Məhkəmə qərarları › İş №e-16(3-8)-80/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-8)-80/2026

24.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-16(3-8)-80/2026 24.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Rəhimli Lalə Elxan qızının sədrliyi ilə, hakimlər Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi Ərizəçi (cavabdeh Cavabdeh) müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinin qismən təmin edilməsinə dair Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi (cavabdeh Cavabdeh) müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılanadək, ##.##.2022-ci il tarixdə doğulmuş X2 və ##.##.2024-cü il tarixdə doğulmuş X1 hər həftənin şənbə günü səhər saat 10:00-dan, şənbə günü gecə ataları Ərizəçi yanında qalmaqla, bazar günü saat 16:00-dək atası ilə görüş vaxtı verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh Ərizəçi qarşı nikahın pozulması, birgə nikahdan ##.##.2022-ci il təvəllüdlü X2 və ##.##.2024-cü il təvəllüdlü X1 Cavabdeh yanında saxlanılmaları və ##.##.2022-ci il təvəllüdlü X2 və ##.##.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 500 manat olmaqla, ümumilikdə 1000 manat sabit pul məbləğində alimentin iddiaçıya ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ilk iddiaçıya qarşı eyni məzmunlu qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hər iki iddia tələblərinə dair mülki işə Abşeron Rayon Məhkəməsində baxılır. Cavabdeh tərəflərin birgə nikahlarından doğulmuş ##.##.2022-ci il doğum tarixli X2 və ##.##.2024-cü il doğum tarixli X1 ataları Ərizəçi ilə görüşünə maneə yaradır. Bu səbəbdən Ərizəçi iddiaya mahiyyəti üzrə baxılanadək, övladları görüş barədə müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizə ilə məhkəməyə müraciət etməyi zəruri hesab edir. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, Cavabdeh Ərizəçi qarşı nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması və aliment tələbi barədə ilkin, Ərizəçi Cavabdeh qarşı nikahın pozulması, uşaqların atanın himayəsində saxlanılması və aliment tələbi barədə qarşılıqlı iddia ərizələrinə dair e-*(*-***)-****/**** saylı mülki iş saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul olunanadək, ərizəçi Ərizəçi övladları ##.##.2022-ci il təvəllüdlü X2 və ##.##.2024-cü il təvəllüdlü X1 ilə sərbəst şəkildə ünsiyyətdə olmaq hüququnun müəyyən edilməsi və ünsiyyət qaydasının hər həftənin şənbə günü saat 11:00-dan saat 17:00-dək təyin edilməsi, ünsiyyət hüququnun təmin edilməsi üçün uşaqların - ##.##.2022-ci il təvəllüdlü X2 və ##.##.2024-cü il təvəllüdlü X1 onların yaşayış yeri üzrə Abşeron rayonu, Məmmədli ərazi dairəsi, Məmmədli kəndi, Lətif İmanov küçəsi, ev 63A ünvanda (faktiki ünvanın fərqli ünvan ola bilməsi nəzərə alınmaqla) hər həftənin şənbə günü saat 11:00-da cavabdeh Cavabdeh tərəfindən ərizəçi Ərizəçi, həmin gün (şənbə günü) saat 17:00-da isə eyni ünvanda ərizəçi Ərizəçi tərəfindən cavabdeh Cavabdeh təhvil verilməsi, qərardadın dərhal icra edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. ##.##.2026-cı il tarixdə cavabdeh Cavabdeh vəkili-nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsilə Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** saylı qərardadından şikayət verərək, sözügedən qərardadın qismən dəyişdirilərək, X1 yaşı və hər iki uşağın yuxu rejimi, eyni zamanda cavabdehə bağlı olmaları nəzərə alınaraq, şikayətin təmin edilməsini, Ərizəçi ilə ##.##.2022-cü il təvəllüdlü X2 və ##.##.2024-cü il təvəllüdlü X1 ilə cavabdeh Cavabdeh iştirakıilə hər həftənin şənbə günü səhər saat 10:00-dan günorta saat 13:00-dək ünsiyytdə olmaq hüququnun müəyyən edilməsi barədə qərardad qəbul edilməsini, əks təqdirdə şikayətin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsinin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh Ərizəçi qarşı nikahın pozulması, birgə nikahdan ##.##.2022-ci il təvəllüdlü X2 və ##.##.2024-cü il təvəllüdlü X1 Cavabdeh yanında saxlanılmaları və ##.##.2022-ci il təvəllüdlü X2 və ##.##.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 500 manat olmaqla, ümumilikdə 1000 manat sabit pul məbləğində alimentin iddiaçıya ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə məhkəmə iclası ## ### 2026-cı il tarixə saat 10:40a təyin edilmişdir. Ərizəçi Ərizəçi (cavabdeh Cavabdeh) müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılanadək, ##.##.2022-ci il tarixdə doğulmuş X2 və ##.##.2024-cü il tarixdə doğulmuş X1 hər həftənin şənbə günü səhər saat 10:00-dan, şənbə günü gecə ataları Ərizəçi yanında qalmaqla, bazar günü saat 16:00dək atası ilə görüş vaxtı verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin qərardadına əsasən, ərizənin qismən təmin edilməsi, Cavabdeh Ərizəçi qarşı nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması və aliment tələbi barədə ilkin, Ərizəçi Cavabdeh qarşı nikahın pozulması, uşaqların atanın himayəsində saxlanılması və aliment tələbi barədə qarşılıqlı iddia ərizələrinə dair e-*(*-***)-****/**** saylı mülki iş saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul olunanadək, ərizəçi Ərizəçi övladları ##.##.2022-ci il təvəllüdlü X2 və ##.##.2024-cü il təvəllüdlü X1 ilə sərbəst şəkildə ünsiyyətdə olmaq hüququ müəyyən edilməsi və ünsiyyət qaydası hər həftənin şənbə günü saat 11:00-dan saat 17:00dək təyin edilməsi, ünsiyyət hüququnun təmin edilməsi üçün uşaqlar - ##.##.2022-ci il təvəllüdlü X2 və ##.##.2024-cü il təvəllüdlü X1 onların yaşayış yeri üzrə Abşeron rayonu, Məmmədli ərazi dairəsi, Məmmədli kəndi, Lətif İmanov küçəsi, ev 63A ünvanda (faktiki ünvanın fərqli ünvan ola bilməsi nəzərə alınmaqla) hər həftənin şənbə günü saat 11:00- da cavabdeh Cavabdeh tərəfindən ərizəçi Ərizəçi, həmin gün (şənbə günü) saat 17:00-da isə eyni ünvanda ərizəçi Ərizəçi tərəfindən cavabdeh Cavabdeh təhvil verilməsi qərara alılnmışdır. Qəbul olunmuş qərarla razı deyil. Ərizəçi ##.##.2026-cı il tarixdə saat 17:30 radələrində Abşeron rayonu ərazisində yerləşən “Lütfizadə Kids” uşaq baxçasında uşaqlarını ərizəçinin məlumatı olmadan götürmək istəmiş, oğlu Hüseyn Dəmirçilini aparmaq istəyərkən orada ərizəçi və onun anası Xədicə Səttərovanı azyaşlı uşağının gözü qarşısında döyərək müxtəlif bədən xəsarətləri yetirmişdir. Bununla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində araşdırma aparılır. Ümumiyyətlə, Ərizəçi uşaqların baxçaya getməsini razılıq vermir və hətta bununla bağlı mübahisə yaradır. Eyni zamanda uşaqlarla ünsiyyətdə olarkən onlara psixoloji təsir edərək, baxçanın pis olduğunu bildirərək, baxçadan uşaqları yayındırır. Azyaşlı uşaqlarının gözü qarşısında cavabdehə əl qaldırıb, onun başını yerə vuraraq, uşağı aparmağa cəhd etmişdir. Həmçinin uşaqlar onun nəzarətində qalarkən, hər dəfə müxtəlif xəsarətlər alıbdır. Belə ki, 2026-cı ilin mart ayında Cavid Dəmirçili tortu söndürərkən barmaqları yanmış, Hüseyn Dəmirçilinin isə saçı yanmışdır. Bundan başqa birgə nikah dövründə də uşaq onun yanında olarkən bir neçə dəfə yıxılmışdır. Yəni o uşaqlara sərbəst şəkildə baxa bilməz. Əlavə olaraq ##.##.2024-cü il təvəllüdlü X1 danışmaqda çətinlik çəkir. O öz fikrini izah edə bilmir. Eyni zamanda X2 o böyüklər üçün nəzərdə tutulan hamama aparır və bu da uşağın səhhətinə mənfi təsir edir. Eyni zamanda “Lütfizadə Kids” Uşaq Baxçasının gündəlik verilmiş cədvəlindən görünür ki, uşaqlar saat 12:30 radələrində yatır və 15:30 saatlarında artıq sərbəst oyun saatlarıdır. Məhkəmə tərəfindən qərardad qəbul edilərkən uşaqların yaşı və eyni zamanda onların həftənin 5 -günü məktəbə qədər təhsil müəssisinə getməli, artıq müvafiq rejimlə yatmaları, qidalanmalar nəzərə alınmamışdır. Onların qeyd olunan rejimdən şənbə günü ayrılmaları uşaqların sağlamlığına mənfi təsir edəcəkdir. Həmçinin uşaqlar baxçada evdə olduqları zaman yatarkən yalnız cavabdehlə yatırlar. Məhkəmə qərardad qəbul edərkən uşaqların yaşlarını, cavabdehə bağlılığını nəzərə almadan, ərizəçiyə 6 saat müddətində görüş vermişdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (Avropa İnsan Hüquqları Konvensiyası) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Yuxarıda qeyd olunan hallara əsaslanaraq, Abşeron Rayon Məhkəməsinin e-**(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadını qismən dəyişdirərək, X1 yaşı, hər iki uşağın yuxu rejimi, eyni zamanda cavabdehə bağlı olmaları nəzərə alınaraq, şikayətin təmin edilməsini, Ərizəçi ##.##.2022-cü il təvəllüdlü X2 və ##.##.2024-cü il təvəllüdlü X1 ilə cavabdeh Cavabdeh iştirakı ilə hər həftənin şənbə günü səhər saat 10:00-dan, günorta saat 13:00-dək ünsiyyətdə olmaq hüququnun verilməsi barədə qərardad qəbul edilməsini, əks təqdirdə şikayətin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsinin təmin edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, e-**(*- *)-**/**** nömrəli qərardadı ilə işə açıq məhkəmə iclasıda baxılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə tərəfindən tədqiq olunmuş: -AZ-IV ****** saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ##.##.2022-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında *** nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Ərizəçi, anası Cavabdehdır. -AZ-IV ****** saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ##.##.2024-cü il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında **** nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Ərizəçi, anası Cavabdehdır. -“Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh Ərizəçi qarşı nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması və aliment tələbinə dair ilkin, Ərizəçi isə Cavabdeh qarşı nikahın pozulması, uşaqların atanın himayəsində saxlanılması və aliment tələbinə dair qarşılıqlı iddia ərizələri ilə məhkəməyə müraciət etmiş və sözügedən tələblə bağlı e-*(*-***)-****/**** saylı mülki iş hazırda məhkəmənin icraatındadır. Birinci instansiya məhkəməsi öz qərarını belə əsaslandırmışdır ki, məhkəmə uşaqların yaşını, onlara xüsusi qayğı ilə yanaşılmalı olmasını və digər diqqətəlayiq şərtləri nəzərə almaqla hesab edir ki, Ərizəçi övladları ##.##.2022-ci il təvəllüdlü X2 və ##.##.2024-cü il təvəllüdlü X1 ilə ünsiyyətdə olmaq hüququnun təmin edilməsi məqsədəuyğundur. Müvəqqəti təminat tədbiri barədə ərizə məhkəməyə ##.##.2026-cı il tarixdə daxil olmuşdur. Beləliklə, məhkəmə ərizəçi ilə uşaqlar arasında münasibətlərin soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə, həmçinin uşaqların yaşını və anaya bağlılığını nəzərə alaraq hesab etmişdir ki, ərizə qismən təmin edilməli, Cavabdeh Ərizəçi qarşı nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması və aliment tələbi barədə ilkin, Ərizəçi Cavabdeh qarşı nikahın pozulması, uşaqların atanın himayəsində saxlanılması və aliment tələbi barədə qarşılıqlı iddia ərizələrinə dair e-*(*-***)-****/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul olunanadək, ərizəçi Ərizəçi ##.##.2022-ci il təvəllüdlü X2 və ##.##.2024cü il təvəllüdlü X1 ilə hər həftənin şənbə günü saat 11:00-dan saat 17:00-dək sərbəst şəkildə ünsiyyət hüququ təmin edilməli, qərardad dərhal icra edilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası ərizəni, şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qismən dəyişdirilməli, Cavabdeh Ərizəçi qarşı nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması və aliment tələbi barədə ilkin, Ərizəçi Cavabdeh qarşı nikahın pozulması, uşaqların atanın himayəsində saxlanılması və aliment tələbi barədə qarşılıqlı iddia ərizələrinə dair e-*(*-***)-****/**** saylı mülki iş saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul olunanadək, ərizəçi Ərizəçi övladları ##.##.2022-ci il təvəllüdlü X2 və ##.##.2024-cü il təvəllüdlü X1 ilə sərbəst şəkildə ünsiyyətdə olmaq hüququ müəyyən edilsin və ünsiyyət qaydası hər həftənin şənbə günü saat 10:00-dan saat 13:00-dək təyin edilməli, qəradad qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” ## ####### 2011-ci il tarixli, */**** saylı qərarında göstərilir ki, məhkəmələrə izah edilsin ki, uşaqla ünsiyyətə dair iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, ünsiyyətə dair iddia tələbini irəli sürmüş valideynlə uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki-Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş iddianın təmin tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq cavabdehə iddiaçının uşaqla məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət iddianın təmin tədbirinin görülməsinə dair vəsatətə baxılarkən əsasən ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıq-aydın halların olub-olmamasına qiymət verilməlidir. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ####### 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər. Uşaqların öz valideynləri və digər qohumları ilə ünsiyyətdə olmasının formaları (yazışma, şəxsi görüşlər, telefon danışıqları və s.) uşağın yaşından, onun və valideyninin yaşayış yerindən, ailədə münaqişələrinin olubolmamasından və s. konkret hallardan asılı olaraq təyin edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli və ** nömrəli qərarının 3.1-ci bəndində qeyd olunur ki, “Məhkəmələr uşaqlardan ayrı yaşayan valideynin uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi barədə iddialara baxarkən iddianın predmetinin ünsiyyət hüququnun müəyyən edilməsindən ibarət olduğunu, ünsiyyətin vaxtı, müddəti, yeri, forması, şəraiti və digər xüsusiyyətlərinin isə bu hüququn icra qaydası və (və ya) üsulunu ehtiva etdiyini nəzərə almalıdırlar. Məhkəmələr iddianın predmetinə qiymət verərkən ünsiyyət hüququnun müəyyən edilməsini tələb edən valideynlə uşağın ünsiyyətdə olmasının sonucunun fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər verə biləcəyi halların mövcudluğu baxımından araşdırmalı, habelə bu ünsiyyətin uşağın mənafeyinə uyğun olub-olmadığını müəyyən etməklə iddianı təmin və ya rədd etməlidirlər. İddiaçının qeyd edilən iddia tələbi ilə birgə verilən ünsiyyət qaydası və (və ya) üsuluna dair müraciətinə münasibətdə isə məhkəmələr bu Qərarın 2.2-ci bəndində göstərilənlərə uyğun qiymətləndirmə aparmaqla, təmin etdiyi hüququn icrası qaydası və (və ya) üsulunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə əsasən müəyyən etməlidirlər. Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən iddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. Qeyd edilən Məcəllənin 157.6-cı maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; Məcəllənin 158.1.2-ci maddəsinə əsasən isə müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, həmçinin Məcəllənin 158.1.3-cü maddəsinə əsasən mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə müvəqqəti təminat tədbirləri görülə bilər. Məcəllənin 162.3 və 162.4-cü maddələrinə əsasən iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. İddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Qeyd olunmalıdır ki, ərizəçinin sadə, əsaslandırılmamış ərizəsi əsasında müvəqqəti təminat tədbirləri tətbiq edilə bilməz - ərizəçidən gözlənilən odur ki, o, hüquqlarınınm müdafiəsi üçün iddia icraatının nə üçün yetərli olmadığını, nəyə görə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinə təcili ehtiyac yarandığını əsaslandırsın. Belə əsaslandırma məhkəmədə tam olmasa da, kifayət qədər elə bir qənaət formalaşdırmalıdır ki, mövcud vəziyyətin dəyişəcəyi halda ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər – ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. Müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, müvafiq tədbir tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizələrin zərurilik meyarı baxımından qiymətləndirilməsi ona imkan verir ki, belə tədbirlərin görülməsini istəyən şəxslə digər şəxslərin mənafeləri arasında ədalətli balans yaradılsın və heç kimin mənafeyi bərpaolunmaz şəkildə pozulmasın. Məhkəmə tərkibi qeyd edir ki, MPM-in müddəalarına əsasən, iddiaçı iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş təminat tədbirlərinin görülməsi barədə məhkəməyə ərizə ilə müraciət edə bilər və məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifə qoya bilər. Lakin bu halda, təminat tədbiri gələcəkdə iddianın təmin olunacağı halda iddiaçının pozulmuş hüquqlarının qorunmasına xidmət etsə də, hər bir halda işə baxan məhkəmə tərəflərin hüquq bərabərliyindən çıxış etməli, iddianın uğurlu olmayacağı halda digər şəxslərin (cavabdeh və üçüncü şəxslərin) hüquqlarının müdafiəsinin mümkünlüyünü, başqa sözlə, təmin tədbirindən əvvəlki vəziyyətə qayıtmağın mümkünlüyünü nəzərə almalıdır. Digər tərəfdən, müvəqqəti müdafiə tədbiri “müvəqqəti olaraq” iddianın uğurlu olması ehtimalı yüksək olduğu halda, iddiaçının hüquqlarının qorunmasına yönəlmiş təminat tədbiridir və bu təminat tədbiri tərəflərin hüquq və məhkəmə qarşısında bərabərliyi nəzərə alınmaqla “müvəqqəti” tənzimləmə xarakterli olmalı, bir tərəfin əlverişsiz vəziyyətə düşməsi ilə nəticələnməməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** nömrəli qərardadı uşaqla ünsiyyət günü və saatı hissəsində dəyişdirilərək, şənbə günü saat 10:00-dan 13:00-dək müəyyən edilməli, ünsiyyət hüququnun təmin edilməsi üçün uşaqların - ##.##.2022-ci il təvəllüdlü X2 və ##.##.2024-cü il təvəllüdlü X1 onların yaşayış yeri üzrə Abşeron rayonu, Məmmədli ərazi dairəsi, Məmmədli kəndi, Lətif İmanov küçəsi, ev 63A ünvanda (faktiki ünvanın fərqli ünvan ola bilməsi nəzərə alınmaqla) hər həftənin şənbə günü saat 10:00-da cavabdeh Cavabdeh tərəfindən ərizəçi Ərizəçi, həmin gün (şənbə günü) saat 13:00-da isə eyni ünvanda ərizəçi Ərizəçi tərəfindən cavabdeh Cavabdeh təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 398.0.2, 399, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Şikayət qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilsin. Cavabdeh Ərizəçi qarşı nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması və aliment tələbi barədə ilkin, Ərizəçi Cavabdeh qarşı nikahın pozulması, uşaqların atanın himayəsində saxlanılması və aliment tələbi barədə qarşılıqlı iddia ərizələrinə dair e-*(*-***)- ****/**** saylı mülki iş saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul olunanadək, ərizəçi Ərizəçi övladları ##.##.2022-ci il təvəllüdlü X2 və ##.##.2024-cü il təvəllüdlü X1 ilə sərbəst şəkildə ünsiyyətdə olmaq hüququ müəyyən edilsin və ünsiyyət qaydası hər həftənin şənbə günü saat 10:00-dan saat 13:00-dək təyin edilsin. Ünsiyyət hüququnun təmin edilməsi üçün uşaqlar - ##.##.2022-ci il təvəllüdlü X2 və ##.##.2024-cü il təvəllüdlü X1 onların yaşayış yeri üzrə Abşeron rayonu, Məmmədli ərazi dairəsi, Məmmədli kəndi, Lətif İmanov küçəsi, ev 63A ünvanda (faktiki ünvanın fərqli ünvan ola bilməsi nəzərə alınmaqla) hər həftənin şənbə günü saat 10:00-da cavabdeh Cavabdeh tərəfindən ərizəçi Ərizəçi, həmin gün (şənbə günü) saat 13:00-da isə eyni ünvanda ərizəçi Ərizəçi tərəfindən cavabdeh Cavabdeh təhvil verilsin. Qərardad dərhal icra edilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar