Məhkəmə qərarları › İş №e-16(3-8)-144/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-8)-144/2026

21.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-16(3-8)-144/2026 21.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Dəmirov Ilqar Kamal oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Abiyeva Fidan Əfqan qızının katibliyi, Ərizəçi Ərizəçi nümayəndəsi və vəkili vəkil/nümayəndə1, maraqlı şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi Ərizəçi tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-**(*-**)- ***/**** nömrəli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI:

1. Iddiaçı Ərizəçi cavabdehlər maraqlı şəxs1 MMC-yə və “xxxx” MMC-yə qarşı “icarə müqavilələrinin ləğvi və etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək “xxxx” MMC ilə maraqlı şəxs1 MMC arasında bağlanmış ## ######## 2022-ci il tarixli 202209-15/01, 202209-15/02, 202209- 15/03, 202209- 15/04 və ******-**/*** saylı icarə müqavilələrin ləğv edilmiş hesab edilməsi; ## #### 2025-ci il tarixli 202506-1801, 202506-1802, 202506-1803, 202506-1804 və ******-**** saylı icarə müqavilələrinin etibarsız hesab edilməsi; məhkəmə müraciət üçün ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli ilə həmin iddia ərizəsi icraata götürülərək iş üzrə məhkəmə icraatı mümkün hesab edilmişdir.

2. Ərizəçi Ərizəçi ## ###### 2026-cı il tarixdə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-nin icra orqanının rəhbəri (direktor) Nümayəndə Cəmiyyətin Nizamnaməsinin 5.1 və 5.2-ci bəndləri ilə icra orqanının səlahiyyətlərinə aid edilmiş cari rəhbərlik, sərəncamverici və təmsilçilik funksiyalarının, o cümlədən Cəmiyyətin adından vəkalətnamə olmadan hər hansı formada çıxış edilməsi və üçüncü şəxslər qarşısında təmsil olunması, Cəmiyyətin adından hər növ mülki-hüquqi müqavilələrin (o cümlədən icarə, borc, girov, zaminlik və s.) bağlanılması, qüvvədə olan müqavilələrə əlavə və ya dəyişikliklərin edilməsi və ya onlara xitam verilməsi, Cəmiyyətin fəaliyyəti ilə bağlı hər hansı əmrlərin, sərəncamların, daxili qərarların verilməsi və maliyyə-təsərrüfat hesabatlarının rəsmiləşdirilməsi səlahiyyətlərinin qadağan edilməsi, “xxxx" MMC ilə maraqlı şəxs1 MMC arasında bağlanmış ## ######## 2022-ci il tarixli 202209-15/01, 202209-15/02, 202209-15/03,202209-15/04 və ******-**/** saylı və ## #### 2025-ci il tarixli 202506- 1801, 202506-1802, 202506-1803, 202506-1804 və ******-**** saylı icarə müqavilələrinin icrasının dərhal dayandırılması və maraqlı şəxs1 MMC-nin “xxxx” MMC-yə məxsus zavod ərazisindən və istehsalat avadanlıqlarından istifadə etməsinə qadağa qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə ərizənin qismən təmin edilməsi, Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan Ərizəçi cavabdehlər maraqlı şəxs1 MMC-yə və “xxxx” MMC-yə qarşı “icarə müqavilələrinin ləğvi və etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsinə dair e-*-*(*-**)-****/**** nömrəli kommersiya işinə baxılıb iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək müvəqqəti təminat tədbiri olaraq “xxxx” MMC-nin adından yeni kredit, borc, girov və zaminlik müqavilələrinin bağlanması, o cümlədən maraqlı şəxs1 MMC ilə mövcud icarə müqavilələrinə əlavə və dəyişiklik edilməsinin “xxxx” MMC-nin icra orqanının rəhbəri Nümayəndə qadağan edilməsi, ərizənin qalan hissədə təmin olunmaması qərara alınmışdır.

4. Ərizəçi həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini, əks halda şikayətin işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə ərizənin təmin edilməyən hissəsini əsaslandırarkən tələb olunan məhdudiyyətlərin hüquqi şəxsin gündəlik təsərrüfat fəaliyyətini iflic edə, əməkhaqqı, vergi və digər ödənişlərə mane ola biləcəyi qənaətinə gəlmişdir. Lakin məhkəmə direktorun bütün cari fəaliyyətinin məhdudlaşdırılması tələbi ilə icarə müqavilələrinin icrasının müvəqqəti dayandırılması tələbini bir-birindən hüquqi cəhətdən fərqləndirməmişdir. Halbuki mübahisəli icarə müqavilələrinin icrasının dayandırılması “xxxx” MMC-nin bütövlükdə təsərrüfat fəaliyyətinin dayandırılması demək deyildir. Bu tədbir məhz mübahisə predmetinin və həmin müqavilələrin predmeti olan əsas istehsal aktivlərinin məhkəmə araşdırması dövründə qorunmasına yönəlmişdir. “xxxx” MMC-nin iştirakçıları Ərizəçi və X1 olmaqla hər biri 50 faiz paya malikdir. Cəmiyyətin icra orqanının rəhbəri Nümayəndədur. Cəmiyyətin əsas aktivləri olan zavod və istehsalat avadanlıqları maraqlı şəxs1 MMC-yə icarəyə verilmişdir. Ilkin müqavilələr 2022-ci ildə 2 il müddətinə bağlanmışdır. Sonradan ## #### 2025-ci il tarixdə ƏrizəçiDavudovun etirazına və razılığının olmamasına baxmayaraq əvvəlki müqavilələrdən əhəmiyyətli dərəcədə fərqli şərtlərlə yeni müqavilələr bağlanmış və onların müddəti 2036-cı ilədək, faktiki olaraq 11 il müəyyən edilmişdir. Bununla yanaşı, əvvəlki müqavilələrdə icarəçinin 2 ay ardıcıl icarə haqqını ödəməməsi halında müqaviləyə xitam verilməsi, eləcə də tərəflərin 6 ay əvvəldən xəbərdarlıq etməklə müqaviləyə birtərəfli qaydada xitam verməsi imkanını nəzərdə tutan müddəalar yeni müqavilələrdən çıxarılmışdır. Nəzərə alınsa ki, maraqlı şəxs1 MMC-nin təsisçisi M.Seyidov “xxxx” MMC-nin digər 50 faiz iştirakçısıdır, “xxxx” MMC-nin direktoru Nümayəndə isə Mi.Seyidovun bacısı oğludur, əqdlərin bağlandığı şəraitdə aidiyyət və maraqların toqquşması məsələsinin mövcudluğu əsas iddianın mühüm hüquqi əsaslarından biridir. Həmçinin maraqlı şəxs1 MMC-nin “xxxx” MMC-yə təxminən 400000 manat icarə haqqı borcunun yaranması, zavod əmlakının istifadəsi ilə bağlı müqavilə şərtlərinin pozulması, istehsalat avadanlıqlarından istifadə və Cəmiyyətin əmlakının kredit öhdəliklərinin təminatı kimi yüklü olması ilə bağlı konkret risklər ərizədə göstərilmişdir. Qısacası, iddianın predmeti olan ##.##.2025-ci il tarixli müqavilələrin aidiyyəti şəxslərlə əqdlərə dair xüsusi hüquqi rejimə tabe olub-olmaması barədə ciddi hüquqi əsas mövcuddur. Iddiaçı həmin əqdlərin müstəqil auditor rəyi və qanunla tələb olunan ümumi yığıncaq qərarı olmadan bağlandığını göstərmişdir. Cəmiyyətin əsas istehsal aktivlərini təşkil edən bütöv zavod və istehsalat avadanlıqlarının uzunmüddətli icarəyə verilməsi barədə müqavilələrin Nizamnamədə nəzərdə tutulan xüsusi əhəmiyyətli əqdlər rejiminə aid olduğu bildirilmişdir. Əgər bu hal əsas iş üzrə təsdiqlənərsə, direktorun ümumi yığıncağın qərarı olmadan həmin müqavilələri bağlamaq səlahiyyətinin olmaması nəticəsinə səbəb ola bilər. Bu səbəbdən həmin müqavilələrin məhkəmə baxışı ərzində icrasının davam etdirilməsi adi kommersiya münasibətinin davamı kimi deyil, səlahiyyət və etibarlılığı ciddi mübahisə altında olan əqdlərin icrası kimi qiymətləndirilməli idi. Hazırkı halda etibarsızlığı mübahisələndirilən müqavilələrin icrası davam etdikcə “xxxx” MMCnin əsas istehsal aktivlərindən istifadə davam edir, yeni icarə və maliyyə nəticələri yaranır, əmlak istismar olunur və gələcəkdə müqavilələrin etibarsız hesab olunması halında əvvəlki vəziyyətin bərpası getdikcə mürəkkəbləşir. Bu, MPM-in 157.2-ci maddəsində nəzərdə tutulan riskin məhz özüdür. Əgər müqaviləyə yeni dəyişiklik edilməsi hüquqlar üçün risk hesab edilirsə, həmin müqavilənin 11 il müddətinə icrasının davam etməsinin doğurduğu risk daha ciddi qiymətləndirilməli idi. Qərardad bu baxımdan daxili ziddiyyət daşıyır. Ərizəçi təminat tədbirinin zəruriliyini abstrakt ehtimallarla deyil, konkret ilkin sübutlarla əsaslandırmışdır: 50/50 pay bölgüsü, idarəetmə böhranı, tərəflər arasında aidiyyət və qohumluq əlaqələri, ümumi yığıncaq qərarının və auditor rəyinin olmaması barədə dəlillər, 2025-ci il müqavilələrinin ərizəçinin iradəsi ziddinə 11 il müddətinə bağlanması, əvvəlki qoruyucu müddəaların müqavilələrdən çıxarılması, təxminən 400000 manat icarə borcunun yaranması və müəssisənin əsas aktivlərinin faktiki istifadəsinin davam etməsi. Bu sübutlar əsas iddianın təmin ediləcəyini qabaqcadan müəyyən etməsə də, iddianın kifayət qədər ilkin əsaslılığını və müvəqqəti müdafiəyə ehtiyacı göstərir. Müqavilələrin icrasının dayandırılması Cəmiyyətin əməkhaqqı, vergi, sosial və digər adi cari öhdəliklərini həyata keçirməsinə avtomatik qadağa yaratmır. Məhkəmə müxtəlif təminat tələblərini fərqləndirmədən hamısına eyni əsasla hüquqi qiymət vermişdir. maraqlı şəxs1 MMC-nin məhz etibarlılığı mübahisələndirilən müqavilələr əsasında zavod ərazisindən və istehsalat avadanlıqlarından istifadəsinin müvəqqəti qadağan edilməsi iddia predmetindən kənara çıxmır, əksinə onunla birbaşa bağlıdır. maraqlı şəxs1 MMC-nin məhz etibarlılığı mübahisələndirilən müqavilələr əsasında zavod ərazisindən və istehsalat avadanlıqlarından istifadəsinin müvəqqəti qadağan edilməsi iddia predmetindən kənara çıxmır, əksinə onunla birbaşa bağlıdır. Məhkəmə “fəaliyyətin iflic ola biləcəyi” barədə ümumi nəticəyə gəlsə də, icarə müqavilələrinin icrasının dayandırılmasının konkret olaraq hansı əməkhaqqı, vergi və ya digər məcburi ödənişin həyata keçirilməsini mümkünsüz edəcəyini göstərməmişdir. Bu nəticə konkret müəyyən edilmiş faktlara deyil, ehtimal xarakterli mülahizəyə əsaslanmışdır. Sadalanan hallar ayrı-ayrılıqda deyil, məcmu şəkildə qiymətləndirildikdə mübahisə predmetinin məhkəmə baxışı müddətində qorunmasına real ehtiyacın mövcudluğunu göstərir. Məhkəmə özü real riskin mövcudluğunu; cəmiyyətin mövcud əmlak və öhdəlik vəziyyətinin qorunmasının zəruriliyini; məhkəmə müdaxiləsi olmadan həmin vəziyyətin dəyişə biləcəyini faktiki olaraq qəbul etmişdir. Bununla yanaşı, məhkəmə məhz həmin mübahisənin əsasını təşkil edən və iddia ilə etibarsızlığı tələb edilən müqavilələrin icrasının davam etməsinə müdaxilə etməmişdir. Hər keçən gün əmlakın istifadə müddəti artır, əmlak fiziki istismara məruz qalır, yeni icarə və maliyyə nəticələri yaranır, tərəflər arasındakı qarşılıqlı hesablaşmalar genişlənir; gələcəkdə müqavilələrin etibarsız hesab olunması halında əvvəlki vəziyyətin bərpası daha da mürəkkəbləşir.

5. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

6. Maraqlı şəxs “xxxx” MMC-nin direktoru Nümayəndə şikayətə etiraz təqdim edərək qeyd etmişdir ki, məhkəmə “xxxx” MMC-nin icra orqanının rəhbərinə yeni kredit, borc, girov və zaminlik müqavilələrinin bağlanmasını, habelə maraqlı şəxs1 MMC ilə mövcud icarə müqavilələrinə əlavə və dəyişiklik edilməsini qadağan etməklə mübahisə predmeti ilə bağlı mövcud hüquqi vəziyyətin dəyişdirilməsinin qarşısını almışdır. Şikayətçinin əsas dəlillərindən biri ondan ibarətdir ki, icarə müqavilələrinin icrasının dayandırılması “xxxx” MMC-nin bütövlükdə təsərrüfat fəaliyyətinin dayandırılması anlamına gəlmir və bu səbəbdən həmin tədbirin tətbiq edilməməsi barədə məhkəmənin mövqeyi əsassızdır. Lakin ## ######## 2022-ci il və ## #### 2025-ci il tarixli icarə müqavilələrinin predmeti “xxxx” MMC-yə məxsus zavod ərazisi və istehsalat avadanlıqlarıdır. Deməli, həmin müqavilələrin icrasının dayandırılması yalnız müqavilə münasibətlərinə təsir göstərməyəcək, eyni zamanda maraqlı şəxs1 MMC-nin həmin əmlakdan istifadə imkanını birbaşa məhdudlaşdıracaqdır. Şikayətçi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni konkret faktlarla təkzib edən hər hansı mötəbər sübut təqdim etməmiş, yalnız icarə müqavilələrinin icrasının dayandırılmasının cəmiyyətin bütün fəaliyyətini dayandırmayacağını bildirmişdir. Bundan başqa, şikayətçi müqavilələrin icra edilməsinin hansı konkret nəticəyə səbəb olacağını, həmin nəticənin sonradan aradan qaldırılmasının mümkünsüz və ya əhəmiyyətli dərəcədə çətin olacağını konkret sübutlarla əsaslandırmamışdır. Şikayətçinin istinad etdiyi 11 illik müqavilə müddəti də özüözlüyündə müvəqqəti təminat tədbirinin tətbiqi üçün kifayət etmir. Müqavilənin uzunmüddətli olması onun etibarsız olduğunu və ya icrasının məhkəmə araşdırması dövründə dayandırılmasının zəruri olduğunu avtomatik olaraq göstərmir. Eyni zamanda, şikayətçinin müqavilələrdə əvvəlki müqavilələrdə mövcud olmuş müəyyən xitam şərtlərinin sonrakı müqavilələrdən çıxarılmasına istinad etməsi də bu mərhələdə müvəqqəti təminat tədbirinin tətbiqini əsaslandıra bilməz. Müqavilələrin şərtlərinin fərqli müəyyən edilməsi həmin müqavilələrin etibarsızlığına dair yekun hüquqi nəticə doğurmur. Bu məsələ əsas iddianın mahiyyəti üzrə araşdırılması zamanı qiymətləndirilməlidir. Belə ki, ## ######## 2022-ci il tarixli müqavilələrin bağlandığı tarixdə M.Seyidov maraqlı şəxs1 MMC-nin iştirakçısı olmamışdır. Həmin müqavilələr bağlanarkən maraqlı şəxs1 MMC-nin iştirakçısı E.Abbasov oğlu olmuşdur. Buna görə də sonrakı tarixdə Mirhafiz Seyidovun maraqlı şəxs1 MMC-də iştirakçı statusu əldə etməsi əvvəlki tarixdə bağlanmış müqavilələrin aidiyyəti şəxslə bağlanmış əqd kimi qiymətləndirilməsi üçün əsas yarada bilməz. ## #### 2025-ci il tarixli müqavilələrə gəldikdə isə, Mülki Məcəllənin 49-1.4-cü maddəsinə əsasən aidiyyəti şəxslə əqdin xüsusi prosedur qaydalarının pozulması halı özlüyündə əqdin avtomatik olaraq etibarsız hesab edilməsinə səbəb olmur. Qanunda digər tərəfin həmin pozuntudan xəbərdar olması ayrıca hüquqi şərt kimi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə isə maraqlı şəxs1 MMC-nin 49- 1.2 və 49-1.3-cü maddələrin tələblərinin pozulduğunu bildiyini təsdiq edən konkret və mötəbər sübutlar təqdim edilməmişdir. Şikayətçinin mübahisəli əmlakın “xxxx” MMC-nin əsas istehsal aktivi olması barədə dəlilinə münasibətdə də qeyd edilməlidir ki, əmlakın əsas aktiv olması onun dəyərinin avtomatik şəkildə cəmiyyətin xalis aktivlərinin 50 faizindən artıq olduğunu sübut etmir. Əksinə, belə nəticəyə gəlmək üçün müvafiq maliyyə və mühasibat sənədləri əsasında əmlakın və cəmiyyətin xalis aktivlərinin dəyəri müəyyən edilməlidir. Bundan başqa, şikayətçinin təxminən 400000 manat icarə borcunun olması barədə dəlili də mübahisəli müqavilələrin icrasının dayandırılması üçün mötəbər əsas hesab edilə bilməz. Əksinə, iş materiallarına əlavə edilmiş sənədlərdən və tərəflər arasındakı digər müqavilə münasibətlərindən görünür ki, maraqlı şəxs1 MMC tərəfindən “xxxx” MMC-yə təhvil verilmiş malların dəyərinin ödənilməməsi nəticəsində bu dəfə “xxxx” MMC-nin maraqlı şəxs1 MMC qarşısında ƏDV daxil olmaqla 623320 manat məbləğində borcu yaranmışdır. Buna görə maraqlı şəxs1 MMC-nin maliyyə vəziyyətinin “xxxx” MMC-nin əmlakı və kredit öhdəlikləri üçün real təhlükə yaratdığı barədə iddia iş materialları ilə təsdiqlənmir. Iş materiallarında maraqlı şəxs1 MMC-nin “xxxx” şirkəti ilə davam edən kommersiya münasibətlərinə, malların mütəmadi göndərilməsinə və sahibkarlıq fəaliyyətinin davam etdiyini göstərən digər hallara dair sənədlər mövcuddur. Şirkətin “xxxx” ASC qarşısında kredit öhdəliklərinin də mütəmadi şəkildə icra edildiyi bildirilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, maraqlı şəxs xahiş etmişdir ki, şikayət təmin edilməsin və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılsın.

Tərəflərin izahatları:

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi Ərizəçi nümayəndəsi və vəkili vəkil/nümayəndə1 şikayətin dəlillərini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməklə ərizənin tam təmin olunması barədə yeni qərardad çıxarılmasını xahiş etdi.

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil şikayətin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 157. Müvəqqəti təminat tədbirlərinin tətbiqi 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Maddə 159. Müvəqqəti təminat tədbirləri haqqında ərizəyə baxılması 159.1. Müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan ayrıca icraatda baxılır. Maddə 163. Müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardaddan şikayət verilməsi 163.1. Müvəqqəti təminat tədbirləri üzrə bütün qərardadlardan şikayət vermək olar. 163.2. Müvəqqəti təminat tədbiri haqqında qərardad şikayət verən şəxsə xəbər verilmədən çıxarılmışsa, şikayət vermək müddəti həmin qərardadın ona məlum olduğu gündən hesablanır. 163.3. Müvəqqəti təminat tədbiri haqqında qərardaddan şikayət verilməsi həmin qərardadın icrasını dayandırmır. 163.4. Müvəqqəti təminat tədbirini ləğv etmək haqqında və yaxud müvəqqəti təminat tədbirinin bir növünü digəri ilə əvəz etmək haqqında qərardaddan şikayətin verilməsi qərardadın icrasını dayandırır. Maddə 397. Apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətə baxılması müddəti və qaydası 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək;

10. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ## #### 2018-ci il tarixli Qərarı

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:

11. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

12. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ## #### 2018-ci il tarixli Qərarında qeyd olunur ki, “Iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: - bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; - bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; - tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır.

13. Həmin Qərarda qeyd olunur ki, MPM-in 158-ci maddəsində nəzərdə tutulmuş hansı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olması göstərilmir. Lakin həmin maddənin mənasından aydın olur ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər.

14. Hazırki iş üzrə birinci instansiya məhkəməsi iddia ərizəsini və məhkəməyə təqdim olunan ilkin sübutları nəzərə alaraq belə qənaətə gəlmişdir ki, qətnamənin icrasının qeyri-mümkün və ya icra üçün çətinlik yaranması ehtimalının qarşısı alınması məqsədilə "xxxx" MMC-nin adından yeni kredit, borc, girov və zaminlik müqavilələrinin bağlanması, o cümlədən maraqlı şəxs1 MMC ilə mövcud icarə müqavilələrinə əlavə və dəyişiklik edilməsi "xxxx" MMC-nin icra orqanının rəhbəri Nümayəndə qadağan edilməlidir.

15. Məhkəmə kollegiyası şikayətin və ona qarşı etirazın dəlillərini nəzərə almaqla MPM-in müvafiq normalarında və yuxarıda istinad edilən Plenum Qərarında ifadə olunmuş hüquqi mövqe və bu sahədə formalaşmış məhkəmə təcrübəsi baxımından birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı mərhələdə ərizənin tam təmin edilməsi MPM-in 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmadığından və mülki dövriyyənin subyekti kimi cavabdeh hüquqi şəxsin hüquqlarının lüzumsuz məhdudlaşdırılmasına səbəb olacağından təmin edilə bilməz.

16. Belə ki, şikayətdə qeyd edilən dəlillərin əksəriyyəti hazırda məhkəmə mübahisəsi olmaqla işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi tərəfindən araşdırılmalı və təqdim olunacaq sübutlar əsasında qiymətləndirilməli olan hallardır. Şikayətdə təsvir edilən cavabdeh hüquqi şəxsin, habelə onun icra orqanının rəhbərinin və ya digər təsisçisinin iddiaçının mövqeyi baxımından qanunsuz hərəkətlər kimi qiymətləndirilə bilən faktlar yalnız iddia icraatı qaydasında sübuta yetirildikdən sonra iddiaçıya bu və ya digər təminat tədbirinin tətbiq edilməsi üçün müraciət etməyə əsas verə bilər. Belə ki, MPM-in 157.7-ci maddəsinin tələblərinə əsasən də müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardad müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.Bununla belə işə mahiyyəti üzrə baxılması zamanı yeni əsaslar müəyyən edilərsə tərəflərin müvəqqəti təminat tədbirinə dair ərizə ilə yenidən müraciət edilməsi imkanı mövcuddur. Eyni zamanda MPM-in 161.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin ərizəsinə əsasən müvəqqəti təminat tədbirinin bir növünün digəri ilə əvəz edilməsinə də yol verilir.

17. Məhkəmə kollegiyası eyni zamanda hazırkı iş üzrə tərəflərin diqqətinə çatdırır ki, maraqlı şəxslər müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardadın icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsini məhkəmə qaydasında tələb etməyə haqlıdır. Işi mahiyyəti üzrə həll edən məhkəmə aktı qüvvəyə mindikdən sonra maraqlı şəxslər məhkəmə tərəfindən təyin edilmiş müvəqqəti təminat tədbirlərinin tətbiqi nəticəsində vurulmuş zərəri məhkəmə qaydasında tələb etməyə haqlıdır (MPM-in 158.6 və 164.1-ci maddələri).

18. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA A L D İ:

Şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-16(4-13)-135/2026 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar