə tərəfindən təmin edilmişdir. Məhkəmə hesab edir ki, Qubadlı Rayon Məhkəməsinin e-**(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı indiki halda Nərimanov Rayon Məhkəməsinə verilmiş və baxılan iddianın nəticə etibarı ilə mahiyyəti üzrə qabaqcadan həllinə gətirib çıxarmış olur. Yəni, Maraqlı şəxs ünvan 1 ünvanında yerləşən və Ərizəçi mülkiyyətində olan yaşayış sahəsindən istifadə etməsinə mane olan hərəkətlərin edilməsi və Maraqlı şəxs mənzilin qıfıllarını dəyişdirməsi, o cümlədən Ərizəçi məxsus əmlakın mənzildən çıxarılması və ya həmin əmlak üzərində hər hansı hərəkətlər etməsini qadağan etməklə məhkəmə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan mənzilə köçürülmə və yaşayış sahəsindən istifadə hüququna dair mübahisəni faktiki olaraq qabaqcadan həll etmişdir. Qərardaddan narazı qalan Ərizəçi və onun vəkili və nümayəndəsi məhkəməyə ##.##.2025-ci il tarixdə şikayətlə müraciət edərək, məhkəmənin e-16(5- ***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsi, məhkəmənin ##.##.2026-cı il tarixli müvəqqəti təminat tədbiri haqqında qərardadı dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “Sözügedən mənzil nikah dövründə əldə edilmiş və hazırda məhkəmənin icraatında həmin əmlakın bölgüsünə dair ayrıca mübahisə mövcuddur. Müvəqqəti təminat tədbiri işin mahiyyəti üzrə qabaqcadan həllinə gətirib çıxarmışdır. Tətbiq olunmuş tədbir faktiki olaraq ərizəçinin mənzilə daxil olmaq və mənzildən istifadə etmək hüququnun əvvəlcədən tanınmasına xidmət edir. Bu isə gələcəkdə əmlak bölgüsü işi üzrə qəbul ediləcək məhkəmə aktının nəticələrini qabaqcadan müəyyənləşdirir.” - qeyd olunalanlara əsasən nəzərə alınmalıdır ki, mənzil üzərində dövlət qeydiyyatından keçmiş mülkiyyət hüququ hazırda Ərizəçi adınadır və bu hüquq qanunla qorunur. Mülkiyyət hüququnun mahiyyətinə uyğun olaraq mülkiyyətçi Ərizəçi mülkiyyətində olan əmlaka (mənzilə) daxil olmaq və mənzildən istifadə etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 157.7-ci maddəsinə görə məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Yəni, məhkəmə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında qərardad çıxartdıqda bu qərar heç də işin mahiyyəti üzrə həlli kimi başa düşülməməlidir, çünki bu tədbir ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. “Tədbir azyaşlı uşaqların və Maraqlı şəxs təhlükəsizliyinə real təhlükə yaradır. Hazırda mənzildə maraqlı şəxs və iki azyaşlı uşaq yaşayır. Ərizəçi tərəfindən Maraqlı şəxs qarşı davamlı təhdidlər edilmiş, bununla bağlı sonuncu Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə rəsmi müraciət etmişdir”.- qeyd edilənlərdən də göründüyü kimi cavabdeh şikayətində iddia edir ki, iddiaçı cavabdehi təhdid etmiş və bununla bağlı polisə müraciət olunmuşdur. Lakin şikayətə belə halları təsdiq edən hər hansı məhkəmə hökmü, inzibati qərar, mühafizə orderi və ya digər mötəbər sübut əlavə edilməmişdir. Şikayətdə göstərilir ki, araşdırmanın nəticəsi sonradan təqdim olunacaqdır. Gələcəkdə əldə olunub-olunmaması qeyrimüəyyən olan sənədlərə əsasən qüvvədə olan məhkəmə qərardadı ləğv edilə bilməz. Hazırda bu iddialar yalnız cavabdehin subyektiv mülahizələrindən ibarətdir və heç bir mötəbər sübutla təsdiqlənməmişdir. Digər tərəfdən, müvəqqəti təminat tədbiri cavabdehin və uşaqların yaşayış hüququnu məhdudlaşdırmır, onların mənzildən çıxarılmasını nəzərdə tutmur və yaşayışdan məhrum olunmaları ilə nəticələnmir. Vəkil vəkil/nümayəndə1 şikayətə əlavə ilə yenidən məhkəməyə müraciət edərək bildirmişdir ki, “hazırkı halda Ərizəçi mənzilə daxil olmasına maneələrin qadağan edilməsi, qıfılların dəyişdirilməsinin qadağan olunması və əmlakının mənzildən çıxarılmasının qadağan edilməsi barədə tədbirlər əmlak bölgüsü tələbinin gələcək icrasını təmin etmir və əmlak bölgüsü mübahisəsinin predmeti ilə bağlı deyildir. Əksinə, həmin tədbirlər Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan mənzilə köçürülmə və yaşayış sahəsindən istifadə hüququna dair mübahisəni faktiki olaraq qabaqcadan həll edir. Nərimanov Rayon Məhkəməsi tərəfindən mənzilə köçürülmə iddiasının ##.##.2026-cı il tarixdə icraata qəbul edilməsindən sonra, həmin mübahisə üzrə tərəflərin yaşayış sahəsindən istifadə hüquqlarının tənzimlənməsi yalnız həmin işə baxan məhkəmənin qiymətləndirmə predmetini təşkil edir”. Halbuki, MülkiProsessual Məcəllənin 157.7-ci maddəsinə əsasən məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Qərardadla nə mənzilin hüquqi rejimi müəyyən edilmiş, nə əmlak bölgüsü aparılmış, nə də hər hansı tərəfin mülkiyyət hüququ barədə qəti nəticə verilmişdir. Məhkəmə yalnız cavabdehə e-*(*-***)-***/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək ünvan 1 ünvanında yerləşən və iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən istifadə etməsinə mane olan hərəkətlərin edilməsi və Maraqlı şəxs mənzilin qıfıllarını dəyişdirməsi, o cümlədən Ərizəçi məxsus əmlakın mənzildən çıxarılması və ya həmin əmlak üzərində hər hansı hərəkətlər etməsi qadağan edilmişdir. Bununla yanaşı əmlak bölgüsünə dair ayrıca mübahisənin mövcud olması cavabdehə özbaşına qaydada iddaçını mənzildən kənarlaşdırmaq, qıfılları dəyişmək və mülkiyyətində olan daşınmaz əmlakdan istifadə etməyinə mane olmaq hüququ vermir. Belə qadağa tərəflərin hüquqlarını qəti müəyyən etmir və gələcəkdə əmlak bölgüsü üzrə qəbul ediləcək məhkəmə aktına heç bir formada mane olmur. Məhkəmə qərardadı ləğv etməklə şəxsin mülkiyyət hüququnu pozmuşdur. Belə ki, şəxs qərardadın ləğvi nəticəsində faktiki olaraq mülkiyyət hüququnundan lazımınca istifadə edə bilmir (mənzilə daxil olmaq və ya mülkiyyət hüququnun mahiyyətinə uyğun olan digər hərəkətləri etməkdən məhrum olub.) Ailə Məcəlləsinin 32-ci maddəsi nikah dövründə əldə edilmiş əmlakın hüquqi rejimini müəyyən etsə də, həmin norma tərəflərdən birinə digərini məhkəmə qərarı olmadan ümumi əmlakdan istifadə hüququndan məhrum etmək səlahiyyəti vermir. Amma məhkəmənin e-**(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadına əsasən Ərizəçi ümumi əmlakdan istifadə hüququndan məhrum edilmişdir, halbuki Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə əsasən heç kəs məhkəmənin qərarıolmadan mülkiyyətindən məhrum edilə bilməz. Cavabdehin iddiasına əsasən Ərizəçi mənzilə daxil olması və digər istifadə hüququ ilə təminat altına alınan hərəkətləri qanunsuzdur, məhkəmə müvəqqəti təminat tədbirini tətbiqi haqqında qərardad verməklə onun (cavabdehin) hüquqlarını pozmuşdur. Lakin bütün bu iddialar əsassızıdr. Nəzərə alınmalıdır ki, müvəqqəti təminat tədbirinin tətbiqi ilə cavabdeh mənzildən çıxarılmamış, onun yaşayış hüququnu məhdudlaşdırmamış, yalnız iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən istifadəsinə mane olmağı qadağan edilmişdir. Belə məhdudiyyət cavabdeh üçün qeyri-mütənasib nəticələr yaratmır. Əksinə, müvəqqəti təminat tədbiri tətbiq edilmədiyi halda iddiaçı öz mülkiyyətində olan əmlakdan istifadə etmək, əşyalarına və sənədlərinə, eyni zamanda, mənzilin vəziyyətinə nəzarət etmək imkanından tamamilə məhrum olur ki, bu da iddiaçının hüquqlarına daha ağır müdaxilə təşkil edir. Cavabdeh tərəfindən özbaşına olaraq iddiaçının mənzildən istifadəsinə yaratdığı maneələr əmlak bölgüsü üzrə mübahisə həll edilməmiş mülkiyyət münasibətlərinə birtərəfli müdaxilə edir. Beləliklə, birinci instansiya məhkəməsi tərəflərin maraqları arasında düzgün balans yaratmışdır. Nəticə etibarilə şikayətdə göstərilən hallar Qubadlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadının ləğvi üçün hüquqi əsas yaratmır. Tətbiq edilmiş müvəqqəti təminat tədbiri tam mütənasib xarakter daşıyır Qubadlı Rayon Məhkəməsinin e-**(***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət qismən təmin edilməli, Qubadlı Rayon Məhkəməsinin e-**(***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı və həmin qərardadla bağlı ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli, iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə ##.##.2026-cı il tarixli qərardadında ##.##.2026-cı il tarixdə Ərizəçi Maraqlı şəxs qarşı “mənzilə köçürülmə tələbinə dair” iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etməsini, ərizəçi Ərizəçi tərəfindən müvəqqəti təminat tədbirinə dair məhkəməyə ərizə verilərkən ərizədə yuxarıda qeyd edilən hallar göstərilməməsini, bu səbəbdən həmin ərizənin məhkəmə tərəfindən təmin edilməsini, Qubadlı Rayon Məhkəməsinin e- **(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının indiki halda Nərimanov Rayon Məhkəməsinə verilmiş və baxılan iddianı nəticə etibarı ilə mahiyyəti üzrə qabaqcadan həll etdiyini əsas gətirərək qərardadı ləğv etmiş, eyni zamanda ərizəçiyə iddia tələbini irəli sürdüyü məhkəməyə eyni məzmunlu müvəqqəti təminat tədbiri barədə ərizə ilə müraciət etmək hüququnu izah etmişdir. Məhkəmə, Qubadlı Rayon Məhkəməsinin e- **(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsi nəticəsinə gəlsə də müvəqqəti təminat tədbiri barədə ərizənin hüquqi müqəddəratını həll etməmiş və ya baxmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Qubadlı Rayon Məhkəməsinin e-**(***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı və həmin qərardadla bağlı ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli, Qubadlı Rayon Məhkəməsinin e- **(***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.2, 400 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin e-**(***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı və həmin qərardadla bağlı ##.##.2026-cı il tarixli, e-**(***)-**/**** saylı qərardadı ləğv edilsin. Qubadlı Rayon Məhkəməsinin e-**(***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-16(3-8)-117/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-8)-117/2026
30.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver