Məhkəmə qərarları › İş №e-16(3-8)-140/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-8)-140/2026

02.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-16(3-8)-140/2026 02.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Hacıyev Vahid Məcid oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər cavabdeh3 Mənzil-Tikinti Kooperativinə, cavabdeh1, cavabdeh2 qarşı verilmiş “növbədənkənar ümumi yığıncağın protokolunun və qərarının etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh3 Mənzil-Tikinti Kooperativinin üzvləri cavabdeh1, cavabdeh2 tərəfindən keçirilmiş ## ###### 2026-cı il tarixli növbədənkənar ümumi yığıncağının protokolu və həmin protokolla rəsmiləşdirilmiş Ərizəçi kooperativin sədri — icra orqanı kimi səlahiyyətlərinə əsassız və qanunsuz xitam verilməsi və kooperativin yeni sədrinin — yeni icra orqanının seçilməsi barədə qərarın etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-2-2(4-13)- ****/**** nömrəli qərardadı ilə həmin iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı Ərizəçi ## ###### 2026-cı il tarixdə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmənin icraatında olan e-*-*(*-**)- ****/**** nömrəli kommersiya işi üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsinə ## ###### 2026-cı il tarixli növbədənkənar ümumi yığıncağın protokolu və həmin protokola əsaslanan hər hansı digər sənəd də daxil olmaqla, cavabdeh3 Mənzil-Tikinti Kooperativinin sədrinin və ya qanuni təmsilçisinin dəyişdirilməsinə dair hər hansı sənəd əsasında kooperativin dövlət reyestri məlumatlarında dəyişiklik aparmaq, yeni qanuni təmsilçini dövlət qeydiyyatına almaq və bu barədə yeni dövlət reyestrindən çıxarış verilməsinin qadağan olunması, müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadın dərhal icra olunması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsinə göndərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehlər cavabdeh1 və digərlərinə qarşı cavabdeh3 Mənzil-Tikinti Kooperativi üzvlərinin növbədənkənar ümumi yığıncağında qəbul edilmiş qərarların və həmin qərarları əks etdirən protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Hazırda həmin e-*-*(*-**)-****/**** nömrəli kommersiya işi Sumqayıt Kommersiya Məhkəməsinin sədri İslam Əliyevin icraatındadır. İddianın predmetini cavabdehlərin qanunla müəyyən edilmiş səlahiyyətləri olmadan cavabdeh3 Mənzil-Tikinti Kooperativinin üzvlərinin növbədənkənar ümumi yığıncağını çağırmaları, yığıncağın tarixini, vaxtını və yerini birtərəfli qaydada müəyyən etmələri və həmin prosedur vasitəsilə kooperativin qanuni sədrinin dəyişdirilməsinə cəhd göstərmələri təşkil edir. cavabdeh3 MTK-nın dövlət reyestrindən çıxarışına əsasən Ərizəçi kooperativin qanuni təmsilçisidir. Cavabdehlərin ## #### 2026-cı il tarixli bildirişində isə onlar özlərini “birlikdə 40 faiz səs hüququna malik üzvlər” kimi təqdim etmiş, növbədənkənar ümumi yığıncağın ## #### 2026-cı il tarixdə saat 15:00-da keçirilməsini özləri müəyyən etmiş və gündəliyə kooperativ sədrinin seçilməsi məsələsini daxil etmişlər. İddiaçı tərəfindən cavabdehlərə yazılı şəkildə izah olunmuşdur ki, kooperativin ali idarəetmə orqanı onun təsisçilərinin deyil, bütün üzvlərinin ümumi yığıncağıdır, hər bir üzvün yalnız bir səsi vardır və üzvlərin növbədənkənar ümumi yığıncağın çağırılmasını tələb etmək hüququ onlara yığıncağın tarixini, vaxtını və yerini özbaşına müəyyən etmək səlahiyyəti vermir. Buna baxmayaraq, cavabdehlər həmin hüquqi mövqeyi nəzərə almamış və özlərinin müəyyən etdikləri tarix və ünvanda toplantı keçirməyə cəhd göstərmişlər. Təqdim olunmuş sənədlərdən ## #### 2026-cı il tarixdə cavabdehlərin birlikdə toplantı üçün müəyyən etdikləri ünvana gəldikləri görünür. Sonradan iddiaçıya göndərilən elektron məlumatda onun guya “qanuni əsas olmadan iclasdan yayındığı” və növbəti yığıncaq barədə yenidən xəbərdarlıq ediləcəyi bildirilmişdir. Bundan sonra iddiaçıda olan məlumatlara əsasən növbədənkənar ümumi yığıncağın ## ###### 2026-cı il tarixdə keçirilməsi nəzərdə tutulmuş və məhz həmin məlumatlar əsasında ilkin iddia ərizəsi məhkəməyə təqdim edilmişdir. Lakin sonradan məlum olmuşdur ki, həmin yığıncaq ## ###### 2026-cı il tarixdə keçirilməmiş, onun keçirilməsi başqa tarixə təyin edilmişdir. Bu barədə iddiaçı əvvəlcədən lazımi qaydada məlumatlandırılmamış, yalnız ## ###### 2026-cı il tarixdə, həmin gün səhər saatlarında növbədənkənar ümumi yığıncağın elə həmin gün keçiriləcəyi barədə bildiriş almışdır. ## ###### 2026-cı il tarixdə cavabdehlərin təşəbbüsü ilə növbədənkənar ümumi yığıncaq keçirilmiş və həmin yığıncağın * saylı protokolu tərtib edilmişdir. Həmin protokolla Ərizəçi cavabdeh3 MTK-nın sədri — qanuni təmsilçisi vəzifəsindən azad edilməsi və cavabdeh1 kooperativin yeni sədri — qanuni təmsilçisi seçilməsi barədə qərar rəsmiləşdirilmişdir. İddiaçının mövqeyinə görə, onun sədr vəzifəsindən azad edilməsi əsassız və qanunsuzdur. Protokolda müxtəlif sənədlərin təqdim edilməməsi, audit və kooperativin fəaliyyəti ilə bağlı bir sıra iradlara istinad olunsa da, bunların heç biri sədrin vaxtından əvvəl vəzifədən azad edilməsi üçün qanuni və ya kooperativin nizamnaməsi ilə nəzərdə tutulmuş konkret hüquqi əsas kimi müəyyən edilməmişdir. Bununla yanaşı, həmin qərarı qəbul etmiş yığıncağın özünün çağırılması və keçirilməsi qaydasının qanuniliyi hazırkı məhkəmə mübahisəsinin predmetidir. Bu hallar cavabdehlərin kooperativin qanuni idarəetmə orqanlarını və digər üzvlərini kənarlaşdırmaqla kooperativin rəhbərliyini dəyişdirmək niyyətinin artıq yalnız ehtimal deyil, faktiki olaraq həyata keçirilmiş korporativ hərəkət olduğunu göstərir. Hazırda real təhlükə ondan ibarətdir ki, ## ###### 2026-cı il tarixli mübahisəli protokol qeydiyyat orqanına təqdim edilərək kooperativin qanuni təmsilçisi barədə dövlət reyestri məlumatlarının dəyişdirilməsi üçün istifadə oluna bilər. Hazırkı işdə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutlar məhkəməyə təqdim edilmişdir. Cavabdehlərin özləri tərəfindən imzalanmış bildirişlər, iddiaçının həmin bildirişlərə verdiyi yazılı cavablar, habelə ## ###### 2026-cı il tarixli növbədənkənar ümumi yığıncağın * saylı protokolu cavabdehlərin yığıncağın çağırılması və keçirilməsi səlahiyyətini öz üzərlərinə götürdüklərini və həmin yığıncaq vasitəsilə kooperativ rəhbərinin dəyişdirilməsi barədə qərar qəbul etdiklərini təsdiq edir. Bundan başqa müvəqqəti təminat tədbiri tətbiq edilmədiyi halda mövcud vəziyyətin dəyişməsi və iddiaçının hüquqlarının sonradan müdafiəsinin əhəmiyyətli dərəcədə çətinləşməsi üçün real və bilavasitə təhlükə vardır. Belə ki, artıq tərtib edilmiş ## ###### 2026cı il tarixli mübahisəli protokol qeydiyyat orqanına təqdim edilərək kooperativin qanuni təmsilçisi barədə dövlət reyestri məlumatlarının dəyişdirilməsinə nail olmaq üçün istifadə edilə bilər. Belə dəyişiklik baş verdiyi halda iddiaçının kooperativin qanuni sədri və təmsilçisi statusu heç bir qanuni əsas olmadan dövlət reyestrində mübahisəli sənəd əsasında dəyişdirilə, kooperativin bank hesabları, maliyyə sənədləri, müqavilə münasibətləri, əmlakı və cari idarəetməsi başqa şəxslərin faktiki nəzarətinə keçə bilər. Bu isə yalnız iddiaçının şəxsi hüquqlarına deyil, kooperativin bütün üzvlərinin ümumi mənafeyinə, onun əmlakının və sənədlərinin qorunmasına ciddi təhlükə yaradar. Mübahisələndirilən toplantının təşəbbüsçüləri kooperativin bütün üzvlərinin qanun və nizamnamə ilə nəzərdə tutulmuş qaydada iştirakını təmin etmədən və sədrin dəyişdirilməsi üçün konkret qanuni əsas göstərmədən kooperativin idarəetməsini dəyişdirməyə yönəlmiş hərəkətlər həyata keçirmişlər. Bundan əlavə, kooperativin fəaliyyəti ilə bilavasitə bağlı olan cinayət işi hazırda Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatındadır. Məhkəmənin ## #### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərarı ilə X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası təyin edilmişdir. Bu fakt müstəqil olaraq cavabdehlərin həmin cinayət işi ilə birbaşa əlaqəli olduğunu hazırkı mərhələdə təsdiq etməsə də, kooperativin fəaliyyəti ilə bağlı xüsusilə külli miqdarda mənimsəmə və vəzifə saxtakarlığı ittihamı üzrə cinayət işinin məhkəmə baxışına verildiyi dövrdə heç bir ciddi və qanuni əsas olmadan kooperativ rəhbərliyinin mübahisəli və qanunsuz sənədlər əsasında dəyişdirilməsi kooperativin sənədlərinin, maliyyə məlumatlarının, sübutların və cinayət prosesində hüquqi şəxsin mövqeyinin qorunmasına obyektiv risk yarada bilər. Qanuni təmsilçinin dəyişdirilməsi kooperativ adından veriləcək izahatlara, sənədlərin təqdim edilməsinə, zərərçəkmiş şəxsin mövqeyinin müdafiəsinə, sübutların mühafizəsinə və kooperativin əmlak mənafelərinin qorunmasına təsir göstərə bilər. Bu baxımdan mövcud vəziyyətin məhkəmə mübahisəsi həll edilənədək saxlanılması yalnız iddiaçının deyil, kooperativin və onun bütün üzvlərinin qanuni mənafelərinin qorunması üçün zəruridir. Tələb olunan tədbir iddianın predmetinə tam uyğundur və mütənasibdir. Cavabdehlərə kooperativ üzvü kimi ümumiyyətlə fəaliyyət göstərmək, qanuni əsaslarla tələb irəli sürmək və ya məhkəməyə müraciət etmək qadağan olunmur. Yalnız mübahisə həll edilənədək ## ###### 2026-cı il tarixli mübahisəli ümumi yığıncaq protokolu və onun əsasında tərtib edilmiş digər sənədlər vasitəsilə kooperativin qanuni təmsilçisinin dəyişdirilməsinə yönəlmiş hərəkətlərin hüquqi nəticə doğurmasının qarşısının alınması tələb olunur. Eyni zamanda, qeydiyyat orqanına qoyulacaq qadağa onun ümumi fəaliyyətini məhdudlaşdırmır. Qadağa yalnız cavabdeh3 MTK-nın rəhbəri və qanuni təmsilçisi barədə dövlət reyestri məlumatlarının mübahisəli sənədlər əsasında dəyişdirilməsinə aid edilir. Buna görə tələb olunan tədbir qarşıya qoyulan məqsədə uyğundur, zəruridir və cavabdehlərin, yaxud üçüncü şəxsin hüquqlarını lüzumsuz şəkildə məhdudlaşdırmır. Müvəqqəti təminat tədbiri tətbiq edilməzsə və dövlət reyestrində rəhbər dəyişikliyi aparılarsa, iddianın sonradan təmin edilməsi mövcud vəziyyəti birmənalı olaraq bərpa etməyəcək, yeni məhkəmə və inzibati mübahisələrə, kooperativ adından bağlanmış əqdlərin, verilmiş sərəncamların və həyata keçirilmiş maliyyə əməliyyatlarının ayrıca mübahisələndirilməsinə səbəb ola bilər. Belə nəticə isə MPM-in 157.2-ci maddəsində nəzərdə tutulmuş təhlükənin — ərizəçinin hüquqlarının qorunmasının və bərpasının əhəmiyyətli dərəcədə çətinləşməsinin — konkret təzahürüdür. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ilə iddiaçı Ərizəçi tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə təmin edilməmişdir. Ərizəçi Ərizəçi ## ###### 2026-cı il tarixdə Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsini, əks halda şikayətin baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə ərizədə irəli sürülmüş konkret dəlillərə hüquqi cavab verməmiş, təqdim olunmuş sübutları tələb olunan tədbirin zəruriliyi baxımından təhlil etməmiş və ərizənin təmin edilməməsinin faktiki olaraq yeganə səbəbi kimi belə bir mülahizə göstərmişdir ki, tədbirin tətbiqi, guya, hüquqi şəxsin gündəlik təsərrüfat fəaliyyətini “iflic edə”, əmək haqlarının ödənilməsini, vergi və digər icbari ödənişlərin həyata keçirilməsini, hesabatlılıq öhdəliklərinin yerinə yetirilməsini və digər fəaliyyətləri mümkünsüz edə bilər. Məhz bu nəticə şikayət olunan qərardadın əsas hüquqi və məntiqi qüsurunu təşkil edir. Məhkəmənin göstərdiyi hallarla iddiaçının tələb etdiyi tədbir arasında heç bir hüquqi, faktiki və səbəb-nəticə əlaqəsi yoxdur. Məhkəmə öz qərardadında ## ###### 2026-cı il tarixli mübahisəli protokol əsasında yeni qanuni təmsilçinin qeydiyyata alınmasına müvəqqəti qadağa qoyulmasının kooperativin əmək haqqı ödəməsinə necə mane ola biləcəyini, vergilərin ödənilməsini necə mümkünsüz edə biləcəyini və ümumiyyətlə hüquqi şəxsin fəaliyyətini hansı hüquqi mexanizmlə “iflic edə” biləcəyini izah etməmişdir. Əksinə, tələb olunan tədbirin mahiyyəti məhz heç nəyi dəyişdirməməkdən, mübahisə həll olunanadək artıq mövcud olan hüquqi vəziyyəti qoruyub saxlamaqdan ibarətdir. Hazırda dövlət reyestrində cavabdeh3 MTK-nın qanuni təmsilçisi Ərizəçidur. Kooperativ həmin qeydiyyatla fəaliyyət göstərir. Müvəqqəti təminat tədbirinin tətbiqi nəticəsində bu qeydiyyat ləğv edilmir, kooperativ qanuni təmsilçisiz qalmır, onun fəaliyyəti dayandırılmır və üzərinə heç bir yeni təsərrüfat məhdudiyyəti qoyulmur. Sadəcə olaraq, məhkəmədə mübahisələndirilən protokol əsasında mövcud qeydiyyatın yeni qeydiyyatla əvəz edilməsinə müvəqqəti yol verilmir. Bu baxımdan məhkəmənin gəldiyi nəticə tamamilə əsassız olmaqla yanaşı, həmçinin də öz mahiyyətinə görə aşkar ziddiyyətlidir: mövcud və işlək hüquqi vəziyyətin saxlanılması hüquqi şəxsin fəaliyyətinin iflic olunması kimi qiymətləndirilə bilməz. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinin mahiyyətinə görə hüquqi şəxsin dövlət reyestrində qeydə alınmış faktlarında sonrakı dəyişikliklər dövlət qeydiyyatına alındıqdan sonra hüquqi qüvvə əldə edir. Buna görə də hazırkı mübahisədə dövlət qeydiyyatı texniki və ya ikinci dərəcəli məsələ deyil. Əksinə, ## ###### 2026-cı il tarixli protokolla nəzərdə tutulan rəhbər dəyişikliyinin hüquqi nəticəsinin reallaşdırılmasının əsas mexanizmi məhz həmin dəyişikliyin dövlət reyestrində qeydiyyata alınmasıdır. Deməli, iddiaçının tələb etdiyi müvəqqəti təminat tədbiri iddia predmetindən kənar hər hansı məhdudiyyət deyil. Tələb birbaşa olaraq məhkəmədə etibarsızlığı mübahisələndirilən sənədin əsas hüquqi nəticəsinin məhkəmə baxışı başa çatmamış həyata keçirilməsinin qarşısının alınmasına yönəlmişdir. ## ###### 2026-cı il tarixli protokol artıq mövcuddur. Həmin protokolda Ərizəçi sədr və qanuni təmsilçi vəzifəsindən azad edilməsi və cavabdeh1 yeni sədr və qanuni təmsilçi seçilməsi rəsmiləşdirilmişdir. Buna görə təhlükə gələcəyə aid abstrakt ehtimal deyildir. Rəhbər dəyişikliyinin dövlət qeydiyyatında rəsmiləşdirilməsi üçün istifadə oluna biləcək sənəd artıq qəbul edilmişdir. Belə vəziyyətdə mübahisəli sənəd əsasında yeni qeydiyyatın müvəqqəti qadağan edilməsi hüquqi şəxsin fəaliyyətinin məhdudlaşdırılması deyil; bu, mübahisə yaranmazdan əvvəl mövcud olmuş və hazırda dövlət reyestrində qüvvədə olan hüquqi vəziyyətin saxlanılmasıdır. Məhz buna görə məhkəmənin “fəaliyyətin iflic olması” barədə nəticəsi dövlət qeydiyyatının hüquqi mahiyyətinə də uyğun gəlmir. Yeni dəyişikliyin qeydiyyata alınmaması mövcud qeydiyyatı aradan qaldırmır. Əksinə, mövcud qeydiyyat öz qüvvəsini saxlayır və hüquqi şəxs əvvəlki qaydada fəaliyyətini davam etdirir ## ###### 2026-cı il tarixli protokol əsasında yeni qanuni təmsilçi dövlət qeydiyyatına alındığı halda məhkəmədə etibarsızlığı mübahisələndirilən qərarın əsas hüquqi nəticəsi məhkəmə araşdırması yekunlaşmamış həyata keçirilmiş olacaqdır. Bu dəyişiklikdən sonra yeni qeydiyyata alınmış şəxs kooperativin qanuni təmsilçisi statusundan istifadə etməklə kooperativ adından hüquqi hərəkətlər edə, əqdlər bağlaya, sərəncamlar verə, maliyyə və müqavilə münasibətlərində iştirak edə bilər. İddianın sonradan təmin edilməsi isə həmin müddət ərzində yaranmış bütün hüquqi nəticələrin birmənalı və problemsiz aradan qalxması demək deyildir. Yeni hüquq münasibətlərinin, əqdlərin və digər hərəkətlərin ayrıca mübahisələndirilməsi zərurəti yarana bilər. Bu isə MPM-in 157.2-ci maddəsində nəzərdə tutulan hüquqların sonradan bərpasının əhəmiyyətli dərəcədə çətinləşməsi təhlükəsinin konkret təzahürüdür. Bundan əlavə, nəzərə alınmalıdır ki, cavabdeh3 MTK- Cinayətlər Məhkəməsinin icraatındadır və həmin iş üzrə külli miqdarda mənimsəmə ilə bağlı ittihamlar araşdırılır. Belə bir mərhələdə kooperativin qanuni təmsilçisinin məhz hazırkı məhkəmə mübahisəsinin predmeti olan ## ###### 2026-cı il tarixli protokol əsasında dəyişdirilməsi kooperativ adından təqdim ediləcək sənədlərə və izahatlara, sübutların qorunmasına, cinayət prosesində kooperativin hüquqi mövqeyinin və əmlak mənafelərinin müdafiəsinə faktiki təsir göstərilməsi riski yaradır. Bu baxımdan rəhbərliyin mübahisə həll olunanadək dəyişdirilməməsi həmçinin də davam edən cinayət prosesi ilə əlaqədar kooperativin və onun üzvlərinin qanuni mənafelərinin qorunması baxımından əlavə və mühüm təminatdır. Birinci instansiya məhkəməsi hazırda dövlət reyestrində cavabdeh3 MTK-nın qanuni təmsilçisinin Ərizəçi olduğunu və tələb olunan tədbirin həmin mövcud hüquqi vəziyyəti sadəcə müvəqqəti saxladığını lazımi qaydada qiymətləndirməmişdir. Məhkəmə ## ###### 2026-cı il tarixli protokolun artıq qəbul edilmiş və rəhbər dəyişikliyini rəsmiləşdirən konkret sənəd olduğunu nəzərə alsa da, həmin sənədin qeydiyyat orqanına təqdim edilməsinin yaratdığı real təhlükəyə hüquqi qiymət verməmişdir. Eyni zamanda, məhkəmə tələb olunan qadağanın kooperativin bank hesablarına, maliyyə əməliyyatlarına, əmək haqqı və vergi ödənişlərinə və müqavilə fəaliyyətinə aid olmadığını nəzərə almamış, mövcud qanuni təmsilçi saxlanıldığı halda hüquqi şəxsin fəaliyyətinin niyə mümkün olmayacağını ümumiyyətlə müəyyən etməmişdir. Məhkəmə həmçinin mübahisəli protokol dövlət qeydiyyatında reallaşdırıldıqdan sonra yeni qanuni təmsilçinin kooperativ adından həyata keçirə biləcəyi hüquqi hərəkətlərin sonradan iddiaçının hüquqlarının bərpasını və yekun məhkəmə qərarının effektiv icrasını hansı dərəcədə çətinləşdirəcəyini araşdırmamışdır. Bunlar müvəqqəti təminat tədbirinin tətbiqi məsələsinin həlli üçün ikinci dərəcəli deyil, bilavasitə həlledici faktiki hallardır. Məhkəmənin ərizəni rədd etməsinin əsasına qoyduğu “hüquqi şəxsin gündəlik təsərrüfat fəaliyyətinin iflic olması” ehtimalı iş materiallarında olan heç bir sübutla təsdiq edilmir. İşdə əmək haqqının ödənilməsinin dayanacağını, vergi və digər icbari ödənişlərin həyata keçirilə bilməyəcəyini, hesabatların təqdim edilməsinin mümkünsüz olacağını, bank hesablarının fəaliyyətinin dayanacağını və ya kooperativin qanuni təmsilçisiz qalacağını göstərən heç bir sənəd və ya başqa sübut mövcud deyildir. Əksinə, iş materiallarında olan dövlət reyestrindən çıxarış kooperativin hazırda qanuni təmsilçisinin olduğunu təsdiq edir. Məhkəmə bir tərəfdən ərizəçinin konkret sənədlə təsdiqlənən real riskini — artıq qəbul edilmiş protokol əsasında dövlət reyestrində rəhbər dəyişikliyinin aparılması riskini — qiymətləndirməmiş, digər tərəfdən isə heç bir sübutla təsdiqlənməyən hipotetik “iflic” riskini ərizənin rədd olunmasının əsası kimi qəbul etmişdir. Belə yanaşma sübutların və risklərin obyektiv qiymətləndirilməsi hesab edilə bilməz. ## ###### 2026-cı il tarixdə cavabdeh cavabdeh1 nümayəndəsi vəkil vəkil/nümayəndə1 tərəfindən şikayətə etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aşağıda qeyd edilənlərlə şikayətin tamamilə əsassız olduğu sübuta yetirilir. İddiaçının şikayətinin “dəlilləri” ondan ibarətdir ki, guya, Ərizəçi kooperativin sədri qanuni təmsilçisi vəzifəsindən azad edilməsi barədə ümumi yığıncağın qərarı əsasında hüquqi şəxslərin dövlət reyestri məlumatlarında müvafiq dəyişikliyin aparılmasının qadağan edilməsi kooperativin fəaliyyətinə heç bir təsir etməyəcək; nizamnamə kapitalında 60% paya malik olan təsisçilərin hüquqlarını kobud surətdə pozaraq, ümumi yığıncağın çağırılmasına açıq-aşkar, məqsədyönlü şəkildə maneə törədən və aşağıda istinad ediləcək digər pozuntulara yol verən Ərizəçi əsassız iddiasına baxılıb yekun qərar qəbul edilənədək onun kooperativin sədri və qanuni təmsilçisi kimi fəaliyyətini davam etdirməsi kooperativin mənafeyinə uyğun olacaqdır. Halbuki, iş materiallarında olan və iddiaçının özü tərəfindən də istinad edilən sübutlar həm iddiasının uğursuz olduğunu, həm də MTT barədə ərizənin əsassız və Mülki Prosessual Məcəllənin 157.5.1 və 157.5.2-ci maddələrinin tələblərinə cavab vermədiyini birmənalı təsdiq edir. Şikayətdə bildirilir ki, iddiaçının tələb etdiyi müvəqqəti təminat tədbiri iddia predmetindən kənar hər hansı məhdudiyyət deyi, tələb birbaşa olaraq məhkəmədə etibarsızlığı mübahisələndirilən sənədin əsas hüquqi nəticəsinin məhkəmə baxışı başa çatmamış həyata keçirilməsinin qarşısının alınmasına yönəlmişdir. Lakin iddiaçı şikayətində Mülki Prosessual Məcəllənin bəzi müddəalarına istinad etsə də, həmin tədbirin tətbiq edilməsini imperativ qaydada şərtlərindən MPM-nin 157.5.1 və 157.5.2-ci maddələrinə istinad etməyi və ərizəsinin “əsaslı” olmasını bu normaların tələbləri nəzərə alınmaqla əsaslandırmalı olduğunu unutmuşdur. Halbuki, həmin normaların tələblərindən də göründüyü kimi, bu normalarda nəzərdə tutulmuş şərtlərin mövcudluğunun sübuta yetirilmədiyi halda müvəqqəti təminat tədbirinin tətbiqinə yol verilmir. Göründüyü kimi, iddiaçı Mülki Prosessual Məcəllənin 157.5.1 və 157.5.2-ci maddələrin tələblərinə görə ilk növbədə “müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığını; ” və “iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğunu ” sübut etməli idi. Lakin şikayətdə belə bir əsaslandırma yoxdur. Əksinə, iş materiallarından da göründüyü kimi, Ərizəçi kooperativin sədri olduğu vaxt kooperativin nizamnamə kapitalında hər birinin 20% payı olan iştirakçıları cavabdeh1 və cavabdeh2 tərəfindən ## #### 2026-cı il tarixdə, ## #### 2026-cı il tarixdə isə cavabdeh1, cavabdeh2 və X2 tərəfindən bildiriş göndərilərək, kooperativin növbədənkənar ümumi yığıncağının çağırılması barədə iradə ifadələrini bildirsələr də, Ərizəçi müxtəlif əsassız bəhanələrlə ümumi yığıncaqda kooperativin iştirakçısı kimi iştirak etməkdən yayınmış, həmçinin nizamnamədə 60% payı olan iştirakçıların ümumi yığıncaq çağırılması barədə iradə ifadələrinə məhəl qoymamışdır. Belə ki, ## #### 2026-cı il tarixdə kooperativin nizamnamə kapitalında hər birinin 20% payı olan iştirakçıları - cavabdeh1, cavabdeh2 (nümayəndəsi qismində cavabdeh1) və X2 15:00-da növbədənkənar ümumi yığıncağın keçirilməli olduğu yerə gəlsələr də, Ərizəçi və digər təsisçi Mehralıyeva Hicran Əmiraslan qızı həmin yığıncağa gəlməmiş, heç bir hüquqi əsası olmayan dəlillərə istinad edən 23 iyul və ## #### 2026-cı il tarixli məktublar göndərməklə kifayətlənmişdir. Bundan əlavə, # ###### 2026-cı il tarixə təyin edilmiş iclasa cavabdeh1, cavabdeh2 (nümayəndəsi qismində cavabdeh1) və X2 növbədənkənar ümumi yığıncağın keçirilməli olduğu yerə gəlsələr də, yenə də Ərizəçi və Mehralıyeva Hicran Əmiraslan qızı növbədənkənar ümumi yığıncağa gəlməmişdir. Halbuki, kooperativ üzvü ümumi yığıncaqda şəxsən iştirak edə bilmədiyi halda səlahiyyət verdiyi nümayəndə vasitəsi ilə də ümumi yığıncaqda iştirak edə (təmsil oluna) bilər. Mülki Məcəllənin 111.7-ci maddəsinə əsasən, kooperativ üzvlərinin ümumi yığıncağı üzvlərin (yaxud onların nümayəndələrinin) yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Bundan əlavə, Ərizəçi kooperativin payçısı kimi iclaslardan yayınmaqla yanaşı, eyni zamanda kooperativin sədri kimi qanunla nəzərdə tutulmuş müddətdə növbədənkənar ümumi yığıncağın çağırılmasını da təmin etməmişdir. Bundan sonra Ərizəçi kooperativin sədri kimi bildiriş göndərilərək, Kooperativin növbədənkənar ümumi yığıncağının ## ###### 2026-cı il tarixdə saat 14:00-da AZ5001, ünvan 1 ünvanda çağırılması və gündəliyə Kooperativin sədrinin (qanuni təmsilçisinin) seçilməsi məsələsinin daxil edilməsi xahiş edilmişdi. Lakin Ərizəçi tərəfindən kooperativ iştirakçılarının bu tələbi də yerinə yetirilməmişdir. Göründüyü kimi, Ərizəçi kooperativin sədri vəzifəsində olan vaxt qanunvericiliyin tələblərini kobud surətdə pozaraq, növbədənkənar ümumi yığıncaq çağırılması barədə kooperativ iştirakçılarının tələblərinə məhəl qoymamış, dəfələrlə davamlı, məqsədyönlü şəkildə ümumi yığıncağın keçirilməsinin qarşısını almışdır. Belə olan halda, yəni, ona dəfələrlə həm kooperativin iştirakçısı, həm də kooperativin sədri kimi növbədənkənar ümumi yığıncaq çağırılması barədə bildirişlər göndərilməsinə baxmayaraq, kooperativin iştirakçılarının hüquqlarını pozan hərəkətlər etməsi nəzərə alınaraq, iddiaçının hazırda mübahisələndirməyə cəhd etdiyi ümumi yığıncağın qərarı ilə kooperativin sədri vəzifəsindən azad edilmişdir. Həmçinin qeyd edilməlidir ki, MTT ərizəsində, hazırda isə şikayətdə “mövcud vəziyyətin dəyişəcəyi”, yəni cavabdeh1 kooperativin sədri kimi reyestrdə müvafiq dəyişiklik ediləcəyi təqdirdə iddiaçının “hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi”-nin nədən ibarət olması barədə hər hansı ağlabatan dəlil göstərilməmişdir. Belə ki, Ərizəçi kooperativin iştirakçısı olmaqda davam edir və bu hüququndan istifadə edib kooperativin ümumi yığıncağının çağırılmasını və özünün kooperativin sədri vəzifəsinə seçilməsi barədə məsələni gündəliyə daxil edilməsini təklif etməklə, ümumi yığıncağın bununla bağlı müvafiq qərar qəbul edəcəyi təqdirdə kooperativin sədri vəzifəsinə seçilə bilər. Şikayətdə cavabdeh3 MTK-nın fəaliyyəti ilə bilavasitə bağlı cinayət işinin hazırda Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatında olmasına istinad edilməsi əslində şikayətin əsaslılığına deyil, əsassız olmasına dəlalət edən faktdır. Belə ki, kooperativin işçisi X1 tərəfindən kooperativin əmlakının mənimsənilməsi hadisəsi Ərizəçi kooperativin sədri vəzifəsində işlədiyi dövrdə baş vermiş hadisə olmaqla, həmçinin Ərizəçi vəzifə səlahiyyətlərini lazımınca yerinə yetirmədiyi səbəbindən baş vermişdir. Görünür elə məhz bu səbəbdən iddiaçı həmin fakta istinad etməklə kifayətlənmişdir. Məhkəmənin diqqətinə çatdırılır ki, kooperativ iştirakçılarının növbədənkənar ümumi yığıncağının ## ###### 2026-cı il tarixli iclasının * saylı Protokolu notarial qaydada təsdiq edilməklə Ərizəçi göndərilmiş və həmin qərarın icra edilərək, kooperativin möhürünün dərhal, təsis və qeydiyyat sənədlərinin, mühasibat və maliyyə sənədlərinin, bank hesabları və digər sənədlərinin, habelə kooperativin fəaliyyətinə aid digər sənəd və materialların, maddi və digər sərvətlərin, kooperativə məxsus ASAN imzanın ## ###### 2026-cı il tarixədək koperativin yeni sədrinə təhvil verilməsi xahiş edilmişdir. Lakin Ərizəçi tərəfindən özbaşınalıq edilərək, hal-hazıra kimi kooperativin möhürü, həmçinin digər sənəd və materiallar, maddi və digər sərvətlər, kooperativə məxsus ASAN imza təhvil verilməmişdir. Ərizəçi bu hərəkətləri, yəni möhürü, kooperativə aid sənədləri, ASAN imzanı, maddi və digər sərvətləri təhvil verməkdən imtina etməsi onun tərəfindən kooperativə aid sənədləri saxtalaşdırmaq və digər qanuna zidd hərəkətlər etməsi təhlükəsinin olduğuna dəlalət edir. Şərh edilənlər Ərizəçi kooperativin sədri vəzifəsindən azad edilməsi barədə kooperativ iştirakçılarının ümumi yığıncağının qərarının “etibarsız” hesab edilməsinə dair iddiası ilə bağlı müvəqqəti təminat tədbiri barədə ərizəsinin və həmin ərizənin rədd edilməsinə dair Sumqayıt Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** saylı iş üzrə ##.##.2026-cı il tarixli qərardadından verdiyi şikayətin tamamilə əsassız olduğunu təsdiq edir. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-**(*-**)-***/**** nömrəli qərardadı ilə ərizəçi Ərizəçi Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadından şikayətinin təmin edilməməsi və həmin qərardadın qüvvəsində saxlanılması, Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim İslam Əliyev). Sumqayıt Apellyasiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı ilə verilmiş şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası ərizəçi Ərizəçi nümayəndəsi vəkil vəkil/nümayəndə2 məhkəmə iclasının şifahi icraat qaydasında baxılmasına dair vəsatətinə münasibət bildirərək qeyd edir ki, ərizə təmin edilməməli, şikayət üzrə işə yazılı icraat qaydasında baxılmalıdır. Belə ki, tərəflər şikayətə dair bütün dəlillərini “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə təqdim etmişlər. Məhkəmə kollegiyası şikayətin dəlillərini və qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, iddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. Həmin Məcəllənin 157.5.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu əsaslandırılmalıdır. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər. MPM-nin 157-ci və 158-ci maddələrinin məzmunundan görünür ki, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Eyni zamanda məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Nəzərə almaq lazımdır ki, müvəqqəti xarakterli ilkin müdafiə institutunu, o cümlədən iddianın təmin edilməsinə yönəlmiş təminat tədbirlərini nəzərdə tutmaqda qanunvericinin məqsədi iddianın təmin ediləcəyi təqdirdə, ərizəçinin hüquqlarının qorunmasını əvvəlcədən təminat altına almaqdan və onu gələcəkdə baş verə biləcək neqativ nəticələrdən qorumaqdan ibarətdir. Bu baxımdan müvəqqəti təminat tədbirinin tətbiqi barədə məsələnin həll edilməsi zamanı qanunvericinin qeyd olunan mövqeyi mütləq nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti təminat tədbirinin tətbiq olunmasının məqsədi cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaqdır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.0.14-cü maddəsinə əsasən, qanuni təmsilçi - nizamnaməsinə (əsasnaməsinə) müvafiq olaraq qurumu təmsil etmək səlahiyyətinə malik olan şəxs və ya şəxslərdir. 9.1-ci maddəsinə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. 9-1.3-cü maddəsinə əsasən, qanuni təmsilçi (qanuni təmsilçilər) dəyişikliyinin qeydiyyata alınması zamanı ərizə həm təsisçi (təsisçilər), həm də qanuni təmsilçinin (qanuni təmsilçilərin) gücləndirilmiş elektron imzası ilə təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 49.3-cü maddəsinə əsasən, hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. 49.5-ci maddəsinə əsasən, hüquqi şəxsin adından çıxış edən, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə tutduğu vəzifədən kənarlaşdırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il ## #### tarixli Qərarında qeyd edilmişdir ki, hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusunu müəyyənləşdirərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.3-cü hissəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49, 91, 91-2.1 və 91-2.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ## ###### 2025-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, hüquqi şəxsin idarəçiliyini həyata keçirən onun idarəetmə orqanıdır ki, hüquqi şəxs mülki hüquq və vəzifələri həmin orqanlar vasitəsi ilə əldə edir. Hüquqi şəxsin idarəetmə orqanı (o cümlədən icra orqanının rəhbəri) hüquqi şəxsin nizamnaməsinə uyğun olaraq seçilir, təyin edilir və fəaliyyət göstərir. Mücərrəd varlıq olan hüquqi şəxsi təmsil edən hüquqi şəxsin idarəetmə orqanı yalnız onun iradəsini ifadə edir, hüquqi şəxsin maraqlarına uyğun olaraq onu idarə edir. Nəzərə alınmalıdır ki, hüquqi şəxsin idarəetmə orqanlarında təmsil olunan hər hansı şəxsin fəaliyyətində əməl etməli olduğu vəzifələr vardır və bu, vəzifələr onun şəxsi və ya hər hansı üçüncü şəxsin mənafeyinə deyil, təmsil etdiyi hüquqi şəxsin mənafelərinin təmin edilməsinə yönəlməlidir. Belə vəzifələrin icra edilməməsi isə onun üçün mülki hüquqi və digər hüquqi məsuliyyətə səbəb ola bilər (Mülki Məcəllənin 49.3-cü və 49.5-ci maddələri). Məhkəmə kollegiyası hesab edir ki, indiki vəziyyətdə cavabdeh3 Mənzil-Tikinti Kooperativinin yeni sədrinin dövlət qeydiyyatına alınmasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsinə qadağan edilməsi qismində müvəqqəti təminat tədbirinin görülməsi hüquqi şəxsin mənafeyinə xələl gəlməsinə, onun təsərrüfat fəaliyyətinin pozulmasına, orada çalışan işçilərin əmək və digər hüquqlarının pozulmasına, hüquqi şəxsin mülki fəaliyyət qabiliyyətsizliyinə səbəb olar ki, bu da qanuna ziddir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, müvəqqəti təminat tədbirinin tətbiqi üçün ərizəçi həmin tədbir görülmədiyi halda onun hüquqlarının qorunmasının və ya bərpasının mümkün olmayacağını, yaxud əhəmiyyətli dərəcədə çətinləşəcəyini əsaslandırmalıdır.Hazırkı halda ərizəçi ## ###### 2026-cı il tarixli protokol əsasında kooperativin qanuni təmsilçisinin dəyişdirilə biləcəyini bildirsə də, bunun onun hüquqlarının sonradan bərpasını qeyri-mümkün və ya əhəmiyyətli dərəcədə çətin edəcəyini təsdiq edən kifayət qədər konkret sübut təqdim etməmişdir. Müvəqqəti təminat tədbirinin tətbiqi üçün ərizəçi həmin tədbir görülmədiyi halda onun hüquqlarının qorunmasının və ya bərpasının mümkün olmayacağını, yaxud əhəmiyyətli dərəcədə çətinləşəcəyini əsaslandırmalıdır. Hazırkı halda ərizəçi ## ###### 2026-cı il tarixli protokol əsasında kooperativin qanuni təmsilçisinin dəyişdirilə biləcəyini bildirsə də, bunun onun hüquqlarının sonradan bərpasını qeyri-mümkün və ya əhəmiyyətli dərəcədə çətin edəcəyini təsdiq edən sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar