Məhkəmə qərarları › İş №e-16(3-8)-81/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-8)-81/2026

02.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-16(3-8)-81/2026 02.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Məmmədov Fuad Əli oğlu və X5 ibarət tərkibdə, Sumqayıt Şəhər Məhkəməsinin e-**(*-***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDI Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadı ilə (hakim M.Abbasova) Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan e-*(*-***)-***/**** nömrəli mülki iş üzrə yekun məhkəmə aktı çıxarılanadək ərizəçi Ərizəçi alimentin tutulmasına dair ərizəsinin rədd edilməsi qərara alınmışdır. Ərizəçi Ərizəçi qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadının dəyişdirilmədən saxlanılması, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadından ərizəçi Ərizəçi nümayəndəsi və vəkili Vəkil tərəfindən verilən ##.##.2026-cı il tarixli şikayət ərizəsinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. IŞIN HALLARI Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahdan doğulmuş ##.##.2012-ci il təvəllüdlü X1 və ##.##.2015-ci il təvəllüdlü Əskərov Ənvər Tural oğlunun saxlanılmaları üçün məhkəmə prossesi başa çatana qədər hər ay, hər uşağa görə ayrılıqda minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində müvəqqəti alimentin cavabdehdən onun xeyrinə tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi cavabdeh Cavabdeh ilə ## #### 2014-cü ildə isə rəsmi nikaha daxil olmuş və ##.##.2012-ci il təvəllüdlü X1, ##.##.2015-ci il təvəllüdlü Əskərov Ənvər Tural oğlu və ##.##.2021- ci il təvəllüdlü X2 anadan olmuşdur. Cavabdeh başqa kişi ilə eşq yaşadığı üçün ərizəçi ailəni dağıtmış və evi tərk etmiş, evi tərk edən zaman o övladları Tunar və Ənvəri evdə qoyub, təkcə qızı Çiçəyi özü ilə aparmış, daha sonra nikahın pozulması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia ərizəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e*(***)-***/**** nömrəli qətnaməsinə ilə ərizəçi ilə Cavabdeh arasında ## #### 2014-cü il tarixində bağlanmış nikahın pozulması, ##.##.2021-ci il təvəllüdlü X2 anası Cavabdeh yanında saxlanılması, ##.##.2012ci il təvəllüdlü X1 və ##.##.2015-ci il təvəllüdlü Əskərov Ənvər Tural oğlunun ondan alınıb anaları Cavabdeh himayəsinə verilmələri, ##.##.2024-cü il tarixdən başlayaraq, ##.##.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğinin tutulması haqqında qətnamə qəbul edilmişdir. Həmin qətnamə ##.##.2012-ci il təvəllüdlü X1 və ##.##.2015-ci il təvvəlüdlü Əskərov Ənvər Tural oğlunun ondan alınıb analarına verilməsi hissəsində indiyə qədər icra edilməmişdir. Səbəbi isə uşaqların analarının yanına qayıtmaq istəməmələri olmuşdur. Ərizəçi bir ata kimi onlara təzyiq göstərə bilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kürdəmir rayon Icra və Probasiya şöbəsinin ##.##.2026-cı il tarixli icra sənədinin qaytarılması haqqında məlumatı da ərizəçinin dediklərini təsdiq edir. Həmin məlumatla bərabər icra şöbəsində tərtib edilmiş aktlar da bunu bir daha təsdiq edir. Hazırda uşaqlar Tunar və Ənvər ərizəçinin himayəsində yaşayırlar, uşaqlar əvvəldən ərizəçi ilə yaşadığı kimi hal-hazırda da onunla yaşayırlar. Cavabdehin yanına qayıtmaq və onun yanında yaşamaq istəmirlər. Onun yol verdiyi qeyri –etik hərəkətlərə görə ondan imtina edirlər, ona qarşı münasibətləri pisdir. Onların gündəlik qayğısı, tərbiyəsi, qidalanması, təhsili ilə şəxsən ərizəçi məşğul olur və o məhkəməyə yenidən müraciət etmişdir ki, uşaqlar o cümlədən, qızı azyaşlı Çiçək də anasından alınaraq ərizəçinin himayəsinə verilsin. Ərizəçi bununla bağlı artıq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də hesab edir ki, iş üzrə yekun məhkəmə qərarı qəbul olunanadək ərizəçinin yanında qalan uşaqları - ##.##.2012-ci il təvəllüdlü X1 və ##.##.2015-ci il təvəllüdlü Əskərov Ənvər Tural oğlunun mənafeyi naminə və onların saxlanmasında maddi çətinlik çəkdiyi üçün cavabdehdən müvəqqəti olaraq minimum əmək haqqının 0,61 misli miqdarında aliment tutulmalıdır. Iş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI Ərizəçi Ərizəçi Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadından şikayət verərək, qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, həmin qətnamə ##.##.2012-ci il təvvəlüdlü X1 və ##.##.2015-ci il təvvəlüdlü Əskərov Ənvər Tural oğlunun ondan alınıb analarına verilməsi hissəsində indiyə qədər icra edilməmişdir. Səbəbi isə uşaqların analarının yanına qayıtmaq istəməmələri olmuşdur. O bir ata kimi onlara təzyiq göstərə bilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kürdəmir rayon Icra və Probasiya şöbəsinin ##.##.2026-cı il tarixli icra sənədinin qaytarılması haqqında məlumatı da dediklərini təsdiq edir. Həmin məlumatla bərabər icra şöbəsində tərtib edilmiş aktlar da bunu bir daha təsdiq edir. Hazırda uşaqlar Tunar və Ənvər onun himayəsində yaşayırlar, uşaqlar əvvəldən onunla yaşadığı kimi hal-hazırda da onunla yaşayırlar. Cavabdehin yanına qayıtmaq və onun yanında yaşamaq istəmirlər. Onun yol verdiyi qeyri–etik hərəkətlərə görə ondan imtina edirlər, ona qarşı münasibətləri pisdir. Iş izrə məhkəmə prossesinin uzun çəkə biləcəyini və himayəsində olan iki uşağın saxlanılması üçün çətinliklərin yarana biləcəyini nəzərə alaraq o, iddianın təmin edilməsi üçün müvəqqəti təminat tədbirinin müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə müvvəqəti təminat tədbiri kimi cavabdeh Cavabdeh minimum əmək haqqının 0.65 misli həddində alimentin tutulmasına dair ərizəni təmin etməmişdir. Adı çəkilən qətnamə qüvvədə olsa da, icra edilməmiş, Kürdəmir rayon Icra və Probasiya şöbəsi qətnamənin icra edilməsinin mümkünsüzlüyü barədə Sumqayıt Şəhər Məhkəməsinə yazılı məlumat vermiş, uşaqların anlarının yanına getməkdən imtina etməsi və hazırda onun himayəsində olması barədə müvafiq aktlar təsdiq edilmiş və bu sənədlər məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə göründüyü kimi həmin sənədlərə heç bir qiymət verməmişdir. HÜQUQI MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Iş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsini Sumqayıt Şəhər e-*(***)- ***/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ilə ##.##.2021-ci il təvəllüdlü X2 anası Cavabdeh yanında saxlanılması, tərəflərin birgə nikahlarından anadan olmuş ##.##.2012-ci il təvəllüdlü X1 və ##.##.2015-ci il təvəllüdlü Əskərov Ənvər Tural oğlu cavabdeh Ərizəçi alınaraq anaları Cavabdeh himayəsinə verilmələri qət edildiyindən və ərizəçi uşaqların onun yanında olması barədə məhkəməyə sübut təqdim etməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ərizəçi tərəfindən mübahisələndirilmiş, Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadı ilə şikayət əsassız olduğuna görə təmin edilməmişdir. Işdən görünür ki, ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan doğulmuş ##.##.2012-ci il təvəllüdlü X1 və ##.##.2015-ci il təvəllüdlü Əskərov Ənvər Tural oğlunun saxlanılmaları üçün məhkəmə prossesi başa çatana qədər hər ay, hər uşağa görə ayrılıqda minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində müvəqqəti alimentin cavabdehdən onun xeyrinə tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. (Mülki Prosessual Məcəllənin 157.1. və 157.2. maddələri) Mülki Prosessual Məcəlləsinin 157.7-ci maddəsinə əsasən, məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Məhkəmə kollegiyası ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, əvvəlki mübahisə üzrə qüvvədə olan məhkəmə aktına əsasən yetkinlik yaşına çatmayan uşaqların anaları Cavabdeh himayəsinə verilməklə onların saxlanılması üçün ərizəçi Ərizəçi sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində alimentin tutulması qət edildiyindən, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 10.8-1, 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI Ərizəçi Ərizəçi şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli və onunla bağlı ## ### 2026-cı il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar