Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-16(3-8)-122/2026 12.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadından maraqlı şəxs Cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi ## #### 2026-cı il tarixdə cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək icarəsində olan Sumqayıt şəhəri, Sahil küçəsi, Sumqayıt-Novxanı yolunun sol tərəfində yerləşən qeyri-yaşayış obyektinə Cavabdeh İstehsalat Birliyi tərəfindən aktlar əsasında 2018-ci ilin sentyabr ayına hesablanmış 2527,20 (iki min beş yüz iyirmi yeddi manat iyirmi qəpik) manat, 2024-cü ilin dekabr ayında hesablanmış 892,50 (səkkiz yüz doxsan iki manat əlli qəpik) manat və 2025-ci ilin dekabr ayına hesablanmış 3750,32 (üç min yeddi yüz əlli manat otuz iki qəpik) manat olmaqla, ümumilikdə 7170,02 (yeddi min yüz yetmiş manat iki qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(*-**)-****/**** nömrəli qərardadı ilə həmin iddia ərizəsi icraata götürülərək, məhkəmə icraatı mümkün hesab edilmişdir. Ərizəçi Ərizəçi ## #### 2026-cı il tarixdə “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında” ərizə ilə məhkəməyə müraciət edərək işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı çıxarılanadək istifadəsində olan Sumqayıt şəhəri, Sahil küçəsi, Novxanı yolunda yerləşən qeyri-yaşayış sahəsinə (abonent kodu: 017709059800000) Cavabdeh İstehsalat Birliyi tərəfindən qaz təchizatının bərpa olunması və qazın verilməsinin dayandırılmasının qadağan olunması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ## ##### 2023-cü il tarixli icarə müqaviləsi əsasında istifadə etdiyi *************** saylı abonent koduna təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş aktlar əsasında hesablanmış ümumilikdə 7170,01 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İstehsalat Birliyi ondan həmin borcun ödənilməsini tələb edir. Borcu ödəmədiyi üçün obyektin təbii qaz təchizatını dayandırıblar və o təbii qazdan istifadə edə bilmir. Bunu qanunsuz hesab etdiyinə görə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə mübahisəsi aylarla davam edə bilər və o qazsız qalar. Bu da istehlakçı olaraq onun hüquqlarının pozulmasına səbəb olur. Ona görə də hazırkı müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-**(*-**)-***/**** nömrəli qərardadı ilə ərizənin təmin edilməsi, ərizəçi Ərizəçi icarəsində olan Sumqayıt şəhəri, Sahil küçəsi, Novxanı yolunda yerləşən qeyri-yaşayış sahəsinə (abonent kodu: 017709059800000) maraqlı şəxs Cavabdeh İstehsalat Birliyi tərəfindən qazın verilməsi bərpa olunması və 7170,02 (yeddi min yüz yetmiş manat iki qəpik) manat məbləğində mübahisəli borca münasibətdə qazın verilməsinin dayandırılması maraqlı şəxs Cavabdeh İstehsalat Birliyinə qadağan edilməsi qərara alınmışdır (hakim Həlimə Alıyeva). Maraqlı şəxs Cavabdeh İstehsalat Birliyi ## #### 2026-cı il tarixdə Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-**(*-**)-***/**** nömrəli qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsini, əks təqdirdə işin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, yoxlama zamanı yoxlayıcının yoxlama obyektinin yerləşdiyi yerə maneəsiz daxil olmaq, yoxlama sualları ilə bağlı məlumatların, sertifikat, lisenziya, icazə və sahibkarlıq fəaliyyəti ilə bağlı digər hüquqmüəyyənedici sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsini sahibkarın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) və ya sahibkardan əldə etmək; yoxlama aktına əlavə edilməsi üçün yoxlama obyektinə aid olan sənədlərin və digər növ informasiya daşıyıcılarının surətlərini kağız və ya elektron informasiya daşıyıcılarında almaq, habelə yoxlama obyektinə dair məlumat olan müvafiq informasiya sisteminə daxil olmaq və yoxlama obyektinə bilavasitə aid olduğu halda foto, audio və video çəkiliş aparmaq hüququ vardır. Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-**(*-**)-***/**** nömrəli qərardadı ilə maraqlı şəxs Cavabdeh İstehsalat Birliyinin Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-**(*-**)-***/**** nömrəli qərardadından şikayətinin təmin edilməməsi və həmin qərardadın qüvvəsində saxlanılması, Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-**(*-**)-***/**** nömrəli qərardadından maraqlı şəxs Cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndəriləsi qərara alınmışdır (hakim Həlimə Alıyeva). Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı ilə verilmiş şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, iddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. Həmin Məcəllənin 157.5.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu əsaslandırılmalıdır. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər. MPM-nin 157-ci və 158-ci maddələrinin məzmunundan görünür ki, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Eyni zamanda məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Nəzərə almaq lazımdır ki, müvəqqəti xarakterli ilkin müdafiə institutunu, o cümlədən iddianın təmin edilməsinə yönəlmiş təminat tədbirlərini nəzərdə tutmaqda qanunvericinin məqsədi iddianın təmin ediləcəyi təqdirdə, ərizəçinin hüquqlarının qorunmasını əvvəlcədən təminat altına almaqdan və onu gələcəkdə baş verə biləcək neqativ nəticələrdən qorumaqdan ibarətdir. Bu baxımdan müvəqqəti təminat tədbirinin tətbiqi barədə məsələnin həll edilməsi zamanı qanunvericinin qeyd olunan mövqeyi mütləq nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti təminat tədbirinin tətbiq olunmasının məqsədi cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaqdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, hazırkı halda, ərizəçinin istifadəsində olan qeyri-yaşayış sahəsinə təbii qazın verilməsinin dayandırılması onun hüquq və mənafelərinə əhəmiyyətli təsir göstərməklə, mübahisəyə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qəbul edilənədək mövcud vəziyyətin dəyişməsinə və ərizəçinin hüquqlarının müdafiəsinin əhəmiyyətli dərəcədə çətinləşməsinə səbəb ola bilər. Tətbiq edilmiş müvəqqəti təminat tədbiri iddia tələbi ilə bilavasitə əlaqəli olmaqla müvəqqəti xarakter daşıyır, irəli sürülmüş tələbə mütənasibdir və işin mahiyyəti üzrə qabaqcadan həll edilməsi anlamına gəlmir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirinin tətbiqi barədə əsaslı nəticəyə gəlmiş, şikayətdə göstərilən dəlillər isə həmin qərardadın ləğv edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Maraqlı şəxs Cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-16(3-8)-122/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-8)-122/2026
12.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver