Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-16(3-8)-124/2026 12.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi-hakim Dəmirov Ilqar Kamal oğlu, hakimlər X3 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadından ərizəçi Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Ərizəçi Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti ## #### 2026-cı il tarixdə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək cavabdeh Maraqlı şəxs Ərizəçi MMC-nin yazılı razılığı və ya HORECA (hotel, pub, restoran, çay evi və s. kommersiya obyektləri) üçün bağlanılmış sub-lisenziya müqaviləsi olmadan UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası, UEFA Konfrans Liqası yarışlarının 2026-2027-ci il mövsümünün əsas mərhələsinin və “Qarabağ” Futbol Klubunun UEFA Avropa Liqasının 2026-2027-ci il mövsümü üzrə təsnifat və play-off mərhələsi oyunlarının kommersiya məqsədilə Sumqayıt şəhəri, X1 parkı ərazisində yerləşən cavabdehə məxsus “Old Baku” ictimai-iaşə obyektində nümayiş etdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizədə qeyd edilmişdir ki, UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası, UEFA Konfrans Liqası yarışlarının Azərbaycan Respublikasının ərazisində müstəsna yayım hüquqları “X4 Ltd” ilə bağlanmış müqaviləyə əsasən Ərizəçi MMC tərəfindən qanuni şəkildə əldə edilmişdir. Sözügedən müqaviləyə əsasən, Ərizəçi MMC-yə Azərbaycan Respublikasının ərazisində Pay TV (ödənişli yayım) hüquqları və “HORECA” (otel, restoran, kafe, pub və digər ictimai-iaşə obyektləri) üzrə yayım hüquqları eksklüziv əsasda verilmişdir. Bundan başqa, “Qarabağ” FK-nın UEFA X5 Mərhələsindəki bütün oyunlarının Azərbaycan Respublikasının ərazisində “HORECA” (otel, restoran, kafe, pub və digər ictimai-iaşə obyektlərində) üçün yayım və satış hüquqları Ərizəçi MMC ilə “Qarabağ” FK arasında bağlanmış ## #### 2026-cı il tarixli müqaviləyə əsasən Ərizəçi MMC tərəfindən qanuni şəkildə əldə edilmişdir. Sözügedən müqaviləyə əsasən, Ərizəçi MMC-yə Azərbaycan Respublikasının ərazisində “HORECA” (otel, restoran, kafe, pub və s. kommersiya obyektləri) üzrə yayım və satış hüquqları eksklüziv əsasda verilmişdir. Həmçinin qeyd edilməlidir ki, Ərizəçi MMC-nin hüquqları Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində müvafiq qaydada qeydiyyatdan keçmiş və həmin qeydiyyata əsasən bu hüquqlar Ərizəçi MMC-nin qanunla qorunan əqli mülkiyyət obyektidir. Nəzərə alınmalıdır ki, hazırda cavabdeh (maraqlı şəxs) Maraqlı şəxs ilə UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası, UEFA Konfrans Liqası yarışlarının 2025-2026-cı il mövsümü üzrə oyunlarının Azərbaycan Respublikası ərazisində yayım hüquqları barədə mübahisə mövcuddur. Ərizəçi MMC müstəsna yayım hüquqlarına malik olduğundan, cavabdehin “Qarabağ” FK-nın UEFA Avropa Liqasının 2026-2027-ci il mövsümü çərçivəsində iyulavqust aylarında keçiriləcək oyunları və sentyabr ayından başlayacaq UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası, UEFA Konfrans Liqası yarışlarının 2026- 2027-ci il mövsümünün əsas mərhələsinin oyunlarını məhkəmə mübahisəsi başa çatmamış hüquq sahibinin yazılı razılğı və ya qanuni əsaslarla yayımı həyata keçirmək haqqında müqavilə olmadan kommersiya məqsədi ilə yayımlaması, retranslyasiya etməsi və ya digər formada (reklam etməsi və s.) yayması ərizəçinin hüquqlarının pozulmasına, əhəmiyyətli maddi zərərin yaranmasına və gələcəkdə məhkəmə qərarının icrasının çətinləşməsinə, hətta mümkünsüzlüyünə səbəb ola bilər. 2025-ci ilin sentyabr ayından 2026-cı ilin ## #### tarixinədək aparılmış yerində baxışlar və monitorinqlər zamanı müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, X1 parkı ərazisində yerləşən maraqlı şəxsə məxsus “Old Baku” ictimaiiaşə obyektində UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası, UEFA Konfrans Liqası yarışlarının 2025-2026 mövsümünün oyunları hüquq sahibinin (Ərizəçi MMC nəzərdə tutulur) razılığı olmadan, eləcə də hüquq sahibi ilə müvafiq yayım müqaviləsi bağlanmadan pirat retranslyasiya yolu ilə qanunsuz şəkildə yayımlanmışdır. Ərizəçi MMC-yə 2025-2026cı il UEFA futbol mövsümü üzrə 2000 manat, dəymiş ziyana görə 8000 manat, ümumilikdə 10000 manat məbləğində borc yaranmışdır. Maraqlı şəxs barəsində UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası, UEFA Konfrans Liqası yarışlarının 2025-2026-cı il mövsümünün oyunlarının yayım hüquqlarına dair mübahisə ilə bağlı məhkəməyə iddia ərizəsi verilməkdədir. Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-**(*-**)-***/**** nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Ərizəçinin nümayəndəsi qərardaddan şikayət verərək məhkəmənin həmin qərardadının ləğv edilməsini və müvəqqəti təminat tədbirinin tətbiqi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizədə göstərilənlərə, məhkəmənin gəldiyi nəticəyə, o cümlədən Mülki Məcəllənin 385.1, 386.1, 390.1, 425.1 və 440.1-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2 və 88-ci maddələrinə istinadlar edilərək qeyd edilmişdir ki, mülkiyyət hüququnun müdafiəsi yalnız formal sənəd məlumatlarına deyil, həm də faktiki hüquqi vəziyyətə əsaslanmalıdır. Məhkəmə iş üzrə zəruri halları tam araşdırmamış, eyni zamanda sübutların araşdırılması prinsipinə tam əməl edilməmişdir. Sübutlar yenidən dəyərləndirilməli, ədalətin bərpası məqsədilə müvəqqəti təminat tədbirinin tətbiqinə dair qərardad qəbul edilməlidir. Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ilə ərizəçi Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi tərəfindən Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-**(*-**)-***/**** nömrəli qərardadından verilmiş şikayətin təmin edilməməsi, Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-**(*-**)-***/**** nömrəli qərardadından verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Fərman Həmidli). Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı ilə verilmiş şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməklə ərizə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, iddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. Həmin Məcəllənin 157.5.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu əsaslandırılmalıdır. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər. MPM-nin 157-ci və 158-ci maddələrinin məzmunundan görünür ki, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Eyni zamanda məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Nəzərə almaq lazımdır ki, müvəqqəti xarakterli ilkin müdafiə institutunu, o cümlədən iddianın təmin edilməsinə yönəlmiş təminat tədbirlərini nəzərdə tutmaqda qanunvericinin məqsədi iddianın təmin ediləcəyi təqdirdə, ərizəçinin hüquqlarının qorunmasını əvvəlcədən təminat altına almaqdan və onu gələcəkdə baş verə biləcək neqativ nəticələrdən qorumaqdan ibarətdir. Bu baxımdan müvəqqəti təminat tədbirinin tətbiqi barədə məsələnin həll edilməsi zamanı qanunvericinin qeyd olunan mövqeyi mütləq nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti təminat tədbirinin tətbiq olunmasının məqsədi cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaqdır. Ərizəyə əlavə edilmiş ## #### 2026-cı il tarixli lisenziya müqaviləsindən görünür ki, UEFA Avropa Liqasının 2026/2027-ci il mövsümünün təsnifat mərhələsində “X2” MMC-nin oyunlarının HORECA (hotellər, restoranlar, publar, kafelər və digər kommersiya obyektləri) seqmentində kommersiya məqsədilə yayımı üzrə müstəsna hüquqlar Azərbaycan Respublikası ərazisində ərizəçiyə verilmişdir. Həmin müqavilə ərizəçinin göstərilən hüquqlara malik olmasını ilkin qaydada təsdiq edən yazılı sübut hesab olunur. Nəzərə alınmalıdır ki, mübahisə predmeti pul tələbi və ya sonradan naturada bərpası mümkün olan əmlak deyil, konkret tarix və vaxtlarda keçirilən idman yarışlarının HORECA seqmentində kommersiya məqsədilə nümayiş etdirilməsi ilə bağlı eksklüziv yayım hüquqlarıdır. Həmin oyunlar yalnız bir dəfə canlı keçirilir və onların kommersiya dəyəri məhz keçirildiyi vaxt ərzində mövcud olur. Buna görə də müvəqqəti təminat tədbiri tətbiq edilmədiyi halda, ərizəçinin istinad etdiyi hüquqların gələcək oyunlar üzrə təkrar pozulması ehtimalı mövcuddur və sonradan qəbul ediləcək məhkəmə qətnaməsi ilə həmin konkret oyunlara münasibətdə eksklüziv yayım hüquqlarının faktiki bərpası mümkün olmaya və ya əhəmiyyətli dərəcədə çətinləşə bilər. Eyni zamanda ərizəçi iddia ərizəsinin məhkəmə icraatında olduğunu qeyd etsə də, bu iş materialları ilə təsdiq edilmir. Buna görə tələb olunan müvəqqəti təminat tədbiri yalnız bir ay müddətinə tətbiq olunmalıdır. Tədbir yalnız ərizəçinin yazılı razılığı və ya onunla bağlanmış HORECA sublisenziya müqaviləsi olmadan mübahisə predmeti olan oyunların kommersiya məqsədilə nümayiş etdirilməsinə yönəlmişdir. Buna görə də tələb olunan müvəqqəti təminat tədbiri mübahisənin predmeti ilə əlaqəli, qarşıya qoyulan məqsədə mütənasib olmaqla işin mahiyyəti üzrə qabaqcadan həll edilməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instasniya məhkəməsi ərizəni təmin edilməməsinə dair qərardadını onunla əsaslandırmışdır ki, müvəqqəti təminat tədbiri haqqında ərizəni rədd edərkən, məhkəmə əsasən iki hala istinad etmişdir: 1) UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası və UEFA Konfrans Liqası yarışlarının 2025-2026cı il mövsümünə aid oyunlarının qanunsuz retranslyasiya olunduğunun iddia edildiyi Sumqayıt şəhəri, Nəsimi parkı ərazisində yerləşən "Old Baku" adlı qeyri-yaşayış sahəsinin ərizədə maraqlı şəxs kimi qeyd edilmiş Maraqlı şəxs hər hansı formada aidiyyətini təsdiq edən sənədlərin (mülkiyyət sənədi, icarə müqaviləsi, müvafiq elektron vergi sistemindən çıxarış və s.) təqdim edilməməsi; 2) ərizədə 2025-ci ilin sentyabr ayından 2026-cı il ## #### tarixinədək yerində baxış və monitorinqlər aparıldığı, həmin monitorinqlər nəticəsində qanunsuz yayımın müəyyən edildiyi bildirilsə də, bu halları təsdiq edən hər hansı akt, foto və ya digər sübutların ərizəyə əlavə edilməməsi. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan, “Old Baku” ictimai-iaşə obyektindən qəbzlə müəyyən edilir ki, həmin qəbzdə qeyd edilmiş VÖEN maraqlı şəxs Maraqlı şəxs məxsusdur.Buna görə də həmin hal ərizənin təmin olunması üçün əsas yaradır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398.0.3, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Ərizəçi Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ləğv edilsin. Ərizəçi Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətinin barədə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizəsi qismən təmin edilsin. Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətinin yazılı razılığı və ya HORECA (hotellər, publar, restoranlar, kafelər, çay evləri və digər kommersiya obyektləri) üçün bağlanılmış sub-lisenziya müqaviləsi olmadan UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası və UEFA Konfrans Liqası yarışlarının 2026-2027-ci il mövsümünün əsas mərhələsi oyunlarının, habelə “Qarabağ” Futbol Klubunun UEFA Avropa Liqasının 2026-2027-ci il mövsümü üzrə təsnifat və play-off mərhələsi oyunlarının Sumqayıt şəhəri, X1 parkı ərazisində yerləşən “Old Baku” ictimai-iaşə obyektində kommersiya məqsədilə nümayiş etdirilməsi 1 (bir) ay müddətinə maraqlı şəxs Maraqlı şəxs (VÖEN: **********) qadağan edilsin. Müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix ##.##.2026-cı il müəyyən edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-16(3-8)-124/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-8)-124/2026
12.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver