Məhkəmə qərarları › İş №e-16(3-8)-69/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-8)-69/2026

21.05.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-16(3-8)-69/2026 21.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Dəmirov Ilqar Kamal oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, Ərizəçi “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-**)-**/**** nömrəli qərardadından ərizəçi “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDI:

1. Iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ## #### 2026-cı il tarixdə cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh müştərək qaydada ümumilikdə 717001,62 (yeddi yüz on yeddi min bir manat altmış iki qəpik) manat məbləğində pul vəsaiti və 1007 (min yeddi) manat məbləğində dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə, borcun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan Sumqayıt şəhəri, Babək küçəsi 48 ünvanında yerləşən, 0.03097 ha torpaq sahəsində, ümumi sahəsi 518.5 kvadrat metr olan qeyri-yaşayış binasına və Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 90.1 kvadrat metr olan mənzilinə yönəldilməsi, ipoteka müqaviləsinə əsəsən tərəflər arasında razılışdırılmış ipoteka predmetlərinin bazar qiymətinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus qeyriyaşayış binasına görə 600000 (altı yüz min) manat, Cavabdeh məxsus mənzilə görə 155000 (yüz əlli beş min) manat olmaqla elektron hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədiyi təqdirdə məbləğin qalan hissəsinin cavabdehlərdən tutulmasının təmin edilməsi, hərracda mənzil iddiaçı tərəfindən alındıqda (əldə edildikdə) 10 gün müddətində boşadılaraq banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ## ##### 2026-cı il tarixdə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh məxsus “Opel” minik markalı, buraxılış ili 2006-cı il, mühərik nömrəsi 19HC0422, ban nömrəsi W0L0AHL3565182207 olan, ağ rəngli, **-ST-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin və Cavabdeh “xxxx Group” Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN: 2902365571), “xxxx Reklam” Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN: 2901755931), “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN: 2903113321) olan təsisçi payının özgəninkiləşdirilməsinə qadağa qoyulması barədə qərardad qəbul olunmasını xahiş etmişdir.

3. Sumqayıt Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadı ilə ərizəçi “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə rədd edilmiş, ərizəçi həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və ərizənin təmin olunması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir

4. Şikayət onunla əsaslandırılmışdır ki, “xxxx” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra еtsə də, “xxxx” MMC krеdit müqaviləsinin şərtlərini pоzaraq, krеdit müqaviləsi üzrə ödənişləri mütəmadi оlaraq gеcikdirmişdir. Cavabdеhlərə dəfələrlə bu barədə sifahi və yazılı qaydada хəbərdarlıq еdilməsinə və həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair Bildirişlərin (Pretenziyaların) verilməsinə baхmayaraq, krеdit müqaviləsi üzrə öhdəliklərini icra еtməmişlər və bu günə kimi «xxxx» QSC-ə оlan bоrclarını ödəməmişlər. Bank ilə əməkdaşlıq edən “Ədalət Vəkil Bürosunun vəkil sorğusuna əsasən AR DIN BDYPI-nin ##.##.2025-ci il tarixli məktubundan müəyyən olunur ki, cavabdeh Cavabdeh adına “OPEL” minik markalı, B/ili: 2006, Rəngi: Ağ, Mühərik: 19HC0422B, an:W0L0AHL3565182207, **-ST-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vaistəsi mövcuddur. AR Iqtisadiyyat Nazirliyi yanında DVX Milli Gəlirlər Baş Idarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı Idarəsinin ##.##.2025-ci il tarixli məktubundan müəyyən olunur ki, cavabdeh Cavabdeh “xxxx GROUP” MMC-də (VÖEN:2902365571), “xxxx REKLAM” MMC-də (VÖEN:2901755931), “xxxx” MMC-də (VÖEN:2903113321) təsisçi payı mövcuddur. Hesab edirlər ki, cavabdehə məxsus avtomobilin və təsisçi payın özgəninkiləşdirilməsinə qadağa qoyulması ilə bağlı qərar verilməlidir. Belə ki, avtomobilin və təsisçi payın özgəninkiləşdirilməsinə qadağa qoyulması onun satılmasının qarşısını ala bilər ki, bu da yekunda iddia tələbinin icra olunmasına rəvac yarada bilər. Digər halda isə, qətnamənin qanuni qüvvəsini alması, icraya yönəlməsi və tələbin ipoteka predmetinə yönələrək, ipoteka predmetinin satılması prosesinin icra olunması kifayət qədər zaman alır ki, yekunda banka məddi zərərin vurulması ilə nəticələnir.

5. Sumqayıt Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

6. Maraqlı şəxs ##.##.2026-cı il tarixdə şikayətə etiraz ünvanlayaraq hal-hazırda sözügedən kreditlərlə bağlı ipoteka ilə yüklü edilmiş əmlaklarının olduğunu, hesablarına hər hansı məhdudiyyət qoyulmasının onların iş fəaliyyətində çətinliklər yaradacağını və kreditin qaytarılması üçün əngəllər törədəcəyini bildirirək apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 157. Müvəqqəti təminat tədbirlərinin tətbiqi 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Maddə 159. Müvəqqəti təminat tədbirləri haqqında ərizəyə baxılması 159.1. Müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan ayrıca icraatda baxılır. Maddə 163. Müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardaddan şikayət verilməsi 163.1. Müvəqqəti təminat tədbirləri üzrə bütün qərardadlardan şikayət vermək olar. 163.2. Müvəqqəti təminat tədbiri haqqında qərardad şikayət verən şəxsə xəbər verilmədən çıxarılmışsa, şikayət vermək müddəti həmin qərardadın ona məlum olduğu gündən hesablanır. 163.3. Müvəqqəti təminat tədbiri haqqında qərardaddan şikayət verilməsi həmin qərardadın icrasını dayandırmır. 163.4. Müvəqqəti təminat tədbirini ləğv etmək haqqında və yaxud müvəqqəti təminat tədbirinin bir növünü digəri ilə əvəz etmək haqqında qərardaddan şikayətin verilməsi qərardadın icrasını dayandırır. Maddə 397. Apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətə baxılması müddəti və qaydası 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək;

8. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ## #### 2018-ci il tarixli Qərarı

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:

9. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

10. Müvəqqəti xarakterli ilkin müdafiə institutunu, o cümlədən iddianın təmin edilməsinə yönəlmiş təminat tədbirlərini nəzərdə tutmaqda qanunvericinin məqsədi iddianın təmin ediləcəyi təqdirdə, ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasını əvvəlcədən təminat altına almaqdan və onu gələcəkdə baş verə biləcək neqativ nəticələrdən qorumaqdan ibarətdir. Bu baxımdan müvəqqəti təminat tədbirinin tətbiqi barədə məsələnin həll edilməsi zamanı qanunvericinin qeyd olunan mövqeyi mütləq nəzərə alınmalıdır.

11. Iddia ərizəsinin və müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin məzmunlarından aydın olur ki, ərizəçi mübahisələndirilən ümumilikdə 717001,62 manat məbləğində borc tələbinin təmin olunacağı təqdirdə məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədilə cavabdeh Cavabdeh adına “OPEL” minik markalı, B/ili: 2006, Rəngi: Ağ, Mühərik: 19HC0422B, an:W0L0AHL3565182207, **-ST-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin və “xxxx GROUP” MMC-də (VÖEN:2902365571), “xxxx REKLAM” MMC-də (VÖEN:2901755931), “xxxx” MMC-də (VÖEN:2903113321) təsisçi paylarının özgəninkiləşdirilməsinə qadağa qoyulması barədə qərardad qəbul olunmasını xahiş etmişdir.

12. Qeyd olunmalıdır ki, mülki-prosessual qanunvericilikdə müvəqqəti təminat tədbirlərinin cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ## #### 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.

13. Iş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, ödənilməli olan borc məbləğinin təminatı qismində ipoteka ilə yüklü edilmiş cavabdeh “xxxx” MMC-yə məxsus ümumi sahəsi 518,5 m2 olan qeyri-yaşayış binasının ##.##.2025-ci il tarixə bazar dəyəri 600000 manat, likvid dəyəri 570000 manat, cavabdeh Cavabdeh məxsus ümumi sahəsi 90.1 m2 olan mənzilin bazar dəyəri isə 155000 manat müəyyən edilmişdir.

14. Buradan görünür ki, iddia tələbi təmin olunacağı təqdirdə ipoteka ilə yüklü edilmiş cavabdehlərə məxsus əmlakların ümumi dəyəri iddia tələbinin həcmindən daha yüksəkdir. Yuxarıda qeyd olunan Plenum Qərarında geniş şərh edilmiş “mütənasiblik” prinsipi özündə onu ehtiva edir ki, məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Müvəqqəti təmininat tədbirlərinin iddia tələbinə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər.

15. Qeyd olunanlara əsasən iddia tələbində qeyd olunan kredit öhdəliklərinin təminat üsulu kimi ipoteka ilə yüklü edilmiş əmlakların ümumi dəyəri borc məbləğini ödəməyə kifayət etdiyi, hətta borc məbləğindən artıq olduğu halda, həmin kreditə görə ipoteka ilə yüklü edilməmiş, vəkil sorğusu əsasında cavabdeh Cavabdeh məxsus olduğu aşkar edilmiş nəqliyyat vasitəsinin və “xxxx GROUP” MMC-də, “xxxx REKLAM” MMC-də və “xxxx” MMC-də təsisçi paylarının özgəninkiləşdirilməsinin cavabdehə qadağan edilməsi cavabdehin mülkiyyət və digər hüquqlarını pozmaqla yanaşı, mülki-prosessual qanunvericilikdə və müvafiq plenum qərarında müvəqqəti təminat tədbiri institutunun mahiyyətinin təhrif edilməsinə və mütənasiblik prinsipinin pozulmasına gətirib çıxaracağından müvəqqəti təminat tədbiri barədə ərizənin təmin edilməsi yolverilməzdir.

16. Beləliklə, kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

17. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395- 396, 397.2, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Ərizəçi “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-**)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi аndаn qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar