Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-16(3-8)-134/2026 01.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X3 ibarət tərkibdə, Abşeron Rayon Məhkəməsinin e-**(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə (hakim S.Qəniyev) ərizəçi X1 müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinin geri qaytarılması qərara alınmışdır. Ərizəçi Ərizəçi qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə ərizəçi Ərizəçi nümayəndəsi (vəkili) Vəkil Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)- ***/**** nömrəli qərardadından verdiyi şikayətin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadının ləğv edilməsi, ərizəçi Ərizəçi cavabdehlər “V.İ.P.Leasing” MMC və cavabdeh2 qarşı müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsinin geri qaytarılması qərara alınmışdır. Ərizəçi Ərizəçi qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** nömrəli qərardadından ərizəçi Ərizəçi vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARI Abşeron Rayon Məhkəməsinin icraatında olan *(*-***)-****/**** nömrəli mülki iş üzrə iddiaçı Ərizəçi cavabdeh Abşeron Rayon İcra və Probasiya Şöbəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun ##.##.2024-cü il tarixli “Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı Şamaxı rayonu Nağaraxana kəndində yerləşən 0.10 ha torpaq sahəsi (borcun müqabilində) tələbkar “V.İ.P.Leasing” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi və Şamaxı rayonu Nağaraxana kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində tələbkar “V.İ.P.Leasing” Məhdud Məsuliyyətli Cəmiyyətinə mülkiyyət hüququ dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin ** saylı Şamaxı Ərazi idarəsinə müraciət olunması barədə qərarının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi iddianın təmin edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun ##.##.2024-cü il tarixli Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı Şamaxı rayonu Nağaraxana kəndində yerləşən 0.10 ha torpaq sahəsi (borcun müqabilində) tələbkar “V.İ.P.Leasing” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi və Şamaxı rayonu Nağaraxana kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində tələbkar “V.İ.P.Leasing” Məhdud Məsuliyyətli Cəmiyyətinə mülkiyyət hüququ dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin ** saylı Şamaxı Ərazi idarəsinə müraciət olunması barədə mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Şamaxı rayonu Nağaraxana kəndində yerləşən ümumi sahəsi 113.7 kv.m, yaşayış sahəsi 56.6 kv.m olan üç yaşayış otağından ibarət fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsinin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Ərizəçi Ərizəçi Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadından şikayət verərək, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-**(*-***)-***/**** nömrəli qərardadının ləğv edilərək, ərizəçi Ərizəçi cavabdehlər Abşeron Rayon İcra və Probasiya Şöbəsi və “V.İ.P.LEASİNG” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun ##.##.2024-cü il tarixli “Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı Şamaxı rayonu Nağaraxana kəndində yerləşən 0.10 ha torpaq sahəsi (borcun müqabilində) tələbkar “V.İ.P.Leasing” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi və Şamaxı rayonu Nağaraxana kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində tələbkar “V.İ.P.Leasing” Məhdud Məsuliyyətli Cəmiyyətinə mülkiyyət hüququ dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin ** saylı Şamaxı Ərazi idarəsinə müraciət olunması barədə Abşeron Rayon Məhkəməsinin icraatında olan *(*-***)- ****/**** nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Şamaxı rayonu Nağaraxana kəndində yerləşən ümumi sahəsi 113.7 kv.m, yaşayış sahəsi 56.6 kv.m olan üç yaşayış otağından ibarət fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsinin özgəninkiləşdirilməsinin qadağan edilməsi tələbinə dair müvəqqəti təminat tədbirinin icraata qəbul edilməsi, əks təqdirdə, şikayətin baxılması üçün işlə birlikdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 269.3-cü maddəsinə müvafiq qaydada aidiyyəti yuxarı instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə ilə razılaşmır və bildirir ki, iddiaçı Ərizəçi cavabdeh Abşeron Rayon İcra və Probasiya Şöbəsinə qarşı Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun ##.##.2024-cü il tarixli “Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı Şamaxı rayonu Nağaraxana kəndində yerləşən 0.10 ha torpaq sahəsi (borcun müqabilində) tələbkar “V.İ.P.Leasing” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi və Şamaxı rayonu Nağaraxana kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində tələbkar “V.İ.P.Leasing” Məhdud Məsuliyyətli Cəmiyyətinə mülkiyyət hüququ dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin ** saylı Şamaxı Ərazi idarəsinə müraciət olunması barədə” qərarının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraicət edərək iddia tələbi üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Şamaxı rayonu Nağaraxana kəndində yerləşən ümumi sahəsi 113.7 kv.m, yaşayış sahəsi 56.6 kv.m olan üç yaşayış otağından ibarət fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsinin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 0,10 ha torpaq sahəsi üzərində “V.İ.P.Leasing” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyət hüququnun yaranmasına əsas olan sənəd kimi Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun ##.##.2024-cü il tarixli “Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı Şamaxı rayonu Nağaraxana kəndində yerləşən 0.10 ha torpaq sahəsi (borcun müqabilində) tələbkar “V.İ.P.Leasing” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi və Şamaxı rayonu Nağaraxana kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində tələbkar “V.İ.P.Leasing” Məhdud Məsuliyyətli Cəmiyyətinə mülkiyyət hüququ dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin ** saylı Şamaxı Ərazi idarəsinə müraciət olunması barədə” qərarı çıxış etmişdir. Göründüyü kimi, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən qəbul olunmuş əsassız və qanunsuz qərar əsasında onun mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Bu səbəbdən də müvəqqəti təminat tədbiri də iddia ərizəsi ilə birlikdə cavabdeh orqan olan Abşeron rayon İcra və Probasiya Şöbəsinin rəsmi qeydə alındığı yerə görə ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə verilmişdir. Ona görə hesab edir ki, məhkəmə bu xüsusatı nəzərə alaraq müvəqqəti təminat tədbiri barədə ərizəni icraata qəbul etməli və işə mahiyyəti üzrə baxmalıdır. Onun tələbi məhz yalnız qərarın ləğv edilməsindən ibarətdir, hər hansı mülkiyyət hüququnun həyata keçirilməsindən ibarət deyildir. Belə ki, o, hal-hazırda mülkiyyətindən yaşayıb istifadə edir. Bu günə hər hansı bir maneçilik yoxdur. Lakin məhkəmə qeyd olunan xüsusatları nəzərə almayaraq, hazırkı iş üzrə müəyyən edilmiş hallar və tətbiq edilməli hüquq normaları baxımından dəqiqləşdirilməsinə zərurət olduğunu əsas gətirərək eyni hüquqi nəticə saxlanılmaqla hazırkı iş üzrə yeni qərardad qəbul etmişdir. Ona görə hesab edir ki, məhkəmə göstərilən xüsusatları nəzərə alaraq müvəqqəti təminat tədbiri barədə ərizəsi icraata qəbul etməli və işə mahiyyəti üzrə baxmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdırıb, eləcə də şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli və ## ###### 2026-cı il tarixli qərardadları ləğv edilməli, ərizəçi Ərizəçi ərizəsinə qanunvericiliyin tələblərinə uyğun yenidən baxılması üçün iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. İş materiallarından müəyyən olunur ki, Ərizəçi Abşeron Rayon İcra və Probasiya Şöbəsinə qarşı icra məmurunun qərarının ləğv edilməsi tələbinə dair iddiası Abşeron Rayon Məhkəməsinin icraatındadır. Ərizəçi həmin mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək mübahisəli əmlakın özgəninkiləşdirilməsinin qadağan olunması barədə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi üçün həmin məhkəməyə ərizə vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.3-cü maddəsinə əsasən, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Həmin normanın məzmunundan aydın olur ki, qanunverici müvəqqəti təminat tədbirinin tətbiq edilməsini, o cümlədən artıq məhkəmənin icraatında olan konkret mülki işlə əlaqədar olaraq həmin məhkəmə icraatının gedişində mümkün hesab etmişdir. Başqa sözlə, müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi ilə bağlı olan mülki iş məhkəmənin icraatında olduğu halda, həmin iş üzrə hüquqların səmərəli müdafiəsinin və gələcək məhkəmə aktının icrasının təmin olunmasına yönəlmiş müvəqqəti təminat tədbiri barədə ərizə həmin məhkəmə icraatı çərçivəsində verilir və həll olunur. Hazırkı işdə müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi ilə bağlı olan mülki iş artıq Abşeron Rayon Məhkəməsinin icraatına qəbul edilmişdir. Müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə də başqa, müstəqil hüquqi mübahisə üzrə deyil, məhz həmin mülki işlə əlaqədar verilmişdir. Bu baxımdan, aşağı instansiya məhkəməsi müvəqqəti təminat tədbiri barədə ərizəni həmin mübahisədən təcrid olunmuş ayrıca tələb kimi qiymətləndirərək onun barəsində müstəqil qaydada ərazi aidiyyəti məsələsini həll etməməli idi. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, müvəqqəti təminat tədbiri barədə ərizənin geri qaytarılması məsələsi Mülki Prosessual Məcəllənin 159.4-cü maddəsi ilə xüsusi qaydada tənzimlənmişdir. Həmin normaya əsasən, məhkəmə yalnız qanunda nəzərdə tutulmuş hallarda müvəqqəti təminat tədbirlərinin görülməsinə dair ərizənin geri qaytarılması haqqında qərardad qəbul edir. Qanunverici tərəfindən belə ərizənin geri qaytarılması üçün konkret prosessual əsaslar müəyyən edilmişdir. Deməli, müvəqqəti təminat tədbiri barədə ərizənin geri qaytarılması məsələsində məhkəmə MPM-in 159.4-cü maddəsində müəyyən edilmiş xüsusi prosessual qaydalardan kənara çıxaraq qanunda nəzərdə tutulmayan əsasla ərizənin geri qaytarılması haqqında qərardad qəbul edə bilməz. Hazırkı halda aşağı instansiya məhkəməsi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəni MPM-in 159.4-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcudluğu ilə əlaqədar deyil, mübahisəli daşınmaz əmlakın Şamaxı rayonunda yerləşməsinə və bununla bağlı ərazi aidiyyətinə istinad etməklə geri qaytarmışdır. Lakin ərazi aidiyyəti MPM-in 159.4-cü maddəsində müvəqqəti təminat tədbiri barədə ərizənin geri qaytarılmasının əsası kimi nəzərdə tutulmamışdır. Buna görə də aşağı instansiya məhkəməsi tərəfindən ərizənin həmin əsasla geri qaytarılması MPM-in 159.4-cü maddəsinin tələblərinə uyğun olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, MPM-in 159.4-cü maddəsində geri qaytarma əsaslarının konkret şəkildə müəyyən edilməsi həmin prosessual qərarın məhkəmənin mülahizəsindən asılı olaraq genişləndirilməsinə imkan vermir. Əks yanaşma müvəqqəti təminat tədbiri institutunun operativ və səmərəli hüquqi müdafiə məqsədinə zidd olmaqla, qanunvericinin xüsusi olaraq müəyyən etdiyi geri qaytarma əsaslarının dairəsinin genişləndirilməsi ilə nəticələnərdi. Digər tərəfdən, MPM-in 157.3-cü maddəsi müvəqqəti təminat tədbiri barədə ərizənin məhkəmə icraatının gedişində verilməsini birbaşa nəzərdə tutur. Hazırkı halda müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi ilə bağlı olan mülki iş Abşeron Rayon Məhkəməsinin icraatında olduğundan, həmin işlə bağlı verilmiş müvəqqəti təminat tədbiri barədə ərizə də məhz həmin məhkəmə tərəfindən qəbul edilərək qanunun tələblərinə uyğun həll edilməli idi. Aşağı instansiya məhkəməsinin müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi ilə bağlı olan mülki işin özünün Abşeron Rayon Məhkəməsinin icraatında olmasına baxmayaraq, müvəqqəti təminat tədbiri barədə ərizəni ayrıca ərazi aidiyyəti qaydalarına əsasən geri qaytarması, nəticə etibarilə MPM-in 157.3-cü maddəsinin məzmunundan irəli gələn prosessual tənzimləməyə uyğun olmamışdır. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, MPM-in 157.3-cü maddəsində nəzərdə tutulan məhkəmə icraatının gedişində müvəqqəti təminat tədbiri barədə ərizə vermək hüququnun həyata keçirilməsi, məhz baxılan iş üzrə hüquqların qorunmasına yönəlmişdir. Mülki işə baxan məhkəmənin müvəqqəti təminat tədbiri barədə ərizəni, həmin ərizənin bağlı olduğu mülki iş üzrə deyil, başqa ərazi üzrə yerləşən əmlaka münasibətdə verilməsi əsası ilə geri qaytarması bu hüququn həyata keçirilməsini əsassız olaraq məhdudlaşdırmış olur. Beləliklə, aşağı instansiya məhkəməsi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəyə baxarkən, bir tərəfdən həmin ərizənin Abşeron Rayon Məhkəməsinin icraatında olan mülki işlə bağlı və məhkəmə icraatının gedişində verildiyini nəzərə almamış, digər tərəfdən isə MPM-in 159.4-cü maddəsində nəzərdə tutulmayan əsası ərizənin geri qaytarılması üçün əsas kimi qəbul etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəməsinin müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin geri qaytarılması haqqında qərardadı prosessual qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Bu baxımdan, Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli və ## ###### 2026-cı il tarixli qərardadları ləğv edilməli, müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəyə Mülki Prosessual Məcəllənin 157 və 159-cu maddələrinin tələblərinə uyğun baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2. maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI Ərizəçi Ərizəçi şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli və ## ###### 2026-cı il tarixli qərardadları ləğv edilsin. Ərizəçi Ərizəçi ərizəsinə yenidən baxılması və əsaslandırılmış məhkəmə aktı qəbul edilməsi üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-16(3-8)-134/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-8)-134/2026
01.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver