Məhkəmə qərarları › İş №e-16(3-8)-77/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-8)-77/2026

21.05.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-16(3-8)-77/2026 21.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Dəmirov Ilqar Kamal oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, Ərizəçi “X1” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-**)-**/**** nömrəli qərardadından cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDI:

1. Iddiaçı (ərizəçi) “X1” Açıq Səhmdar Cəmiyyəti ## ##### 2026-cı il tarixdə cavabdeh (maraqlı şəxs) Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilələrin ləğv edilməsi, icarə obyektinin boşaldılması və borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış ## ###### 2023-cü il tarixli icarə müqaviləsi və elektrik xətlərinə xidmət müqaviləsinin ləğv olunması, cavabdehdən 76467,9 (yetmiş altı min dörd yüz altmış yeddi manat, doxsan qəpik) (ƏDV daxil) manat məbləğində borcun və 319 (üç yüz on doqquz) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi və cavabdehin iddiaçıya məxsus icarə obyektini boşaldaraq oradan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Sumqayıt Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-2-2(4-13)- ***/**** nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır.

3. Ərizəçi “X1” Açıq Səhmdar Cəmiyyəti ## ##### 2026-cı il tarixdə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh MMCnin icarəsində olan “X1” ASC-yə məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində Cavabdeh MMC-yə məxsus mebel istehsalı üçün istifadə edilən avadanlıqların siyahıya alınması, onların saxlanc üçün cavabdehə təhvil verilməsi və özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

4. Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə ərizəçi “X1” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizənin qismən edilməsi, 76467,9 manat məbləğində borcun mübahisələndirilməsi ilə əlaqədar müvəqqəti təminat tədbiri olaraq 1 (bir) ay müddətinə maraqlı şəxs Cavabdeh MMC-nin icarəsində olan ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsində maraqlı şəxsə məxsus mebel istehsalı üçün istifadə edilən avadanlıqların siyahıya alınaraq saxlanc üçün ona təhvil verilməklə özgəninkiləşdirilməsinin maraqlı şəxs Cavabdeh MMC-yə qadağan edilməsi, müvəqqəti təminat tədbirinin ## ### 2026-cı il tarixdə qüvvədən düşməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

5. Maraqlı şəxs Sumqayıt Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini və cavabdeh (maraqlı şəxs) barəsində tətbiq edilmiş bütün müvəqqəti təminat tədbirlərinin ləğv edilməsini xahiş etmişdir.

6. Şikayətdə qeyd edilmişdir ki, borcun mövcudluğu və məbləği məhkəmə araşdırması ilə müəyyən edilməmişdir. Yalnız iddiaçının (ərizəçinin) birtərəfli hesablamasına əsasən cavabdehin (maraqlı şəxsin) hüquqlarının məhdudlaşdırılması yolverilməzdir. Tərəflər arasında icarə münasibətlərinin hüquqi vəziyyəti, müqavilələrin qüvvədə olub-olmaması və qarşılıqlı öhdəliklər hələ müəyyən edilməmişdir. Iddiaçının (ərizəçinin) özünün cavabdeh (maraqlı şəxs) qarşısında öhdəlikləri və borcları mövcuddur. Bu hallar işə baxılarkən araşdırılmalıdır. Icraatın gələcəkdə mümkünsüz olacağına dair real risk sübut edilməmişdir. Təminat tədbiri yalnız ehtimala əsaslana bilməz. Avadanlıqlar istehsal və sahibkarlıq fəaliyyətində istifadə olunur. Onlara məhdudiyyət qoyulması şirkətin fəaliyyətinə ciddi zərər vurur və qeyri-mütənasib tədbirdir. Iddia ərizəsinin geri qaytarılması şəraitində müvəqqəti təminat tədbirinin hüquqi əsası qalmamışdır. Təminat tədbiri iddianın təmini məqsədi daşıdığından əsas iddia icraatda olmadıqda qüvvədə qala bilməz.

7. Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 157. Müvəqqəti təminat tədbirlərinin tətbiqi 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Maddə 159. Müvəqqəti təminat tədbirləri haqqında ərizəyə baxılması 159.1. Müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan ayrıca icraatda baxılır. Maddə 163. Müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardaddan şikayət verilməsi 163.1. Müvəqqəti təminat tədbirləri üzrə bütün qərardadlardan şikayət vermək olar. 163.2. Müvəqqəti təminat tədbiri haqqında qərardad şikayət verən şəxsə xəbər verilmədən çıxarılmışsa, şikayət vermək müddəti həmin qərardadın ona məlum olduğu gündən hesablanır. 163.3. Müvəqqəti təminat tədbiri haqqında qərardaddan şikayət verilməsi həmin qərardadın icrasını dayandırmır. 163.4. Müvəqqəti təminat tədbirini ləğv etmək haqqında və yaxud müvəqqəti təminat tədbirinin bir növünü digəri ilə əvəz etmək haqqında qərardaddan şikayətin verilməsi qərardadın icrasını dayandırır. Maddə 397. Apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətə baxılması müddəti və qaydası 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək;

9. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ## #### 2018-ci il tarixli Qərarı

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:

10. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

11. Nəzərə almaq lazımdır ki, müvəqqəti xarakterli ilkin müdafiə institutunu, o cümlədən iddianın təmin edilməsinə yönəlmiş təminat tədbirlərini nəzərdə tutmaqda qanunvericinin məqsədi iddianın təmin ediləcəyi təqdirdə, ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasını əvvəlcədən təminat altına almaqdan və onu gələcəkdə baş verə biləcək neqativ nəticələrdən qorumaqdan ibarətdir. Bu baxımdan müvəqqəti təminat tədbirinin tətbiqi barədə məsələnin həll edilməsi zamanı qanunvericinin qeyd olunan mövqeyi mütləq nəzərə alınmalıdır.

12. Qeyd olunmalıdır ki, mülki-prosessual qanunvericilikdə müvəqqəti təminat tədbirlərinin cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ## #### 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.

13. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ## #### 2018-ci il tarixli Qərarında qeyd edilmiş mövqeyə əsasən “...iddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir”. Bununla belə, kollegiya qeyd edir ki, iddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan, tərəflərin iddiaya münasibəti, ilkin təqdim olunmuş sübutlara dair etirazları araşdırıldıqdan sonra iddianın təmini tədbirinə dair ərizəyə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu və iddianı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasibliyi prinsipi çərçivəsində qiymət verilməlidir. Bundan əlavə, nəzərə alınmalıdır ki, iddiaçı iddianın təmin edilməsi barədə qərardadın icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsini həmin şəxslərdən məhkəmə qaydasında tələb etməyə haqlıdır (MPM-in 158.6-cı maddəsi).

14. Kollegiya maraqlı şəxsin şikayətinin dəlilləri əsasında iş materiallarını araşdıraraq müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizəsinə baxan birinci instansiya məhkəməsinin həmin ərizə və ona əlavə edilmiş ilkin sübutlar əsasında ərizənin qismən təmin edilməsi barədə gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 157.1, 157.2, 157.3 və 157.5-ci maddəsinin tələblərinə uyğun hesab edir. Şikayətdə qeyd edilən hallar daha çox iddia tələbinin əsassızlığı və iddia ərizəsinin geri qaytarılması şəraitində iddianın təmin tədbirinin tətbiqinə heç bir hüquqi əsas olmaması ilə bağlı olduğundan məhkəmə kollegiyası MPM-in 398-399-cu maddələrinin tələbləri baxımından həmin dəlillərə ətraflı qiymət verilməsini zəruri hesab etmir.

15. Kollegiya onu da qeyd edir ki, məhkəmənin hazırda mübahisələndirilən qərardadı ilə maraqlı şəxsin icarəsində olan qeyri-yaşayış sahəsində ona məxsus mebel istehsalı üçün istifadə edilən avadanlıqlar siyahıya alınaraq saxlanc üçün bilavasitə maraqlı şəxsin özünə təhvil verilmiş, bununla da, maraqlı şəxsin avadanlıqlardan istifadəsinə hər hansı formada məhdudiyyət qoyulmamışdır.

16. Eyni zamanda qeyd olunmalıdır ki, şikayət müəllifi müvafiq əsaslar yarandıqda qərardadla təyin edilmiş müvəqqəti təminat tədbirlərinin tətbiqi nəticəsində ona zərər vurulması qənaətində olarsa Mülki Məcəllənin 21-ci və Mülki Prosessual Məcəllənin 164cü maddələrinin tələbləri baxımından həmin zərərin əvəzini ərizəçidən müəyyən olunmuş qaydada tələb etmək hüququna malikdir. MPM-in 164-cü maddəsinə əsasən işi mahiyyəti üzrə həll edən məhkəmə aktı qüvvəyə mindikdən sonra, habelə məhkəmədə iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardad qəbul edildikdə, lakin iddia ərizəsi bu Məcəllənin 157.4-cü maddəsində müəyyən edilmiş müddətdə verilmədikdə maraqlı şəxslər məhkəmə tərəfindən təyin edilmiş müvəqqəti təminat tədbirlərinin tətbiqi nəticəsində vurulmuş zərəri məhkəmə qaydasında tələb etməyə haqlıdır.

17. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Bu səbəbdən şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

18. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Maraqlı şəxs Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-**)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi аndаn qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar