Məhkəmə qərarları › İş №e-16(3-8)-58/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-8)-58/2026

13.05.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərardad Sumqayıt şәhәri İş № e-16(3-8)-58/2026 13.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyasının hakimlәri X1 (mәruzәçi), Mahmudov Ayaz Akif oğlu vә Hüseynzadә Afiq Hüseyn oğlundan ibarәt tәrkibdә Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrәli qәrardadından әrizәçi Ərizәçi tәrәfindәn verilmiş şikayәtә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları MÜƏYYƏN ETDİ Ərizәçi Ərizәçi müvәqqәti tәminat tәdbirinin tәtbiq edilmәsi barәdә әrizә ilә Sumqayıt Şәhәr Mәhkәmәsinә müraciәt edәrәk İsmayıllı rayonu, Tircan kәndindә olan 0,084 ha torpaq sahәsinin vә hәmin torpaq sahәsindә yerlәşәn 719 kv.m ümumi sahәdәn ibarәt qeyri-yaşayış binasının, İsmayıllı rayonu, Tircan kәndindә olan 1,9282 ha torpaq sahәsinin vә hәmin torpaq sahәsindә yerlәşәn 631.2 kv.m ümumi sahәdәn ibarәt qeyriyaşayış binasının, İsmayıllı rayonu, Tircan kәndindә olan 0,2414 ha torpaq sahәsinin vә hәmin torpaq sahәsindә yerlәşәn 1590.5 kv.m ümumi sahәdәn ibarәt qeyriyaşayış binasının, İsmayıllı rayonu, Tircan kәndindә olan 0,077 ha torpaq sahәsinin vә hәmin torpaq sahәsindә yerlәşәn 255,4 kv.m ümumi sahәdәn ibarәt qeyri-yaşayış binasının, İsmayıllı rayonu, Tircan kәndindә olan 0,1694 ha torpaq sahәsinin vә hәmin torpaq sahәsindә yerlәşәn 1764.8 kv.m ümumi sahәdәn ibarәt qeyri-yaşayış binasının özgәninkilәşdirilmәsinin cavabdehә vә üçüncü şәxslәrә qadağan edilmәsi barәdә qәrardad qәbul edilmәsini xahiş etmişdir. Sumqayıt Şәhәr Mәhkәmәsinin e-**(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qәrardadı ilә әrizәçi Ərizәçi tәrәfindәn verilmiş müvәqqәti tәminat tәdbirinin tәtbiq edilmәsi barәdә әrizә vә ona әlavә edilmiş sәnәdlәr geri qaytarılmışdır. Hәmin qәrardaddan narazı qalan Ərizәçi ##.##.2026-cı il tarixdә şikayәt verәrәk e- **(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qәrardadının lәğv edilmәsini vә әrizәnin tәmin edilmәsi barәdә qәrardad qәbul edilmәsini xahiş etmişdir. Sumqayıt Şәhәr Mәhkәmәsinin e-**(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qәrardadı ilә Sumqayıt Şәhәr Mәhkәmәsinin e-**(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qәrardadından Ərizәçi tәrәfindәn verilmiş şikayәt ona әlavә edilmiş sәnәdlәrlә birlikdә geri qaytarılmışdır. Hәmin qәrardaddan narazı qalan Ərizәçi ##.##.2026-cı il tarixdә şikayәt verәrәk e- **(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qәrardadının lәğv edilmәsini vә Ərizәçi e- **(*-***)-***/**** saylı, ##.##.2026cı il tarixli qәrardaddan verilmiş şikayәtinә baxılmasını xahiş etmişdir. Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrәli qәrardadı ilә şikayәtin tәmin edilmәmәsi vә işlә birlikdә Sumqayıt Apellyasiya Mәhkәmәsinә göndәrilmәsi qәrara alınmışdır. Azәrbaycan Respublikası MPM-nin 372.1-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi tam hüquqlu mәhkәmә kimi işә, işdә olan vә әlavә tәqdim olunmuş sübutlar әsasında mahiyyәti üzrә baxır. Hәmin Mәcәllәnin 372.7-ci maddәsinә görә apellyasiya instansiyası mәhkәmәsi şikayәtin dәlillәrindәn asılı olmayaraq, mәhkәmәnin maddi vә prosessual hüquq normalarına riayәt etmәsini yoxlayır. Qeyd edilәn Mәcәllәnin 10.8-1-ci maddәsinә әsasәn, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 vә 437-ci maddәlәrindә nәzәrdә tutulmuş hallarda işlәrә yazılı icraat qaydasında, yәni mәhkәmә iclası keçirilmәdәn vә tәrәflәr izahatları dinlәnilmәk üçün çağırılmadan baxılır. Bu Mәcәllәnin 394-1, 397.2 vә 414.1-ci maddәlәrindә nәzәrdә tutulmuş hallarda mәhkәmәnin qәrardadına әsasәn işә mәhkәmә iclasında baxıla bilәr. Azәrbaycan Respublikası MPM-nin 397.2-ci maddәsinә görә apellyasiya instansiyası mәhkәmәsi qәrardaddan verilәn şikayәtә onun mәhkәmәyә daxil olduğu vaxtdan 20 gün müddәtindә yazılı icraat qaydasında baxır. Hazırkı şikayәt birinci instansiya mәhkәmәsinin qәrardadından verildiyinә görә mәhkәmә kollegiyası mübahisәyә MPM-nin 10.8-1 vә 397.2-ci maddәlәrinә әsasәn yazılı icraat qaydasında baxmışdır. Mәhkәmә kollegiyası şikayәtin dәlillәrini vә iş materiallarını araşdıraraq hesab edir ki, şikayәt tәmin edilmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, e-**(*- ***)-***/**** nömrәli qәrardadı lәğv edilmәli, qәrardadda sadalanan xüsusatlar nәzәrә alınıb yenidәn baxılması üçün mülki iş birinci instansiya mәhkәmәsinә qaytarılmalıdır. Belә ki, AR MPM-nin 10.8-1-ci maddәsinә görә bu Mәcәllәnin 159, 269, 280, 284- 5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 vә 437-ci maddәlәrindә nәzәrdә tutulmuş hallarda işlәrә yazılı icraat qaydasında, yәni mәhkәmә iclası keçirilmәdәn vә tәrәflәr izahatları dinlәnilmәk üçün çağırılmadan baxılır. Bu Mәcәllәnin 394-1, 397.2 vә 414.1-ci maddәlәrindә nәzәrdә tutulmuş hallarda mәhkәmәnin qәrardadına әsasәn işә mәhkәmә iclasında baxıla bilәr. Belә ki, “Dövlәt rüsumu haqqında” Azәrbaycan Respublikasının Qanunun 8.5-ci maddәsinә әsasәn, iş üzrә icraata xitam verilmәsi, iddianın baxılmamış saxlanılması vә mәhkәmә cәrimәlәrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qәrardaddan şikayәt verilmәsinә görә 50 manat dövlәt rüsumu ödәnilmәlidir. Göründüyü kimi, Sumqayıt Şәhәr Mәhkәmәsinin e-**(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qәrardadı ilә әrizәçi Ərizәçi tәrәfindәn verilmiş müvәqqәti tәminat tәdbirinin tәtbiq edilmәsi barәdә әrizә vә ona әlavә edilmiş sәnәdlәr geri qaytarılmışdır. Belә olan halda kollegiya hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn müvәqqәti tәminat tәdbirinin tәtbiq edilmәsi barәdә әrizәnin geri qaytarılmasından olan şikayәtә görә 50 manat mәblәğindә dövlәt rüsumunun tәlәb olunması Qanunun tәlәblәrinә ziddir. Ona görә dә Mәhkәmә kоllegiyаsı belә qәnaәtә gәlir ki, Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrәli qәrardadı lәğv edilmәli vә sonrakı prosessual hәrәkәtlәrin edilmәsi üçün iş birinci instansiya mәhәkәmәsinә qaytarılmalıdır. Аzәrbаycаn Respublikаsı Mülki Prоsessuаl Mәcәllәsinin 398.0.2-ci mаddәsinә görә, аpellyаsiyа instаnsiyаsı mәhkәmәsinin qәrardadı tam vә ya qismәn lәğv edib, yaxud dәyişib işi birinci instansiya mәhkәmәsinә göndәrmәk hüququ vаrdır. Hәmin Mәcәllәnin 399-cu maddәsinә әsasәn birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn olunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir. Birinci instansiya mәhkәmәsi işә yenidәn baxarkәn sadalanan xüsusatları nәzәrә almalı, iş yenidәn baxılması üçün Sumqayıt Şәhәr Mәhkәmәsinә qaytarılmalıdır. Şәrh edilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398.0.2 vә 400, 402-ci maddәlәrini rәhbәr tutaraq mәhkәmә kollegiyası QƏRARA A L D İ: Şikayәt tәmin edilsin. Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrәli qәrardadı lәğv edilsin. Hazırki qәrardadda sadalanan xüsusatlar nәzәrә alınıb iş yenidәn baxılması üçün Sumqayıt Şәhәr Mәhkәmәsinә qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar