Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-16(3-8)-153/2026 29.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI ərizəçi Vəliyeva İsmət Kərim qızının müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə dair iş üzrə QƏRARDADI Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası – Sədrlik edən və məruzəçi hakim Xəlilov Ramin Adilxan oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğludan ibarət tərkibdə, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadından ərizəçi Vəliyeva İsmət Kərim qızı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat
1. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** nömrəli qərardadı ilə ərizəçi Vəliyeva İsmət Kərim qızının müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan e-*(*-***)-****/**** nömrəli mülki iş üzrə yekun məhkəmə aktı çıxarılanadək ünvan 2 ünvanındakı 0.09 ha torpaq sahəsi və bağ evi, elecə də ünvan 1 ünvanındakı 0.12 ha torpaq sahəsi və bağ evinin özgəninkiləşdirilməsi cavabdeh Cavabdeh və digər kənar şəxslərə qadağan edilməsi, Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında, Şərq Bazarı ətrafında yerləşən 2 mərtəbəli, 650 kv.m sahəsi olan ticarət obyektinə və ünvan 3 32 hüquqi ünvanda yerləşən “xxxx” Firmasına giriş-çıxışa maneələrin yaradılması cavabdeh Cavabdeh və digər kənar şəxslərə qadağan olunması qərara alınmışdır.
2. Cavabdeh Cavabdeh həmin qərardaddan şikayət vermişdir.
3. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** nömrəli qərardadı ilə şikayət qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** nömrəli qərardadı ilə cavabdeh Cavabdeh və digər kənar şəxslərə Cavabdeh xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında, Şərq Bazarı ətrafında yerləşən 2 mərtəbəli, 650 kv.m sahəsi olan ticarət obyektinə giriş-çıxışı, maneələrin yaradılmasına qoyulmuş qadağanın ləğv edilməsi qərara alınmışdır.
4. Cavabdeh həmin qərardaddan şikayət vermiş, həmçinin qərardaddan şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizə də əlavə etmişdir.
5. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** nömrəli qərardadı ilə cavabdeh Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından şikayət verilməsi müddətinin bərpa edilməsi barədə ərizəsi təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından verilmiş şikayətin qismən təmin edilməsi, ünvan 3 32 hüquqi ünvanda yerləşən “xxxx” Firmasına giriş-çıxışın, maneələrin yaradılması Cavabdeh qadağan olunması hissəsində ləğv edilərək qərardadın digər hissələrdə dəyişdirilmədən saxlanılmsı qərara alınmışdır.
6. Ərizəçi Vəliyeva İsmət Kərim qızının nümayəndəsi və vəkili Vəkil həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
7. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmış, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından ərizəçi Vəliyeva İsmət Kərim qızının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Şikayətin və ona qarşı etirazın dəlilləri a) Şikayətin dəlilləri
8. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** nömrəli qərardadı cavabdehin məhkəməyə müraciətindən sonra ##.##.2026-cı il tarixdə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilmişdir. Həmin qərardada Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*- ***)-***/**** nömrəli qərardadı poçt vasitəsilə cavabdehə göndərilmiş, lakin poçt zərfi “ünvanda yaşamır” qeydi ilə geri qayıtmışdır. Bundan sonra cavabdeh apellyasiya şikayəti vermişdir. Şikayət qismən təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*- ***)-***/**** nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*- ***)-***/**** nömrəli qərardadı ilə cavabdeh Cavabdeh və digər kənar şəxslərə Cavabdeh xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında, Şərq Bazarı ətrafında yerləşən 2 mərtəbəli, 650 kv.m sahəsi olan ticarət obyektinə giriş-çıxışı, maneələrin yaradılmasına qoyulmuş qadağanın ləğv edilməsi qərara alınmışdır. Həmin qərardad poçt vasitəsilə cavabdehə göndərilməmişdir. Qərardadın cavabdehə çatmasını təsdiq edən hər hansı bir sübut iş materiallarında aşkar olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh Cavabdeh tərəfindən verilmiş Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, 16(5-155)- ***/**** nömrəli qərardadından şikayətin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə ərizə təmin edilməlidir.
9. Bu xüsusatla bağlı bildirmək istərdik ki, əvvəla, cavabdeh Cavabdeh elektron kabineti vardır. Kabinetin mövcudluğu iş materialları ilə təsdiq edilir. Belə ki, verilmiş şikayətdən də görünür ki, cavabdeh tərəfindən şikayət elektron kabinet vasitəsilə təqdim edilmişdir. Həmçinin sözügedən məsələ məhkəmə iclasında da hakimə bildirilmişdir. Lakin hakim cavabdehin elektron kabinetinin olmasını nəzərə almamış, sadəcə olaraq qərardadın cavabdehin ünvanına poçtla çatdırılıb-çatdırılmaması ilə bağlı məsələyə münasibət bildirmişdir. Digər tərəfdən İş materiallarından da görünür ki, qərardad elektron məhkəmə sisteminə ##.##.2026-cı il tarixdə yerləşdirilmiş və qərardad çıxarılan andan dərhal icraya yönəldilmiş, icra məmuru tərəfindən cavabdehə bununla bağlı müvafiq məlumatlar verilmiş, qərardad izah edilmiş və izahatı alınmışdır. Apellyasiya şikayəti və müddətin bərpası haqqında ərizə isə elektron məhkəmə sisteminə ##.##.2026-cı il tarixdə yerləşdirilmişdir. Müddətin bərpası haqqında ərizədə cavabdeh bildirir ki, qərardadı icra məmurundan ##.##.2026-cı il tarixdə almış, halbuki cavabdehin elektron məhkəmə sistemində kabineti vardır və bütün sənədləri kabinet vasitəsilə məhkəməyə təqdim edir. Cavabdehin elektron məhkəmə sistemində aktiv kabineti mövcuddur və o, bütün sənədləri həmin kabinet vasitəsilə təqdim edir. Qərardad ##.##.2026-cı il tarixdə elektron sistemə yerləşdirildiyi və icra məmuru tərəfindən dərhal izah olunduğu halda, cavabdehin guya ##.##.2026-cı il tarixində xəbər tutması barədə iddiası yalandır və müddətin bərpası üçün əsas vermir.
b) Şikayətə qarşı etirazın dəlilləri
10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. (...)
Maddə 130. Prosessual müddətlərin buraxılmasının nəticələri 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.2. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
Maddə 133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). 133.4. Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır. 133.6. Prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər.
Maddə 135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi (...) 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. (...)
Maddə 395. Birinci instansiya məhkəmələrinin qərardadlarından şikayət vermək hüququ 395.1. İşdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. 395.2. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər.
Maddə 396. Şikayətin verilmə müddəti 396.1. Şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər.
Maddə 397. Apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətə baxılması müddəti və qaydası 397.1. Bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. (...)
Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: (...) 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; (...)
Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
12. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
13. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** nömrəli qərardadı ləğv edilməli, cavabdeh Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından şikayət verilməsi müddətinin bərpa edilməsi barədə ərizəsi rədd edilməlidir.
15. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** nömrəli qərardadının cavabdeh Cavabdeh rəsmi qaydada çatdırılması baxımından ilk növbədə qeyd edilməlidir ki, həmin qərardad ##.##.2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sistemində cavabdehin elektron kabinetində yerləşdirilmişdir. İş materiallarından göründüyü kimi, cavabdehin aktiv elektron kabineti mövcuddur və o, məhkəməyə prosessual sənədləri, o cümlədən sözügedən şikayəti məhz elektron kabinet vasitəsilə təqdim etmişdir (səhifə 62 və 84 qərardadlardan verilmiş şikayətlər).
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə sənədlərinin proses iştirakçılarına çatdırılması elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən isə işdə iştirak edən şəxslər elektron məhkəmə informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri onların elektron kabinetlərində yerləşdirilir və bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada çatdırılır.
17. Beləliklə, ##.##.2026-cı il tarixli qərardadın ##.##.2026-cı ildə cavabdehin elektron kabinetində yerləşdirilməsi onun rəsmi qaydada verilməsi üçün qanunda nəzərdə tutulmuş qaydaya uyğundur. Bu halda qərardadın ayrıca poçt vasitəsilə göndərilməməsi onun rəsmi qaydada verilməsini şübhə altına almır. Belə olan halda sözügedən qərardadın icrası ilə əlaqədar icra məmuru tərəfindən cavabdehə müvafiq məlumat verilməsi kimi hal cavabdehin qərardadın mövcudluğundan və məzmunundan məhz qərardadın icra mərhələsində xəbərdar olduğunu təsdiq edən hal kimi qəbul edilə bilməz.
18. Mülki Prosessual Məcəllənin 396.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadından şikayət qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində həmin məhkəməyə verilə bilər. Hazırkı halda ##.##.2026-cı il tarixli qərardad ##.##.2026-cı ildə cavabdehə məxsus elektron kabinetdə yerləşdirildiyindən, həmin tarixdən etibarən şikayət vermək üçün nəzərdə tutulmuş 10 günlük müddət hesablanmalıdır.
19. Lakin cavabdeh tərəfindən həmin qərardaddan şikayət və müddətin bərpası barədə ərizə yalnız ##.##.2026-cı il tarixdə elektron məhkəmə informasiya sisteminə təqdim edilmişdir. Deməli, qanunla nəzərdə tutulmuş 10 günlük prosessual müddət ötürülmüşdür.
20. Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə görə, məhkəmə yalnız qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab etdiyi halda buraxılmış müddəti bərpa edə bilər. Başqa sözlə, müddətin bərpası üçün sadəcə müddətin ötürülməsi deyil, həmin müddətin vaxtında həyata keçirilməsinə obyektiv maneə olmuş üzrlü səbəbin mövcudluğu və bunun əsaslandırılması tələb olunur.
21. Cavabdeh tərəf bu müddətin üzrlü hesab edilməsi barədə Azərbaycan Respublikası “xxxx” publik hüquqi şəxs “Respublika təcili və X2 mərkəzi” X1 ##.##.2026-cı il tarixli **-*-**/*- Ə-****-**-***/**** nömrəli məlumatına əsasən ##.##.2026-cı il saat 22:40-da, ##.##.2026-cı il saat 21:19-da və ##.##.2026-cı il saat 08:06-da Cavabdeh (1954-cü il təvəllüdlü) ilə bağlı “Respublika Təcili və X2 Mərkəzi” PHŞ-nin Sumqayıt TTTYS Bölməsinin “103” Çağrı Xidmətinə çağırışlar daxil olmuşdur. 24 və 29 iyul tarixlərində “Essensial hipertenziya”, 25 iyul tarixində isə “Baş ağrısı” diaqnozu qoyulmuş, ilkin tibbi yardım göstərilmişdir. Pasient hospitalizasiya olunmamışdır.
22. Göründüyü kimi, qeyd olunan hallar cavabdehin uzun müddət ərzində stasionar müalicədə olmasını və ya prosessual hərəkətləri həyata keçirməsinə obyektiv maneə yaradan davamlı tibbi vəziyyətdə olmasını təsdiq etmir. Əksinə, təqdim edilmiş məlumatdan həmin tarixlərdə cavabdehə müayinə aparılaraq ilkin tibbi yardım göstərildiyi və onun hospitalizasiyasına ehtiyac olmadığı müəyyən edilir. Belə olan halda, ayrı-ayrı tarixlərdə tibbi yardım üçün “103” xidmətinə müraciət edilməsi özlüyündə prosessual müddətin buraxılmasının üzrlü səbəbi kimi qiymətləndirilə bilməz.
23. Xüsusilə nəzərə alınmalıdır ki, ##.##.2026-cı il tarixli qərardad ##.##.2026-cı il tarixdə cavabdehin elektron kabinetində yerləşdirilmiş, cavabdehin isə həmin tarixdən etibarən qanunla nəzərdə tutulmuş 10 günlük müddət ərzində şikayət vermək imkanı olmuşdur. Cavabdehin istinad etdiyi tibbi hallar isə yalnız ayrı-ayrı qısa müddətli müraciətlərdən ibarət olmuş, onun hospitalizasiya olunması, stasionar müalicə alması və ya 10 günlük müddətin bütövlükdə prosessual hərəkətlərin həyata keçirilməsini mümkünsüz edən vəziyyətdə olması müəyyən edilməmişdir.
24. Bundan başqa, ##.##.2026-cı il tarixli cinayət törətməklə şübhəli bilinən şəxsin tutulması barədə protokola əsasən Cavabdeh Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayəti törətməkdə şübhəli bilinmiş və hüquqları izah edilərək buraxılmışdır.
25. Qərardadın ##.##.2026-cı il tarixində, yəni qərardadın elektron kabinetdə yerləşdirildiyi gün, Cavabdeh barəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinməsi ilə əlaqədar tutulma barədə protokolla ona hüquqları izah edilmiş və sonradan buraxılmışdır. Həmin hal da cavabdehin 10 günlük müddət ərzində prosessual hərəkətləri həyata keçirməsini obyektiv olaraq mümkünsüz edən uzunmüddətli və ya davamlı maneə kimi qiymətləndirilə bilməz. Əksinə, protokoldan göründüyü kimi, hüquqları izah edildikdən sonra cavabdeh buraxılmışdır.
26. Beləliklə, cavabdehin istinad etdiyi həm tibbi yardım alma faktları, həm də ##.##.2026cı il tarixində şübhəli şəxs qismində tutulması ilə bağlı hal qısa müddətli xarakter daşımış və 10 günlük prosessual müddətin bütünlüklə və ya əhəmiyyətli hissəsinin istifadəsini mümkünsüz edən obyektiv maneə yaratmamışdır.
27. Göründüyü kimi cavabdehin qərardaddan şikayətin verilməsini ötürməsinin üzrlü səbəbi müəyyən edilməmişdir. Cavabdeh qərardaddan yalnız ##.##.2026-cı il tarixdə xəbər tutduğunu bildirsə də, bu hal yuxarıda sadalanan hallar ilə uzlaşmır və əsaslı hesab edilə bilməz.
28. Beləliklə, ##.##.2026-cı il tarixli qərardadın ##.##.2026-cı ildə cavabdehin elektron kabinetində yerləşdirildiyi halda, şikayətin ##.##.2026-cı ildə verilməsi MPM-in 396.1-ci maddəsində nəzərdə tutulmuş 10 günlük müddətin ötürülməsi deməkdir və cavabdeh tərəfindən həmin müddətin üzrlü səbəbdən ötürüldüyü sübuta yetirilməmişdir. Birinci instansiya məhkəməsi isə bu müddəti üzrlü hesab edərək bərpa etsə də, məhkəmənin gəldiyi nəticə əsaslı olmamış, prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
29. Bu səbəbdən Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** nömrəli qərardadı ilə müddətin bərpa edilməsinə dair gəlinmiş nəticə əsassız olmuşdur.
30. Beləliklə, iş üzrə birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirməmiş, həmin Məcəllənin 130.1, 130.3 və 396-cı maddələri düzgün tətbiq edilməmişdir.
31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Ərizəçi Vəliyeva İsmət Kərim qızı tərəfindən verilmiş şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** nömrəli qərardadı ləğv edilsin. Cavabdeh Cavabdeh müddətin bərpası barədə ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.